Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

48 

 

Avropa Parlamentinin üzvləri özlərinin anti-Azərbaycan 



yönümlü fəaliyyətində aza qane olmurlar. Məsələn, 2015-ci ilin aprel 

ayında onlar separatçı Əlikram Hümbətovu Avropa Parlamentində 

müzakirələrə dəvət ediblər. Halbuki o, özünün yazılı ərizəsinə əsasən 

Azərbaycan vətəndaşlığından məhrum edilib. Xatırlatmaq istərdik ki, 

1990-cı illərin əvvəlində Hümbətov ölkədə yaranmış mürəkkəb siyasi 

şəraitdən istifadə edərək erməni separatçıları ilə həmahəng tərzdə 

Azərbaycanı cırtdan qurumlara parçalamağa çalışmış, qondarma 

“Talış-Muğan Respublikası” yaradılmasını elan etmişdi. Lakin 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və 

uzaqgörən siyasəti ölkəmizin düşmənlərinin mənfur planlarının 

həyata keçməsinə imkan vermədi.  

Hazırda Avropada yaşayan Ə.Hümbətov tez-tez həm 

Ermənistana, həm də Azərbaycanın işğal altındakı ərazilərinə rəsmi 

Bakının icazəsi olmadan səfər edir, orada “mühazirələr” oxuyur, 

görüşlər keçirir. Özlüyündə bu səfərlər Azərbaycanı parçalamağa 

çalışan düşmən elementlərin kim tərəfindən və haraya yönəldilməsini 

göstərir.  

Lakin məsələ bunda deyil. Bizi daha çox maraqlandıran məsələ 

odur ki, Avropa Parlamentinin üzvləri nə üçün Ə.Hümbətova 

Azərbaycanda etnoslararası və dinlərarası münasibətlər barədə 

boşboğazlıq etmək üçün tribuna və imkan verirlər? Uzun illər boyu 

Azərbaycandan kənarda yaşayan bir insan bu ölkənin etnoslararası, 

dinlərarası münasibətlərinin ümdə problemləri barədə necə 

mühakimə yürüdə bilər və belə dönüklərin çıxışları Azərbaycanda 

vəziyyət barədə necə obyektiv mənzərə yarada bilər?  

Əlbəttə, bu cür hadisələr yalnız Azərbaycana hər vasitə ilə qara 

yaxmağa çalışan Ermənistanın və Aİ-dəki erməni lobbisinin 



49 

 

maraqlarına xidmət edir. Fakt faktlığında qalır: bu biabırçı tədbirin 



iştirakçılarının əksəriyyəti ya ermənilər, ya da Avropadakı erməni 

təşkilatları ilə dolayı şəkildə bağlı olan adamlar idi. Bu, onu göstərir 

ki, tədbirin xərci erməni lobbisi tərəfindən ödənilib.  

Nəyə görə Avropa Parlamentinin iclaslarına gələn deputatlar 

əyinlərinə üzərində Xədicə İsmayılovanın (ölkə qanunlarını pozmuş 

müxalifətçi jurnalistin) və başqalarının fotoları olan maykalar geyir, 

amma bir dəfə də olsa təmas xətti boyunca yaşayan, ermənilər 

tərəfindən qətlə yetirilmiş dinc Azərbaycan vətəndaşlarının təsvir 

edildiyi maykalar geymirlər. Halbuki, qətlə yetirilmiş bu günahsız 

insanlar etnik-ərazi münaqişəsinin peripetiyalarından uzaq idi. 

Söhbət Fariz Bədəlovdan və Aygün Şahmalıyevadan gedir. Yaxud, 

başqa bir misal - Kəlbəcərdə qohumlarının məzarlarını ziyarət 

etməyə cəhd göstərən Şahbaz Quliyev və Dilqəm Əsgərov əyinlərində 

hərbi forma olan çağırılmamış erməni “qonaqlar” tərəfindən əsir 

götürülüb. Məgər bunlar beynəlxalq təşkilatların və elə həmin Avropa 

İttifaqının məlumatlı strukturlarının ciddi diqqətini tələb edən 

humanitar məsələlər deyilmi?!  

Avropa parlamentarilərinin dolğun cavab vermədiyi saysız-

hesabsız suallar sürətlə çoxalır. Halbuki, bu sualların izahı üzdədir. 

Onlar biabırçı “fləşmoblar” təşkil etməklə yalnız siyasi sifarişi yerinə 

yetirirlər. Amma hamıya məlumdur ki, pulu kim ödəyirsə, musiqini də 

o sifariş verir.  

Yuxarıda göstərilən faktlar və sübutlar Avropa Parlamentinin 

qərəzliliyini, onun Azərbaycana münasibətdə ikili standartlar 

siyasətini təsdiq edən misalların yalnız az bir hissəsidir. Lakin əgər Aİ 

nüfuzlu aktor olmaq məqsədini qarşıya qoyursa, o, öz “qanunverici 

orqanının” fəaliyyətini əvvəlcədən bəyan edilmiş prinsiplərə 



50 

 

uyğunlaşdırmalıdır. Əks halda imici onsuz da ciddi şəkildə korlanmış 



Avropa İttifaqı məsxərələrin və səfeh personajları olan məzəli siyasi 

lətifələrin obyektinə çevriləcək.  

 

2.Dağlıq Qarabağ münaqişəsi və Avropa strukturlarının ikili 



standartları  

 

Azərbaycanın bizim tərəfdaşların qeyri-sağlam reaksiyası ilə 



getdikcə tez-tez üzləşdiyi müstəvilərdən biri beynəlxalq təşkilatlar 

tərəfindən qəbul edilmiş qətnamələrin yerinə yetirilməməsi və ya 

situasiyanın ikibaşlı və təhrifedilmiş izahıdır. Söhbət həlli üzərində 

ATƏT-in işlədiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsindən gedir.  

“Soyuq müharibə” dövründə yaradılmış ATƏT-in (ATƏM-in) 

məqsədi qarşılıqlı əməkdaşlığı və etimadı konkret prinsiplər əsasında 

gücləndirmək idi. Helsinki Yekun Aktında göstərilən bu prinsiplər 

başqa məqamlarla yanaşı, beynəlxalq aləmdə tanınmış sərhədlərin 

toxunulmazlığını, dövlətlərin ərazi bütövlüyünü, xalqların hüquq 

bərabərliyini və öz taleyi barəsində sərəncam vermək hüququnu 

(xalqların təyini-müqəddərat prinsipi) əhatə edir və həmin illərdə 

Avropanın olduğu vəziyyəti əks etdirir. Bu prinsiplər Avropada sülhün 

və təhlükəsizliyin təmin edilməsi üçün zəruri olan çox mühüm amillər 

kimi çıxış edirdi. Lakin bu gün həmin prinsiplər öz əzəli mənasını 

müzakirə obyektindən asılı olaraq itirir. Məsələ Azərbaycanın 

mənafeləri ilə bağlı olanda Qərb ölkələri çox vaxt həmin prinsiplərlə 

manipulyasiya edir. Bu prinsiplərin şərhinə aydınlıq gətirməyə çalışaq.  

Birincisi, ərazi bütövlüyü prinsipi – bu, beynəlxalq hüququn “jus 

cogens” (imperativ norma) fundamental prinsipidir və heç bir dövlətin 




51 

 

bu barədə mübahisə etməyə və onu pozmağa haqqı yoxdur. Ərazi 



bütövlüyü və xalqların təyini-müqəddərat hüququ bir-birinə zidd 

deyil, əksinə, onlar bir-birini tamamlayır. Bu, o deməkdir ki, hər bir 

dövlətin öz sərhədləri daxilində müstəqil seçim etməyə haqqı var. 

Bəzi tədqiqatçılar qeyd edirlər ki, ATƏT-in Yekun Aktında qeyd 

edilmiş xalqların təyini-müqəddərat prinsipi iştirakçı dövlətlərin 

müstəqilliyinin möhkəmlənməsinə yönəlmişdi.  

Keçən əsrin 90-cı illərinin əvvəlində “uti possidetis” (nəyə 

malikiksə ona da malikik) prinsipi Yuqoslaviyaya dair konfransın 

yaratdığı Arbitraj Komissiyası tərəfindən təsdiq edildi. Komissiya 2 

nömrəli rəyində bəyan edib: “Xorvatiyanın, Bosniya və Herseqovinanın 

serb əhalisi Yuqoslaviya xalqının tərkib hissəsi kimi öz müqəddəratını 

təyin etmək hüququna malikdir”. Bu halda vurğulanıb: “Açıq-aydın 

müəyyən edilib ki, istənilən şəraitdə təyini-müqəddərat hüququ 

dövlətlərin razılığa gəldiyi digər hallar istisna olmaqla müstəqillik 

əldə edilən anda (uti possidetis juris) mövcud sərhədlərin 

dəyişdirilməsinə aid olmamalıdır”. Daha sonra qeyd edilir ki, əgər hər 

hansı dövlətin ərazisində etnik, dini, linqvistik azlıqlar yaşayırsa, 

onlar beynəlxalq hüquqa uyğun olaraq öz identikliyinin tanınması 

hüququna malikdirlər.  

Azlıqların hüquqlarının təmin edilməsinə görə məhz dövlət 

məsuliyyət daşıyır. Yəni, azlıqlar onların yaşadığı dövlətlərin ərazisi 

çərçivəsində öz hüquqlarından istifadə edirlər. Bu rəy onu göstərir ki, 

etnik azlıq kimi Dağlıq Qarabağ ermənilərinin təyini-müqəddərat 

hüququ yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll 

edilməlidir.  

İkincisi, “xalqların təyini-müqəddərat hüququ” prinsipinin 

adından göründüyü kimi, bu prinsip milli dövlətlərə, yəni millət kimi 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə