Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

35 

 

Avropa İttifaqının rəsmi şəxsləri bir səslə istinad edirlər ki, bəs, Aİ bu 



böhranın tənzimlənməsində vasitəçi deyil və yumşaq desək, bu işin 

onlara dəxli yoxdur. Lakin əgər suveren Azərbaycanı özünün təsir 

dairəsinə cəlb etmək üçün fəal çalışan Brüssel tərəfdaş ölkənin ağrılı 

problemindən özünü kənara çəkirsə, onda o, nə münasibətlə 

təcavüzkar ölkənin və heç kəs tərəfindən tanınmamış qondarma 

“Dağlıq Qarabağ respublikası”nın qeyri-hökumət strukturlarını 

stimullaşdırır, onlara qrantlar paylayır? Biz özümüzə münasibətdə bu 

cür ikili siyasəti qəbul edə bilmərik. Çünki bu siyasət bir milyon 

azərbaycanlı qaçqının və məcburi köçkünün hüquqlarını tapdalayır, 

bu insanlar erməni təcavüzünün birbaşa qurbanlarıdır və dolayısı ilə 

həmin siyasət erməni ekspansionizminə xidmət edən qüvvələri 

dəstəkləyir.  

Üç erməni partiyasının (hakim Respublikaçılar partiyası, 

“Çiçəklənən Ermənistan” və Orinats Yerkir partiyaları) Avropa Xalq 

Partiyasının (AXP) sıralarında üzv olması xristian Ermənistana 

münasibətdə siyasi korrupsiyanın və “ilk növbədə Ermənistan” 

ideyasının sübutudur. Avropa təsisatları Ermənistanla assosiativ saziş 

imzalanmasına hazırlıq prosesində “Avropa siyasi məkanına 

inteqrasiyanın dərinləşməsi” adı ilə Ermənistanın siyasi partiyalarını, 

necə deyərlər, “növbədənkənar” AXP sıralarına qəbul etdilər. Lakin 

taleyin qismətindən məhz bu üç partiya Ermənistan Prezidentinin 

Moskvanın təşəbbüsü ilə yaradılmış Gömrük İttifaqına və Avrasiya 

İqtisadi İttifaqına daxil olmaq barədə bəyanatını qeyd-şərtsiz 

dəstəklədilər. AXP pis vəziyyətə düşdü, çünki onun sıralarında 

Rusiyanın inteqrasiya layihələrini dəstəkləyən və Aİ ilə saziş 

imzalamaqdan imtina etmiş siyasi təşkilatlar var. Ermənilər isə 

sanballı siyasi rüşvət müqabilində nəinki öz öhdəliklərini yerinə 



36 

 

yetirmədilər, hətta Avropada anti-Azərbaycan təbliğatını 



fəallaşdırmaq məqsədilə AXP-nin tribunasından istifadə etdilər.  

“Qonşuluq siyasəti” çərçivəsində ikili, bəlkə də saxta siyasətin 

daha bir nümunəsi postsovet dövlətləri ilə Aİ-nin qarşılıqlı 

münasibətlərinin tənzimlənməsinə kömək edən prinsiplərin müxtəlif 

olmasıdır. Belə ki, Azərbaycanla birgə fəaliyyət planında Ermənistanla 

Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinə dair BMT 

Təhlükəsizlik Şurasının qətnamələrinin müddəalarının, habelə ATƏT 

tərəfindən qəbul edilmiş qərarların və sənədlərin hesaba alınması 

nəzərdə tutulur. Ermənistanla Qarabağ münaqişəsinin 

tənzimlənməsinə dair qarşılıqlı fəaliyyət planında isə beynəlxalq 

prinsiplərin və normaların, o cümlədən xalqların təyini - müqəddərat 

prinsipinin hesaba alınması nəzərdə tutulur.  

Beləliklə, Brüsselin bəyan etdiyi “Şərq tərəfdaşlığı”nın əsas 

məqsədi – Aİ-nin vahid dəyərlərinin və normalarının qonşu ölkələrə 

yayılması quru sözdən başqa bir şey deyil. Reallıqda Aİ-nin ikili 

siyasəti yığılıb qalmış ciddi problemlərin aradan qaldırılmasına deyil, 

kontinental strukturların yüksək dairələrində rəğbət qazanmış 

subyektlərin əl altından dəstəklənməsinə yönəlib. Avropalı məmurlar 

dövlətlərarası mübahisələrin taleyi ilə bağlı eyni vəziyyətdə 

beynəlxalq hüququn əsas prinsiplərini müxtəlif şəkildə interpretasiya 

etməklə istər-istəməz özlərinin həqiqi məqsədlərini üzə çıxarırlar. Bu 

məqsədlərin ən başlıcası postsovet ölkələrini bir-birinə qarşı 

qızışdırmaq və onların intellektual potensialını, resurs bazasını, 

tranzit şəbəkələrini Aİ-nin bazarına yönəltməkdir. Məşhur bir 

məsəldə deyildiyi kimi, hamının xoşuna gələ bilməzsən.  

Bu mənada Azərbaycan Avropa isteblişmentinin riyakarlığına və 

ikiüzlülüyünə münasibətdə ardıcıl və prinsipial mövqe nümayiş 



37 

 

etdirib. Əgər Aİ öz mənafelərini müdafiə edə bilərsə, onda 



Azərbaycan niyə bunu etməsin? Əlbəttə, Riqa sammitinin yekunları, 

onun ikili standartlara əsaslanan “heç nə haqqında” final 

bəyannaməsi yalnız Aİ-nin “Şərq tərəfdaşlığı” siyasətində yaxşılaşma 

olacağına ümid verir.  

“Şərq tərəfdaşlığı” çərçivəsində Aİ-nin praktikasında qeyri-

sağlam fərqli yanaşmalar siyasəti bununla məhdudlaşmır. Məlum 

olduğu kimi, Abxaziyanın və Cənubi Osetiyanın separatçı rejimlərinin 

rəhbərlərinin Avropaya daxil olması qadağan edilib. Amma qondarma 

“Dağlıq Qarabağ respublikası”nın başçısı Şengen vizası ilə Aİ 

ölkələrinə rahatca səyahət edir, müxtəlif deputatlar, nazirlər və 

başqaları ilə görüşür, sonra isə həmin ölkələrin rəsmi nümayəndələri 

bəyan edirlər ki, bu səfərlər guya “şəxsi xarakter daşıyır”. 2015-ci il 

mayın 19-da məhz belə səfərlərdən biri Fransaya – Minsk qrupunun 

həmsədri olan ölkəyə təşkil edilmişdi. Qəribədir ki, Qarabağ 

münaqişəsinin tənzimlənməsində iştirak edən ölkə separatçıların ali 

iyerarxlarını qəbul edir və yüksək səviyyədə görüşlər keçirilməsi üçün 

şərait yaradır.  

Paris bir tərəfdən ərazi bütövlüyü prinsiplərindən danışır, 

zorakılığı və işğalı pisləyir, digər tərəfdən isə separatçılara açıq 

himayədarlıq edir. Lakin həmsədr ölkələr nümayişkaranə şəkildə

utanmadan işğalçı separatist rejimin nümayəndələri ilə görüşürsə, 

onların bu ölkələrə səfərlərini təşkil edirsə, bununla da danışıqlar 

prosesinin formatını hörmətdən salırsa, onların ATƏT-in Minsk qrupu 

formatının qərəzli və ya səmərəsiz olması barədə açıq bəyanatlar 

verməsi nə dərəcədə məntiqə uyğundur?!  

Avropalıların Ermənistanla açıq flirtini və Qarabağ münaqişəsi 

zonasında beynəlxalq hüququn tam fəaliyyətsizliyini müşahidə edən 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə