Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

25 

 

qorxu içində yaşayır. Bu ilin əvvəlində Parisdə törədilmiş terror 



aktlarından sonra heç bir günahı olmayan çoxsaylı müsəlmanlara 

qarşı təqiblər və hədələr Avropa cəmiyyətində dözümsüzlüyün 

artmasına dəlalət edir.  

Almaniyada – son vaxtlar ciddi eksseslər, etnik-dini zəmində 

vəziyyətin kəskinləşməsi və terror aktları müşahidə olunmayan 

ölkədə PEQİDA-nın antiislam yürüşünü xatırlamaq kifayətdir. Bütün 

bunlar onu göstərir ki, Aİ-də islamofobiyanın artması tolerantlıq, 

dözümlülük, əməkdaşlıq, dinc yanaşı yaşamaq kimi baza dəyərlərini 

sarsıdır.  

Digər tərəfdən, Aİ Şimali Afrika və Yaxın Şərq ölkələrindən güclü 

qaçqın axını ilə üzləşir. “Rəngli inqilablar” və “Ərəb baharı” 

dalğasından sonra bu axın xeyli güclənib. Özünü “İraq Şam İslam 

Dövləti” (İŞİD) adlandıran beynəlxalq terror qruplaşmasının yaranması 

da Aİ dövlətləri üçün böyük başağrısına çevrilib. Əslində, İŞİD-i Qərb 

dövlətlərinin özü yaradıb, mötədil Suriya müxalifətini ağılsızcasına 

silahlandırıb.  

Cinayətkar hərəkətlər Şərqdə hərc-mərclik və iğtişaşlar yaradıb, 

bu narahat region uzun müddətə qeyri-sabitlik girdabına yuvarlanıb. 

Nəticədə öz ailələrini vətəndaş müharibəsindən və arası kəsilməyən 

nizamsız qırğından xilas etməyə çalışan günahsız insanlar Qahirədəki 

Təhrir meydanında etiraz nümayişlərini və Liviyada bombardmanları 

məqsədyönlü şəkildə dəstəkləyən Aİ ərazisinə keçməyə çalışırlar. 

Dəvəquşu mövqeyi tutan Brüssel “Ərəb baharı”ndan sonra legitim 

yolla seçilmiş Misir Prezidenti devriləndə yalnız “dərin narahatlıq 

keçirməsi” barədə quru bəyanatlarla kifayətləndi. Liviya 

Cəmahiriyyəsinin lideri Müəmmər Qəddafinin zorakı yolla devrilməsi 

isə Qərbin bir sıra nüfuzlu paytaxtlarında, ümumiyyətlə, festival 



26 

 

ruhunu xatırladan şadyanalıqla qəbul edildi. Mahiyyət etibarilə Aİ 



həm ərəb ölkələrində, həm də Ukraynada sosial qiyamı dəstəklədi. Bu 

ölkələrdə baş verən hadisələri inqilab deyil, məhz güclü emosional 

çalarlara malik sosial qiyam adlandırmaq düzgün olar, çünki həmin 

dövrdə müxalifət qüvvələri konkret tələblər irəli sürməmişdi.  

Nə üçün Aİ ABŞ-ın farvaterində fəaliyyət göstərərək başqa 

dövlətlərin daxili işlərinə fəal şəkildə qarışır, amma eksperiment 

onların milli maraqlarına uyğun olmadıqda protokol bəyanatları ilə 

kifayətlənir?  Çünki bu, əyani şəkildə  sübut edir ki, hər bir dövlət 

beynəlxalq arenada öz mənafelərini əsas tutaraq fəaliyyət göstərir. 

Belə hallarda Aİ vahid dəyərlərlə, prinsiplərlə, birləşmiş Avropanın 

təməlini qoyanların inkişaf etdirdiyi ideyalarla birləşən ittifaqdan 

daha çox, Tomas Hobbsun dediyi “xudbin dövlət”i xatırladır. Zərurət 

yarandıqda Brüssel baza dəyərlərini və prinsiplərini dərhal arxa plana 

keçirir.  

Xaricdə baş verən iğtişaşları və etiraz aksiyalarını çox fəal 

dəstəkləyən Avropa demokratiyaları indi özlərinin uzaqgörməzliyinin  

nəticələrindən ehtiyat edərək artıq öz “uğurlarının” bəhrəsini görmək 

istəmirlər. Əlbəttə, Brüsseldəki rəsmi şəxslər asanlıqla buna istinad 

edə bilərlər ki, Avrozonanın iqtisadiyyatı sadəcə Şərqdən qaçqın 

axınına davam gətirməyəcək. Əlbəttə, Aİ-nin öz maraqları var. Lakin 

nəyə görə Brüssel nümayəndələri rəsmi ritorikada münaqişə 

regionlarından olan qaçqınları miqrantlar kimi qələmə verir? Cavab 

sadədir. Onlar qaçqınlarla müqayisədə miqrantların qarşısında öz 

“demokratik qapılarını” daha asanlıqla bağlaya bilərlər, çünki 

qaçqınların gələcəyi üçün məsuliyyət daşımağa məcburdurlar.  

Bəs, Aralıq dənizindən üzüb keçməyə çalışarkən boğulan və ya 

“cəza düşərgələrində” əzab-əziyyət çəkən qaçqınların hüquqları necə 



27 

 

olsun? Nə üçün Aİ-dən olan rəsmi şəxslər bu qaçqınların hüquqları 



ilə az maraqlanır, halbuki başqa ölkələrdə insan hüquqları barədə hər 

ay çoxsəhifəli məruzələr yazmağa hazırdırlar? Bəlkə elə onların 

özlərinin təhrik etdiyi problemlərin həllindən başlamaq daha məntiqli 

olar?!  


Digər tərəfdən, görürük ki, qaçqınların paylanması ilə əlaqədar 

Aİ tərəfindən qəbul edilən qərarlar üzv ölkələrin çoxunu qane etmir. 

Aİ-nin ölçülərinə və sərvətlərinə baxmayaraq, o, 300 min suriyalını 

güclə qəbul edir, halbuki od tutub yanan ölkədən bu gün Türkiyədə 2 

milyondan çox, Livanda təqribən 1,7 milyon, Səudiyyə Ərəbistanında 

2 milyona yaxın, İordaniyada təqribən 600 min qaçqın məskunlaşıb. 

Bəs, “Ərəb baharı” dövründə qarşıdurmanı dəstəkləyən siyasətçilər 

haradadırlar, nə üçün onların səsi eşidilmir? Nə üçün onların 

ölkələrinin hökumətləri bu gün elə özlərinin fəlakətə yuvarladığı və 

taleyin ümidinə atdıqları insanlara kömək istəmirlər?  

Cavab sadədir. Məsələ konkret işə gələndə Aİ heç bir tədbir 

görmür. Onun yaxşı bacardığı yeganə iş boş “qətnamələr” və “dərin 

narahatlıq” barədə bəyanatlar hazırlamaqdır.  

Aİ-nin bəzi üzvləri, ümumiyyətlə, bəyan edirlər ki, onlar yalnız 

xristian qaçqınları qəbul edəcəklər. İş o yerə çatıb ki, bəzi qaçqınlar 

köhnə qitədə sığınacaq tapmaq xatirinə öz dini etiqadını dəyişməyə 

məcburdurlar. Bəs, Avropa “demokratiyaları”nın əvvəlki tolerantlığı və 

dini dözümlülüyü harada qaldı? Nə üçün avropalı “QHT-çilər” və 

“hüquq müdafiəçiləri” dağılmaqda olan dövlətlərdə vəziyyət barədə 

məruzələr tərtib etmirlər? Bu vəziyyət Aİ-də yeni təhdidlər barəsində 

fikir ayrılıqlarının artması ilə bərabər, həm də bu təşkilatın biabırçı 

ikili standartlar siyasətini əyani şəkildə nümayiş etdirir.  




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə