Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

32 

 

mövqeyinin nəzərə alınmaması Ukrayna böhranına gətirib çıxardı. Aİ 



“Şərq tərəfdaşlığı”nın üzvü olan dövlətləri hər vasitə ilə prinsipial 

seçimə sövq etməyə çalışır, lakin bu seçimi etmiş ölkələrə 

münasibətdə əməli dəstək addımları atmayıb.  

Bu kontekstdə “Şərq tərəfdaşlığı”nın sonuncu, 2015-ci ildə 

keçirilmiş Riqa sammitinin yekunlarına, daha dəqiq desək orada 

qəbul edilmiş bəyannamənin xarakterinə diqqət yetirməyə dəyər. 

Əvvələn, bu bəyannamə “Şərq tərəfdaşlığı”nın iştirakçıları olan 

ölkələrin əksəriyyətini məyus etdi. Çünki onun mətni əvvəlki sənədlə 

müqayisədə daha zəif və yayğın oldu. Sənəddə “altılıq” ölkələrinin 

Avropa İttifaqında tamhüquqlu üzvlüyünə dair müddəaların olmaması 

üzə çıxdı, hərçənd, assosiasiya haqqında müqaviləni imzalamış 

dövlətlərə vəd edilmişdir ki, onlar avrozonanın genişlənməsi 

strategiyası çərçivəsində Aİ-yə daxil ediləcək. Gürcüstan və Ukrayna 

kimi ölkələrə vizasız rejim təqdim olunması məsələsi də sammitdə 

konkret həll edilmədi. 

Lakin hətta bu cür uğursuz və “dişsiz” sammitdə də Aİ rəsmiləri 

Azərbaycanı guya birgə bəyannamənin mətnini imzalamaqdan imtina 

etmiş qeyri-konstruktiv iştirakçı kimi təqdim etməyə çalışdılar. 

Burada çətinliyin nədən ibarət ola biləcəyini anlamaq üçün həmin 

mətni təhlil etməyə çalışaq. 

Bəyannamədə Krımın işğal edilməsi kəskin pislənilir, Ukraynanın 

ərazi bütövlüyünün və suverenliyinin birmənalı şəkildə dəstəklənməsi 

bildirilir. Bu fonda həmin sənədi tərtib edənlər ATƏT-in Minsk 

qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin 

dinc yolla həllinə yönəlmiş fəaliyyətinin Avropa İttifaqı tərəfindən 

dəstəklənməsini yalnız bəyan edirlər. Burada belə bir məntiqi sual 

yaranır: Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal 



33 

 

edilməsi faktı barədə nə üçün susurlar? Hansı əsasa görə Krım 



problemi həmin sənəddə “qanunsuz ilhaq” şəklində əks olunur, 

amma Dağlıq Qarabağ məsələsində təcavüzkara prinsipial qiymət 

verilmədən, onu ünvanlı şəkildə pisləmədən formal və qarşıya heç bir 

vəzifə qoymayan diplomatik kazuistikadan istifadə edilir. Bu, kəskin 

etnik-ərazi problemi qarşısında məsuliyyətdən yaxasını kənara 

çəkmək üçün ikili standartları alətə çevirmiş Avropa İttifaqının riyakar 

siyasətini çılpaqlığı ilə göstərən birinci əyani məqamdır.  

Bəyannamənin 3-cü bəndi də istisna olmayıb. Bu bənddə deyilir: 

“2014-cü ildən başlayaraq Ukraynaya qarşı həyata keçirilən aktlar və 

Gürcüstanda hadisələr göstərdi ki, XXI əsrdə Avropa qitəsində dünya 

miqyasında tanınmış sərhədlər çərçivəsində suverenliyin və ərazi 

bütövlüyünün əsas prinsiplərinə təminat verilmir”. Elə isə Azərbaycan 

ərazisinin işğal olunmasını necə izah etməli? Məgər bu, Aİ-nin 

nəzərində ərazi bütövlüyü prinsipinin pozulması deyilmi?  

Beynəlxalq hüququn imperativ normalarının Aİ tərəfindən bu cür 

ayrı-seçkiliklə şərh edilməsi qüsurlu ikili standartlar praktikasının 

konkret davamıdır.  

Krım problemi ilə əlaqədar Rusiyaya münasibətdə bu qədər 

fəallıqla sanksiyalar tətbiq edən Aİ nəyə görə indiyədək Azərbaycanın 

ərazi bütövlüyünü pozmuş Ermənistan barəsində heç bir adekvat 

bəyannamə qəbul etməyib? Axı, əgər Qərb ölkələri Dağlıq Qarabağın 

işğalı ilə əlaqədar Ermənistana münasibətdə sağlam və barışmaz 

mövqe tutsaydılar, bəlkə də 2014-cü il Ukrayna böhranından qaçmaq 

mümkün idi.  

SSRİ-nin dağılması ərəfəsində Yerevandan qaynaqlanan təhlükə 

və təhdidlərə məhəl qoyulmaması hiddət doğurur. Axı, 1980-ci illərin 

axırlarında Dağlıq Qarabağ münaqişəsi qırmızı imperiya ərazisində 



34 

 

sonrakı bütün analoji böhranlara yol açmış ilk konflikt oldu. Dağlıq 



Qarabağ ətrafında münaqişəyə Qərbin münasibəti bir növ məhək daşı 

oldu. Nəticədə başqa ölkələrdəki separatçılar yalnız cinayətkar impuls 

aldılar. Hiddət doğuran cəzasızlıq Avrasiya məkanının digər 

regionlarında parçalayıcı qüvvələrə təkan verdi və bunun kədərli 

nəticələrini çox gözləmək lazım gəlmədi.  

Aİ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 

tənzimlənməsi prosesinə nümayişkaranə şəkildə qoşulmur, Avropa 

strukturlarının bəzi addımları isə danışıqlar prosesinə hətta ziyan 

vurur. Brüssel Türkiyənin və Ermənistanın qeyri-hökumət 

təşkilatlarının çoxsaylı layihələrini əl altından stimullaşdırmaqla və 

Türkiyənin Aİ-yə daxil olması üçün Ermənistanla sərhədlərin açılması 

şərtini irəli sürməklə Ermənistan-Türkiyə münasibətlərinin 

normallaşması prosesini açıq-aşkar dəstəkləyir. Bu, sağlam 

düşüncəyə ziddir, çünki birləşmiş Avropanın siyasi dairələri 

Ermənistan-Türkiyə sərhədinin bağlanması səbəblərini çox gözəl 

bilirlər. Ankara birmənalı olaraq bəyan edib ki, Ermənistanla barışıq 

yalnız Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi uğurlu 

olduqda mümkündür. Türkiyə bu qərarı 1993-cü ildə Azərbaycanın 

Kəlbəcər rayonu işğal olunandan sonra qəbul edib. Nəticədə Aİ öz 

hərəkətləri ilə həm Qarabağ münaqişəsinin siyasi yolla həlli prosesinə 

ziyan vurur, həm də Ermənistanın timsalında təcavüzkar dövlətin 

təcrid olunması rejimini dolayısı ilə zəiflətməyə çalışır.  

Bu fonda Aİ Dağlıq Qarabağ münaqişəsinə dair ictimai 

diplomatiyanın müxtəlif layihələrini fəal maliyyələşdirir və cəsarətlə 

demək olar ki, bu aksiyalar Azərbaycanın milli mənafelərinin zərərinə 

siyasi separatizmdir. Məsələ Ermənistanın işğalçı fəaliyyətinin və 

Yerevanın təcavüzkar siyasətinin pislənməsi dərəcəsinə çatanda 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə