Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə26/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   ...   18   19   20   21   22   23   24   25   26

87 

 

Prezident İlham Əliyev 2015-ci il mayın 18-də “Mədəniyyəti 



ortaq təhlükəsizlik üçün paylaşaq” mövzusunda III Ümumdünya 

Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı nitqində deyib: 

...Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin 



kəsişməsində yerləşir. Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə 

ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz 

rolunu oynamışdır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik 

qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir 

ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik 

illərində daha da güclənmişdir. Bizim tarixi abidələrə nəzər salmaq 

yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün...

14



.  

Dünya təcrübəsi tez-tez göstərir ki, multietniklik və 

multikonfessiyalılıq münaqişələrin artmasına təhrik edir. Yaxın Şərq 

və elə Avropanın özü buna misal ola bilər. Lakin bizim ölkəmiz bu 

məsələdə ümumi kədərli qaydadan nadir istisnadır. Deməli, buna 

oxşar digər istisnalar da ola bilər. Avropada insan haqlarının 

təəssübkeşləri də bu barədə fikirləşməlidirlər. 

Prezident İlham Əliyev 2015-ci il mayın 27-də Respublika Günü 

münasibətilə keçirilən tədbirdəki nitqində deyib:

 “Azərbaycanda 

dinlərarası münasibətlər ən müsbət şəkildə tənzimlənir. Bunu 

Azərbaycan xalqı qeyd edir, görür. Eyni zamanda, Bakıya, 

Azərbaycana gələn bütün xarici qonaqlar da bunu qeyd edirlər ki, 

Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlər ən yüksək 

səviyyədə təmin edilir. Bu da bizim çox böyük sərvətimizdir və 

ölkəmizin gələcəkdə uğurlu, təhlükəsiz inkişafı üçün əsas şərtdir. 

Bundan sonra da Azərbaycanda bütün xalqların, bütün dinlərin 

                                                           

14

 Bax: “Azərbaycan” qəzeti. 19 may 2015-ci il. 




88 

 

nümayəndələri bir ailə kimi yaşayacaq. Bizim dövlət siyasətimiz 



bundan ibarətdir. Milli, etnik, dini müxtəliflik bizim böyük 

sərvətimizdir və bizim üçün güc mənbəyidir”



15

Həqiqətən, Azərbaycanın gücü bir milli ideyaya xidmət edən 



bütün vətəndaşların birliyindədir. Tarix boyu belə olub. Təsadüfi deyil 

ki, 1918-ci il mayın 28-də Milli Şura tərəfindən qəbul edilmiş İstiqlal 

Bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan öz sərhədləri 

çərçivəsində etnik, dini mənsubiyyətindən, irqindən və cinsindən asılı 

olmayaraq hər bir vətəndaşın mülki və siyasi hüquqlarını təmin edir. 

Bu qayda bu gün də qüvvəsini saxlayır.  

Avropa siyasətində ikili standartlarla bağlı vəziyyəti ölkəmizin 

tənqid ilə əlaqədar hər bir faktda görmək olar.  

İddia edirlər ki, bizim ölkədə məhbuslara münasibət pisdir. 

Lakin əgər belədirsə, onda Mərkəzi Kəşfiyyat İdarəsinin gizli fəaliyyəti 

barədə böyük hay-küyə səbəb olmuş məruzədə müsəlman 

ölkələrindən olan məhbusların qapalı həbsxanalarda məhkəməsiz və 

istintaqsız saxlanması, onlarla qeyri-insani rəftar, bu adamlara 

amansız işgəncələr verilməsi nə üçün müstəqil təhqiqat obyekti 

olmayıb? Məruzədəki dəhşətli faktlar Avropa İnsan Haqları 

Konvensiyasına birbaşa ziddir.  

Bu məqamda BMT İnsan Haqları Komissiyasının 2010-cu il üçün 

məruzəsini xatırlamaq yerinə düşər. Həmin məruzədə dünyanın hər 

yerində ABŞ-ın gizli həbsxanalarının sayından, orada məhbusların adi 

hüquqlarına riayət edilməməsindən bəhs olunur. Məhbuslar bu 

həbsxanalarda məhkəməsiz və istintaqsız saxlanılır, onlara qarşı 

qadağan olunmuş işgəncələr tətbiq edilirdi. 

                                                           

15

 Bax: “Azərbaycan” qəzeti. 28 may 2015-ci il. 




89 

 

2010-cu il üçün olan məlumata görə dünyada 19 belə həbsxana 



vardır. Bunların bəziləri Polşa, Litva, Bosniya və Herseqovina, 

Rumıniya və digər Avropa dövlətlərində yerləşirdi. Avropa Şurasının 

baş katibi Terri Devis hələ 2005-ci ildə Aİ ölkələrinə həmin 

dövlətlərdə gizli həbsxanalar olub-olmaması barədə sorğu göndərib. 

Təhqiqat göstərdi ki, Bosniya və Herseqovinada, İtaliya, Makedoniya 

və Polşada gizli həbsxanalar mövcuddur. Bəs Brüssel haraya baxırdı? 

Məgər müttəhimlərin məhkəməsiz və istintaqsız saxlanması, onlara 

qarşı işgəncələr tətbiq edilməsi insan haqlarının pozulması deyilmi? 

Lakin ikili standartlar siyasətinə tam müvafiq olaraq dünya bu 

qalmaqallı faktlar barəsində ədaləti görə bilmədi. Adları çəkilən 

ölkələr “dövlət sirri” və “milli təhlükəsizlik” bəhanəsi ilə vəzifəli 

şəxslərin hüquqazidd əməllərdə əli olmasını gizlətdilər. 

Əlbəttə, avropalıları başa düşmək olar: öz “ağrılı yerlərini” 

ümumi müzakirəyə çıxarmaq o qədər də xoşagələn məsələ deyil. 

Amma Azərbaycanı dünya ictimaiyyətinin nəzərində hörmətdən 

salmaq çox maraqlıdır. Bu gün ölkədəki bəzi “jurnalistlər” və “fəallar” 

Qərb qüvvələri tərəfindən dəstəklənmələri sayəsində özlərini “azadlıq 

uğrunda mübarizlər” kimi qələmə verirlər, hərçənd onlardan 

bəzilərinin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə 

tamamilə ziddir. Qərb diplomatları fürsət düşən kimi onların 

“cəsurluğunu” və demokratiya uğrunda mübarizə apararkən hansı 

çətinliklərlə üzləşməli olduqlarını xatırladırlar.  

Bəzi hallarda “beşinci kolon”un bu nümayəndələrini hətta 

müəyyən “hüquq müdafiəsi” mükafatlarına təqdim edir, onların “haqq 

işi uğrunda” mübarizəsi üçün mifik baza yaradırlar, amma 

Azərbaycanın iyirmi ildən artıq müddətdə haqq işi uğrunda öz gücü 

ilə mübarizə aparmasını heç kəs görmür. Hüquq və azadlıq carçıları 



90 

 

Azərbaycan əsgərlərinin hər gün səngərlərdə dayanmasını, öz 



həyatları bahasına Azərbaycan torpaqlarını erməni işğalçılardan 

qorumalarını görməməyi üstün tuturlar. Bəs hanı ədalət? 

Bu gün Azərbaycan Respublikası dünyada dövlət borcu ilə ÜDM-

in nisbətinin 12 faizdən çox olmadığı azsaylı dövlətlərdən biridir. 

Lakin nöqsanların müzakirəsi daha maraqlı və cəlbedici olduğu bir 

vaxtda Azərbaycanın uğurları kimi maraqlandırır? Qərbdəki strateqlər 

tərəfindən himayə edilən QHT-lər insan haqları mövzusunu süni 

şəkildə şişirdərək öz fəaliyyətlərini yalnız Azərbaycanın imicini 

hörmətdən salmaq üzərində cəmləşdirirlər. Onlar sosial şəbəkələr 

vasitəsilə müxtəlif həştəqlərdən

16

 daim qərəzli, mənfi informasiyanı 



səhnə arxasındakı ağaları ilə bölüşür, bununla da öz ölkəsinin 

xalqının uğurlarını heçə endirməyə çalışırlar. Şübhə yoxdur ki, onların 

satqın fəaliyyəti sifarişli xarakter daşıyır və Cinayət Məcəlləsinin 

müvafiq maddələrinə uyğun gəlir. Bu “blogerlərin” və “hüquq 

müdafiəçilərinin” onları maliyyələşdirən mənbələri nəyə görə bu cür 

səylə gizlətmələri buradan aydın olur. 

Biz xarici QHT-lərin və fondların fəaliyyətində qayda-qanun 

yaratmaq məqsədilə bu sahədə islahatlar apardıq, onların dövlət və 

cəmiyyət qarşısında hesabat vermələrini təmin etdik. Lakin nədənsə 

Qərbdə bu islahatları siyasiləşdirməyə çalışdılar və vətəndaş 

sektoruna təzyiq cəhdləri kimi qələmə verdilər. Məgər maliyyə 

əməliyyatlarının açıqlığını, onlar barəsində hesabat verilməsini tələb 

etmək qanunun pozulmasıdırmı?  

                                                           

16

 # simvolundan əvvəlki sözlər və ya frazalar. Şəbəkə istifadəçiləri müxtəlif 



heşteqlərdən - # simvolu ilə başlanan sözlərdən və ya frazalardan istifadə etməklə 

məlumatları mövzu və ya tip üzrə qruplar şəklində birləşdirə bilərlər. 

 



91 

 

Məgər Qərbdəki təsisatlar Azərbaycana daim bu cür tələblər 



təqdim etmirlərmi? Elə isə Qərbdəki himayədarlarına sadiq 

qalacaqlarına and içmiş QHT-lərə münasibətdə nə üçün başqa, daha 

yumşaq yanaşmalar tətbiq edilməlidir? Burada yenə qərəzlilik və ikili 

standartlar siyasətinin təzahürü özünü göstərir. Biz “ikiqat dib” 

siyasətini qəbul etmir və pisləyirik. Qanun hamı üçün birdir.  

Biz “Sports for Rights”, “Civil Solidarity Platform”, “People in 

Need”, “Human Rights House”, “Center for Civil Liberties”, FIDH, 

“Platform London”, “Index of Censorship”, “Amnesty International”, 

“Human Rights Watch” kimi qurumların arxasında kimlərin 

dayandığını bilirik. Onların hərəkətləri, planları və beynəlxalq onlayn 

nəşrlərlə birgə işləri bizə yaxşı məlumdur. Onlar çox vaxt ölkəmizdə 

real vəziyyəti əks etdirməyən informasiyanı yayırlar. Bu 

insunasiyaların yalan və təhrikçi xarakterini yəqin etmək çətin deyil. 

Onların əsasını qərəzlilik, bizim dözümlülüyümüzü, müstəqil 

fəaliyyətimizi zəiflətmək, bizi özlərinin maraqlarına tabe etmək 

arzusu təşkil edir.  

Lakin kənardan göstərilən şiddətli təzyiqə, dünya 

iqtisadiyyatında qlobal böhran meyillərinin genişlənməsinə 

baxmayaraq, Azərbaycan özünəyetərli müstəqil siyasət yürütməkdə 

davam və inkişaf edir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, 

“dünyada maliyyə-iqtisadi böhrana baxmayaraq biz inkişaf edirik”. O 

deyib: 


“1990-cı illərin sonlarında görülmüş işlər və 2000-ci illərin 

əvvəllərində açılmış Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft 

və qaz kəmərləri əlbəttə ki, böyük tarixi nailiyyət idi. Bu kəmərlər 

imkan verdi ki, Azərbaycan böyük həcmdə valyuta ehtiyatları əldə 

etsin. Biz bu valyuta ehtiyatlarımızdan səmərəli istifadə edərək, onları 

ölkəmizin əsas inkişaf istiqamətlərinə yönəltdik. İnsanların rifah halı 




92 

 

yaxşılaşdı, ölkəmizin iqtisadi inkişafı təmin edildi. Son 10 il ərzində 



Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən yüksək templərlə 

inkişaf etmiş, 300 faiz artmışdır. Eyni zamanda, ölkə qarşısında 

duran infrastruktur layihələri icra edilmiş, sosial məsələlər öz həllini 

tapmışdır. Biz düşünülmüş iqtisadi siyasət apararaq neftdən asılılığı 

böyük dərəcədə azalda bilmişik. Bu gün ümumi daxili məhsulumuzda 

neft amili təxminən cəmi 30 faiz təşkil edir. Beləliklə, biz ölkə 

iqtisadiyyatının şaxələndirilməsi işində böyük nailiyyətlərə imza 

atmışıq... Məhz buna görə bu il iqtisadiyyatımız 5 faizdən çox 

artmışdır, baxmayaraq ki, neftin qiyməti iki dəfəyə yaxın 

azalmışdır”



17

Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə iqtisadi inkişafda 



sıçrayış edib. Bu gün ölkəmiz Dünya İqtisadi Forumunun rəqabətə 

davamlılıq reytinqində 140 ölkə arasında 40-cı yeri tutur və MDB 

ölkələri arasında liderdir. Elektron hökumətin tətbiqi sahəsində BMT-

nin apardığı sorğuda Azərbaycan 68-ci yeri tutur. Liberal ideoloqlar 

dünya ictimaiyyətinə daim deyirlər ki, iqtisadi inkişaf yalnız 

demokratiyanın mövcud olması və hüquqlara riayət edilməsi şərti ilə 

mümkündür. Lakin bu halda onlar dolayısı ilə etiraf edirlər ki, 

demokratik təsisatlara təzyiq göstərildiyi şəraitdə iqtisadiyyatda bu 

qədər sanballı uğurlar qazanmaq qeyri-mümkündür. İnkişafın 

Azərbaycan modeli iqtisadi və siyasi sistemlərin paralel inkişafını 

nəzərdə tutur. 

Hazırda Azərbaycan İKT indeksinə görə Cənubi Qafqazın digər 

ölkələrini inamla qabaqlayaraq, dünyada 64-cü yeri tutur. Son beş 

ildə ölkədə internet bazarının həcmi dörd dəfə genişlənib. On ildə 

                                                           

17

 Bax: “Azərbaycan” qəzeti. 3 iyun 2015-ci il. 




93 

 

internet istifadəçilərinin sayı 10 dəfədən çox artıb. Ölkədə müstəqil 



medialar açılmasına və onların sərbəst fəaliyyətinə məhdudiyyət 

yoxdur, arzu edən hər kəs üçün sosial şəbəkələr açıqdır. Hətta Qərb 

ölkələrinin suveren dövlətlərdə iğtişaşlar və çevrilişlər təşkil olunması 

üçün geniş istifadə etdikləri Facebook və Twitter şəbəkələri də bizdə 

hamı üçün əlyetərlidir. 

Lakin Avropada bizi çox vaxt qeyri-demokratiklikdə və öz fikrini 

müstəqil ifadə etmək imkanlarının, internet azadlıqlarının 

olmamasında ittiham edirlər. Əgər bunlar doğru olsaydı, bu 

platformalar bağlanardı. Onlardan Qərbi qane etməyən rejimləri 

devirmək məqsədilə istifadə edilməsi isə hamıya çoxdan məlumdur. 

Reallıq göstərir ki, Azərbaycan demokratik dövlətdir, burada 

vətəndaşların bütün hüquqları, o cümlədən söz azadlığı təmin edilir.  

Demokratik islahatlarla yanaşı, institusional islahatların həyata 

keçirilməsi də davam edir. “ASAN xidmət”in yaradılmasından məqsəd 

dövlət xidmətlərinin keyfiyyətini və maliyyə şəffaflığını 

yaxşılaşdırmaqdır. Bu xidmət Qərb ölkələrinin və Qərb təsisatlarının 

çoxuna nümayiş etdirib ki, Azərbaycan kimi gənc demokratik ölkə 

qısa müddətdə vətəndaşlara xidmətlər təqdim edilməsinin forma və 

mexanizmlərinin yaxşılaşdırılması məsələlərində Avropa ölkələrinin 

çoxu üçün standarta çevrilə biləcək müxtəlif profilli dövlət servisi 

yaratmağa nail olub. Bunu müxtəlif ölkələrin və beynəlxalq 

təşkilatların rəsmi şəxsləri də özlərinin hesabatlarında və 

bəyanatlarında təsdiq edirlər.  

Azərbaycanda artıq 5 milyona yaxın insan “ASAN xidmət”lərdən 

istifadə edib. Bu fakt özlüyündə aparılmış islahatın uğurlu olmasına 

dəlalət edir. 2015-ci ildə “ASAN” BMT-nin dövlət xidmətlərinin 

təqdim edilməsi sahəsində mükafatına layiq görülüb. Bu da ölkəmizin 



94 

 

həmin sahədə uğurlarının BMT tərəfindən etiraf olunmasına 



sübutdur.  

Bu ilin sentyabr ayında Prezident İlham Əliyev sosial 

problemlərin həllinə, savadsızlığın, yoxsulluğun aradan 

qaldırılmasına, “Minilliyin məqsədləri”nin yerinə yetirilməsinə görə 

BMT-nin “Cənub-Cənub” mükafatı ilə təltif edilib. Bu fakt bir daha 

təsdiq edir ki, sosial-iqtisadi problemlərin həlli sahəsində bizim 

uğurlarımız beynəlxalq birlik tərəfindən etiraf edilir. Buna 

baxmayaraq, Avropadakı bəzi dairələr Azərbaycanın hətta bu cür 

sanballı uğurlarını da inadkarlıqla görməməyə çalışırlar. 

Ölkəmizin inadkar tənqidçilərinə bunu xatırlatmaq artıq olmazdı 

ki, Azərbaycan ölkədə demokratiya qurmağa yalnız iyirmi beş il 

bundan əvvəl başlayıb. Ölkəmizin müstəqillik, demokratikləşmə və 

hüquqi cəmiyyət qurulması yoluna inamla qədəm qoyduğu vaxtdan o 

qədər də çox keçməyib. Gəlin, Fransa, Almaniya və Britaniyanın 

demokratik dövlətlərə çevrilməsi, bu yola çıxmaları üçün onlara neçə 

əsr  lazım gəldiyini yada salaq. Biz isə bu yolun yalnız başlanğıcında 

olduğumuz halda həqiqətən möhtəşəm sıçrayış etmişik.  

 



 

 



 

Deyilənlərə yekun vuraq.  



Yəqin ki, oxucu bu araşdırmada verilən və Avropa strukturlarına 

ünvanlanmış sualların sayına diqqət yetirib. Mən əminəm ki, həmin 

sualların heç birinə obyektiv cavab alınmayacaq. Səbəbi də aydındır.  

Avropa inteqrasiyasında islahat ümdə zərurətə çevrilib. Daxili və 

xarici problemlərin həllində Avropa İttifaqının beynəlxalq 

münasibətlərin aktoru kimi səmərəsiz olduğunu göstərən çoxsaylı 




95 

 

nümunələr bu qurumun staqnasiyasını və inteqrasiya prosesində 



deqradasiyanın başlanmasını nümayiş etdirir. Digər tərəfdən, 

islamofobiyanın artması və multikulturalizmin böhranı onu göstərir 

ki, Avropa həm institusional və sistem böhranı, həm də ideya böhranı 

keçirir.  

Avropa İttifaqı və digər Avropa təsisatları tərəfindən hər yerdə 

ikili standartlar siyasətinin tətbiq edilməsi Aİ-yə etimadı azaldan 

amilə çevrilib. Beynəlxalq siyasətin subyekti kimi onun nüfuzunun 

azalması təkzibedilməz fakt olub. Azərbaycana münasibətdə qərəzli 

və əsassız tənqid barədə yuxarıda təsvir edilən misallar bir daha 

göstərir ki, Avropa strukturları hüquq bərabərliyi prinsipini pozur, 

postsovet məkanındakı ölkələrin demokratik inkişafının 

qiymətləndirilməsində bağışlanılmaz subyektivliyə yol verirlər. 

Onların yaydığı qətnamə və bəyanatlar isə lobbiçilik xarakteri 

daşımaqla, əslində səhnəarxası sifarişlərin məhsuludur. Avropa 

İttifaqı, ATƏT, Avropa Şurası, Avropa Məhkəməsi və digər 

strukturlarda anti-Azərbaycan kampaniyası onu göstərir ki, xəcalət 

doğuran bu proses vahid mərkəzdən əlaqələndirilir və Azərbaycanı 

onların maraqlarına tabe etmək məqsədi güdür.  

Azərbaycanı hörmətdən salmaq kampaniyasının cavabı yalnız 

ardıcıl inkişafını davam etdirən güclü və müstəqil Azərbaycan ola 

bilər. Biz başa düşürük ki, tarazlaşdırılmış, praqmatik və müstəqil 

xarici siyasətimiz, alyanslarda və ittifaqlarda iştirak etməmək 

strategiyamız Azərbaycanı beynəlxalq münasibətlər zəncirinin zəif 

halqası və deməli, xarici qüvvələrdən asılı dövlət kimi görmək istəyən 

bəzi ölkələri narahat edir. Azərbaycan ümummilli lider Heydər Əliyev 

tərəfindən müəyyən edilmiş müstəqil inkişaf yoluna qədəm qoymuş 

suveren dövlətdir. Ümummilli Lider təşəkkül konsepsiyasının 



96 

 

mahiyyətini belə bəyan edib: 



“Azərbaycan heç bir ölkənin təsiri altına 

düşməyəcəkdir. Azərbaycan öz müstəqilliyini qoruyacaqdır”



18

.

 



Biz başa düşürük ki, iqtisadi artım, uğurlu inkişafımız Qafqaz-

Xəzər regionunda yeni güclü regional oyunçunu görmək istəməyən 

bəzi ölkələri qorxuya salır. Onlar üçün əsas məsələ bu regionu 

pərakəndə və qeyri-sabit görməkdir.  

Ölkə rəhbərliyinin siyasi iradəsi, coğrafi determinizm, 

Azərbaycanın təşəbbüsü ilə başlanmış regional layihələr, iqtisadi 

artım və azərbaycanlıların Prezidentin siyasi kursunu dəstəkləməkdə 

həmrəyliyi Azərbaycan Respublikasının ardıcıl və proqnozlaşdırıla 

bilən xarici siyasətinin həyata keçirilməsi üçün şərait yaradır.  

KİV-lərdə təşkil edilən hər hansı kampaniyalarla, yalançı 

demokratikləşdirməyə dair boş qətnamələr və layihələrlə Azərbaycan 

xalqının, onun rəhbərliyinin iradəsinə və dözümünə təsir göstərmək 

mümkün deyil. Aİ-də və digər güc mərkəzlərində bunu nə qədər 

vaxtında anlasalar, bizim tərəfdaşlarla və beynəlxalq təşkilatlarla 

əməkdaşlığımız bir o qədər səmərəli olacaq. Bu qarşılıqlı 

münasibətlərin əsası ədalət və hüquq bərabərliyi olmalıdır.  

Azərbaycan Qərb üçün mühüm tərəfdaş olub və tərəfdaş olaraq 

qalır. Biz qarşılıqlı münasibətlərdə yalnız bərabər ola bilərik. 

Marionetka statusu istisna edilir.  

 

 



 

                                                           



18

 Ümummilli lider Heydər Əliyevin seçilmiş fikirləri "Heydər Əliyev. Müstəqillik yolu" 



(Tərtib edənlər: Şahlar Əsgərov, Səlahəddin Xəlilov), Bakı-1997, S. 6. 

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə