Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   ...   18   19   20   21   22   23   24   25   26

68 

 

edir. Kədərli haldır ki, AŞPA Qərbə sərf edən hallarda işğalı 



pisləməklə və başqa hallarda buna göz yummaqla qlobal siyasi 

kampaniyabazlığın daha bir platformasına çevrilir.  

AŞPA məkanı çox vaxt müxtəlif QHT-lər tərəfindən 

Azərbaycanın ünvanına əsassız tənqid üçün tribuna kimi istifadə 

edilir. 2014-cü ilin oktyabr ayında Qərbin anti-Azərbaycan 

oriyentasiyası ilə məşhur olan bir neçə QHT-si, o cümlədən “Human 

Rights Watch”, “Article 19”, “Mediaya beynəlxalq dəstək” (İMS), İnsan 

Hüquqları Evləri Fondu (HRHF) və başqaları AŞPA-nın iclas zalında 

tədbir təşkil etdilər. Bu tədbirin məqsədi Azərbaycana qara yaxmaq, 

ölkənin inkişafında qazanılmış uğurları kölgədə qoymaq cəhdləri idi. 

Təəccüblü deyil ki, AŞPA deputatlarının da təmsil olunduğu bu 

tədbirin təşkil edilməsinə üzdəniraq “Ermənistanın avropalı dostları” 

təşkilatının bilavasitə aidiyyəti vardır. Belə güman etməyə dəyməzdi 

ki, Azərbaycana həsr edilmiş çıxışlar konteksində “Ermənistanın 

dostları”nın mövqeyi obyektivliyi ilə fərqlənəcək. Lakin bu fakta 

məhəl qoymamaq olarmı ki, gələcəkdə bu cür tədbirlər yeni anti-

Azərbaycan ruhlu qərarlar qəbul edilməsi üçün zəmin yaradacaq? 

Əlbəttə, yox. 

Faktlar göstərir ki, Qərbdə bəzi rəsmilərin Azərbaycan haqqında 

fikri erməni lobbisinin təsiri altında formalaşır. Bu fakt özlüyündə 

Avropa təsisatları üçün taleyüklü qərar qəbul edilməsində mənfi 

lobbiçilik praktikasının artmasına dəlalət edir, bu isə tərəfdaşların və 

geniş ictimaiyyətin nəzərində onların nüfuzuna ziyan vurur.  

“Siyasi məhbuslar” məsələləri və bu ruhda Azərbaycan dövlətinin 

ünvanına əsassız iddialar da AŞPA-nın bir sıra nümayəndələrinin 

subyektiv və qərəzli mövqeyinə dəlalət edir. AŞPA-nın qüsurlu 

siyasətinin ilhamvericilərindən biri Kristofer Ştrasser idi. O, 2013-cü 



69 

 

ildə Azərbaycandan “siyasi məhbuslar” haqqında sifarişli məruzənin 



qəbul edilməsi üçün uğursuz cəhd göstərdi. Deputatların əksəriyyəti 

onun məruzəsini qərəzli sənəd kimi rədd etdi. Lakin səsvermə barədə 

məlumatlar maraqlı bir əlaqəni üzə çıxardı: Ştrasserin məruzəsinin 

“lehinə” səs verənlərin əksəriyyəti mənşəcə alman idi, yəni, məhz 

Almaniya Azərbaycan barəsində subyektiv məruzənin qəbul 

edilməsində hamıdan çox maraqlı idi. 

Bundan əlavə, Ştrasserin məruzəsinin “lehinə” səs vermiş bəzi 

deputatlar Ermənistanın lobbiçi təşkilatları ilə bilavasitə bağlı idi. 

Məsələn, Azərbaycanın “əleyhinə” səs vermiş bir neçə litvalı deputat 

“Ermənistan-Litva” parlamentlərarası dostluq qrupunun üzvləridir. 

Daha bir əlaqə də üzə çıxır. Ştrasserin uğursuz məruzəsini 

dəstəkləyən deputatların çoxu 2011-ci ildə heç kəs tərəfindən 

tanınmamış qondarma “Dağlıq Qarabağ respublikası”nın iyirmi illiyi 

münasibətilə separatçı rejimə AŞPA adından təbriklə müraciət etmək 

üçün uğursuz cəhd göstərib.  

Bu faktlar kədərli bir meyli – AŞPA-ya lobbiçilərin təzyiqinin 

artmasını nümayiş etdirir. Bu isə Azərbaycan barəsində yeni sifarişli 

məruzə və qətnamələr qəbul edilməsi ehtimalını artırır.  

2015-ci ilin iyun ayında qəbul edilmiş qətnamənin mətni AŞPA-

nın Azərbaycanın mənafeyi ziyanına qərəzli mövqe tutmasının daha 

bir sübutu oldu. Belə ki, qətnamənin ilkin variantında təsbit olunmuş 

“Dağlıq Qarabağın və digər ərazilərin Ermənistan tərəfindən işğal 

edilməsi Assambleyaya yaxşı məlumdur” ifadəsi “Dağlıq Qarabağ 

münaqişəsi Assambleyaya yaxşı məlumdur” versiyası ilə əvəz edildi. 

Bu biabırçı yaltaqlıq nəticəsində təcavüzkar nümayişkaranə şəkildə 

şirnikləndirilir, Avropa Şurasının Ermənistanın yeni risklər və 

təhdidlər yaratmasını ört-basdır etmək cəhdləri üzə çıxır. Bunu 



70 

 

bilmək və yadda saxlamaq kifayətdir ki, ifadələri yumşaltmağın 



təşəbbüskarları erməni lobbisi ilə bağlı olmalarını gizlədə bilməyiblər 

nə qədər qəribə də olsa, onlar hamısı islamofobiya çirkabına 

batıblar. 

Görünməz cəbhənin belə “qəhrəmanlar”ından biri qatı 

antiislamçı Andreas Qrossdur. Ölkəmizin Avropa Şurasına daxil 

olduğu ilk illərdə o, Azərbaycan üzrə həmməruzəçi idi. Elə həmin 

vaxtdan o, yorulmaq bilmədən AŞPA-da Ermənistanın mənafelərini 

müdafiə edirdi, hərçənd dəfələrlə Azərbaycanda olmuş və erməni 

təcavüzünün qurbanları olan yüz minlərlə qaçqının və məcburi 

köçkünün problemlərini görmüşdü.  

Kampaniyabazlığın digər təşəbbüsçüsü islamofobiyaya qatı 

meyilliliyi ilə məşhur olan “Xristian-demokratik çağırış” partiyasının 

üzvü Piter Omtsiq idi. Fransalı deputat, müsəlman birliyinə qarşı 

radikal barışmazlığı ilə populyarlaşmış Rene Ruke isə Azərbaycanın 

işğal edilmiş ərazilərinə qanunsuz, yəni Azərbaycanın qüvvədə olan 

qanunvericiliyinə məhəl qoymadan etdiyi səfərlərin sayına görə 

rekord vurub.  

2015-ci il iyun qətnaməsi Avropa Məhkəməsinin “Çıraqov və 

başqaları Ermənistana qarşı” işi üzrə qərarının ruhuna ziddir. Həmin 

qərarda birbaşa təsdiq edilir ki, Ermənistan Azərbaycanın Dağlıq 

Qarabağ bölgəsinə və onun ətrafındakı yeddi rayonun ərazisinə 

nəzarət edir. Belə olan təqdirdə haqlı suallar yaranır: AŞPA özünü 

beynəlxalq hüquq prinsiplərinin obyektiv müdafiəçisi kimi necə 

təqdim edə bilər? Ölkəmizi əsassız şəkildə tənqid etməklə ikili 

standartlar siyasəti çirkabına batmış bir təşkilatla Azərbaycanın 

əməkdaşlığı davam etdirməsinə dəyərmi? AŞPA deputatlarını 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə