Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   ...   18   19   20   21   22   23   24   25   26

79 

 

yerinə yetirməkdən imtina etmələrini və opponentlərin tərəfinə 



keçmələrini göstərən misallar kifayət qədərdir.  

Şərqdə birinci demokratik respublika olan Azərbaycan Xalq 

Cümhuriyyətinin elan edildiyi vaxtda da dramatik vəziyyət 

yaranmışdı. Avropa dövlətləri AXC-ni tanımağa tələsmir, hesab 

edirdilər ki, bu məsələ yalnız Rusiyanın taleyi müəyyənləşəndən sonra 

həll edilə bilər. Digər tərəfdən, AXC-nin tanınması üçün süni erməni 

dövləti yaratmaq məqsədilə Azərbaycan ərazilərinin ermənilərə 

verilməsi şərti irəli sürülür və beynəlxalq hüququn yeni subyektinin 

yaranması prosesini qəsdən uzadırdılar.  

Lakin bütün bunlar Britaniya qoşunlarının Azərbaycan ərazisində 

ağalıq etməsinə mane olmurdu. Azərbaycan nümayəndə heyəti yalnız 

1920-ci ilin əvvəlində de-fakto müstəqilliyin tanınmasına nail ola 

bildi

11

. Lakin həmin dövrdə bizim regionda Avropanı maraqlandıran 



azərbaycanlıları imperiya asılılığından azad etmək və müstəqil dövlət 

quruculuğu məsələləri deyil, yalnız neft və istismarçı oyun qaydaları 

maraqlandırırdı.  

Mənim fikrimcə, britaniyalı diplomat və siyasətçi lord Balfur 

demokratiya, insan hüquqları sahəsində əməkdaşlığın zəruri 

olmasından dəm vuran Qərb strukturlarının indiki rəhbərlərindən 

daha səmimi idi. O, 1919-cu ildə Britaniyanın Azərbaycan barəsində 

siyasətinin mahiyyətini xarakterizə edərkən Birləşmiş Krallığın əsl 

məqsədlərini gizlətmirdi: “

Qafqazda məni maraqlandıran yeganə 

                                                           

11

 1920-ci il yanvarın 11-də qalib ölkələr Azərbaycanın de-fakto müstəqilliyini tanıdılar, 



həmin ilin mart ayında isə İran AXC-ni de-yure tanıdı. 


80 

 

məsələ neftin nəql edildiyi yola kimin nəzarət etməsidir, aborigenlər 



isə lap bir-birini parçalaya da bilər

12



Bu sözlər təqribən yüz il bundan əvvəl deyilib, lakin Qərbin 

Azərbaycan üçün həyati əhəmiyyətli problemlərə, o cümlədən 

Ermənistan tərəfindən işğal edilmiş Qarabağa münasibətdə nə üçün 

laqeyd olmasına tam aydınlıq gətirir. Mənim fikrimcə, biz 

azərbaycanlılar tarixin dərslərinə daha diqqətlə yanaşmalıyıq, əks 

halda səhvləri təkrarlamağa məhkum olacağıq.  

Müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin neft 

strategiyasını inamla həyata keçirir. Bu strategiya sayəsində ölkəmiz 

həm özünün, həm də yaxın qonşularının, avropalı istehlakçıların 

enerji təhlükəsizliyini təmin edə bilib. Məhz Azərbaycan Aİ ölkələri ilə 

uzun sürən nəticəsiz danışıqlardan sonra məsuliyyəti öz üzərinə 

götürüb və “Cənub” qaz dəhlizinin tikintisinə başlayıb. Ölkəmiz enerji 

təhlükəsizliyi sahəsində Aİ-nin mühüm, məsuliyyətli və etibarlı 

tərəfdaşıdır.  

Lakin Avropa təşkilatları heç bir məntiqə uyğun olmayan 

motivləri əsas götürərək Azərbaycan ilə əməkdaşlıq çərçivəsini 

məhdudlaşdırırlar. Qeyd etmək lazımdır ki, Azərbaycan Avropa 

bazarına nəql edilən qaz hesabına strateji əhəmiyyətli 

kommunikasiya şəbəkəsinin şaxələndirilməsi proqramının həyata 

keçirilməsində öz payını artırmağı planlaşdırmaqla bərabər, həm də 

bu proqramın reallaşdırılmasına şərait yaradır. Bu, müəyyən mənada 

perspektiv çağırışlara qabaqcadan verilən cavabdır. Buna görə də bəzi 

dairələrin Avropa İttifaqının energetika sahəsində siyasətində mövcud 

                                                           

12

 Николай Стариков Шерше ля Нефть. Почему наш стабилизационный фонд 



находится ТАМ. Питер, 2010 год, Стр. 154 


81 

 

boşluqların doldurulmasından özlərini kənara çəkməsi mənasız və ən 



azı başa düşülməyən bir cəhddir.  

Avropa Komissiyasının hesablamalarına görə, bu gün Aİ ölkələri 

istehlak etdikləri neftin və qazın 53 faizini idxal edir, bunun üçün hər 

il dörd yüz milyard avro xərcləyir. Avropa İttifaqı dünyada ən böyük 

idxalçıdır. Avropa Komissiyası bunu nəzərə alaraq 2015-ci il fevralın 

25-də “Avropa Enerji Birliyi” yaradılması haqda strategiyanı qəbul 

edib. Birliyin fəaliyyətinin əsas istiqamətlərindən biri enerji 

resurslarının şaxələndirilməsinə əsaslanan enerji təhlükəsizliyi 

məsələsidir. 

2014-cü ildə qəbul edilmiş Avropa Enerji Təhlükəsizliyi 

Strategiyasında qeyd edildiyi kimi, əsas prioritet “Cənub” qaz 

dəhlizinin yaradılmasıdır. Sənəddə qeyd edilir ki, ilk dəfə olaraq 

Azərbaycandan qaz idxal ediləcək. Avropa İttifaqı yeni enerji 

resurslarına çıxış əldə etmək üçün artıq neçə illərdir ki, Xəzəryanı 

ölkələrlə və Yaxın Şərq ölkələri ilə danışıqlar aparır. 

Aİ “Cənub” qaz dəhlizi layihəsi çərçivəsində Nabukko, TAP, İTGİ 

kimi qaz kəmərlərini dəstəkləyir. Bu layihələri irəli sürmüş beynəlxalq 

konsorsiumlar Azərbaycandan qaz idxal etmək arzusunda olduqlarını 

bildiriblər, lakin hələlik bu istiqamətdə konkret addımlar atmayıblar. 

Qazın Avropa bazarına çıxarılması üçün sərmayə qoymaq və zəruri 

boru kəmərlərini inşa etmək lazımdır.  

Siyasi və maliyyə xarakterli problemlərlə əlaqədar qeyri-

müəyyənliklər Avropa şirkətlərinin yeni resurslara çıxış əldə etməsi 

üçün konkret qərarlar qəbul olunmasını çətinləşdirir. Çoxsaylı 

müzakirələrə baxmayaraq, Nabukko qaz kəməri layihəsində 

investisiyalar probleminin həll edilməməsi də bu amillə bağlıdır. 




82 

 

Konsorsiumların qətiyyətsizliyi şəraitində Azərbaycan təşəbbüsü 



öz əlinə götürdü və bunun nəticəsində 2011-ci ildə Prezident İlham 

Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan TANAP 

layihəsinin həyata keçirilməsi barədə razılığa gəldilər. Bu layihənin 

uğurla həyata keçirilməsi hər iki dövlət xadiminin qətiyyətli siyasi 

iradəsinin əyani təcəssümüdür. 

Beləliklə, Azərbaycan və Türkiyə öz fəaliyyətlərini uğurla 

əlaqələndirərək, Cənubi Qafqaz regionunu çox mühüm enerji 

dəhlizinin fasiləsiz istismarına təminat verə biləcək strateji mərkəzə 

çevirirlər. 

2013-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu eyniadlı 

yataqdan çıxarılan qazın Avropaya nəql edilməsinə dair tarixi qərar 

qəbul etdi, səmərəli marşrut kimi Transadriatik (TAP) marşrutunu 

seçdi. Beləliklə, bu qərar Avropa İttifaqının yeni enerji resurslarına 

çıxışın təmin edilməsi ideyasına yenidən təkan verdi.  

Azərbaycanın enerji siyasəti barədə uzun-uzadı və geniş söhbət 

açmağa ehtiyac görmürəm. Mənim məqsədim Azərbaycanın nə 

dərəcədə açıq və səmimi siyasət yürütdüyünü, öz üzərinə götürdüyü 

öhdəliklərin yerinə yetirilməsində bir tərəfdaş kimi nə dərəcədə 

etibarlı olduğunu göstərməkdir. Ölkəmiz avropalı tərəfdaşlardan da 

özünə bu cür münasibət gözləyir.  

Lakin təəssüf doğuran qətiyyətsizlik təzahürləri, enerji 

təhlükəsizliyi layihələrinin işlənib hazırlanmasını ləngidən Aİ-nin 

işgüzar dairələrinin siyasi iradəsinin olmaması və ifrat bürokratizm 

Azərbaycan tərəfini narahat etməyə bilməz. Halbuki bu layihələr ilk 

növbədə Avropa İttifaqının özü üçün sərfəlidir. 

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il mayın 27-dəki 

çıxışında bu məsələyə toxunaraq qeyd edib ki, Avropa istiqamətində 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə