Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

38 

 

Azərbaycan təcavüzkar ölkəyə münasibətdə birtərəfli qaydada 



blokada strategiyasını tətbiq edib. Təcrübə göstərib ki, Azərbaycanın 

işğal edilmiş əraziləri tamamilə azad olunana qədər dünyada heç kəs 

Ermənistanın təcrid olunmasına son qoya bilməz. Sanksiya 

mexanizminin səmərəli olmamasını uzun müddət bizə sübut etməyə 

çalışanlar isə bu gün özləri onların xoşuna gəlməyən ölkələrə 

münasibətdə həmin mexanizmdən istifadə edir və məhdudlaşdırma 

tədbirlərinin təsir dairəsini durmadan genişləndirirlər.  

Maraqlıdır ki, Avropa təsisatları bizi daim bu münaqişə həll 

edilənə qədər xoşməramlı jest kimi təcavüzkar Ermənistanla 

sərhədləri açmağa çağırırlar. Onların fikrincə, Ermənistanın Şərqdən 

və Qərbdən blokadaya alınması siyasəti münaqişənin həllini yalnız 

mürəkkəbləşdirir. Onda belə bir sual yaranır: Bəs, nə üçün bu cür 

çağırışlar, məsələn, Krım yarımadasını blokadaya almış Kiyevə 

ünvanlanmır? Məgər Ukrayna məsələsində blokada siyasəti 

münaqişəni həll edə bilər? Məgər Dağlıq Qarabağ da Krım kimi işğal 

edilməyibmi və Ermənistan ekspansionist deyilmi?  

Biz sərhədlərin açılmasının əsla əleyhinə deyilik, lakin yalnız 

Azərbaycan əraziləri işğaldan azad ediləndən sonra! Bu misal Avropa 

İttifaqı tərəfindən “Şərq tərəfdaşlığı” çərçivəsində münaqişələrin 

həllinə yanaşmada ikili standartların utanmadan tətbiq edilməsinin 

daha bir sübutudur.  

Bütövlükdə demək olar ki, Ukrayna böhranı Aİ üçün Balkan 

böhranından sonra Şərq sərhədlərində yaranmış münaqişələrin 

həllinə hazırlıq baxımından ikinci sınaq oldu. Bu sınaq bir daha 

nümayiş etdirdi ki, Aİ böhranın nəinki hərbi-siyasi yolla, həmçinin 

humanitar-iqtisadi yolla da həll edilməsində acizdir. Əslində “Şərq 

tərəfdaşlığı” siyasəti 2013-cü ildə, Brüsselin qonşuluq münasibətləri 



39 

 

siyasətində imkanları və riskləri kompleks şəkildə və sağlam 



mövqedən qiymətləndirməyi bacarmaması üzündən iflasa uğradı. 

Ukraynada baş verən hadisələr postsovet ölkələrini Aİ ilə 

münasibətləri dərinləşdirmək cəhdlərində daha ehtiyatlı olmağa sövq 

etdi.  


Başqa sözlə desək, Ukraynanın zorla və qan bahasına Qərb 

qütbünə bağlanması nəticəsində baş vermiş Kiyev faciəsi həmin 

ölkələri Avropa yolundan daha da uzaqlaşdırdı. Bu layihəni yalnız 

uğursuz layihə adlandırmaq olar. Məlum oldu ki, Aİ-dəki 

siyasətçilərin çoxu Maydanda dəhşət doğuran protestləri həvəslə 

dəstəkləməyə hazır imiş, hərçənd bu ölkədə hakimiyyətin 

dəyişdirilməsi qeyri-konstitusion yolla və güc amili tətbiq edilməklə 

həyata keçirilib.  

Lakin Avropada inqilabın ilhamvericilərindən heç kəs Ukrayna 

uğrunda “döyüşməyə” cəsarət etmədi. Brüsseldəki siyasətçilər çox 

yaxşı başa düşürdülər ki, verbal (sözlə) və kağız üzərində 

dəstəkləməyin onlara heç bir zərəri olmayacaq. Bu “inqilabın” və 

müharibənin bütün yükü günahsız Ukrayna xalqının üzərinə düşdü. 

“Şərq tərəfdaşlığı”nın indiki formatının iflasa uğramasının əsas 

səbəbi Aİ-nin münaqişələri pisləmək, həll etmək və tənzimləmək 

üçün vahid yanaşmalar işləyib hazırlamağa qabil olmaması ilə 

bağlıdır. Yüksək kontinental dairələrin arsenalında ikili standartlar 

mexanizmlərinin, qonşu ölkələrə təzyiq vasitəsi kimi insan haqları 

məsələləri ilə manipulyasiya vasitələrinin olması kontinental elitanın 

siyasi iradəsinin zəifliyinin nəticəsidir.  

Bir məsələ açıq qalır: “Şərq tərəfdaşlığı”nın gələcəyi necə olacaq? 

Bu gün Aİ-nin səlahiyyətli nümayəndələri gizlətmirlər ki, layihə 




40 

 

müddəalarına yenidən baxılması məsələsi gündəlikdədir. Bu layihədə 



üzv ölkələrə fərdi yanaşma prinsipinə üstünlük veriləcək.  

Biz artıq bildirmişik ki, Azərbaycan bütün tərəfdaşları, o 

cümlədən Avropa İttifaqı ilə yalnız bərabərhüquqlu dialoqu qəbul 

edir. Lakin bizim fikrimizcə, “Şərq tərəfdaşlığı” problemi təkcə fərdi 

yanaşmanın olmamasından ibarət deyil. Müxtəlif siyasi və 

sosiomədəni ənənələri olan ölkələrdə Avropa inteqrasiyasının baza 

normalarının, ideya və prinsiplərinin səmərəsiz və səhv 

implementasiyası bu layihənin zəif bəndidir. Bu xüsusiyyəti 

anlamadan qonşuluq siyasəti çərçivəsində Aİ-nin yeni təşəbbüslərinin 

səmərəli və uğurlu olacağını gözləməyin mənası yoxdur.  

 

 

Avropa Parlamenti Aİ-nin anti-Azərbaycan siyasətinin əsas 



ruporu kimi  

 

Aİ-nin əsas orqanlarından biri olan Avropa Parlamenti bu gün 



əslində İttifaq məkanında heç bir real hakimiyyətə malik deyil. Bu 

orqanın məcburi xarakterli qətnamələr qəbul etmək səlahiyyəti 

yoxdur. Onun hazırladığı rəsmi sənədlərin əksəriyyəti tövsiyə 

xarakteri daşıyır və onların yerinə yetirilməsi yalnız Aİ Parlamentinin 

üzvlərinin ixtiyarına verilir.  

Digər tərəfdən, icra hakimiyyəti rolu oynayan Avropa 

Komissiyası Avropa Parlamentinə hesabat vermir. Prinsip etibarilə bu 

vəziyyət demokratik normalara, hakimiyyət bölgüsündə çəkindirmək 

və tarazlaşdırmaq prinsiplərinə ziddir. Nəticədə Avropa Parlamentinin 

deputatları praktiki olaraq həm İttifaq daxilində, həm də onun 

hüdudlarından kənarda Aİ-nin siyasətinə nəzarət etmək imkanından 



41 

 

məhrumdurlar. Bu vəziyyətdə Avropa Parlamenti öz statusunu 



saxlamaq üçün əslində onun səlahiyyətlərinə heç bir aidiyyəti 

olmayan alternativ fəaliyyət platforması axtarır.  

Nəticədə Avropa Parlamentinin fəaliyyətində çox vaxt Aİ-yə 

daxil olmayan, lakin ittifaq üçün böyük əhəmiyyət kəsb edən ölkələrə 

münasibətdə bu qurumdan informasiya təzyiqi meydançası, “yumşaq 

qüvvə” vasitəsi kimi istifadə edildiyini göstərən müəyyən meyillər üzə 

çıxır. Heç kəsə lazım olmayan və saysız-hesabsız qərəzli 

qətnamələrin təkrarlanması Azərbaycan kimi müstəqil fəaliyyət kursu 

yürüdən dövlətlərin siyasətinə təsir göstərməyə yönəlib. Lakin Avropa 

Parlamentinin deputatları anlamırlar ki, onların ram etmək, 

qorxutmaq  cəhdləri lap əvvəldən uğursuzluğa məhkumdur və 

Avropa İttifaqının vəziyyətini yaxşılaşdırmaq əvəzinə daha da 

pisləşdirir.  

Azərbaycan barəsində silsilə dinləmələr, müzakirələr 

aparılmasını və qətnamələr qəbul edilməsini başqa heç nə ilə izah 

etmək olmaz, çünki bu suveren ölkə Aİ-nin üzvü deyil və Brüsselin 

qarşısında heç bir beynəlxalq hüquqi öhdəliyi yoxdur.  

Son on ildə Avropa Parlamentində Cənubi Qafqaz ölkələrinin 

problemləri adlandırılan məsələlərlə əlaqədar iclasların və 

müzakirələrin statistikasına nəzər salaq. Belə ki, 2004-cü ildən bu 

günə qədər Avropa Parlamenti Azərbaycan barəsində 11 qətnamə 

qəbul edib, 200-dən çox debat, dinləmə, müzakirə, parlament 

sorğuları keçirib, bəyannamələr və bəyanatlar imzalayıb. Bu 

sənədlərin əksəriyyəti qərəzli və qeyri-obyektiv xarakter daşıyır.  

Müqayisə üçün: bu dövr ərzində Gürcüstan barəsində bir 

qətnamə qəbul edilib, 10-dan az müzakirə aparılıb, bəyannamə, 

parlament sorğusu və bəyanat qəbul olunub. Ermənistan barəsində 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə