Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə215/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   211   212   213   214   215   216   217   218   ...   253

 

 

667



4‐cü fəsil 

 

Milli 



demokratik 

tranzitin 

dilemmaları 

sosiomədəni məkanında yabançı  cəhətin güclənməsi 

məsələsi qarşıya çıxır. Lakin belə bir sual doğur: biz bu cür 

sentensiyaları müsbət cəhət hesab etməliyikmi, axı, qlobal 

inteqrasiya dövründə  mədəniyyətlərin hər hansı  şəkildə 

birləşməsi və sonradan onların bir-birini qarşılıqlı surətdə 

zənginləşdirməsi sülhün və sabitliyin bərqərar olmasına 

imkan yaradan müsbət amil hesab edilə bilər, yoxsa, hər 

halda, bu cür meyilləri təhdid kimi qəbul etməli və onlara 

hər vasitə ilə müqavimət göstərməliyik? Tarix, demək olar, 

həmişə sübut etmişdir ki, mədəniyyətlərin birləşməsi labüd 

surətdə onlardan birinin dominantlıq etməyə çalışmasına və 

digərinin tabe olmaqdan imtina etməsinə  gətirib çıxarır. 

Nəticədə  mədəniyyətlərin toqquşması  işğalçılıq müharibə-

lərinə səbəb olmuşdur. İslam dünyasına qarşı səlib yürüşləri 

buna əyani misaldır.  

Hegel yazırdı ki, “islam artıq çoxdan ümumdünya tarix 

səhnəsindən çıxmış  və  Şərqin sakit və  hərəkətsiz mühitinə 

qayıtmışdır”

1

. Lakin son onilliyin siyasi və sosial hadisələri 



göstərir ki, islam aləmi yeni dünya nizamının formalaşma-

sının mühüm aspekti olaraq qalır. Müasir dünyada ən sərt 

qarşıdurma məhz  əhalisinin  əksəriyyəti müsəlmanlar olan 

ölkələrdə baş verir. Qərbdə yetişdirilmiş demokratik modelin 

tətbiq edilməsindən, başqa sözlə desək, Qərbə xas olan həyat 

formasının və tərzinin ixrac edilməsindən ibarət olan mühari-

bənin mahiyyəti isə XXI əsrdə qarşıdurmaya Qərb ilə  Şərq 

arasında müharibə xarakteri verir. Tariq Əlinin sözləri ilə 

desək, “tarixi yenidən yazmaqdan daha çox, onun mövcud 

olmasını inkar edirlər”

2

. Nəticədə “cəzasızlıq təkəbbürə; tə-



kəbbür nifrətə, nifrət isə bu müstəbid dövləti devirmək üçün 

                                                 

1

 Лекции по истории философии. СПб, 1993, стр.377. 



2

 T.Əli, səh.27. 




 

 

668 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

şiddətli arzuya səbəb olur”



1

. 2001-ci ilin sentyabr hadisələri 

ilə başlanan, sonradan genişlənərək, İraqda və Əfqanıstanda 

“demokratiya qurmaq cəhdlərinə çevrilmiş  Qərb ilə  Şərqin 

toqquşması böyük mütəfəkkirin təqribən 400 il bundan əvvəl 

dediyi sözlərin əyani illüstrasiyasıdır.  

Hazırda islam dünyası  zəngin maliyyə  mənbələrinə  və 

təbii ehtiyatlara malik olan bir məkandır və bu, onu regional 

siyasətin nüfuzlu aktoruna çevirir. Lakin dünya miqyasında 

islam aləmi geosiyasi mənafelər üzrə birləşmiş bir məkan 

kimi çıxış etmir. Eyni zamanda, malik olduğu sanballı ma-

liyyə imkanlarına və resurslara baxmayaraq, islam dünyası 

hələ  də iqtisadi çətinliklər çəkir və  Qərbin nəzərində 

“üçüncü dünya” dərəcəsində qalır. Hərçənd, zəngin təbii və 

insan ehtiyatlarına, faydalı qazıntılara malik olan BƏƏ-ni 

və Səudiyyə Ərəbistanını, Malayziyanı və Hindistanı “inki-

şaf etməkdə olan” ölkələr sırasına aid etmək çətindir. Məş-

hur politoloq, professor Maykl Parentinin fikrincə, “iqtisadi 

inkişaf səviyyəsinin aşağı olması  həmin ölkələrə zorla 

qəbul etdirilmiş məxsusi bir inkişaf tərzidir”

2

. Müəllif daha 



sonra yazır: “Geniş pul dövriyyəsi nəzəriyyəsinə görə, Cə-

nubun “geridə qalmış” ölkələrinin inkişafı onlara texnologi-

yalar və müvafiq iş  ənənələri gətirən varlı  şimal ölkələrin-

dən asılıdır. “Ağ adamın yükü” haqqında bu təkmilləşdiril-

miş versiya imperialistlərin sevimli uydurmasıdır... Bu “in-

kişaf nəzəriyyəsi”, yaxud bəzən deyildiyi kimi, “modern-

ləşdirmə  nəzəriyyəsi” gerçəkliklə bağlı deyildir. “Üçüncü 

dünya” ölkələrində “asılı” kapitalizmin intensiv istismarçı 

növü yaranmışdır. Transmilli korporasiyaların sərmayələri 

artdıqca, iqtisadi şərait nəzərəçarpacaq dərəcədə pisləşməyə 

                                                 

1

 T.Hobbs. Leviafan, 1651. 



2

 M.Parenti, səh.24. 




 

 

669



4‐cü fəsil 

 

Milli 



demokratik 

tranzitin 

dilemmaları 

başlamışdır. Problem ərazilərin yoxsulluğunda və ya əhali-

nin qeyri-məhsuldar işləməsində deyil, xarici istismarın və 

sinfi bərabərsizliyin olmasındadır. Sərmayədarlar ölkəyə 

onun inkişafına kömək etmək üçün deyil, özləri varlanmaq 

üçün gəlirlər”

1



Bu cür baxışlarla yanaşı, digərləri də var və onlar belə he-



sab edir ki, qlobal inteqrasiya yoxsulluq səviyyəsinin azaldıl-

masına  şərait yaradır və inkişaf etməkdə olan dövlətlərin 

əhalisinin yoxsul təbəqələrinin sosial müdafiəsini artırır. La-

kin bizim məqsədimiz qloballaşmanın iqtisadi ilkin şərtlərini 

təhlil etmək deyil, monosentrik dünya nizamına münasibəti 

ifadə edən baxışları göstərməkdir.  

Beləliklə, formalaşmaqda olan dünya nizamı yaxın gələ-

cəkdə beynəlxalq münasibətlərdə çoxmərkəzliyin yaranma-

sına kömək edəcək, çünki mövcud qeyri-mütənasiblik  əks-

təsir doğurur. Dünya tarixində qüvvələrin tarazlığının çox 

nadir hadisə olmasına baxmayaraq, tarazlıq yarananda da o, 

tarixən qısa bir dövrü əhatə edir. Görünür, yeni çoxmərkəzlik 

qüvvələrin bərabər paylanmasını  nəzərdə tutmur. Yeni 

geoiqtisadi ittifaqlar inkişaf etməkdə olan dövlətlər və dünya 

səviyyəsinə  çıxmaqda olan regional dövlətlər üçün davamlı 

və  əlverişli iqtisadi fon yaradılmasına istiqamətlənəcəkdir. 

Rusiya və Avropanın “rədd etdiyi” dövlətlərlə birlikdə belə 

bir ittifaq yaradılması fikri həyat qabiliyyətli ola bilər.  

Radikal müsəlmanların fikrincə, islam dünyası qərbpərəst 

komprador rejimlərə və islam ənənələrinə sadiq qalmış döv-

lətlərə bölünmüşdür. Çoxmərkəzlik  şəraitində müsəlman 

dövlətlərinin perspektivi aşağıdakı  səbəblərə görə olduqca 

maraqlıdır: (1) dünyada ən zəngin enerji ehtiyatları mənbəyi-

                                                 

1

 M.Parenti, səh.27-28.. 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə