Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə217/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   213   214   215   216   217   218   219   220   ...   253

 

 

673



4‐cü fəsil 

 

Milli 



demokratik 

tranzitin 

dilemmaları 

altındadır,  Şərq özü isə  Qərbdən geosiyasi və geoiqtisadi 

“hücuma” məruz qalmışdır. Beləliklə, qlobal inteqrasiya 

təkcə dövlətlərin və milli suverenliyin sərhədlərini gizli 

şəkildə transformasiya etməklə, dövlətləri get-gedə daha 

artıq dərəcədə siyasi və iqtisadi proseslərə məruz qoymaqla, 

transmilli korporasiyaların hakimiyyəti altına salmaqla 

kifayətlənməyib, həm də  mədəni münaqişə  və ya 

identifikasiyaların toqquşması üçün real zəmin yaradır, çünki 

ayrılıqda götürülmüş  hər bir identikliyin dəyişməyə  və ya 

başqa identikliklə yanaşı, mövcud olmağa meyil etməyən öz 

kodlarının alqoritmi vardır. Bu mühitə “yad cisimlər” 

düşdükdə isə, “identifikasiyaların böhranı” dövrü başlanır.  

 

Biz hansı istiqamətdə hərəkət etməliyik 

 

Bizə belə  gəlir ki, yuxarıda qeyd etdiyimiz qlobal trans-



formasiyalar fonunda Azərbaycanın milli siyasəti zamanın 

sınağından çıxmış, dünya ölkələri birliyində onun nüfuzunun 

artmasına xidmət edən prinsiplər əsasında qurulmalıdır.  

Yuxarıda deyildiyi kimi, qloballaşmanın öz yerini xeyli 

dərəcədə regionallaşmaya verməyə başlaması müasir dövrün 

səciyyəvi cəhətinə çevrilir, regionallaşma yeni geostrateji it-

tifaqların və blokların formalaşması üçün zəmin yaradır. Bu-

rada söhbət ondan gedir ki, dünya siyasətində “atlantizm”dən 

geri çəkilməyə  şərait yaradacaq iqtisadi və siyasi birliklərin 

yaranması meyli getdikcə daha aşkar görünür. Bu baxımdan, 

zəngin təbii ehtiyatlara malik olan və  Cənubi Qafqazda ən 

əlverişli geosiyasi mövqedə yerləşən bir ölkə kimi Azərbay-

can həm Avropa, həm də Asiya üçün maraq doğurur. Buna 

görə  də  hər hansı böyük dövlətin regionda dominantlıq et-

məyə cəhd göstərməsi regional təhlükəsizliyə, sabitliyə, milli 



 

 

674 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

tərəqqiyə nail olmaq və Cənubi Qafqazda münaqişələri yum-



şaltmaq mövqeyindən qiymətləndirilməlidir.  

Avropaya inteqrasiyanı genişləndirmək siyasəti yürüdən 

Azərbaycanın Avratlantik məkanı ilə  sıx  əməkdaşlığı milli 

xarici siyasətin özəyi olaraq qalır. Bununla bərabər, Avropa 

İttifaqının “yeni qonşuluq siyasəti” Aİ  çərçivəsində strateji 

qarşılıqlı münasibətlər yaradılmasının mühüm perspektiv ele-

menti kimi çıxış edir. Eyni zamanda, unutmaq olmaz ki, 

Azərbaycan mühüm nəqliyyat kanalı və energetika resursları 

deməkdir, enerji daşıyıcılarından istifadə etmək imkanı isə 

yeni yaradılan geostrateji üçbucaqların və ittifaqların  əsas 

qayğısına, bəlkə də, onların rəqabət elementinə çevrilə bilər. 

Azərbaycan Prezidenti İlham  Əliyev bununla əlaqədar de-

mişdir: “İndi Avropa İttifaqının sərhədləri bizim regionumu-

za daha da yaxınlaşır. Azərbaycan Avropa İttifaqının “Yeni 

qonşuluq siyasəti”nə daxil edilibdir. Ona görə  də bizim 

regionumuzda  əsas götürüləcək meyarlar Avropa İttifaqında 

mövcud olan meyarlara çox bənzər olacaqdır. Azərbaycan ilə 

Avropa İttifaqı arasında çox güclü enerji dialoqu aparılmaq-

dadır. Bizim nəqliyyat imkanlarımız, istismara verilmiş boru 

kəmərləri regionda tamamilə yeni bir vəziyyət yaradır. Xəzər 

regionunun dünya üçün enerji təchizatı məsələsində oynadığı 

rol get-gedə daha da artacaqdır”

1



Avropa mühüm istiqamətdir, lakin unutmamalıyıq ki, qlo-



bal proseslərdə Avropa istehlakçı kimi çıxış edəcəkdir. De-

məli, regional məsələlərlə əlaqədar Avropa ilə daim intensiv 

dialoqlar aparılmalıdır. Üstəlik, “sovet təhlükəsi” keçmişdə 

qalması ilə ABŞ-la Avropa arasında dünyaya münasibətin sə-

viyyəsində siyasi-fəlsəfi fikir ayrılıqları  və  fərqlər bir sıra 

                                                 

1

  Azərbaycan Prezidenti İlham  Əliyevin Bled şəhərində  “CASPIAN 



OUTLOOK-2008” strateji forumunda nitqindən. 30.08.2006. AzərTAc.  


 

 

675



4‐cü fəsil 

 

Milli 



demokratik 

tranzitin 

dilemmaları 

məsələlərdə – (Nüvə sınaqlarının tamamilə qadağan edilməsi 

haqqında müqavilə, Bioloji konvensiyanın verifikasiya me-

xanizminin yaradılması, Kioto protokolu, Beynəlxalq cinayət 

məhkəməsi, ölüm cəzası  və  s.  öz  ifadəsini tapır), – iqtisadi 

inkişafın sərt anqlsaks modeli ilə kontinental Avropanın so-

sialyönümlü siyasəti arasında fərqlər üzə  çıxmışdır. Bu fakt 

“soyuq müharibə” başa çatandan sonra beynəlxalq münasi-

bətlərin “buzunun əriməsinin” çoxsaylı  nəticələrindən birini 

təsdiq edir.  

Müasir dünyada iqtisadi plüralizmlə yanaşı, siyasi və mə-

dəni plüralizm də genişlənməkdədir. Beynəlxalq sistemdə 

yaranmaqda olan çoxqütblülüyün, daha dəqiq desək, çoxöl-

çülülüyün nəticələri birmənalı olmur. O cümlədən, müxtəlif 

dəyərlər sistemi və siyasi mədəniyyətlər heç də həmişə, necə 

deyərlər, dinc yanaşı mövcud olmur. Bu baxımdan, xüsusən, 

İslam Konfransı  Təşkilatının güclənməsi ilə  əlaqədar, islam 

dünyası ilə intensiv dialoq aparılması  zəruridir. Azərbaycan 

həm ölkənin müsəlman  əhalisinin çoxluq təşkil etməsini, 

həm də bütövlükdə islam dünyasının əhəmiyyətinin artması-

nı nəzərə alaraq, bu təşkilatın fəaliyyəti çərçivəsində öz əla-

qələrini genişləndirməlidir. Başa düşməliyik ki, islam aləmi 

ilə qarşılıqlı əlaqələr təkcə mədəni və tarixi ümumiliyi deyil, 

həm də ərazi hüdudlarından kənarda qüvvədə olan qanunları 

pozmadan, müasir dövrdə elmi-texniki sahədə baş verən də-

rin dəyişikliklərin maddi sivilizasiyasının xüsusiyyətlərinə 

özünəməxsus bir tərzdə uyğunlaşma cəhdlərini boğmadan və 

onlara təzyiq göstərmədən modernləşmənin mümkünlüyünü 

ifadə edir.  

İslam Konfransı  Təşkilatı  çərçivəsində  fəaliyyətin geniş-

ləndirilməsi baxımından, Azərbaycan Qərb və Şərq mədəniy-

yətlərini birləşdirən körpü kimi çıxış edə, beləliklə, sivilizasi-




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə