Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə218/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   214   215   216   217   218   219   220   221   ...   253

 

 

676 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

yaların dialoqunu yarada bilər. Geosiyasi mövqeyi, tarixi xü-



susiyyətləri və ənənələri nəzərə alınmaqla, məhz Azərbaycan 

belə bir sosial-mədəni layihənin bazisi kimi çıxış etməyə 

qadirdir. Bu qəbildən olan təşəbbüslər Azərbaycan Prezidenti 

İlham  Əliyevin islamofobiya meyillərinə qarşı birlikdə mü-

barizə aparmaq təklifi ilə  səsləşir. “Biz indi sivilizasiyalar 

arasında dialoq haqqında çox danışırıq, amma əslində, real 

həyatda bunun əksini görürük. Onu görürük ki, müxtəlif öl-

kələrdə dini zəmində ayrı-seçkilik halları artır, islam dininə 

mənsub olan insanlara münasibət bəzi hallarda lazımi sə-

viyyədə deyil və bu dini ayrı-seçkiliyə heç cür yol verə bil-

mərik.  İndi biz qloballaşmadan söhbət açırıq, sivilizasiyalar 

arasında dialoqdan söhbət açırıq, demokratik dəyərlərə daha 

da sürətlə yiyələnirik. Belə olan halda, biz hər hansı zəmində 

– dini, yaxud da ki, milli zəmində ayrı-seçkiliyin olması, ya-

xud da hansısa dinin nümayəndələrinə mənfi münasibət gös-

tərilməsi ilə heç cür barışa bilmərik. Mən əminəm ki, İslam 

Konfransı  Təşkilatı ölkələrinin birgə  səyləri nəticəsində biz 

bütün bu məsələlərə dair öz mövqeyimizi bildirəcək, öz 

sözümüzü deyəcəyik. Ümid edirəm ki, birgə  fəaliyyətimiz, 

müştərək işimiz bizi narahat edən bütün məsələlərə aydınlıq 

gətirəcək və onların qarşısı alınacaqdır”

1



Azərbaycan mühüm geoiqtisadi məkandır və bunun ak-

tuallığı təkcə külli miqdarda neft və qaz ehtiyatlarının olma-

sında, respublikamızdan keçən nəqliyyat arteriyalarında de-

yil, həm də Şərqi Avropa ölkələri ilə sıx iqtisadi əlaqələr qu-

rulmasına imkan yaradacaq mühüm boru kəmərlərinin 

(Odessa-Brodı, Konstansa-Triyest) mövcudluğu və perspek-

tivdə yeni boru kəmərlərinin çəkilməsi ilə şərtlənmişdir. Bu, 

                                                 

1

  İslam Konfransı  Təşkilatının (İKT) üzvü olan ölkələrin Xarici İşlər 



Nazirləri Şurasının 33-cü sessiyası. Bakı, 20.06.2006, AzərTAc. 


 

 

677



4‐cü fəsil 

 

Milli 



demokratik 

tranzitin 

dilemmaları 

XXI  əsrin  əvvəlində dünyada təhlükəsizlik arxitekturasının 

formalaşmasında Azərbaycanın iştirakı üçün təməl yaradır, 

çünki sirr deyil ki, enerji ehtiyatlarına malik olmaq dövləti-

mizin öz xarici siyasətinin həyata keçirilməsi üçün ona əlavə 

dividendlər verir. XXI əsr geoiqtisadiyyatında Azərbaycanın 

iştirakının  əsas seqmenti tədricən qloballaşma proseslərinə 

qoşulmaq və bu yolla milli iqtisadiyyatı təkmilləşdirməkdir. 

Eyni zamanda, bu cür layihələr Qazaxıstanın, perspektivdə 

isə, ola bilsin ki, Türkmənistanın da nefti və qazının Avropa 

bazarına çıxarılması üçün aktualdır. Bu isə qiymətlərin və 

qıtlığın yüksək olduğu bir dövrdə Xəzər regionunu karbohid-

rogenlərin mühüm ixracçısına çevirəcəkdir.  

Regional baxımdan Azərbaycan özünün siyasi və iqtisadi 

lider mövqeyini təmin etmişdir. Qarşıdakı illər üçün əsas 

məqsəd bu mövqeləri daha da təkmilləşdirməklə, Qarabağ 

münaqişəsinin  ədalətli həllinə nail olmaqdır. Azərbaycan 

siyasi sabitlik yaranmış ölkədir, iqtisadi göstəricilərə görə isə 

respublika dünyada lider mövqeyi tutur. Ekspertlərin hesab-

lamalarına görə, “Azəri-Çıraq-Günəşli” yataqlarından çı-

xarılan neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə 

nəql edilməsinin başlanması 2009-cu ildə dövlət büdcəsinə 

əlavə 5,6 milyard ABŞ dolları (neftin bir barrelinin qiyməti 

50 ABŞ dolları götürüldükdə), 2010-cu ildə isə 11,8 milyard 

dollar gəlir gətirəcəkdir. Rəqabət Qabiliyyətinin Öyrənilməsi 

üzrə Beynəlxalq Mərkəzin məlumatlarına görə, Azərbaycan 

120 ölkə arasında 64-cü yerdədir. Həmin siyahıda Rusiya 62-

ci, Gürcüstan 84-cü, Ermənistan isə 86-cı yerdədir. ABŞ 

senatoru R.Luqarın təbirincə desək, Azərbaycan siyasi 

baxımdan “məsul demokratiya” yaratmağa müvəffəq 

olmuşdur, bu isə ölkəmizdə dövlətçiliyin sabit və  səmərəli 

inkişafına kömək edir.  




 

 

678 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Şübhə yoxdur ki, ABŞ ilə qarşılıqlı münasibətlər Azər-



baycanın milli xarici siyasətinin prioritet istiqamətidir və bu 

münasibətlər milli mənafelər nəzərə alınmaqla yeni məzmun-

la dolğunlaşmalıdır. Ölkələrimiz arasında yaranmış müttəfiq-

lik münasibətləri və strateji tərəfdaşlıq bundan sonra da 

Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, regional 

siyasətin mühüm subyekti kimi dünya səhnəsinə  çıxmasına 

kömək etməlidir. Bu qarşılıqlı münasibətlər XXI əsrin yeni 

təhdidlərinə qarşı birgə mübarizə aparmaq səylərimizi və cari 

yüzilliyin təhlükəsizlik arxitekturasının formalaşmasında 

Azərbaycanın fəal iştirak etmək arzusunu əks etdirir. Bunun-

la yanaşı, Azərbaycan demokratik inkişaf, seçki prosesləri, 

vətəndaş  cəmiyyətinin, müstəqil mass-medianın formala-

şması, silahlı qüvvələrin təkmilləşdirilməsi məsələlərində 

ABŞ-la sıx əməkdaşlıq edir. Həmin məsələlərin bütün komp-

leksi xarici siyasətin çoxvektorluluğunu qoruyub saxlamaqla 

ölkəmizin Avratlantik məkana inteqrasiya xəttinin ifadəsidir. 

Bu o deməkdir ki, hər bir vektor özlüyündə bizdən ötrü qiy-

mətlidir. Bəzi tərəfdaşlarla  əməkdaşlığın başqalarına qarşı 

fəallaşdırılması “müasir aləmdə beynəlxalq münasibətlərin 

təbiətinə artıq uyğun gəlməyən “Böyük oyun” geosiyasət 

məcrasında həyata keçirilən cılız davranış xətti olardı”

1

.  



Azərbaycan beynəlxalq və regional təşkilatlarda fəal 

siyasəti bundan sonra da davam etdirməlidir. Prezident 

İlham Əliyev bu sahədə strateji istiqaməti mahiyyət etibarilə 

belə ifadə etmişdir: “Azərbaycan regional əməkdaşlıq məsələ-

lərində  iştirakına özünün xarici siyasətinin çox mühüm 

elementi kimi baxır”. Hərbi-siyasi sahədə Azərbaycan həm 

NATO çərçivəsində, həm də  İraqda koalisiya qüvvələrinin 

                                                 

1

  С.Лавров.  Подъем  Азии  и  восточный  вектор  внешней  политики 



России, журнал “Россия в глобальной политике”, 2006, №2, март-апрель. 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə