Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə219/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   215   216   217   218   219   220   221   222   ...   253

 

 

679



4‐cü fəsil 

 

Milli 



demokratik 

tranzitin 

dilemmaları 

tərkibində sülhyaratma əməliyyatlarında fəal iştirak edir. Eyni 

zamanda, Azərbaycan GUAM-ın (Demokratiya və  İqtisadi 

İnkişaf Uğrunda Təşkilatın) üzvü olan ölkələrdə siyasi və 

enerji təhlükəsizliyinin təmin edilməsinin mühüm elementi 

kimi, bu təşkilatın formalaşmasına xüsusi diqqət yetirir. Bəzi 

dövlətlərin GUAM-a münasibətinin mənfi demirik, kifayət 

qədər ziddiyyətli olmasına baxmayaraq, bu təşkilat MDB-də 

praqmatizmin olmamasının və  Cənubi Qafqaz ərazisində et-

nik-siyasi münaqişələrin həllində Rusiyanın qeyri-adekvat 

mövqe tutmasının təbii nəticəsidir. Ona görə də GUAM çərçi-

vəsində əməkdaşlığın genişləndirilməsi, bu təşkilatın və onun 

fəaliyyət formatının təkmilləşdirilməsi Azərbaycanın perspek-

tiv vəzifəsidir. Prezident İlham Əliyev GUAM üzvü olan ölkə-

lərin dövlət başçılarının zirvə toplantısında demişdir: “İndiki 

mərhələ GUAM-ın bütün atributları, fəaliyyət mexanizmi olan 

səmərəli beynəlxalq təşkilata çevrilməsi mərhələsidir”

1

. Re-



gionallaşma məsələsində GUAM-ın beynəlxalq münasibətlər 

və siyasət, yeni perspektivli nəqliyyat arteriyalarının inkişaf 

strategiyasının işlənib hazırlanması, təşkilatın üzvü olan 

ölkələrin kollektiv təhlükəsizliyinin təmin edilməsi, münaqişə-

lərin həlli, eləcə də XXI əsr üçün yeni təhlükəsizlik arxitektu-

rasının formalaşmasına kömək məsələlərində ümumi yanaş-

maların təmin edilməsi məqsədi daşıyan yetərli hərbi-siyasi və 

iqtisadi struktura çevrilməsi üçün çox geniş imkanlar vardır.  

Milli xarici siyasətin prioritetlərini reallaşdırarkən Rusiya-

nın xüsusi rolunu görmək və bundan sonra da onu fərqlən-

dirmək zəruridir. Rusiya dünya siyasətinin mühüm aktoru ol-

maqla bərabər, həm də Azərbaycanın çox mühüm geosiyasi 

və geoiqtisadi qonşusudur, Azərbaycanla onu möhkəm tarixi 

və mədəni tellər bağlayır.  

                                                 

1

 AzərTAc, 23.05.2006. 




 

 

680 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Prezident İlham Əliyevin Rusiya ilə əməkdaşlığı və qarşı-



lıqlı münasibətləri möhkəmlətmək siyasəti, iki ölkə prezi-

dentlərinin dostluğu və sıx əlaqələri zamanın sınağından çıx-

mışdır və tarazlaşdırılmış, çoxvektorlu siyasətin əsaslılığının 

əyani təsdiqidir. Rusiya ilə bərabərhüquqlu və bərabər, sabit 

münasibətlərin olmasını tarixin özü irəlicədən müəyyən et-

mişdir. Bunu başa düşmək çox vacibdir.  

Bir neçə geoiqtisadi və geostrateji üçbucaq və blokdan 

ibarət olan çoxmərkəzli dünya nizamı qurulması imkanları 

inkişaf etdikcə, Sakit Okean-Asiya regionunda da Rusiyanın 

təsirinin əhəmiyyəti artacaqdır. Prezident İlham Əliyev Asi-

yada Qarşılıqlı Fəaliyyətə və Etimad Tədbirlərinə dair Müşa-

virənin (AQFETM) II sammitində qeyd etmişdir ki, “gələ-

cəkdə Asiya regionunda əməkdaşlıq genişlənəcək, inkişaf 

edəcək, ölkələrimizin həm iqtisadi potensialı, həm də qarşı-

lıqlı siyasi fəaliyyəti buna təkan verəcəkdir. Biz öz tərəfimiz-

dən, bütün regional layihələrə  fəal qoşulmağa hazırıq və 

bunlarda iştirak etmək niyyətindəyik”

1

.  



Asiya müxtəlif böhran hallarına qarşı yüksək davamlılıq 

nümayiş etdirir. İqtisadi artım təkcə satış bazarlarına çıxma-

ğa, həm də get-gedə daha geniş miqyasda müasir texnologi-

yalara və enerji resurslarına nail olmağa tələbatın artmasına 

səbəb olur. Asiyada çoxtərəfli və ikitərəfli qarşılıqlı  əlaqə-

lərdə enerji təhlükəsizliyi probleminin get-gedə aktual-

laşacağını gözləmək olar. İnteqrasiya proseslərinin sürətlə 

inkişaf etməsi müasir Asiyanın fərqləndirici cəhətidir. Re-

gionda fəaliyyət göstərən çoxtərəfli birliklərin sayının və 

fəallığının artması çoxtərəflilik və kollektiv qərarlar qəbul 

edilməsi meylinin parlaq ifadəsidir. ASİŞ, ASEAN, ŞƏT ki-

                                                 

1

 

AzərTAc, 19.06.2006.



 


 

 

681



4‐cü fəsil 

 

Milli 



demokratik 

tranzitin 

dilemmaları 

mi nüfuzlu qurumların fəaliyyəti buna misal ola bilər. Ümu-

miyyətlə, Asiyada ondan artıq bu cür birlik vardır.  

Eyni zamanda, dünya siyasətində Avrasiyanın yerinə mü-

nasibətin heç də birmənalı olmaması göz qabağındadır. Bu 

baxımdan, Rusiyanın xarici işlər naziri S.Lavrovun sözləri 

diqqəti cəlb edir: “Asiyanın dirçəlişi qloballaşmanın məhsu-

ludur, o, artım və nüfuz resurslarının dünyada daha bərabər 

şəkildə bölünməsinə imkan yaradır. Qərb dəyərləri və  Qərb 

həyat tərzi üçün heç bir təhdid yoxdur. Sadəcə olaraq, indi 

rəqabət mühiti yaranır və  cəmiyyətin inkişafında dəyər 

oriyentirləri məsələsinə  gəldikdə... amerikalılar öz qüvvə-

lərinə inanırlar, buna görə də onların qorxmalı olduğu bir şey 

yoxdur, heç kim onları başqa allahlara səcdəyə məcbur etmə-

yəcəkdir. Lakin ABŞ özü də öz oyun qaydalarını və hamı üçün 

ümumi olan dəyərlər barədə öz interpretasiyasını başqalarına 

zorla qəbul etdirməməlidir. Con Kennedi etiraf edirdi ki, 

Amerika “hər şeyə qadir deyil və hər şeyi bilmir”, buna görə də 

“dünyanın bütün problemlərinin Amerika həlli ola bilməz”

1

.  



Zəngin istehsal-texnoloji, elmi və  təhsil potensialına ma-

lik olan Rusiya həm qlobal, həm də regional iqtisadi proses-

lərdən kənarda qala bilməz. Buna görə də MDB çərçivəsində 

qarşılıqlı münasibətləri ayıq iqtisadi təfəkkürlə qurmaq la-

zımdır ki, bu münasibətlər yaşarı  və  səmərəli olsun. MDB 

çərçivəsində qarşılıqlı  əməkdaşlıq keçmişin irsindən tama-

milə uzaqlaşmaqla, “soyuq müharibə” dövrü başa çatandan 

sonra qloballaşmaqda olan dünya üçün ümumi birləşdirici 

başlanğıc olmuş həmrəyliyin, daha dəqiq desək, ictimai inki-

şafın fundamental əsasları olan demokratiyanın və bazarın 

                                                 

1

  Rusiya  xarici  işlər nazirinin Beynəlxalq münasibətlər üzrə  şurada 



“Rusiya və ABŞ: keçmişlə  gələcək arasında” mövzusunda çıxışı. Los-

Anceles, 25 sentyabr 2006-cı il. 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə