Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə220/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   216   217   218   219   220   221   222   223   ...   253

 

 

682 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

alternativinin olmaması barədə həmrəyliyin məntiqinə uyğun 



şəkildə  həyata keçirilməlidir.  Əlbəttə, bu şərtlə ki, müvafiq 

dəyişikliklərin həyata keçirilməsinin sürəti və formaları ay-

rılıqda götürülmüş hər bir ölkənin konkret şəraitinin funksi-

yası olmalıdır. Azərbaycanın azadlıq və hadisələrə, o cüm-

lədən beynəlxalq məsələlərə geniş  nəzərlə baxmaq hüququ 

əldə etdiyi vaxtdan 15 ildən çox keçir. Ona görə də əsla təəc-

cüblü deyil ki, dostlar və müttəfiqlər seçərkən təkcə köhnə 

dostluğa və ya tarixi qarşılıqlı  əlaqələrə deyil, yalnız milli 

mənafelərə əsaslanmaq lazımdır.  

Azərbaycan cəmiyyətinin davamlı milli inkişafının təmin 

edilməsi üçün milli siyasi məkanın postindustrial dövrü də-

yərləri məcrasına transformasiya edilməsinə ehtiyac var. 

Məhz yeni davranış stereotiplərinin mövcud olması siviliza-

siyalı siyasi rəqabəti və ikipartiyalı sistem modelinə (Ame-

rika sistemi) keçidi formalaşdıra bilər. Bununla bərabər, 

müasir dövr “suveren demokratiyanın” bərqərar olmasını 

tələb edir. Aİ liderləri də bəyan etmişlər ki, Avropa “suveren 

demokratiyalar” ittifaqına çevrilməlidir. ABŞ-ın vitse-prezi-

denti D.Çeyni də özünün “Vilnüs nitqi”ndə Qara dəniz-Bal-

tik regionunda “suveren demokratiyalar” birliyi yaradılması-

nın vacibliyini bildirmişdir. Azərbaycan dövlət və  cəmiyyə-

tin quruluş forması kimi demokratiyanı  qəti  şəkildə seçmiş-

dir. Buna görə də daşıyıcısı Azərbaycan xalqı olan suverenlik 

bizim daxili və xarici siyasətimizi müstəqil şəkildə, kənardan 

müdaxilə olmadan həyata keçirmək imkanını  təmin etmə-

lidir. Azərbaycan üçün bu cür müstəqillik başlıca məsələdir 

və bunu əsas götürərək həm ölkə daxilində, həm də beynəl-

xalq aləmdə fəaliyyəti davam etdirmək zəruridir.  

Sərt beynəlxalq rəqabət  şəraitində respublikanın iqtisadi 

inkişafı,  əsasən, onun elmi-texnoloji üstünlükləri ilə müəy-




 

 

683



4‐cü fəsil 

 

Milli 



demokratik 

tranzitin 

dilemmaları 

yən edilməlidir. Azərbaycanın informasiya-kommunikasiya 

texnologiyaları sahəsində regional lider mövqelərinin möh-

kəmlənməsi üçün perspektiv imkanlar açılmışdır. Prezident 

İlham Əliyev demişdir: “Bu, iqtisadi potensialın möhkəmlən-

məsi üçün çox önəmli amildir. Bu, insanların maariflən-

dirilməsi, bilik səviyyəsinin qaldırılması üçün, təhsil sistemi-

nin təkmilləşməsi üçün çox önəmli məsələdir. Yəni, infor-

masiya-kommunikasiya texnologiyaları sahəsinin ölkəyə 

təsiri çox genişdir. Əgər biz bunun hamısını nəzərdən keçir-

sək görərik ki, Azərbaycan bu sahədə uğur qazana bilsə, bu, 

ölkəmizin inkişafına çox müsbət təsir göstərəcəkdir”

1

.  


Bizim sənaye və iqtisadiyyatımız sovet hakimiyyəti illə-

rində qurulmuşdur. Müəssisələr köhnəlmişdir, onların burax-

dığı məhsullar özünün texniki və estetik göstəricilərinə görə 

Qərbdən idxal edilən məhsullardan geri qalır. Əvvəlki zavod 

və fabriklər, demək olar ki, bütünlüklə yeni avadanlıq və 

mütərəqqi texnologiyalarla təchiz edilməlidir. Etiraf etmək 

lazmıdır ki, son illərdə bu sahədə  vəziyyəti dəyişmək üçün 

çoxsaylı  sənaye layihələri həyata keçirilmişdir. Maliyyə sa-

bitliyini pozmadan istehsal strukturuna və innovasiyaların 

inkişafına sərmayə qoyuluşunun artırılmasının təşviq edil-

məsinə dair radikal tədbirlər görülmüşdür. Lakin dünyada 

gedən iqtisadi rəqabət sənaye istehsalı sahəsinin daim təkmil-

ləşdirilməsini tələb edir. Azərbaycanın qarşısında elm sahə-

sinin modernləşdirilməsi, elmi müəssisələrin strukturunda 

islahat aparılması, elmi araşdırmalarda öncül istiqamətlərin 

müəyyən edilməsi, eləcə də ölkənin iqtisadi və texnoloji ba-

xımdan sürətli inkişafını təmin etməyə qadir olan intellektual 

elita üçün əlverişli şərait yaratmaq kimi ciddi məsələ durur. 

                                                 

1

  “Bakutel–2006” XII beynəlxalq telekommunikasiya və informasiya 



texnologiyaları sərgi-konfransının açılışı. Bakı, 04.10.2006, AzərTAc. 


 

 

684 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Biz beynəlxalq əmək bölgüsündə fəal və səmərəli iştirak 



etməliyik. Bu, dünya iqtisadiyyatına inteqrasiyadan hərtərəfli 

faydalanmağa imkan verəcəkdir. Bu məqsədlə Azərbaycan, 

əlbəttə, ölkənin iqtisadi maraqlarını  əsas tutmaqla, Dünya 

Ticarət Təşkilatına daxil olmaq məsələsinə dair danışıqları 

davam etdirməlidir.  

Azərbaycanın gələcəyi rəqabətə davamlı  təhsil sistemin-

dən asılıdır. Əks halda, biz təhsilin keyfiyyətinin müasir tə-

ləblərdən qalması kimi real təhlükə ilə üzləşə bilərik. Təh-

silin səviyyəsini  əhəmiyyətli dərəcədə yüksəltmək üçün biz 

çoxsaylı innovasiya proqramlarını həyata keçirməliyik.  

1999-cu il iyunun 15-də Azərbaycan Prezidenti 

Heydər Əliyevin Sərəncamı ilə  Təhsil sistemində islahat 

proqramı  təsdiq edilmişdir. Mahiyyət etibarilə bu proqram 

təhsilin inkişafının konsepsiyası və strategiyasıdır. Prezident 

İlham  Əliyev böyük sürətlə inkişaf etməkdə olan ölkə üçün 

yüksək ixtisaslı müasir mütəxəssislər hazırlanması  məsələ-

sini milli siyasətin  ən mühüm istiqaməti kimi müəyyən 

etmişdir. Bu baxımdan da o, 2006-cı il oktyabrın 19-da mü-

vafiq Sərəncam imzalamışdır. Həmin Sərəncama  əsasən, 

Təhsil Nazirliyinə  və digər müvafiq qurumlara Azərbaycan 

gənclərinin Qərbin ən yaxşı ali məktəblərində təhsil almala-

rına dair Dövlət proqramını hazırlayıb Prezidentə  təqdim 

etmək tapşırılmışdır. Sərəncamda nəzərdə tutulur ki, həmin 

gənclər gələcəkdə Azərbaycanın hərtərəfli inkişafı üçün 

güclü potensiala çevrilməlidir. Ötən  əsrin 70-80-ci illərinin 

oxşar təcrübəsi Azərbaycanın sosial-iqtisadi, təsərrüfat və 

mədəniyyət sahələrində  kəskin sıçrayışını  və respublikanın 

SSRİ-də qabaqcıl mövqelərə  çıxmasını  təmin edən  əsas 

mənbələrdən biri idi. Həm keçmişdən miras qalmış baza, 

həm də indinin özündə xaricdə oxuyan mütəxəssislər nəzərə 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə