Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə221/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   217   218   219   220   221   222   223   224   ...   253

 

 

685



4‐cü fəsil 

 

Milli 



demokratik 

tranzitin 

dilemmaları 

alınmaqla, regional kontekstdə təhsilin keyfiyyətinə və səviy-

yəsinə görə Azərbaycanın liderə çevrilmək imkanı vardır.  

Azərbaycanın ictimai inkişafı milli tarixə, milli ənənələrə, 

mədəniyyətə  və dinə  əsaslanır. Bu xüsusiyyətlərin hər biri 

Azərbaycan cəmiyyətinin milli identikliyini formalaşdırır. 

Transformasiya cəmiyyətlərində Üçüncü dalğanın təşəkkül 

etdiyi və “intellektual müharibə”nin aktuallaşdığı dövrdə, 

yəni perspektivin layihələşdirilməsinin uzunmüddətli analitik 

tədqiqatlar vasitəsilə  həyata keçirildiyi, qərbləşmənin indən 

belə sosiomədəni məkan üzərinə qlobal hücumun yalnız cüzi 

bir hissəsi olduğu, regionallaşmanın isə XXI əsrin yeni 

xarakteristikası kimi qarşıya çıxdığı bir şəraitdə siyasi-

iqtisadi inteqrasiya şərtilə milli bənzərsizliyin və identikliyin 

qorunub saxlanması qeyri-adi dərəcədə vacibdir. Lakin so-

siomədəni məkanın kənar təsirlərdən müəyyən mənada təcrid 

olunması şəraitini saxlamaqla, siyasəti və iqtisadiyyatı inteq-

rasiya etmək mümkün olacaqmı? Təbii ki, informasiya tex-

nologiyaları  əsrində, internetin və televiziyanın təsirinin  ən 

qədim dövrlərdən bəri mümkün olan bütün təsirlərdən üstün 

olduğu bir vaxtda milli mədəniyyətin xüsusiyyətlərini və 

ənənələri bütünlüklə qoruyub saxlamaqdan danışmaq müm-

kün deyildir. İnformasiya mübadiləsi üçün vahid məkan 

yaradılması baxımından bəşəriyyət heç vaxt indiki dərəcədə 

inteqrasiya etməmişdir. Bu, informasiya axınını cəmi bir ne-

çə saniyədə planetin bir nöqtəsindən başqa nöqtəsinə çatdır-

mağa imkan verir. Bəşəriyyət bu sahədə daha irəli getmişdir 

– informasiya Qalaktikada yeni kəşflər axtarışında səyahət 

edən peyklərə  də bir dəqiqə  ərzində çatır. Belə olan halda, 

qlobal informatika dövründə  bənzərsizliyi necə  və  nə 

dərəcədə qoruyub saxlamaq mümkündür? Yaponiya modeli 

nadirdir və yapon cəmiyyətinin dərin daxili əsaslarına söykə-




 

 

686 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

nərək, inteqrasiya olunmanın yalnız üst qatını nümayiş et-



dirir. Bəs başqa cəmiyyətlər nə etməlidir? Azərbaycan cə-

miyyəti elə daxili dəyərlər kompleksi yaratmalıdır ki, onlar 

sabit və inteqrasiyaya, yerdəyişməyə, diffuziyaya və trans-

formasiyaya məruz qalmayan dəyərlər hesab edilsin. Türki-

yədə Osmanlı mədəniyyətinə, Osmanlı ənənələrinə və tarixi-

nə inam sabit olduğu kimi, bizim milli identikliyimiz də 

məhz Azərbaycanın milli tarixindən, mədəniyyətindən və 

dinindən qaynaqlanmalıdır.  Bu  üç  tərkib hissə azərbaycan-

çılığın mahiyyətini təşkil edir. Azərbaycançılıq ideyası Azər-

baycan cəmiyyətinin daxili və zahiri simasının yaradılmasın-

dan, onun nadirliyinin “qoruyucu təbəqə”sinin və  cəmiyyət 

üzvlərinin fərdiliyinin təmin edilməsindən ibarətdir. 




 

 

687



Sözardı 

əvəzi 


 

 

 



 

  

 



 

 

 



 

 

 



SÖZARDI ƏVƏZİ 

 

 



 

 

 




 

 

688 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 



 

 

689



Sözardı 

əvəzi 


 

 

 

 

 

 

§ ÖZ YOLUMUZU MÜƏYYƏNLƏŞDİRƏRKƏN 

 

 



Dövrü və ya milləti anlamaq üçün biz onun 

fəlsəfəsini  anlamalıyıq,  onun  fəlsəfəsini  anla‐

maq  üçün  isə  biz  özümüz  müəyyən  qədər  fi‐

losof  olmalıyıq.  Burada  qarşılıqlı  asılılıq  özünü 

aydın göstərir: insanların həyat şəraiti xeyli də‐

rəcədə  onların  fəlsəfəsini  müəyyən  edir,  lakin 

həm  də  əksinə,  onların  fəlsəfəsi  xeyli  dərəcədə 

həmin şəraiti müəyyənləşdirir

1



 



Bertran Rassel 

 

 

Üçüncü minilliyin əvvəli göstərdi ki, qeyri-qərb cəmiyyət-



ləri hazırda formalaşan yeni dünya nizamının xeyrinə olaraq, 

mövcud və  ənənəvi institusional strukturlardan üz döndərir-

lər. Əfqanıstan və İraq “hegemonçuluq demokratiyası” prin-

sipi ilə formalaşan mondializmin nəinki təkcə proloqu oldu

həm də öz təsir qüvvəsini möhkəmləndirmək naminə geosi-

yasi qurşağın yaradılmasında təzahür edən yeganə fövqəl-

dövlətin gələcək strategiyasının əsas prioritetini üzə çıxardı. 

Aydındır ki, perspektivdə “üçüncü demokratik dalğanın” ge-

nişlənməsi “arzu edilməyən”, “yanlış”, “qeyri-qərb”, “qeyri-

                                                 

1

 

Бертран Рассел. История западной философии. Новосибирск, 2001, 



стр. 20.

 



 

 

690 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

loyal” və “şər” liderlərin



1

 aşkara çıxarılması və bəzən də yeni 

müstəqil dövlətlərin süni şəkildə, “məcburi” yenidən trans-

formasiyası vasitəsilə həyata keçiriləcəkdir. 

Formalaşmaqda olan və BMT Təhlükəsizlik  Şurasının 

daimi üzvlərinin çoxu tərəfindən fəal tənqid edilən dünya ni-

zamı dünya siyasətinin çoxmərkəzliyi və çoxvektorluğunu get-

gedə daha az təcəssüm etdirir. Bu və ya digər birtərəfli ak-

siyaların və başqa dövlətlərin işlərinə qarışmaq üçün daim is-

tifadə olunan demokratiya, dünya birliyi üçün nə isə bir “qlo-

bal müdaxilənin” girovuna çevrilmişdir. Son dərəcə  dəbdə 

olan, qərb və Rusiya müəlliflərinin ötən  əsrin sonlarına aid 

tədqiqatlarında tez-tez adı  çəkilən qloballaşma, qərbləşmə, 

sivilizasiyalararası dialoq, modernləşmə  və bir sıra belə ter-

minlər demokratik rejim qurulması ilə tədricən öz yerini hərbi-

siyasi üstünlüyün nisbəti probleminə verir. Demokratiya get-

gedə daha çox kənardan və digər cəmiyyətin iradəsi ilə 

qurulan rejimlə təcəssüm olunur və bəzən elə təsəvvür yaranır 

ki, o, idxal olunduğu cəmiyyətin arzu və istəklərini getdikcə 

daha az ifadə edir. Belə yanaşma hazırda bir çox çətinliklərlə 

üzləşir, çünki demokratiyanın yayılması siyasətini yürüdən 

ölkənin özü onun həyata keçirilməsində çətinliklərlə qarşılaşır. 

Məsələn, tanınmış Amerika tədqiqatçıları arasında ABŞ-ın 

özündə demokratiyanın nəzəri və praktik cəhətləri barədə bö-

yük fikir ayrılığı vardır. Onların əsərləri Amerikada demok-

ratiyanın indiki vəziyyətinin alçaldıcı  tənqidindən və  mənfi 

şəkildə qiymətləndirilməsindən xali deyildir. Həmin tədqi-

qatlarda yüksəlişinə görə vətəndaşlarının qüvvə və bacarıqla-

rını buxovlardan azad etmiş ictimai quruluşa borclu olan bu 

ölkədə demokratiyanın taleyindən ciddi narahatlıq hiss edilir. 

                                                 

1

 



Oğul Buşun dediyi “şər oxu” prinsipi ilə.

 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə