Redaksiya heyəTİ: Baş redaktor


Musiqi. Opera. Balet  120



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə89/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   85   86   87   88   89   90   91   92   ...   138

205
Musiqi. Opera. Balet 
120 
illiyi
ƏHMƏDXAN BAKIXANOV 
1892-1973
SENTY
ABR
Əhmədxan Məmmədrza oğlu Bakı-
xanov 1892-ci il sentyabr ayının 5-də 
Bakı şəhərində anadan olmuşdur. 
1920-ci  ildən  pedaqoji  fəaliyyətə 
başlamışdır.  Bakıxanov  20-30-cu 
illərdə  bir  sıra  ansambllar  yaratmış, 
1941-ci  ildə  Azərbaycan  Xalq  Çalğı 
Alətləri  Ansamblını  təşkil  etmiş  və 
ömrünün sonunadək onun rəhbəri ol-
muşdur.  Azərbaycan  SSR  Nazirlər 
Sovetinin Dövlət Televiziya və Radio 
Verilişləri  Komitəsinin  1973-cü  il  ta-
rixli, 61 saylı əmrinə əsasən rəhbərlik 
etdiyi Xalq Çalğı Alətləri Ansamblına 
Əhmədxan  Bakıxanovun  adı  veril-
mişdir. Azərbaycan  xalq  musiqisinin, 
xüsusilə  muğamların  təbliğində  Ba-
kıxanovun  böyük  xidməti  olmuşdur. 
Bakıxanov  eyni  zamanda  respubli-
ka  musiqi  məktəbləri  üçün  muğamat 
proqramını tərtib etmişdir. Əhmədxan 
Bakıxanov  xalqımızın  zəngin  musi-
qiçi  nəslinin  yetişməsində  önəmli  rol 
oynayaraq  muğamların,  təsniflərin, 
rənglərin,  mahnıların,  rəqs  melodiya-
larının  nota  köçürülərək  ifa  olunma-
sına  xidmət  edərək  milli  musiqimizi 
təkmilləşdirərək  inkişaf  etməsində 
müstəsna rol oynamışdır. 
Onu  da  qeyd  etmək  lazım-
dır  ki,  Ə.Bakıxanov  bir  sıra  mu-
siqi 
əsərlərinin, 
dəramədlərin, 
rənglərin,  təsniflərin,  oyun  havala-
rının  müəllifidir.  “Azərbaycan  xalq 
rəngləri”  (1964),  “Azərbaycan  ritmik 
muğamları” (1968), “Muğam, mahnı, 
rəng” (1975) əsərlərinin müəllifidir. 
Əhmədxan  Bakıxanov  45  illik 
müəllimlik və 60 illik ifaçılıq fəaliyyəti 
zamanı böyük bir ifaçı nəsli yetişdir-
mişdir.  Ə.Bakıxanov  Bakı  Mərkəzi 
Musiqi  Məktəbi  Xalq  çalğı  alətləri 
şöbəsinin  müdiri  kimi  respublikanın 
müxtəlif regionlarında yerləşən musiqi 
məktəblərinə gedər və oradakı istedad-
lı şagirdlərə öz dəyərli məsləhətlərini 
verərdi. 
Ə.Bakıxanov  bir  sıra  teatr  tama-
şalarına  musiqi  tərtibini  verib.  O, 
1930-cu  illərdə  Azərbaycan  Dövlət 
Dram  Teatrında  tamaşaya  qoyulan 
“Şahnamə” pyesi üçün bir neçə musiqi 
parçası tərtib edib. Bunların içərisində 
“Salami”,  “Mahur”,  “Cahargah”  mu-
ğam  əsasında  bəstələnmiş  rəngləri 
və  bir  neçə  rəqs  havaları  var.  O, 
M.S.Ordubadinin  “Dumanlı  Təbriz” 
pyesinin musiqi tərtibatı işində yaxın-
dan iştirak etmişdir. 
Ə.Bakıxanov  tarzənlər  arasında 
müstəsna  olaraq  mizrabı  sol  əlində 
tutur  (“Solaxay  çalır”).  Böyük  sənət 
fədaisi  Ə.Bakıxanovun  ölməz  irsi, 
zəngin  Azərbaycan  mədəniyyətinə 
gətirdiyi  yeniliklər,  onun  yetişdirdiyi 
böyük bir ifaçı nəsli tərəfindən inkişaf 
etdirilərək yaşadılır. Ə.Bakıxanov xal-
qına  göstərdiyi  misilsiz  xidmətlərinə 
görə dövlətimiz tərəfindən fəxri adlara, 
Azərbaycan  SSR  Xalq  artisti  (1973), 
Azərbaycan  SSR  Əməkdar  müəllimi 
(1943),  Azərbaycan  SSR  Əməkdar 
incəsənət xadimi (1964) və “Şərəf ni-
şanı” ordeninə layiq görülmüşdür. 
Ə.Bakıxanov 1973-cü il mart ayının 
26-da Bakı şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
 Mahir muğam ustadı 
Əhməd Bakıxanov [Mətn] //
Respublika.- 2008.- 8 iyul.- 
S.7.
Rəhmətov, Ə. Əhməd Bakı-
xanov [Mətn] /Ə.Rəhmətov.- 
Bakı : İşıq, 1977.- 46 s. 
Səfərov, C. Azərbaycan 
xalq çalğı alətləri ansamblı 
[Mətn] /C.Səfərov.- Bakı , 
1971.
Sənətə həsr olunmuş ömür 
[Mətn].- Bakı : Avaz, 2003.- 
356 s. 
5
Tarzən


206
Musiqi.Opera.Balet 
95 
illiyi
FİRUZƏ ƏLİXANOVA 
1917-1994
SENTY
ABR
Firuzə 
Məmmədqulu 
qızı 
Əlixanova  1917-ci  il  sentyabr  ayının 
9-da  Ordubadda  doğulub.  Buradakı 
şəhər  səkkizillik  məktəbində  təhsil 
alıb  və  Naxçıvan  Kənd  Təsərrüfatı 
Texnikumuna daxil olub. Şəhərin bay-
ram  tədbirlərində  şən  mahnılar  oxu-
yan Firuzənin ifaçılıq istedadı Səməd 
Mövləvinin diqqətini cəlb edib. Onun 
səyi ilə tələbə qız 1932-ci ildə Naxçı-
van teatrına aktrisa dəvət olunub. Bu 
kollektivdə şərəfli və şöhrətli yaradıcı-
lıq yolu keçib. 
İlk  dəfə  səhnəyə  1932-cu  ildə 
Asya  rolunda  (“Arşın  mal  alan”, 
Ü.Hacıbəyli)  çıxmışdır.  Yaradıcılığı 
C.  Məmmədquluzadə  ad.  Naxçıvan 
Dövlət Musiqili Dram Teatrı ilə bağ-
lıdır. Dram tamaşaları ilə yanaşı, mu-
siqili  əsərlərdə  də  yaddaqalan  səhnə 
obrazları  yaratmışdır.  Rolları:  Almaz 
(“Almaz”, C.Cabbarlı), Şirin (“Fərhad 
və  Şirin”,  S.Vurğun),  Həcər  (“Qaçaq 
Nəbi”, S.Rüstəm), Kruçinina (“Günah-
sız müqəssirlər”, A. Ostrovski), Leyli 
(“Leyli  və  Məcnun”,  Ü.  Hacıbəyli), 
Gülçöhrə  və  Cahan  xala  (“Arşın  mal 
alan”, Ü.Hacıbəyli), Şahsənəm (“Aşıq 
qərib”, Z. Hacıbəyli), Cənnət (“Qayı-
nana”,  M.  Şamxalov),  Beatriça  (“İki 
ağanın bir nökəri”, K. Qoldoni), Tükəz 
(“Hacı  Qara”,  M.F.Axundov),  Hafizə 
xanım  (“Pəri-cadu”,  Ə.Haqverdiyev), 
Zəhrabəyim  (“Anamm  kitabı”,  C. 
Məmmədquluzadə) və s. 
Firuzə Əlixanovanın ifa etdiyi rollar 
xarakter əlvanlığı ilə də seçiliblər. Üze-
yir  Hacıbəylinin  “Leyli  və  Məcnun” 
(Leyli),  “Əsli  və  Kərəm”  (Əsli),  “Ər 
və  arvad”  (Minnət  xanım),  “Məşədi 
İbad”  (Gülnaz),  “Arşın  mal  alan” 
(Gülçöhrə),  Zülfüqar  Hacıbəyovun 
“Aşıq  Qərib”  (Şahsənəm),  Süleyman 
Rüstəm və Səid Rüstəmovun “Durna” 
(Lalə), Şıxəli Qurbanov və Süleyman 
Ələsgərovun  “Özümüz  bilərik”  (Şölə 
xanım)  opera  və  operettalarında  əsas 
partiyaların  mahir  ifaçısı  olan  akt-
risa  həmçinin  qəhrəman  və  əsasən, 
xarakterik  tiplərə  səhnə  həyatı  ve-
rib. O, hərəkət, sifət və danışıq ifadə 
vasitələrindən  həm  ayrılıqda,  həm 
də  sintez  şəklində  məharətlə  istifadə 
edərək yaradıcılıq salnaməsinə çeşidli 
obrazlar daxil edib.
Səhnə xidmətlərinə görə 17 oktyabr 
1964-cü ildə Azərbaycan Respublika-
sının  Əməkdar  artisti  və  15  noyabr 
1974-cü  ildə  Xalq  artisti  fəxri  adları 
ilə  və  “Şərəf  nişanı”  ordeni  ilə  təltif 
edilmişdir.
1994-cü  il  noyabr  ayının  23-  də 
Naxçıvanda vəfat edib.
Ə d ə b i y y a t
Firuzə Əlixanova [Mətn] //
Azərbaycan qadını Ensik-
lopediyası.- Bakı, 2002.- 
S.108.
Səfərov, C. Təbrik edirik 
[Mətn]: Qırx beş il səhnədə: 
[Azərbaycan Xalq artisti 
Firuzə Əlixanovaya açıq 
məktub] Cabir Səfərov //
Ədəbiyyat və incəsənət 
qəzeti.- 1978.- 1 yanvar.- 
S.6. 
İ n t e r n e t d ə
www.google.az
www.adam.az
www.kinozal.az
www.azerbaijan-news.az
9
Opera müğənnisi


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə