Redaksiyadan əvvəli də var. Ancaq “



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə3/31
tarix06.02.2018
ölçüsü3,6 Kb.
#26448
1   2   3   4   5   6   7   8   9   ...   31

7
görmüşdük: Erməni-müsəlman qırğını fəhlə hərəkatının süqutuna yol açmışdı).
1904-cü  ildəki  ümumi  tətillərlə  1914-cü  il  tətillərinin  çoxlu  oxşar  cəhətləri 
ilə  yanaşı,  fərqli  cəhəti  də  vardı  ki,  bu  da  sonuncuda  fəhlələrin  siyasi  şüurunun 
daha yetkin olmasında, güclü təşkilatlanmasında və iştirakçıların sayının daha da 
artmasında idi. Bu tətillərdə neftxudaların və zavod sahiblərinin ziyanı 38 milyon pud 
nefti ötmüş, 1 milyon 245 min iş günü hədər getmişdi. Bu tətillər Dünya Müharibəsi 
ərəfəsində Rusiya İmperiyasında baş vermiş ən güclü və son fəhlə çıxışları idi.
Əslində, 1914-cü il Bakı tətilləri 1 il öncəki - 1913-cü ildəki ümumi tətillərin 
davamı idi. Həmin vaxt tələblərinin yerinə yetirilməsinə nail ola bilməmiş proletariat 
yenə də eyni tələblərlə küçələrə çıxmış və bu dəfə istəklərini reallaşdırmaq cəhdində 
daha israrlı idi.
1913-cü il tətilləri apreldə başlamış, mədən və zavodları, Xəzər dənizçilərini 
əhatə  etmişdi.  Bolşeviklər  azəri  və  rus  dillərində  intibahnamələr  çap  edərək 
fəhlələrin mübarizəsinə rəhbərliyi ələ almışdı. Bununla da dağınıq çıxışlar ümumi 
tətilə  dönüşmüşdü.  Yaradılmış  tətil  komitəsinə  B.Boryan,  A.Dolidze,  İ.Kojevnikov 


8
 №2 İyun 2014
kimi tanınmış bolşeviklər daxil idilər. 
Ancaq  uzunmüddətli  mübarizə  fəhlələrin  gücünü  tükəndirir.  Avqustun 
ortalarında  neft  sahibkarlarının  qismən  güzəştə  getmələrindən  sonra  tətil  edən 
bir çox müəssisələrin işçiləri iş yerlərinə dönür. Buna baxmayaraq, avqustda tətilə 
tamamilə yeni sahələrin işçiləri - telefonçular, Tağıyevin toxuculuq fabrikinin işçiləri, 
faytonçular,  ofisiantlar  qoşulur.  Fasiləsiz  tətillər  oktyabrın  17-nə  qədər  uzanır. 
Tətilçilərin ümumi sayı 35 min nəfəri ötür. Fəhlələrin iqtisadi nailiyyətləri davamlı 
olmur,  sahibkarlar  vədlərinin  üstündə  durmurlar  və  bu  da  1914-cü  ildə  tətillərin 
yenidən başlamasına aparıb çıxarır.
Yeni ümumi tətil 1914-cü ilin 28 may günü başlayır. Ay yarım davam edən 
tətilin birinci günü təkcə Balaxanı-Sabunçu mədənlərində 12 735 fəhlə iş yerlərini 
tərk  edir.  O  cümlədən,  Nobel  qardaşlarının  4-cü  mədənindən  380,  Mirzəyev 
qardaşlarının müəssisələrindən 731, Əsədullayevin zavodlarından 540, Mantaşevin 
mədənlərindən isə 276 nəfər tətillərə qoşulur.
Tətilin təşkilində önəmli rolu bolşeviklər oynayırlar. Məşədi Əzizbəyov, İvan 
Fioletov,  S.Qafurov,  A.Stopani,  S.Şaumyan  və  Q.Sturua  fəhlə  çıxışlarına  başçılıq 
edirlər.  Eyni  zamanda,  burada  Matvey  Skobelevin  xüsusi  rolunu  xüsusi  qeyd 
etmək lazımdır. Heyf ki, bu şəxsin 1914-cü il hadisələrindəki rolu sonralar Sovet 
tarixşünaslığında qətiyyən işıqlandırılmayıb. Bunun da subyektiv səbəbləri vardı - 
Skobelevin menşevik olması və 1938-ci ildə həbs edilərək güllələnməsi. Halbuki, 
bir  çox  indiki  tarixi  tədqiqatlarda  Skobelev  məhz  1914-cü  il  tətillərinin  rəhbəri 
adlandırılır.
Matvey Skobelev 1885-ci ilin oktyabrında Bakıda sənayeçi ailəsində doğulub. 
Onun atası vaxtilə dini etiqadına görə Rusiyadan sürgün olunan molokanlardan idi. 
Matvey 18 yaşında RSDRP-na daxil olur. 1905-ci il inqilabı zamanı neftçi fəhlələrin 
tətilinə  rəhbərlik  edir,  həbs  təhlükəsi  ilə  qarşılaşdığından  xaricə  qaçır.  Vyanada, 
Kopenhagendə  yaşayır,  sonra  Rusiyaya  dönür.  1912-ci  ildə  o,  Qafqazdakı  rus 
əhalisinin nümayəndəsi kimi Dövlət Dumasına seçilir. Deputat Skobelev 1914-cü il 
neft istehsalının tamamilə dayanması ilə nəticələnən Bakı tətillərinin rəhbəri olur. 1 
il sonra Bakı qəzetlərindən birində çap etdirdiyi məqaləyə görə həbs edilərək 4 ay 


9
türmədə qalır, ancaq deputat səlahiyyətləri ləğv edilmir.
Tətillərdə  bütün  millətlərin  nümayəndələri,  habelə  indiyədək  siyasi 
mübarizədən daima kənarda dayanmış iranlı fəhlələr və qadınlar da iştirak edirlər. 
Fəhlələr arasında kütləvi həbslərə cavab olaraq küçəyə axışan qadınlar ərlərinin və 
qardaşlarının azad olunması tələbini irəli sürürlər. Artıq iyulun 8-nə həbsə alınanların 
sayı 700 nəfəri ötür. Bu cəhətdən Balaxanı-Suraxanı polismeysterinin qradonaçalnik 
Martınova iyulun 7-də yolladığı məruzənin mətni qadınların inadkarlığını göstərən 
sənəddir:
“Dünən  günorta  saat  2-də  “Moska-Qafqaz  ortaq  şirkəti”nin  kantorasının 
qarşısına  uşaqları  ilə  birlikdə  toplaşan  300-ə  qədər  qadın  mədənin  təsərrüfat 
rəhbərini çağıraraq, ona, ərlərinin azad olunması tələbini irəli sürüblər. Pristavların 
dağılışmaq  əmrinə  qəti  şəkildə  tabe  olmayan  qadınlar  zavodun  divarları  yanında 
dayanıblar. Hərbçilər onları sıxışdırıb qovmağa cəhd etdikdə, qadınlar qışqırmağa, 
tərpənməyərək yerdə oturmağa və kazakların atlarının ayaqları altına öz uşaqlarını 
atmağa başlayıblar. Bu səbəbdən onlara qarşı qətiyyətli tədbirlər görmək mümkün 
olmayıb...”
Tətilçilər sahibkarlar qarşısında 45 siyasi və iqtisadi tələb irəli sürür. Üstündən 
100 il keçəndən sonra da periferiya kapitalizmi ölkələrində aktuallığını saxlamaqda 
davam edən həmin tələblərin bir çoxunu nəzərdən keçirək: 8 saatlıq iş günü (qeyri-iş 
günləri ərəfəsində 6 saatlıq); iş vaxtından artıq işləməyin ləğvi; 1 ildən çox çalışanlara 1 
aylıq ödənişli məzuniyyət; 1 Mayın bayram edilməsinin rəsmiləşdirilməsi; həmkarlar 
təşkilatlarının və mədən-zavod komissiyalarının rəsmən tanınması; bütün fəhlələrin 
məvacibinin  artırılması;  tətil  günləri  üçün  məvaciblərin  verilməsi;  mütləq  maaş 
minimumunun  müəyyən  edilməsi;  abadlaşdırılmış  fəhlə  qəsəbələrinin  tikintisinin 
sürətləndirilməsi; mövcud fəhlə mənzillərinin sanitariya qaydalarına müvafiq gələn 
normal  vəziyyətə  salınması;  müalicə  üçün  sığorta  kassalarının  təsis  olunması  və 
neft  sənayeçiləri  həmin  kassalara  pul  keçirməlidir;  sahibkarların  hesabına  yeni 
tibb  müəssisələrinin  yaradılması  və  hazırda  olanların  genişləndirilməsi;  klub, 
kitabxanalar, fəhlə uşaqları üçün məktəblər, fəhlələrin ana dillərində savadlanması 
üçün kursların yaradılması; tətillərdə həbs olunanların hamısının azad edilməsi və s. 


Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə