Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə11/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   7   8   9   10   11   12   13   14   ...   119

Məntiq ____________________________________________________________  

lik  tələb  edir  və  hər  hansı  bir  sahə  ilə  bağlı  məsələlərə  aydmiıq 

gətirmək üçün, əlbəttə ki, hər şeyin dəqiq mənası izah edilməlidir. 

Alimlər ümumi olaraq təfəkkürə aşağıdakı kimi tərif vermişlər: 



Təfəkkür 



zehnin 

məchulla 

məlum 

arasındakı 

hərəkətindən ibarət olan aktiv idrak formasıdır. 

Burada  aktiv dedikdə,  komrüter  beyrürdn  passiv hərəkətinin, 

yəni  iradəsiz,  ixtiyarsız,  şüursuz  hərəkətinin  əksinə  olaraq,  onun 

iradəli, ixtiyari, şüurlu hərəkəti başa düşülür və bu hərəkət beş əsas 

mərhələyə bölünür. Bu mərhələlərə aşağıda işarə olunacaq. 

Zehin və kompüter 

Məlumdur  ki,  kompüterin  işləmə  prinsipi  zehnin  işləmə 

prinsipi  ilə  eynidir.  Alimlər  zehin  üzərində  uzunmüddətli 

araşdırmalardan sonra, nəhayət, süni zehni—kompüteri ixtira edib 

təkmilləşdirmişlər. 

Siz kompüterdə bir məsələni həll edərkən müəyyən düymələri 

basmaqla  bir  anda  məsələnin  həllini  ekranda  müşahidə  edirsiniz. 

Amma bəzən bu proses bir qədər uzun çəkir. Zehin də (demək olar 

ki,)  eynilə  belədir.  Amma  gəlin  görək  kompüterdə,  bir  anda  baş 

verən hərəkət hansı mərhələləri keçərək sona çatır? 

Kompüter ikilik (0;1) say sistemində işlədiyindən, daxil edilən 

məlumatlarm  hamısmı  ikilik  say  sisteminə  çevirərək  məsələni 

həmin  məkanda  həll  edib,  sonra  yenidən,  cavabı  ikilik  say 

sistemindən,  verilən  məlumatlar  məkaruna  çevirib  ekrana  verir. 

Məsələn, "5+2=7". Əvvəlcə, öz ana məlumatlarınm arasm- dan, daxil 

edilən "5" ədədinə uyğun ikilik say sistemindəki ədədlə "2" ədədinə 

ikilik say sistemindəki uyğun ədədi toplayıb həmin say sistemində 

bir ədəd alır. Yeni alman ədədi ana məlumatlarda axtarıb onluq say 

sisteminə uyğun olaraq ekra 

38 



Zehin və Məntiq 

na  verir.  Maraqlıdır  ki,  bu  qədər  proses  saniyənin  onda,  yaxud 

yüzdə bir hissəsində baş verir. 

Beş mərhələli hərəkət və nəticə 

İnsan məchulla üzləşdikdə onu məluma çevirmək üçün zehrıirıi 

hərəkətə  gətirir.  Bəzən  bu  hərəkət  qısa  bir  anda,  bəzən  isə  uzun 

zaman  ərzində  sona  çataraq  nəticə  verir.  Buradakı  hərəkət 

kompüterdəki ixtiyarsız, iradəsiz, şüursuz şəkildə olan passiv fiziki 

yerdəyişmə ilə baş verən hərəkətdən fərqlənir. Zehnin bu işi, onun 

öz  fəzasma  uyğun  mərhələləri  keçməklə  həyata  keçir.  Belə 

hərəkətin  necə  baş  verməsi  mövzumuzdan  xaric  olduğundan, 

burada, yalmz zehnin bu işindəki beş mərhələdən damşacağıq. 

Zehin  də  hər  hansı  bir  məchulu  məluma  çevirmək  üçün 

müəyyən mərhələləri qət edərək məluma yetişir. Amma bu hadisə 

qısa  zaman  kəsiyində  baş  verdiyi  üçün  bizə  elə  gəlir  ki,  məchul 

birbaşa  məlumdan  almır.  Bu  təhlildə  məqsəd  belə  bir  sualı 

cavablandırmaqdır:  nə  üçün  zehin  də  kompüter  kimi  müəyyən 

mərhələləri  keçdiyi  halda,  kompüterin  əksinə  olaraq,  səhvlərə  yol 

verir? 


Cavab:  Kompüter  iki  prinsip  etibarilə  zehindən  fərqlənir. 

Birincisi  budur  ki,  kompüterin  iradəsi  yoxdur.  Apardığı  hər 

əməliyyat  və  aldığı  nəticə  icbari  şəkildə  həyata  keçir.  İkincisi, 

kompüterin  "təfəkkür  hərəkəti"  zahirdə  zehnin  canlı  və  mənəvi 

hərəkəti  kimi  görünsə  də,  əslində,  mexaniki  hərəkətdir.  Yəni 

kompüterin "təfəkkürü" elektronlarm mexaniki hərəkətindən başqa 

bir  şey  deyil.  Amma  zehnin  təfəkküründə  beyin  hüceyrələri 

mexaniki  hərəkətə  gəlsə  də,  bununla  bərabər,  ruhda  da 

dəyişikliklər  baş  verir.  Bunun  da  isbatmı  fitri  olaraq  belə  vermək 

olar: bu, "hüzuri elm”m?-* vasitəsi ilə baş verir. Yəni 



24 Bax: III dərs 

39 



Məntiq ____________________________________________________________  

insan  qəlbən  və  öz-özlüyündə  hiss  edir  ki,  onun  ruhunda  da 

dəyişikliklər özünü göstərir. 

Bu  iki  fərqi  nəzərə  alsaq,  məlum  olur  ki,  "kompüter  zehni" 

hərəkət edən zaman onun hərəkət yolu üzərində heç bir maneə və 

hərəkətə  təsir  edən  kənar  bir  qüvvə  oimur.  Məlumdur  ki,  maneə 

oimadıqda məqsədə çatmaq da mütləqdir. Amma zehnin işinə təsir 

göstərən amillərdən ən  əsası olan nəfs, adətən, təfəkkürün yolıma 

sədd çəkir. Bu da çox zaman alman nəticələrə bilavasitə öz təsirini 

göstərir. 

Ümumi şəkildə qeyd edək ki, təfəkkür dörd formada baş verir; 

"mücərrədləşdirmə", "tərif", "bölgü" və "əqli nəticə". Bu dörd forma 

haqqmda geniş şəkildə bəhs ediləcək və məntiqin elə əsas xətti də 

bu dörd istiqamətdədir. 

İndi isə qeyd etdiyimiz beş mərhələnin izahma diqqət yetirək: 

Birinci mərhələ:  məchul  obyekt,  iradə  və  gərginlik. 

Zehin 


hər  hansı  bir  obyekti  məchul  kimi  qarşılamalıdır  ki,  insanda  bu 

məchulu məluma çevirmək iradəsi yaransm. Bəzən insan həqiqətdə 

məchulla üzləşdiyi halda, həmin mövzuya etinasız yanaşdığmdan, 

onda bu sualla bağlı "cəhalət" halmdan çıxaraq "elm"ə yiyələnmək 

istəyi  oyanmır.  Amma  cəhalət  halmdan  çıxaraq  elmə  yiyələnmək 

iradəsi  yaranan  zaman  zehnin  aldığı  vəziyyət  dayandığı  yerdən 

hərəkətə  başlayan  avtomobilin  vəziyyətinə  bənzəyir.  Mühərriki 

işlək halda hərəkətsiz qalan avtomobil, yerində işlədiyi kimi, insan 

da  məchulla  üzləşdikdə  əgər  onu  məluma  çevirməyə  iradə 

göstərsə, onun zehnində gərginlik əmələ gəlir. Bu gərginlik insanm 

məchulu  məluma  çevirmək  istəyindən  törəyir  və  yuxarıda  qeyd 

etdiyimiz  kimi,  həm  insanm  beynində,  həm  də  ruhunda  özünü 

göstərir.“ 

“  Bu  təsir  haqqmda  "Məntiqin  formalaşması  və  digər  elmlərlə  əlaqəsi"  bölümündə 

danışacağıq (II fəsil, II dərs). 

Onu da qeyd edək ki, bu mərhələ insan əxlaqına da təsir göstərir. Belə ki, bəzən insan 

özünü, ona məlum olmayan bir şey qarşısında təkəbbürlülük, inadkarlıq, -* 

40 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə