Roman, povestlər



Yüklə 3 Mb.
səhifə18/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   14   15   16   17   18   19   20   21   ...   158

 64 

zarafatlarına, ibarələrinə. Özlərinin, arvadlarının, uşaqlarının ad 

günlərinəcən  əzbər bilirəm. Mövqelərinə  də  bələdəm, 

məclislərinə də, tostlarına, tamadalarına... əh! 

—Yəni belə pis adamlardır?  

—Eh, sən nə yapışmısan: pis-pis! Heç nə başa düşmürsən. 

Pis adam. Yaxşı adam! — əlini başına apardı, küləyin dağıtdığı 

saçlarını səliqəyə salmağa başladı, — dünyada nə pis adam var, 

nə yaxşı adam. Ömür elə uzun çəkir ki, ancaq pis olmağa, ya 

ancaq yaxşı olmağa heç kəsin hövsələsi çatmır. Görürsən biri 

həyatı boyu gah yaxşı olur, gah pis... 

—Yox, baxma, yenə adamnan adamda təfavüt var. Məsələn 

tutaq Dadaş necə adamdır? 

Güzgüdə baxışları toqquşdu. 

Təhminə güldü: 

—Ay vələdüzzina, məndən söz almaq istəyirsən?  

Zaur: 

—Yox, — dedi, — mən camaatın  şəxsi işinə qarışmaq 



istəmirəm. 

Təhminənin baxışında əvvəlcə təəccüb oxundu, sonra nəyisə 

anlamış kimi: 

—A, belə de, — dedi, ciddiləşdi və əlavə etdi: — Bax, bir 

şey məni çox maraqlandırır. Hamı elə bilir ki... — bir an 

tutuldu, qısa tərəddüddən sonra davam etdi. — Mən Dadaşın 

aşnasıyam. Çox yaxşı, indi məni maraqlandırır görüm, sən bu 

barədə nə fikirləşirsən? Bax, sən Zaur Zeynalov. 

Zaur: 

—Zeynallı, — dedi, — mən? Nə bilim, mənə elə gəlir ki... 



—Sən özün də dedin ki, mən dünya gözəliyəm. Çox yaxşı. 

Deməli, istəsəm yüz sənin kimi cavan oğlan başıma fırfıra kimi 

fırlanar. 

Zaur kəskin ədayla: 

—Fırlansınlar da! 

—Oho, damağına dəydi. Yaxşı, yüz yox, on, beş. Yaxşı, 

səndən bircə  dənədir, bax, elə  sən özün. Məndən xoşun gəlir, 



 65 

eləmi? 


Zaur: 

—Elədir, lap elədir, — dedi və  əsəbi hərəkətlə qazı basdı. 

Maşın zəncirdən açılmış kimi irəli cumdu. 

—Yaxşı, yaxşı, sakit ol. Dediyim odur ki, Dadaş  mənim 

nəyimə lazımdır? Keçəl, yekəqarın, yekəburun, qoca. Ondan 

bir keçəcəyim, bir təmənnam da yoxdur. Müdirimdir. Çox 

olsun lap bəd başına məni işdən çıxartdıracaq, yəni bir yerdə 

bir parça çörək qazana bilməyəcəyəm? Siqaret ver görüm... 

Yandırdı. 

—Ay sağ ol. Məsələ ondadır ki, Dadaş özü də bunu başa 

düşür, hərif deyil. — Tüstünü halqa-halqa maşının tavanına 

üfürdü. — Dadaş barmağının ucuyla da mənə toxunmayıb. 

Yəni onda bir toxunası hal da yoxdur. Hay-hayı gedib, vay-

vayı qalıb, — güldü, — amma burda bir məsələ var. Dadaşa 

şayiə, söz-söhbət lazımdır. Çünki o yaşda, o ağız burunda 

mənim kimi cavan, gözəl bir arvadın adamı olmaq onun 

başının ucalığıdır. 

Yolun kənarında bir neçə  nəfər dayanmışdı. "Moskviç"i 

görüb  əllərini qaldırdılar. Maşın yanlarından ötüb keçəndən 

sonra arxadan qışqırışdılar. 

—Məndən nə gedir? İndi ki bundan Dadaşın könlü xoş olur, 

qoy olsun, qoca kişidir. 

—Düz demirsən. Mən eşitmişəm ki, söz düşəndə Dadaş 

həmişə bu şayiəni danır. 

—Ay allah, nə yaman uşaqsan sən hələ! Əlbəttə danacaq. O 

vaxt ki, bu şayiə yox idi, onu yaratmağa cəhd edirdi. Bəli, bəli, 

bu fikir onun özündən başqa heç kəsin ağlına gəlmirdi. Özü 

başladı belə  rəy yaratmağa.  Əlbəttə, çox ustalıqla, altdan-

altdan. Nə bilim işdən bir yerdə çıxmaq, məni ötürmək, ikibaşlı 

sözlər, mənalı baxışlar. Məsələn, otaqda mənimlə  qəsdən sırf 

rəsmi danışırdı. Çöldə-bayırda, dəhlizdə isə tutub uzun-uzadı 

söhbət edirdi. Özü də xısın-xısın, pıçıltıyla. Hamı da görür axı. 

Deyirlər, balam, bu nə söhbətdir ki, otaqda hamının yanında 



 66 

eləmirlər; xəlvətə  çəkilirlər? Sonra başqa  şeylər də vardı. 

Məsələn, bax belə  xırda təfərrüat. Axşam bizə  zəng eləyir, 

mənimlə, Manafla danışır. Görürsən, deyirəm ki, xəstəyəm, 

bəlkə sabah işə  gələ bilmədim. Bəli, səhər, idarədə bunu belə 

xüsusi cür xəbər verir: Təhminə bir balaca kefsizləyib, bu gün 

işə gəlməyəcək. 

—Yaxşı, sən də sözbazlıq eləmə də, burada nə var ki? 

—Başa düşmürsən? Guya bu məlumatı sadəcə telefonla 

almayıb, hamıda belə təsəvvür oyanır ki, guya bu nə isə yaxın, 

məhrəm adamdır, bir sözlə, ev adamıdır. Ailənin içindən gəlib 

işdə  xəbər verir. — Susdu və bir qədər  əsəbi  əlavə etdi: — 

Təhminə işə gəlməyəcək.  Guya  başqası bunu  zəng eləyib bilə 

bilməzdi. Kibriti ver görüm. Sönüb. Aha... Hə, sonra ki, başladı 

söz-söhbət, eyhamlar, onda da arifdi, başladı danmağa, özü də 

elə can-başla danmağa  başladı ki, yatanları da ayıltdı. Çox 

vaxt görürsən, özü bu söhbəti heç eşitməyənlərə eşitdirirdi: əşşi 

mənimçün söz çıxarıblar, yaxşı deyil, qızım yerindədir; gedər 

ərinə çatar, duz-çörək kəsmişik, filan-peşməkan. Deyərsən 

daha bundan namuslu adam yoxdur, — istehzayla əlavə etdi, 

— qeyrət dağarcığı, — susdu, sona yenə sözünə davam etdi. — 

Hə, belə-belə hamıda fikir oyandı ki, bəli, burda mütləq bir iş 

olmamış deyil. Mən də qaldım gic vəziyyətdə. Hər sözümü, hər 

hərəkətimi başladılar müəyyən yerə yozmağa. Dadaşa 

mehribanlıq da göstərsəm, etinasızlıq da, heç fərqi yoxdur. Hər 

şeyi bir cür başa düşürlər. 

Birdən nədənsə Zaurun Təhminəyə yazığı  gəldi. Düşündü 

ki, bütün bu yüngülməcazlığına, 

əzilib-büzülməsinə 

baxmayaraq, yəqin onun da öz dərdi-səri var.  

Təhminə: 

—Əlbəttə, — dedi, — mən də istəsəm, yüz cür kələk qurub 

işin içindən çıxaram. Məsələn, bəd ayaqda adımı bir 

başqasıynan çıxardaram. Dadaş da qalar qurumsaq kimi baxa-

baxa. 

Qəfildən maşının güzgüsündə gözləri Zaurun nigaran 




Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə