Roman, povestlər



Yüklə 3 Mb.
səhifə17/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   13   14   15   16   17   18   19   20   ...   158

 60 

Zaur çırtmayla siqaretinin külünü atdı. 

—Baxır da, — dedi və güzgüdə  Təhminəyə göz vurdu. — 

Baxır atəşin hərarətinə. 

—Onda mənə bir siqaret ver, bir də atəş. 

—Oho, sən çəkirsən? Heç bilməzdim. 

Kibrit çəkdi. Maşının içindəki yeldöyəndə kibritin odu 

yaralı quş kimi çırpınıb söndü. 

Təhminə ikinci kibriti çəkib  əlləriylə odu bələdi, bürüdü, 

ovuclarının içində gizlətdi. Bir qullab vurub: 

—Sən hələ çox şeyi bilmirsən, əzizim, — dedi. 

—Bircə onu bilirəm ki, bu maşının içində indiyə kimi belə 

dünya gözəli oturmayıb. 

—Yəni bura çox dünya gözəli mindirmisən? 

Zaur nə isə qeyri-müəyyən bir səs çıxardı, həm təsdiq, həm 

inkar kimi qəbul etmək olardı. 

—Maşını çoxdan almısan? 

—Yeddi ay olar. 

Kaş soruşmayaydı ki, hansı pula? "Atamın puluna" demək 

istəmirdi. Təhminə soruşmadı. Yəqin hamı kimi o da bunu 

bilirdi. 

—Yaxşı işləyir, — dedi. Yarısual, yarıtəsdiq ifadəsi ilə dedi. 

—Ceyran kimi qaçır. Zarafat deyil e, əlli at gücü var burda. 

—Neçə? 


—Əlli.  

—Mənim bir tanışım vardı. "Volqa"sı vardı. Elə hey 

qürrələnirdi ki, yetmiş at gücündədir. Bir dəfə lap zəhləmi 

tökdü, dedim bilirsən nə var, maşının yetmiş at gücündədir, 

amma başında yeddi at beynicə ağlın yoxdur. Küsdü məndən, o 

gedən getdi. 

—Kimdi ki o? 

—Çox bilsən, tez qocalarsan. — Zaurun tutulduğunu görüb, 

— elə-belə, bir tanışım idi, — dedi, — aramızda heç bir şey 

yox idi. 

Zaur düşündü ki, ağlına gələn sualı versin, ya verməsə 



 61 

yaxşıdır, sonra qərara gəlib. 

—Təhminə, — dedi, — bağışla, sənə bir şəxsi sual verim. 

Amma incimə. 

—Aha. 

—Bəs Manaf səni qısqanmır? 



Təhminə gülüb əlini onun başına çəkdi, saçlarını qarışdırdı. 

Xoş bir gizilti iynə-iynə Zaurun bədənini dolaşdı. Bir an 

gözləri dumanlanan kimi oldu, əlində rul oynadı, maşın sərxoş 

kimi ləngər vurdu. 

Təhminə müvazinətini güclə saxlayaraq: 

—Oho, nə yaman odlu cavansan, — dedi. 

Zaur cəld özünü ələ aldı. Bir qədər əsəbi güldü. 

Maşın yolu yumaq kimi təkərlərinə sarıyırdı. Ağaclar, 

teleqraf dirəkləri arxaya yıxılıb qalırdı. Uzaqda asfalt üzərində 

ilğımlar-gölməçələr parlayır və yoxlaşıb gedirdilər. Maşın yolu 

hərisliklə udur, udurdu. 

Təhminə: 

—Məndən sənə  əmanət, — deyə sükutu pozdu, — əgər 

günlərin bir günündə işdi-şayəd evlənib eləsən, mütləq arvadını 

qısqan. Qısqanclıq duydun, duymadın, əsasın oldu, olmadı, heç 

təfavütü yoxdur, əgər istəyirsənsə arvadın səni saysın, sənə 

hörmət eləsin, yerivi bilsin, mütləq qısqan onu. Əlbəttə, daha 

lap xırdaçılıq eləyib zəhləsini tökmə, yazıqdır. Görürsən elə 

kişilər olur e, yerli-yersiz səfeh-səfeh qısqanıb arvadı çərlədir, 

dığ edirlər.  Əlbəttə ki, o cür yox, amma belə öz qaydasında, 

həmişə  gərək arvadın elə bilsin ki, sən onu dəlicəsinə 

qısqanırsan, amma ağır kişisən, büruzə vermirsən. Onda bütün 

işlər yaxşı gedər. Görürsən sənə necə  məişət dərsi verirəm, 

desələr kim öyrətdi, denən elə özüm bilirdim. 

—Çox sağ ol, artıq dərəcədə minnətdaram. 

Uzun bir qullab vurub sözünə davam etdi: 

—Çünki bilirsən, qısqanmamaq arvadı təhqir edir, fikirləşir 

ki, yəqin ya ərim mənə biganədir, sevmir məni, ona görə 

qısqanmır. Ya da ərimin rəyincə mən elə idbar bədəncərəyəm 



 62 

ki, heç kəs, heç bir kişi ömründə mənə yaxın düşməz. Bildin? 

Necə deyərlər,  əndazədən çıxmadan, həddi-ölçünü itirmədən 

belə qaydasınca bir balaca qısqanmaq mütləq lazımdır. 

—Sənin ərin belə edir? 

Təhminə onun atmacasını qulaq ardına vurdu: 

—Sənə bir dərs də verim, — dedi. — Heç olmasa bugünkü 

səfərimizdə  təzə bir şey öyrən.  Əgər arvadın bilsə ki, ona 

xəyanət etmisən, coşub özündən çıxa bilər, qab-qacağı sındırar. 

Çox dəlisovdursa, nə bilim, lap vurar özünü yandırar, ya gedib 

rəqibinin saçını yolar, üz-gözünü cırmaqlayar, dağıdar. Yox 

əgər insan adamdırsa, nəcibdirsə, xasiyyətcə  həlimdirsə, üzə 

vurmaz, içinə salar, içini yeyər, içəridə yanıb-yanıb qovrular. 

Ərinə  qəzəblənər, qızar, nifrət eləyər. Amma bu hisslərin heç 

biri həqarət deyil. Ərə qarşı həqarət, ikrah hissi ancaq bir halda 

baş qaldırır. O vaxt ki, arvad özü ərinə  xəyanət edir, həm də 

bilir ki, əri bunu hiss eləyə-eləyə özünü bilməməzliyə, 

eşitməməzliyə, görməməzliyə qoyub. Bax onda arvad kişidən 

iyrənməyə başlayır. Bütün başqa hisslər, qəzəb də, nifrət də 

sovuşub gedir, sönür, soyuyur, amma bu hiss, iyrənmək hissi 

ömürlük qalır. O adama daha yaxın dura bilmirsən. Elə bil 

qurbağa, kərtənkələyə toxunmaqdan çimkinən kimi 

çimkinirsən. Bildin? — O, əlini yenə Zaurun saçlarına tərəf 

uzatdı, lakin tez çəkdi. — Yox, yox, sən allah, — dedi, — 

yaxşı yadıma düşdü. Sən elektriklisən. Sonra maşını aşırdarsan, 

xataya düşərik. 

Zaur: 

—Bütün bunlar mənimçün çox mürəkkəbdir, — dedi, — 



onunçün də evlənmirəm. 

—Bir yana baxanda elə yaxşı eləyirsən. 

Yenə bir müddət sükut çökdü.  İki dolu  taksi hay-haraylı 

siqnallarla onları haqlayırdı. Qabaqdakı maşının sürücüsü əlini 

siqnala batırıb çıxarmırdı. Zaur çəpəki güzgüyə baxıb, ayağını 

qaza basdı. Maşının  şüşələri titrədi.  İndi maşınlar döş-döşə 

gedirdi. 



 63 

Sürücünün yanında oturmuş  bığlı kişi onlara baxıb irişir, 

dişlərinin iki cərgəlik qızılında günəşi əks etdirirdi. 

Təhminə: 

—Nə oyun çıxarırsan? — dedi. — Nə  bəhsə-bəhsə 

girmisən? Qoy keçib getsinlər... Yavaş-yavaş sür, söhbət 

eləyirik. 

Zaur ayağını pillə—pillə qazdan çəkdi. 

Hər iki taksi güllə kimi ötüb qabağa çıxdı. Kəsik-kəsik 

siqnallarla qələbələrini qeyd etdilər, uzaqlaşdılar.  

Təhminə: 

—Mən idarəyə  gələndə uzun zaman işçilərlə dil tapa 

bilmirdim, — dedi. — Mənə elə  gəlirdi ki, çox kütdürlər. 

İçlərində bircə Nemət ağıllı, mədəni adama oxşayırdı. O da 

həmişə elə qayğı içində idi, elə bil alnında yazılmışdı ki, 

"neyləyim, necə eləyim nə cür dolanım?" Mənə elə gəlirdi ki, 

heç vaxt onlarla dil tapa bilməyəcəyəm. Amma vaxt adamı 

bilirsən necə  dəyişir! Adam heç özü də bilmir, — maşının 

küləklik pəncərəsini açıb siqaretin kötüyünü bayıra vıyıldatdı, 

— bax, saatı görürsən, saniyə  əqrəbi necə tez qaçır. Gözünü 

zillə bax, gör heç saat əqrəbinin hərəkətini görə bilərsən? 

Amma gözünü çək, iki-üç saatdan sonra bax, görəcəksən ki, 

burdan bura gəlib. Adam da belədir. Uşaqlıqda tez-tez dəyişir. 

Saniyə əqrəbi kimi. Böyüyəndə isə yavaş-yavaş. Saatlar, günlər 

gedir, ömürdən gedir, gündə necə  dəyişdiyini duymursan, 

ancaq hər dəqiqə, hər saat dəyişirsən. İki-üç ildən sonra birdən 

baxırsan özünü tanımırsan. Əşi, yəni bu mənəm? 

—İndi sən də belə dəyişmisən? 

—Hərdən düşünürəm özümü tanımıram. Necə oldu ki, mən 

bu adamlarla uyuşdum? Uyuşdum yox e, dostlaşdım, 

mehribanlaşdım, eyniləşdim... 

—Nə olar ki? Dostlaşmısan, dostlaşmısan da. Dostlaşmaq 

bəyəm pis işdir? 

—Demirəm ki, pisdir. Məsələ onda deyil. Mən onlara 

alışdım. Başa düşürsən, meyllərinə, həvəslərinə, sözlərinə, 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə