Roman, povestlər



Yüklə 3 Mb.
səhifə19/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   15   16   17   18   19   20   21   22   ...   158

 67 

baxışlarıyla haçalandı, bir an içində  şıltaq bir fikir beynindən 

keçdi. 

—Məsələn, — dedi, — şayiə buraxardım ki, səninlə 



sevişirəm. Hamı da inanardı, çünki, maşallah,  şəkil kimi 

göyçək oğlansan, özün də subay, — şaqqıldadı, — bura bax, 

yoxsa elə bilirsən səninlə plyaja getməyə  də onunçün razı 

oldum, məqsədim var, hə? Düzünü de, sən allah, elə 

fikirləşirdin? 

—Arvad deyilsən sən, şeytansan, şeytan. 

—Nə olar? Qoy şeytan olum. Bir var dəli  şeytan. Mən də 

dərdli şeytanam. 

—Nədir axı sənin dərdin, Dadaş? 

Təhminə bu sözləri də qulaqardına vurdu, cavabsız qoydu. 

—Bəli, çox şey edərdim, — dedi, — etmirəm, çünki mən 

adamların hamısını başa düşürəm. Bilirəm bu dünyada kimə 

gərək olan nədir. Dadaşa ancaq vur tut quru söz-söhbət 

lazımdır. Necə deyərlər, ocağın tüstüsü. Nə olar, qoca kişidir, 

qoy könlü xoş olsun. Məndən nə gedir? 

—Necə nə gedir? Bəs adına ləkə gəlmir? 

—Əzizim, — dedi, — adlarına ləkə düşməkdən qorxan 

bilirsənmi kimlərdir? O adamlardır ki, təmiz elə bir adlarıdır, 

özləri çoxdan çirkab içindədirlər. Ona görə  də ancaq quru 

adlarını qoruyurlar. Aman günüdür ləkə düşər.  Əgər mən 

özümü ləkəli bilmirəmsə, adamlar adıma nə ləkə vurur-vursun 

vecimə deyil. 

—Bəs Manaf da belə duşünür? 

—O...mənim  ərim ayrı  oğlandır. Dünyada tayı-bərabəri 

yoxdur. Deyir ki, ürəyim buz kimidir, arvadımdan arxayınam. 

Təhminə aydan arıdır, sudan duru, intəhası, gözəldir. Gözələ 

həmişə söz qoşarlar, o qədər paxıl gözügötürməyən var ki... 

Düz demir, sən allah? 

—Nə bilim, yəqin düz deyir də. 

Təhminə rişxəndlə ona baxdı. 

—Elə bilirsən dediyinə özü inanır? Qəlbinin dərinliyində 



 68 

bilir ki, mən onu sevmirəm, deməli, ona sadiq də deyiləm. 

Ancaq bu fikri beynindən rədd edir, bu barədə düşünmək belə 

istəmir. Amma orda, lap, lap ürəyinin dibində, barmağını 

Zaurun köksünə sarı uzatdı, — bax burda bir quyu var ha, onun 

lap dibində, özünə belə  təsəlli verir ki, nə olsun, mən də 

Təhminəyə  xəyanət edirəm. — Təhminə  bərkdən güldü. — 

Amma məndən beşbetər aşnaları bir ifritə bədəncərədirlər, gəl 

görəsən!  İkisini mən tanıyıram. Biri Bakıdadır, biri Tiflisdə. 

Kişinin oğlu mejduqorodnı Don-Juandır. Yəqin Moskvada da 

adamı var, amma mən tanımıram. Hər halda tez-tez bəhanə 

tapıb cumur Moskvaya. Odey, indi də bir aydır Moskvadadır. 

Deyəsən, günü pis keçmir. Tezliklə qayıtmaq fikri yoxdur. 

Laqeyd, tənbəl hərəkətlə maşının güzgüsünü özünə  tərəf 

çevirdi, dodaq boyasını çıxarıb dodaqlarını boyamağa başladı. 

O, solğun boyaları sevmirdi, həmişə dodaqlarına al-qırmızı 

rəng çəkir, özü də boyanı dodağına elə  sıxırdı ki, dodağı qat-

qat boyanırdı. Boyanı bağlayıb balaca sumkasına qoydu. 

—Amma zövqü bir şey deyilmiş. Bilmirəm heç məni necə 

bəyənib. Bakıdakı dəhrəcanlı bir şeydir, dam boyda. Tiflisdəki 

də dəmbərəgöz, allah göstərməsin. 

Zaur: 


—Sən də bütün bunlardan belə sakit danışırsan, — dedi və 

öz sualından özü utandı. — "Deyəsən, hansı  əsrdə yaşadığını 

unutmusan, Zaur kişi" — deyə düşündü. 

—Eh, mənə nə! Od ver görüm. Sağ ol. Birinçi dəfə eşidəndə 

pis oldum. Sonra adət etdim, laqeydləşdim.  Ən ləzzətlisi də 

odur ki, elə bilir mənim heç nədən xəbərim yoxdur. Gəlir, belə 

ciddi tonla "sovnarxoza çağırmışdılar" — deyir. — "Tiflisə bir 

həftəliyə ezamiyyətə göndərirlər". Mən də bilirəm axı, işdən öz 

hesabına bir həftəlik məzuniyyət alıb. "Sabah gedirsən? — 

deyirəm, — yoluna nə hazırlayım?" Bəli, Tiflisdə  də  şıdırğı 

hazırlıq gedir. Bir nəfər var, mənə danışıb. Deyir arvadın ayrıca 

mənzili var, iki otaq. Manaf teleqram vuranda ki, bəli gəlirəm, 

otaqlara xüsusi xəli döşənir, döşəkçələr, mütəkkələr düzülür, 



 69 

kişinin oğlu keçmiş xansayağı kef eləyir. Sonra... 

Zaur çevrilib Təhminəyə baxdı. Təhminə tuşla çəkilib 

uzadılmış kirpiklərini qaldırdı. Birdən Zaur onun gözlərinin lap 

dibini gördü. Səhrada qəflətən qum axıb-çöküb quyu açılan 

kimi, Təhminənin gözlərində nə isə uçub-dağılmışdı, gözlərinin 

lap dibində, bəlkə  də dibsizliyində  nə isə zil qaranlıq bir 

lağımın ağzı açılmışdı. Qəlbin gizlinlərinə açılan bir lağım, 

uçuruma aparan bir yolun ağzı. 

Zaur: 


—Lazım deyil, — dedi, — danışma. Keç ayrı söhbətə. 

—A... belə de. Bu cür söhbətlər sənin zərif qəlbinə toxunur. 

Bəs özünü elə göstərirdin ki, müasir oğlansan, həyatın hər 

üzünü görmüsən, dəyirmanın bu başından girib o başından 

çıxmısan, — gözlərini qapamadı, amma gözlərinin içindəki 

quyunun ağzı tutuldu, gözləri yenə də həmişəki kimi şıltaq və 

işvəkar,  şux və  işıqlı idi, — nə oldu, xoşun gəlmir belə 

söhbətlərdən? Həyatdır da bu, oğlum, həyat demirsən, qulaq 

as! 

—İstəmirəm. Bu həyat deyil, həyatın astarıdır. Mənim belə 



söhbətlərdən xoşum gəlməz. Görürəm səninçin danışmaq 

ağırdır, danışma, nə vacib olub... 

—Ağırdır?  Əksinə. Ağır neçin olur? Ağır-zad deyil. — 

Uzun zaman yola baxdı, sonra, — mən Manafı başa düşürəm, 

— dedi, — cavanlıqda çətin dolanıb. Ailə saxlayıb. İndi, necə 

deyərlər, bolluğuna düşüb. Yaşı keçdikcə cavanlıqda ötürdüyü 

dəmlərin  əvəzini çıxmaq istəyir. Dünyada ən yaman dərd 

görməmişlikdir. 

Siqaret tüstüsündən boğuldu. Bir xeyli öskürdü. Sonra 

birtəhər sakit oldu. 

—Tiflisdən gələndə də yoluna yemək qoyurlar, — dedi, — 

qab-qacağı bilmirəm gizlədir, ya atır. Bir dəfə, bilmirəm

içmişdi, ya kef başına vurmuşdu, çaşıb evə Asyanın qab-

qacağını  gətirmişdi. Tiflisdəki arvadın adı Asyadır. Belə göy 

kasa idi. Noxud-noxud ağ naxışlı. Mən də götürüb gizlətdim. 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə