Roman, povestlər



Yüklə 3 Mb.
səhifə21/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   17   18   19   20   21   22   23   24   ...   158

 74 

Aralığa yenə sükut çökdü. Dəniz hələ görünmürdü. Amma 

elə bil nəfəsi, havası, iyi duyulurdu. 

—Uşaq olmamışdan kişi lap Mədinəni divara çıxardırmış ki, 

bəs uşaq istəyirəm. Sonra bir gün Mədinə deyib ki, hamiləyəm. 

Kişinin az qalıb ürəyi getsin. Başlayıb şadlığına şitlik eləməyə. 

Səhərisi gün qoyun kəsdirib. Mədinə deyir ki, doqquz ay 

başıma pərvanə kimi dolandı. Deyir, gəlib  qulağını qoyardı 

qarnıma, qulaq asardı, görsün nə  eşidir; uşaq hərəkət eləyir, 

yoxsa yox. Diqqətlə, deyir, qulaq asırdı, dəqiqələrlə. Lap 

saatsaz saata qulaq asan kimi, — adəti üzrə yenə  qəfilcən 

susdu, söhbətini yarımçıq kəsdi. Baxışları yenə  də maşının 

güzgüsündə toqquşdu. Təhminənin gözləri uzaqlaşmışdı. 

Harasa çox-çox aralı bir aləmə  çəkilmişdi. Susması kimi 

yenidən danışmağa başlaması da qəfil, gözlənilməz oldu, — 

axı  mənim atam saatsaz idi. Yadımdadır, xarab saatları 

gətirərdi. Düzəldərdi, sonra qulağına qoyub dinlərdi. Tam 

dəqiq işləyib-işləmədiyini səsiylə  təyin edərdi. Bax, o kişi də 

arvadının qarnına belə qulaq asarmış. Bir kinoda görmüşəm, 

kəndçilər də torpağa elə qulaq asırlar. Gördüm, lap atam 

yadıma düşdü. Geoloqlar da bəzən yerə qulaqlarını qoyurlar. 

Düzdür, hə, axı, sən geoloqsan? 

—Hə, düzdür. 

—Yaxşı, bəs geoloq dağda-daşda olar, sən nəşriyyatda niyə 

işləyirsən? 

—Bu, uzun söhbətdir. Sonra danışaram... Deməli, kişi 

arvadının qarnına qulaq asıb-asıb, nə eşidibsə qaçıb gedib. 

—Yox, uşaq olandan altı ay sonra getdi. Dedim ki, bayaq 

sənə. 

İndi dənizin nəfəsi, havası lap aydın duyulurdu. 



—Bilirsən, Mədinə danışır ki, hamilə vaxtı adam içəridən 

uşağın istisini hiss edir... Elə bil qarnında soba gəzdirirsən. 

Zaur: 

—Personalnaya peredvijnaya peç, — dedi, — zapas batarey 



9 mesyatsev. 


 75 

—Gülmə. Gör bir sənə bu gün nə qədər bilik verdim. 

—Xüsusilə ginekologiya — mamaçalıq cəhətdən. Sabahdan 

rahat gedib doğum evində işləyə bilərəm. 

Əlini uzadıb radionu qurdu. "Araz" proqramının çağırtısı 

eşidildi. Sonra qadın diktorun səsi gəldi: 

—Danışır Bakı! Yerli vaxtla saat 17-dir. Son xəbərlər. Nyu-

York. Birləşmiş Millətlər Təşkilatının təhlükəsizlik şurası səhər 

iclasında... 

Təhminə əlini uzadıb radionu keçirdi. 

—Bilirsən, mən həmişə nə fikirləşirəm. Amma gülmə. Bax, 

uşaq dünyaya gələn kimi ağlayır. Hə? Görəsən bəs ana 

bətnində də ağlayır? 

Zaur cavab vermədi. Çönüb Təhminəyə baxdı, başını buladı. 

Təhminə hırıldadı: 

—Təsəvvür eləyirsən? Küçədə arvad gedir, Qarnı burnunda. 

Öz qarnını  sığallayır, "ağlama, bala, — deyir, — ağlama, 

ağlama" — əlləriylə qulaqlarının ucunu dartdı, — allah 

göstərməsin, — dedi, — allah göstərməsin! 

—Olmaz keçəsən ayrı söhbətə? 

—Ayrı söhbətə? Yaxşı, bu saat sənə gülməli şey danışacam. 

Mədinə ərindən ayrılandan sonra...   

—Yenə Mədinə?  

—Yox, dayan, indi ayrı  şey danışıram. Kişi Mədinədən 

ayrılanda, deməli, otaqları böldülər. Biri qaldı  Mədinəyə, biri 

— kişiyə. Sonra kişi dəyişdi, amma bir müddət qonşu oldular. 

Hə, Mədinə danışır, deyir bir gün Rafiqi yatızdırmışam, yaydı, 

çıxmışam  şüşəbəndə, oxuyuram özüm üçün. Yaman deyib-

gülən, çalıb-oynayan arvaddır. Ölmüşün yaxşı da səsi var. Hə 

deyir, oxuyuram, o mahnı var e, "Ətrini yastığından alıram, 

sənsiz?" Bəli, oxuyuram, getmişəm özümə, bir də görürəm o 

biri otaqda kişi pəhəpəh bərk boğazını arıtlayır. Dayandım, 

fikirləşdim, dedim ağrım ürəyinə, sonra elə bilər onunçün 

oxuyuram, onun ətrini yastığından alıram. Külbaş  həmişə 

tənbəki iyi verərdi. Ay sən öləsən, dedim, yalansa səni görüm 



 76 

torpaq səndən hündür olsun! Nə uzadım, deyir, getdim, evdə nə 

ki balış vardı, hamısının üzünü çıxartdım, yudum, sərdim 

eyvandan, lap qapısının ağzından. Niyə gülmürsən, gülməli 

deyil? 

—Əcəb arsız arvaddır! 



—Yamanca arsızdır. Görürsən deyir ərindən, kişini yaş 

yuyur, quru sərir, söyür, nə bilim qarğayır, ağlayır, sonra 

başlayır oğlunu öpməyə, dişləməyə, deyir qurban olum buna, 

ər nəyimə lazımdır, atam da budur, qardaşım da, ərim də. Bir 

də görürsən gözlərinin yaşı qurumamış götürdü uşağı, düşdü 

ortalığa, başladı süzüb oynamağa. 

Zaur: 

—Bu da dəniz, — dedi. 



Hələ çəkilib bitirilməmiş rəsm kimi idi dəniz. Elə bil rəssam 

kətana yalnız bir neçə cizgi çəkmişdi — sahilin köbəri, üfüq 

xətti, nöqtə-nöqtə qayalar. Vur-tut ikicə  də  rəngə  əl atmışdı: 

maviyə, səma və dəniz üçün, bir də sarıya, sahil qumları üçün. 

Elə bil seyrək kətanın üstündə  hələ  çəkiləsi çox şey vardı. 

Səmaya pərən-pərən buludları, dənizə köpüklü dalğaları  əlavə 

etmək olardı. Göydə qağayılar çəkmək olardı, yerdə  əlvan 

köşklər, suda ağ yelkənlər. Sahildə, dənizdə adamlar çəkmək 

olardı. Ancaq hələ heç biri çəkilməmişdi. Nə dalğalar vardı, nə 

yelkənlər, nə qağayılar, nə də adamlar. 

—Bax, bu yol Pirşağıya gedir, ancaq sən bu yana burul, aha, 

bax belə, indi tut bu yolun ucundan, sür. Gedib mən deyən yerə 

çıxacaqsan.  

Maşın torpaq yolla atılıb-düşməyə başladı. 

—Hələ çox gedəcəyik? 

—Gəlib çatdıq. Saxla. 

Dişdəm-dişdəm qayalar bu plyajı sahilin o biri sahələrindən 

ayırırdı. Bura lap xəlvət yer idi. Təpə  tənha. Torpaq yol da 

gəlib qumlarda itirdi. 

Maşını saxlayıb qumluğa düşdülər. Təhminə ayaqqabılarını 

çıxarıb əlinə götürdü. Ayaqlarında narın qumların xoş qıdığını 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə