Roman, povestlər



Yüklə 3 Mb.
səhifə23/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   19   20   21   22   23   24   25   26   ...   158

 80 

qabarıb-enirdi. Sonra üzüstə çevrildi, torpağa sərilib quyu 

qazmağa başladı. 

Təhminə sumkanı açıb yuxa, göyərti, qırmızı turp, ar pendir 

çıxartdı. Kiçik salfeti sərdi. 

Həmişə kefdə-damaqda yaşayan bu məclislər gözəli elə bir 

evdarlıqla süfrə açırdı ki, Zaur ona sonsuz bir təəccüblə 

baxırdı. 

—Mən heç bilməzdim ki, səndə belə evdarlıq damarı var. 

—Bayaq dedim, yenə də təkrar edə bilərəm ki, sən hələ çox 

şeyi bilmirsən. Bax, məsələn, bilmirsən, mən bu sumkada sənə 

nə sürpriz hazırlamışam. 

Zaurun barmaqları qazdığı quyuda suya çatdı. Başını 

qaldırıb: 

—Nə sürpriz? — deyə soruşdu. 

Təhminə cavab vermədən əlini sumkanın içinə salladı. Tünd 

rəngli bir şüşə çıxartdı. 

—Moskvadan gətirmişəm, — dedi. — Bir il idi gizlədib 

saxlamışdım. Sənin qismətin imiş. Fransız konyakıdır. 

"Kamyu". Düzdür, konyakı belə zakuskayla içməzlər, amma 

daha keçib. 

"Vallah, bəhməz almışam, bal çıxıb, — deyə Zaur düşündü 

və öz-özünə zarafat elədi. — bax Zaur kişi, almaq-boşamaq 

söhbəti olmasın". 

—Nəyə gülürsən öz-özünə? 

—Heç, vallah, Təhminə, səndən bircə dənədir. 

Sonra günəş qürub etməyə başladı. Paslı qürub dənizə  də 

pas saldı. Sonra içdilər. Bir də içdilər. Bir də. Bir də. Sonra ay 

çıxdı. 

Sonra Zaur qolunu Təhminənin boynuna saldı. Təhminə 



onun qolunu şarf kimi boynundan açdı. 

—Dayan, — dedi, — dayan. Sən fotoqrafsan, gərək biləsən, 

məhəbbət də foto kimi qaranlıqda aşkar olur. 

Sonra Təhminə: 

—Gəl gecəni burda qalaq, — dedi. 



 81 

Zaur cəmisi dörd qədəh içmişdi və düşündü ki, keçən ay iki 

yüz manat verib "Moskviç"inə ölüm-zülümlə dörd dənə qəttəzə 

"yaroslavski pokrışka" alıb. Bu çöllü-biyabanda qalsalar, gecə 

gəlib maşını tamam soyub-talaya bilərlər.  Əlbəttə, o, 

idmançıdır. Ştanqadan dərəcəsi var. İkisini-üçünü şil-küt eləyə 

bilər. Amma birdən dəstəylə gəldilər, silahla? 

Sonra o bir qədəh də içdi və: 

—Gözəl fikirdir, — dedi, — qalırıq gecəni burda. 

Sonra Təhminə  uşaqlığından danışmağa başladı. Üçüncü 

sinifdə oxuyanda bir rəfiqəsi onu ərlə arvad arasındakı 

əlaqələrdən, uşaqların doğulmasından agah edib. — Axmağın 

birisi, — dedim, — sənin öz atan—anan belə eləyir, mənim 

atam-anam heç vaxt belə  iş tutmaz. O, sırtıq-sırtıq üzümə 

baxdı, güldü: — Axmaq sən özünsən, — dedi. — Bəs onda sən 

necə dünyaya gəlmisən, hə, necə? Mən onunla dalaşdım, 

küsüşdük. Amma düşünüb bildim ki, düz deyir. Cürbəcür 

şeylər yadıma düşdü. Neçə gün ata-anamın üzünə baxa 

bilmirdim. Elə hey soruşurdular ki, qızım, sənə nə olub? Cavab 

vermirdim. Ürəyimdə deyirdim ki, nə olub, nə olub? O olub ki, 

sizdən zəhləm gedir, utanmazlar!  

Sonra Zaur dedi ki, yenə  ər-arvad, uşaq söhbəti salma, 

içirəm sənin sağlığına.  

Təhminə: 

—Mən də  sənin sağlığına, — dedi, — uşaq istəmirəm, 

ancaq səndən istərdim. 

Zaur dedi ki, xeyr, bağışlayacaqsan, sonra əlavə etdi ki, heyf 

duz yoxdur. Turpu duza batıranda ayrı ləzzətdir. 

Sonra ulduzlar çıxdı  və  Təhminə dedi ki, elə bil göyə duz 

səpiblər. Duzlayıblar göyü elə bil, duzu səninçün səpiblər, batır 

turpu ulduzlara, ye, Zaur dedi ki, onda ulduzları hər nə istəsən, 

təsəvvür etmək olar, məsəlçün, tum. 

Təhminə dedi ki, əlbəttə, olar, gəl götürək ulduzları 

çırtlayaq. 

Tamam qaranlıq oldu və Zaur əlini Təhminənin paltarındakı 



 82 

düymələrə atdı. Təhminə onun əlini kənara çəkib dedi ki

dayan, sənə bir nağıl danışım. Zaur da dedi ki, nağıl istəmirəm, 

səni istəyirəm. Təhminə də dedi ki, elə bu nağıl mənim özüm 

haqqındadır. Bu nağılı ona nənəsi danışıb, lap çoxdan. 

Əsliynən Kərəmin nağılıdır. Deyir, toy günü Əslinin atası 

Əsliyə bir paltar bağışlayır. Bax lap bu mənim paltarım kimi 

yaxadan dizəcən düyməli. Sən demə bu paltar tilsimlənibmiş. 

Toy gecəsi Kərəm gəlib bir-bir düymələri açır, axırıncı 

düyməyə çatanda, bütün düymələr təzədən bağlanır. 

Zaur dedi ki, çox sarsaq nağıldır. Kərəm də əfəlin biriymiş, 

heç vacib deyil ki, axırıncı düyməni açasan. 

Təhminə dedi ki, elə  əsl sarsaq sən özünsən, nağıl isə 

dahiyanə nağıldır, özü də lap mənim haqqımdadır. Çoxları elə 

bilir ki, mənim bütün düymələrimi açıblar, qalır lap axırıncı, 

mən isə təzədən yaxamacan düymələnib kilidlənirəm. 

Zaur dedi ki, zərər yoxdur, açarıq düymələrini. 

Təhminə dedi ki, belə sitizə gülmə, sənə yaraşmır, belə 

güləndə  sən də başqalarına oxşayırsan. Amma mən istəmirəm 

ki, sən onlara oxşayasan. İstəyirəm sən heç kəsə oxşamayasan. 

İstəyirəm ki, səndən uşağım olsun. Sənə oxşasın, amma sən heç 

kəsə oxşama. 

Zaur dedi ki, əşi, nə  uşaq-uşaq salmısan! Belə  uşaq 

istəyirsən təşkil elə də, maşallah ərinə nə gəlib. Yoxsa ərin... 

Təhminə qədəhdəki konyakı Zaurun başına tökdü və dərhal 

peşman oldu. Dedi ki, heyf o konyakdan, sənin boş başına 

tökülməkdənsə, mənim qarnıma getsəydi daha yaxşı olardı, hər 

şeyi unudardım. 

Sonra Təhminə əyilib onun üzündən öpdü və dərhal kənara 

sıçradı, — vəssalam, — dedi, — mənə yaxın gəlmə. 

Sonra dedi ki, əgər uşaq istəsəydim on səkkiz yaşında 

olanda doğardım. Dedi ki, on səkkiz yaşında mən uşaq 

saldırmışam. Dedi ki, bu mənim ilk eşqim idi. İlk və son eşqim. 

Sonra Təhminə ilk və son eşqini danışmağa başladı. Dedi ki, 

on altı yaşında olanda o adama rast gəlib. Onun adını 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə