Roman, povestlər



Yüklə 3 Mb.
səhifə22/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   18   19   20   21   22   23   24   25   ...   158

 77 

duyanda elə bil vaxt uzaqlarında qalmış  qərib bir diyara — 

uşaqlıq diyarına düşdü. Boğazında qəhərlənən  ilıq, sentimental 

bir dalğadan boğulacağından qorxaraq, dərhal özünü ələ aldı, 

bütün oyanan, baş qaldıran xatirələri süpürüb atdı. 

—Sumkanı  bəri ver, — dedi. Arxa pəncərənin qabağında 

fotoaparatı görüb bu mövzudan yapışdı. Uşaqlıq diyarından 

qaçdı. 


—Sən foto çəkirsən? 

—Hərdən-birdən. Aparat çoxdan yadımdan çıxıb maşında 

qalıb. 

—Götür, şəklimi çəkərsən. 



"Yox,  əzizim, keçəl suya gedən deyil, — deyə Zaur 

düşündü.— Zaur kişi lap sən deyən uşaq deyil, şəkil sənəddir. 

Mənim də belə-belə sənədlərdən xoşum gəlməz". 

Ləpədöyənə çatdılar. Zaur əlini suya vurub: 

—Qiyamət sudur — dedi və soyunmağa başladı. 

Mis kimi qaralmış  bədəni boynundan topuqlarınacan  əzələ 

idi. Hər hərəkətində  əzələlər oynayırdı. O özü də bu əzələ 

oyunundan və oyunun yaratdığı mənzərədən həzz alırdı. 

—Bəs niyə soyunmursan? 

—Mən hələ çimmirəm. 

—Niyə? 

—İstəmirəm. 



Elə  qəti səslə dedi ki, Zaur inad eləmədi.  Əllərini torpağa 

qoyub, iki dəfə mayallaq aşdı. Bir neçə  kərə tullandı,  əl-qol 

atdı. Sonra dənizə cumdu. 

Bayaqdan bəri gözlərini ondan çəkməyən Təhminə paltarını 

soyunmadan dənizin içinə girdi, su dizinə qalxanacan irəlilədi. 

Zaur bir-iki dəfə suya baş vurdu. Həftənin, işin, yolun 

aqırlığı qat-qat, qabıq-qabıq canından çıxırdı. Suyun üzdə yuxu 

kimi ilıq, dərində soyuq axını  dərisini oxşayır,  əzələlərinin 

gərginliyini boşaldır,  əsəblərini sakitləşdirirdi. Nənəsinin sözü 

yadına düşdü. "Xalçanı yatımına görə  sığallayarlar". Elə bil 

dəniz onu yatımına görə sığallayır, oxşayır, dincəldirdi. 



 78 

Üzüb uzaqlara getdi, sahil kiçildi, maşın sarı fonda yaşıl 

ləkəyə çevrildi. Təhminə görünməz oldu. Su boy vermədi. 

Dənizin  əzəmətli hüdudsuzluğu, ləpəsiz hamarı, dəniz 

sakitliyinin baş gicəlləndirən ahəngi bir an vahimə kimi onu 

basdı, eyməndirdi. 

Lakin dərhal özünü topladı. Uzun illərin idman məşqlərini, 

üzgüçülük məharətini xatırlayıb rahatlaşdı, toxtadı. Bildi ki, bu 

hiss, su boy vermədiyindən, bir də  dənizin aram ləngərindən 

oyanır. Qollarını açdı, dənizin üzündə xaçvarı uzandı. Göyü 

gördü. Hardansa gəlib keçən seyrək buludlara baxdı. 

Təhminəni düşündü. Onun qənirsiz gözəlliyini, boyalı 

dodaqlarını, sürməli gözlərini, uzun ayaqlarını. Gülüşündəki, 

səsindəki, qoxusundakı qadın cazibəsini. Xasiyyətindəki 

qəribəliyi, pərakəndəliyi, söz-söhbətinin dağınıq 

məntiqsizliyini... 

İstədiyi və isindiyi başqa qadınları xatırladı və etiraf etdi ki, 

hələ heç birisi onu bu dərəcədə  cəzb etməyib. Sövqi-təbii

ançaq qəti bir arxayınlıqla bilirdi ki, özü də Təhminənin xoşuna 

gəlir. "Yaxşı, bəs beləysə, biz sadəcə bir-birimizin ola 

bilmərikmi? Bəs nə üçün bu təbii, insani istəyə mütləq 

cürbəcür don geyindirmək lazımdır — nə bilim hiss, duyğu, 

məhəbbət, intizar, nə bilim daha nə cür təmtəraqlı, boş-boş 

bekara sözlər. Nə üçün, axı  nə üçün bu qədər yersiz hədər, 

havayı söz demək lazımdır? Nə üçün bu qədər danışmaq 

lazımdır? Əgər biz hər ikimiz bunu istəyiriksə, bu olmalıdırsa, 

mütləq olacaqsa, bütün bu sözlər, nə  mənim, nə  də onun 

inanmadığı sözlər, duymadan, istəmədən kimə lazımdır? Mənə 

yox, ona yox. Bəs kimə? Burada bizdən başqa kim var ki? Heç 

kəs... Ancaq yenə  də  nə  mənə, nə  də ona lazım olan sözlər 

deyilməlidir, sanki burda kimsə, başqa bir görünməz var, onun 

xatirinə, onun başını tovlamaq üçün. Nə qəribə! Bəlkə bu da bir 

dəbdir, adət-ənənədir? 

O, Təhminənin bütün yoldakı danışıqlarını da bax elə bu 

dəbin nömrələri sayırdı. Gərək mütləq əvvəl-əvvəl o yandan-bu 



 79 

yandan, kənar-kənar işlərdən danışasan, göstərəsən ki, yox heç 

vəchlə ola bilməz ki, mənim fikrimdə bir elə o məsələ olsun. 

Yox, yox, əksinə, bu heç mənim ağlıma da gəlmirdi. Sən nə 

danışırsan? Yox, yox... Ay-hay! Bu yalan, riyakarlıq kimə 

gərəkdir? Dedim ki, gedək plyaja ikimiz, ha, bax mən o sözləri 

deyəndən, sən razılaşandan indiyəcən bütün keçən vaxt 

ərzində, nə danışırıq danışaq, ikimizin də fikrində bir budur. 

Sənin də, mənim də. Yaxşı  bəs bütün uzun müqəddimələr, 

uvertüralar, bu cürbəcür don geyindirmək komediya deyil, 

nədir? 

Heç olmasa mənimlə  dənizə girəydi. Bəlkə  dənizdə adam 



yarımçılpaq olanda, sözlərə, istəklərə  də don geyindirib 

bəzəmək lazım olmur. Bəlkə  dənizdə bu boş sözlərsiz də 

keçinmək olar. Deyərdim, gəl sənə üzmək öyrədim, 

toxunardım, qucaqlardım, sinəmə sıxardım. Vəssalam. 

İndi sahildə  gərək bütün mərhələləri keçəsən. "Saçların nə 

gözəldir, qoy sığallayım, bəli,  əlini saçına çəkirsən, sonra 

boynuna, sonra birdən qəfilcən, guya ki, coşub qucaqlayırsan, 

bəli, ehtirasın aşıb-daşıb, sonra... tfu! 

Sahilə  tərəf üzməyə başladı. Təhminə görünmürdü. Sahilə 

çıxdı. Boylandı. "Bəli də, işimiz var!" Bərkdən çağırdı: 

—Təhminə!  

—Burdayam. 

Başını qaldırıb qayanın zirvəsində Təhminəni gördü.  

—Ehtiyatlı ol, yıxılarsan! 

—Qorxma. Aparatı götür. Çək mənim şəklimi bax burda. 

—Yaxşı. 


Aparatı götürdü. Sayğacına baxdı. Lent çoxdan qurtarmışdı. 

—Tərpənmə, — dedi, sakit dayan. — Aha, oldu. 

—Belə də çək. Bax bu cür. 

—Yaxşı. Aha. Oldu. Di düş bura. 

Təhminə qayaların üstündən keçi kimi tullana-tullana lap 

aşağı düşdü. 

Zaur yerə  sərələnmişdi, özünü günə verirdi. Tüklü sinəsi 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə