Roman, povestlər



Yüklə 3 Mb.
səhifə20/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   16   17   18   19   20   21   22   23   ...   158

 70 

Gələn səfər Tiflisə gedəndə yeməyini o kasaya qoydum. Elə 

bilirsən başa düşdü?  

—Deyirsən iki evin qab-qacağını əzbər bilsin? 

—Yox, heç olmasa Asya xanım onu başa salaydı. 

—Nə bilirsən, bəlkə Tiflisə çatanda da sənin qab-qacağını 

gizlədir? 

Təhminə şaqqıldadı. 

—Bax bu mənim ağlıma gəlməmişdi. Yox, bala, gələcəyin 

parlaqdır, — sonra çılğınlıqla  əlavə etdi: — Dünyada ən çox 

acığım gələn şey riyakarlıqdır, bir də yalan... 

Zabratın yanından Pirşağı yoluna buruldular. Avtobus 

dayanağında bir kişi uzaqdan "Moskviç"i görüb əl qaldırdı. 

—Saxla götürək onu.  

—Bir o çatmırdı. 

—Xahiş edirəm saxla. Yoxsa bütün söhbətlərimiz qurtardı, 

danışmağa sözümüz qalmadı, heç olmasa saxla görək nə 

istəyir.  

Zaur ayağını əyləcə basdı. Maşın sürüşüb dayandı. 

Kişi sadə  kəndli geyimində idi. Yanında çarşablı bir arvad 

da vardı. Maşın dayanan kimi kişi zənbilini qapıb maşına tərəf 

gəldi. 


—Qardaş, — dedi, — Pirşağıyacan apararsan bizi? 

Təhminə: 

—Gəl aparaq, — dedi, — gör nə yorğundurlar.  

Zaur: 


—Yaxşı, oturun, — dedi. 

Kişi arvada əl elədi. Sonra ucadan qışqırdı: 

—Bəri gəl, Əlmərdan. 

Dayanaq köşkünün altından ucaboylu bir oğlan çıxdı. 

Axsaya-axsaya maşına tərəf gəlməyə başladı: 

Zaur: 


—Ancaq iki yerim var, — dedi və  Təhminəyə  tərəf dönüb 

əlavə etdi. — Ə moqu vzətğ tolğko dvoix. Vstretişğ qaişnikov, 

nepriətnostey ne obereşğsə. Hara gedirsən, bunlar kimdir? 



 71 

Özün bilirsən də... budut spraşivatğ i o tebe. 

Oğlan axsaya-axsaya gəlib maşına çatdı. 

Zaur: 


—Əmi can, — dedi, — iki yerim var. Ancaq ikiniz otura 

bilərsiniz. 

—İkimiz? A bala, bəs bu üçüncü yoldaşı neyləyək? 

—Üçüncü kimdir? 

—Üçüncü? Gözümün ağı-qarası. Bircə  oğlum. Gedib 

şəhərdə imtahanlarının hamısını beşə verib. Boyuna qurban 

olum onun. 

Zaur əllərini yellədi. 

—Təbrik edirəm, — dedi, — gözünüz   aydın.   Ancaq... 

daha neyləyək, yerimiz ikidir. 

Əlimərdan: 

—Dədə, ay dədə, — odey bax avtobus gəlir... 

—Ay səni xoşxəbər olasan. Əşi, bir saatdır gözləyirdik. 

Oğlum, bağışla, sizi də yoldan elədik. 

—Allah bağışlasın. 

"Moskviç" hərəkətə gəldi, uzaqlaşıb getdi. 

Təhminə: 

—Radio işləyir? — dedi, — bir şey tut. 

—Hələ tezdir. Bir azdan... 

Şlaqbaum lap "Moskviç"in burnunun qabağında endirildi. 

Maşın yerə  mıxlanmış kimi dayandı.   Dəmir yolunun o biri 

tərəfində də iri yük maşınları dayanıb gözləyirdi. Təhminə: 

—Bilmirəm niyə, — dedi, — axır vaxtlar   tez-tez yuxumda 

şlaqbaqum görürəm. Zol-zol şlaqbaum.   

Zaur: 

—Səndən də sözlər çıxır a, — dedi, — adam da yuxuda 



şlaqbaum görər? 

—Deməli görərmiş  də ki, görürəm.  Əvvəllər həmişə yol 

görərdim. Uzun-uzadı yol. Getdikcə gedirsən, getdikcə 

gedirsən. Heç hara da gəlib çıxmırsan.  İndi də  şlaqbaum 

görürəm. 



 72 

Uzaqdan qatar göründü. Yaxınlaşdı, hay-küylə keçib getdi. 

Səs-küy içindən Təhminənin sözləri qırıq-qırıq eşidildi: 

—Görürəm... haçan... zolaq... 

Yol gözətçisi qalın məftilli hərləngəci fırlatmağa başladı, 

şlaqbaum yuxarı qalxdı. 

Hər iki tərəfdə dayanmış      maşınlar irəli cumdu. Zaur 

"Moskviç"i qabarıq relslər üstündən ehmallıca keçirdi. 

Maşınsız yola çıxıb sürəti artırdı. Külək pəncərələrdən içəri 

doldu. 


Təhminə: 

—Üçüncü! — dedi. — Fikir verdin? Yaxşı sözdür, hə? 

Bayaqdan bəri fikirləşirəm. Bundan yaxşı söz tapmaq çətindir, 

hə? Nə qədər məna var bu sözdə? 

—Hansı sözdə? 

Suala cavab vermədi. 

—Həyatın mənası da elə budur da! 

—Xeyir ola, yenə həyatın mənasından dəm vurursan? Yoxsa 

, sənin də könlünə filosofluq düşüb? 

—Bəs nə bilirdin? Bilmirsən ki, mən filosofam, diplomum 

da var hətta? Fəlsəfə fakültəsini qurtarmışam. 

—Yox əşi... Yatsam yuxuma da girməzdi. 

—Sən ki yuxu görmürsən. 

—Görsəm də, görməsəm də, hər halda heç təsəvvür eləyə 

bilməzdim ki, sən filosofsan. 

—Niyə? Fəlsəfə hara, mənim kimi yelbeyin hara, hə?  

—Yox, mən elə demək istəmirdim. Amma ümumiyyətlə 

mənə elə gəlir ki, fəlsəfə arvad işi deyil. 

—Yox, əzizim, əsl elə arvad işidir. İntəhası kişilər fəlsəfəni 

kitablardan çıxarırlar, arvadlar qarınlarından. Bağışla a, 

deyəsən bir az kobud çıxdı... Xətrinə dəymədi ki... Sən geofakı 

qurtarmısan da? 

—Bəli. 

—Diamat keçmisən?  



—Keçmişəm. 


 73 

—Bilirsən tezis, antitezis, sintez nədir?  

—Məni imtahan eləyəcəksən? 

—Yox, bir fikir ver. Birinçi tezis, həmi?  İkinci, onun əksi 

antitezis. Üçüncü ikisinin sintezi, hə? 

—Yaxşı, nə olsun? 

—O olsun ki, bax, uşaq da üçüncüdür — sintez. Qadın 

tezisdir. Kişi antitezis. Uşaq sintez. Bax, mən tezisəm, sən 

antitezissən... — qəfilcən susub dayandı. 

Zaur: "İşə düşmədik, — deyə düşündü, — heç bilməzdim 

ki, belə  səftərəngidir. Sən tezis, mən antitezis, uşaq sintez. 

Bircə uşaq çatmırdı..." 

—Heç fikirləşmisən ki, dinin də, fəlsəfənin də, cürbəcür 

etiqadların da əsasında üç rəqəmi var? Çünki həyat elə bu 

üçlük deməkdir. Üçüncü — uşaq deməkdir, nəticə, çıxış, yol, 

məna, məntiq deməkdir. Son deməkdir. Bəlkə elə ona görə də 

uşağı olmayan adama sonsuz deyirlər. Sonsuz! Dəhşətli sözdür, 

eləmi? 


—Yaxşı, bu qədər "uşaq, uşaq" deyirsən, bəs özünün niyə 

uşağın yoxdur? 

—Mənim? Ha, ha, ha. Mənim ha? Əzizim, bütün bu 

dediklərim nəzəri mülahizələrdir. Dəliyəm ki, uşağım olsun? 

Dünya beş gündür, əzizim, gəz, dolan, kefini çək. 

—Manaf da belə deyir? 

—Manaf? Yox, Manaf yəqin istəyir. Kişilərə  nə var ki? 

Onlara nə  əziyyət düşür? Amma bəs mən yazıq deyiləm ki, 

cavan ömrümü uşağın cığ-vığında çürüdüm? Yox, əzizim, uşaq 

saxlamaq, böyütmək mənim təbiətdə adamçün deyil. Odur 

qonşumuzda bir arvad var, Mədinə. Görürəm də, uşaq dığ 

eləyib onu, canını boğazına yığıb.  İndi üç yaşındadır. Arvada 

göz verir, işıq vermir. Əri də yazığı atıb gedib.  

—Atıb gedib? 

—Hə. Elə birinci il. Uşaq olandan altı ay sonra. Bir yandan 

namərdlikdir, bir yandan baxanda da, yazıq başını götürüb 

qaçıb. Uşaq aman vermirdi ki... Sutkada 24 saat ağlayırdı. 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə