Roman, povestlər



Yüklə 3 Mb.
səhifə7/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   2   3   4   5   6   7   8   9   10   ...   158

 23 

imiş, allaha qurban olum, — dedi, — olacağa nə çarə! Yazılana 

pozu yoxdur" 

Sonra Nemətlə evə gəldi, biş-düş elədi. Karmenlə Cildanın 

pal-paltarını yudu. "Bizim soyumuz belədir, — dedi, — oğlan 

doğmuruq.  İki bacı biz idik. Mənim üç qızım var. İndi 

Sürəyyanın da üçüncü qızı oldu". 

(İki aydan sonra Bikə xalanı birtəhər dilə  gətirdilər. Evini 

satıb tamam Sürəyyagilə köçdü. Sürəyyaya kömək oldu. Yoxsa 

yazığın lap kələyi kəsilmişdi.) 

Ata—ananın birgə istəyiylə  qızın adını  Nərgiz qoydular. 

Yalnız metrikada adı yazdırıb evə qayıdarkən yolda Nemətin 

ağlına gəldi ki, yaxşı, axı "Nərgiz" də opera var. Deməli, qeyri-

ixtiyari yazıq  Əsəd kişinin  ənənəsini davam etdiriblər. Amma 

Sürəyyaya bu barədə heç nə demədi. 

Yenə də dayanaq tərəfdən ləhləyib yoxuşu çıxan avtobusun 

səsi eşidildi. Nemət nömrəsinə baxdı, durub dayanağa tərəf 

addımladı. 

Adam seyrək idi. Pəncərənin yanında oturdu. Nemətin 

ardınca avtobusa qalxan çadralı qarı keçib onun qabağında 

əyləşdi. 

Qarşıdan gələn trolleybusun "buynuzları" havada telindən 

çıxdı, yana əyildi. Sürücü yerə düşüb kəndiri çəkməyə başladı. 

Nemətin başına qəribə bir fikir gəldi: "Trolleybus müəyyən 

marşrutla gedir. Yolundan çıxa bilməz. Bir balaca yolundan 

sapsa, "buynuzları" hava telindən çıxar. Trolleybus 

hərəkətsizləşib qalar. Tramvay da sabit, dəyişməz yol üzrə 

hərəkət edir. Relsindən çıxsa qəzadır. Yaxşı, bəs bu minik, bax 

bu marşrut avtobusu adlanan salxaq araba niyə  hər gün, hər 

saat eyni yolla gedir, hər gün bazarın, poçtun, bankın, kinonun, 

hamamın, dəlləkxananın qabağından keçir? Axı o, hansı yolla 

istəsə gedə bilər, hansı küçəyə kefi gəlsə burula bilər?! 

Ağzında "marşrutlu avtobus" deyirsən. Onun taleyi daha 

mürəkkəbdir. Trolleybus və tramvayın yolunu dəyişməsinə 

texniki  əngəllər mane olur. Avtobus isə  mənəvi qadağaların 



 24 

əsiridir. Onun qadağası daxildəndir, qəbul olunmuş qayda-

qanunlardan, razılaşdırılmış, təsdiqlənmiş  hərəkət cədvəlindən 

asılıdır. O, bu cədvəli, bu bir dəfə  qəbul olunmuş qayda-

qanunları poza bilməz, yolunu aza bilməz. Pozsa, azsa... Bəh, 

bəh, lap şer çıxdı ki..." 

Nemət düşündü ki, doğrudan da bu barədə  fəlsəfi  şer 

yazmaq olardı. Adı  da  "Qiyam  etmiş avtobus" və yaxud 

"Qiyamçı avtobus!" 

On bir yaşında olanda Nemət  şer yazmışdı. Bircə son 

misraları yadındaydı: 

Stalin rəhbərimizdir,  

Qələbə də bizimdir. 

Dayısına oxudu. Dayısı dedi ki, bala, sən niyə şer yazırsan? 

Məşhur adam olmaq istəyirsən? Hə, onda bil ki, Əhməd 

Namazovun oğlu istəyir lap İlyas Nizami olsun, onu üzə 

çıxmağa qoymazlar. Şair olub daldeydə daldalanmaq nəyinə 

gərəkdir? Ondansa sal başını aşağı, dərsini oxu, bəlkə axırın bir 

yana çıxdı. 

Amma Nemət bir müddət yenə yazdı. On üç-on dörd 

yaşınacan. Xəlvət yazdı, heç kəsə göstərmədi. 

Dadaş: 


—Yerin məlum, — dedi, — bu saat sporumuz düşmüşdü. 

Nemət: 


—Hər vaxtınız xeyir, — dedi, — nədən spor eləyirdiniz ki? 

Qapının yanında oturmuş cürübbəz Yəhya cır səslə çığırdı: 

—Dadaş müəllimlə  mərc çəkmişəm ki, sabah Xusainov 

oynamayacaq. 

Nemət dinib-danışmadan "Futbol" qəzetinin bir nüsxəsini 

Dadaşın masasının üstünə qoydu. 

—Burda komandaların tərkibini veriblər, — dedi. 

Dərhal bütün otaqdakılar fırtınanın  əydiyi gəminin 

göyərtəsindəymişlər kimi bir tərəfə — Dadaşın masası  tərəfə 

axışdılar. 

Dadaş bir qədər suçlu hərəkətlə qəzeti açdı. 



 25 

—Hanı? 


Nemət yerini tapdı: 

—Budey. 


—Aha, Kavazaşvili, Voronin... 

İri gövdəli kişi quş kimi yerində atıldı: 

—Budur bax, Xusainov, hə, gördün, yaxşı bax, hə  nədən 

mərc çəkmişdik? — Kişinin sevinci yerə-göyə sığmırdı. Onun 

fərəhi, səs—küyü otağı qüdrətli radiostansiya efiri dolduran 

kimi doldurmuşdu. — Əşi, sən yəni belə ağız bəhəm eləmisən 

ki, mənimlə futboldan mərc çəkirsən? 

Otaqda bir mərəkə, bir səs-küy qopdu, gəl görəsən? Dadaşın 

qələbəsi bütün şöbənin təntənəsinə çevrildi. Yəhya elə bil bir 

az da cürübbəzləşdi, büzüşdü. Burnunun altında mızıldanmağa 

başladı. Dadaşın səsi gur-gur guruldayırdı. 

—Əşi, deyirəm iki oyundu onu buraxmırlar, sabahkı görüşə 

saxlayırlar, deyir yox, xəstədir, ayağı  zədələnib.  Əşi, mən 

bilirəm axı...  

Qurban: 

—Gərək interesə mərc çəkəydiniz, — dedi. 

Cümşüd: 

—Hə, düz deyir, interessiz ləzzəti yoxdur, — dedi. 

Şöbələrində altı iş stolu qoyulmuşdu. Stollardan birinin açıq 

tərəfi qəzetlərlə örtülmüşdü. Bu, Təhminənin stolu idi. Şöbənin 

qalan işçiləri kişilərdi. Qurbandan başqa hamısı futbol cəfakeşi 

idi. Təhminənin də  əri Manaf cəfakeş idi. Manaf futbola da 

Dadaşgillə gedərdi, stadionda abonement yerləri yan-yana idi. 

16-cı sektor, 31-ci sıra. Dalbadal: Dadaş, Nemət, Manaf, 

Yəhya, Cümşüd. 

İndi Nemətə  qəribə  gəlirdi ki, nəşriyyata işə girməzdən 

əvvəl, o, futbol azarkeşi deyildi. Uşaqlıqda özü dalanlarında 

çox oynamışdı, amma böyüyəndən sonra biganələşmişdi, ildə, 

ayda bir dəfə futbola ya gedəydi, ya getməyəydi. Dadaş başda 

olmaqla şöbələrinin futbol azarı ona da yoluxdu. İndi o da ən 

aktiv cəfakeşlərdən olmuşdu. İndi özü də başa düşə bilmirdi ki, 



 26 

bir vaxtlar futbol kimi bir gözəlliyə necə biganə qala bilirmiş? 

İndi oyunun öz ləzzətindən başqa, onun bütün dəm-dəsgahı da 

Nemətə xüsusi zövq verirdi: hələ çox erkən, yaz aylarından 

abonement tədarükü, sonra futbol mövsümünün təntənəli 

açılışı, futbol günləri boşalmış küçələrdən stadiona axışan 

adamların nəqliyyat rəqabəti və  nəqliyyat həmrəyliyi, stadion 

radiosuyla verilən pozuq melodiyalar (bunun da öz ləzzəti 

var)... Minlərlə adamın saat kimi dəqiq bir ritmlə tum 

çırtlaması, avarçı qolları kimi qalxıb—düşən  əllər, xeyrimizə 

vurulan topların müştərək sevinci, məğlubiyyətlərin müştərək 

kədəri. 


Hələ oyundan qabaq stadionda dost-aşnayla birlikdə, sırf 

kişi "kampaniyasında" subayvarı pivələmə... (istər 

meydançada, istər tribunalarda, istərsə  də ümumiyyətlə futbol 

aləmində zənən tayfasının olmaması da az məziyyət deyil. Heç 

olmasa stadionda saat yarım adamın qulağı dinc olur.) 

"Bu zəhər tuluğu Qurban pul qırpmaqdan başqa dünyada 

heç nəylə maraqlanmır. Hələ bizə də rişxənd eləyib deyir ki, siz 

ürəkdə heç biriniz futbol cəfakeşi-zad deyilsiz. Elə-belə 

boynunuza düşüb. Bütün bu marağınız, ehtiraslarınız da 

saxtadır, deyir. Axmaq adam, bəs nə bizi məcbur edir ki, bu 

futbol zəhrimarın yolunda bu qədər can qoyaq? 

Maraqlanmasaq, yanmasaq, nə düşüb axı bizə, işimizi 

gücümüzü atıb cumaq stadiona, radioya qulaq asaq, yüz 

minnətlə qəzet tapaq? Deyirəm, görürsən başını bulayır, cavab 

verməyə söz tapmır, axı  nə cavab verəcək? Gah da görürsən 

deyir ki, bircə Dadaş  əsl "bolelşikdir", siz hamınız ona 

yarınmaq üçün futbolbaz olmusuz. Axmaq adam. Belə  səfeh 

fikir elə onun başına gələr. Gah da deyir ki, vaxtınızı 

bilmirsiniz nəynən doldurasınız, onunçun, deyir, cəfakeş 

olmusuz. Həyatınızda, deyir, vakuum var, futbolla 

doldurursunuz bu vakuumu. Futbol, deyir, tiryək kimi, nəşə 

kimi şeydir. Başı qatıb, gündəlik həyatı unutmaq üçündür. Əşi, 

qoy danışsın da, əbləh adamdır, zoğallayır özüyçün, kimdir 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə