Roman, povestlər



Yüklə 3 Mb.
səhifə8/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   4   5   6   7   8   9   10   11   ...   158

 27 

onun ağzına baxan..." Cümşüd: 

—Dadaş müəllim, — dedi, — siz futbolun cikini də 

bilirsiniz, bikini də. Sizcə, biri gün hesab necə olar? 

Bir həftə idi ki, bütün şöbə birigünkü oyunun intizarıyla 

yaşayırdı. Bu oyunun şöləsi bütün idarə  və ev söhbətlərinin, 

işin və  məişətin üstünə çökmüşdü. Bir sözlə, bu həftəni 

İrlandiyayla oyun doldurmuşdu. Gələn həftə  də vacib oyun 

vardır: Tiflislə Moskva "Torpedo"su. Gələn həftəni bu oyun 

dolduracaqdı. Ancaq birigünkü oyun keçməyincə, o biri oyun 

haqqında danışan yox idi. Həmin günü, ümumiyyətlə, böyük 

futbol günlərini bir təntənə, bayram, yeni il kimi, toybüsat kimi 

gözləyirdilər. 

Dadaş qəti bir səslə: 

—3:0, — dedi. 

Cümşüd: 


—Gör e! 3:0 — deyə təəccübləndi. O bunu elə dedi ki, guya 

artıq bu fərziyyə doğrulmuşdu.  İrlandiya 3:0 hesabıyla 

uduzmuşdu. — Amma İrlandiya da güclü komanda idi ha! — 

Dadaşın fərziyyəsindən sonra Cümşüd birigünkü oyun 

haqqında keçmiş zamanda danışırdı. 

Yəhya: 


—Heç vaxt, — dedi. — Ni za çto! Hesab iki-iki olacaq. 

Gəlin mərc çəkək.  

Dadaş: 

—Sən yenə  mənimlə  mərc çəkirsən? — dedi. — Bayaqkı 



dərs olmadı? 

Yəhya tərs idi:  

—Yox, görərsiniz! İki-iki. 

Yenidən mübahisə qopdu. Ağız deyəni qulaq eşitmirdi. 

Bayaqkı kimi "Futbol" qəzetini masanın üstünə qoyub məsələni 

ayırd etmək də mümkün deyildi. 

—Keçən səfər mən deyən oldu, yox? 

—Yox, sən demişdin birinci taymda iki top vuracaqlar

amma... 



 28 

Nemət başa düşdü ki, bu fısqırıqda məsələni qaldırmağın 

yeri deyil. Kirimişcə otaqdan çıxdı. 

Dəhlizin başında, açıq pəncərənin qabağında Təhminə  və 

Zaur söhbət edirdilər. Zaur pıçıltıyla nə isə deyirdi. Təhminə 

şaqqanaq çəkib gülürdü. Onun qəribə gülüşü vardı. Ha, ha, ha... 

Elə bil pianoda qamma çalınır. Yaxud motosikl uzaqlaşıb 

gedir... 

Zaur özü gülmürdü. Yəqin Təhminə gülən müddətdə 

düşünüb, yada salıb başqa bir zarafat, ya məzəli söz 

hazırlayırdı. Gözləriylə də Təhminəni yeyirdi. 

Zaur başqa şöbədə işləyirdi. Hər dəfə onu görəndə Nemətin 

ağlına nədənsə "qoltuğuna qarpız veriblər" ifadəsi gəlirdi. 

Ancaq məcazi yox, hərfi mənasında. Elə bil Zaurun hər iki 

qoltuğunda görünməz iri qarpızlar vardı, ona görə  əzələli 

qolları gövdəsindən belə dairəvi şəkildə aralı qalmışdı. 

Axır vaxtlar Zaurla Təhminəni tez-tez söhbət edən görəndə 

Nemətin başına başqa qəribə bir fikir də gəlirdi. Ona elə gəlirdi 

ki, Zaurun ən böyük istəyi Təhminəylə plyaja getməkdir. Axı 

niyə  məhz plyaja? Bəlkə  də bu fikir ondan doğmuşdu ki, 

Zaurun  şəxsi maşını vardı, tez-tez plyaja gedirdi. Bəlkə  də 

onun Təhminəyə "kor-kor, gör-gör" belə  iştahla baxması 

Neməti bu qənaətə  gətirmişdi. Hər halda plyaj Zaurun 

əzələlərini nümayiş etdirməsi üçün münasib yer idi. 

Nemət onlara yanaşdı: 

—Zaur, belə olmaz ha, — dedi. — Bax Manafa deyəcəyəm. 

— Manaf Təhminənin  əri idi. Bir ay idi Moskvadaydı, 

ezamiyyətdə. — Sən  ştangistsən, amma o da köhnə 

pəhləvandır. 

—Çəkimiz düz gəlməz. Mən ağır çəkiliyəm, o yüngül. 

—Ay qız, doğrudan ərin yüngüldür? 

Təhminə güldü. Əlbəttə, bayaqkı kimi gülmədi. Xəfifcə 

gülümsündü. Nemətin zarafatı ortalıqda qalmasın deyə güldü. 

Nemət özü də bilirdi ki, zarafatı  bəzi qəzetlərdə  dərc olunan 

bayram  şarjları, dostluq şarjları kimi duzsuzdur. Amma "ər-



 29 

arvad" mövzusunda sataşmalar şöbələrinin klassik yumoru idi. 

Birdən Nemətin gözü Təhminənin paltarına sataşdı.  İki 

düyməsi açıq idi və oradan mavi alt paltarı görünürdü. 

Nemət fikirləşdi ki, bu mavi ərazi tamam başqa bir dünyadır 

— paltarın altındakı  Təhminə, paltarsız Təhminə. Bir də onu 

fikirləşdi ki, bu ərazi onunçün əbədiyyən yasaq ərazidir. Bəlkə 

Dadaşın ora vizası var. Zauru da bilmirəm, deyə bilmərəm, 

amma mən heç vaxt, ömrümdə heç vaxt bu əraziyə keçə 

bilməyəcəyəm. Yalnız onun bir qarışını — iki açıq düyməlik 

maviliyini görə bilərəm. 

Gözünü çəkdi.  

Təhminə:    

—Zaura yuxumu danışırdım, — dedi. — Yuxuda Riqanı 

görmüşəm. Ən qəribəsi odur ki, ömrümdə Riqada olmamışam.  

Mavi ərazi yenə Nemətin gözünə doldu və o dedi: 

—Bir vaxtlar mən də yuxumda heç bir zaman olmadığım 

şəhərləri görərdim... nə bilim, London, Paris... — o, pəncərəyə 

baxdı. Pəncərəyə  səmanın mavisi dolmuşdu. — Umumiyyətlə 

pis vərdiş deyil. Otağından çıxmırsan, yatağından durmursan, 

pulsuz-pənəsiz bütün dünyanı  gəzirsən. Bilet də lazım deyil, 

viza da. 

"Viza" sözünü qəsdən işlətdi. Bayaqkı fikrini yada salıb 

özüyçün işlətdi. 

—Bəs indi nə görürsən? 

—Eh, ay Təhminə, indi yuxularımın bütün fantaziyası qaçıb. 

İndi yuxu görmürəm, həyatdan parçalar, fraqmentlər görürəm. 

Gündüzkü həyatımın davamını görürəm. Məsələn, gündüz 

yarım list tərcümə eləmişəmsə, yuxuda dalını tərcümə edirəm, 

qonorarını da alıram, ya, da mağazada növbədə dayanıram, 

kimsə növbəsiz almaq istəyir, onu məzəmmət eləyirəm, ya da 

bazarda çənə-boğaz oluram. Ən böyük fantaziyam o olur ki, 

Kislovodsk — Bakı qatarına bilet alıram.  Ya  da  idarəmizi 

görürəm.  İşçiləri — Səfdər dayını, Məmməd Nəsiri, Dadaş 

müəllimi, Qurbanı — əlavə etmək istədi "səni" ancaq Zaura 



 30 

baxıb demədi. 

Zaur açıq-aşkar  əsəbiləşirdi. Nemətin gəlib söhbətlərinə 

qarışması, Təhminənin diqqətini yayındırması onu heç açmırdı. 

Zaur: 

—Mən heç vaxt yuxu görmürəm, — dedi, — hələ ömrümdə 



bir dəfə də görməmişəm.  

Təhminə: 

—Sən nə danışırsan? Ola bilməz! Heç vaxt inanmaram,— 

dedi. 


—Canımçün düz deyirəm. Heç bilmirəm yuxu görmək nəyə 

deyirlər, nə deyən şeydir. 

Zaur çox cavan idi, lap uşaq idi və Nemət başa düşürdü ki, 

bu qəribə, lakin yüz faiz uydurma iddiayla o, yalnız yenidən 

Təhminənin diqqətini, marağını özünə qaytarmaq istəyir. 

Nemət: 


—Mənim bir dostum vardı, — dedi, — deyərdi ki, yuxu 

görməyən adamlar Avstriyaya, İsveçrəyə bənzəyirlər. 

Təhminə suallı baxışlarla Nemətə baxdı. Yenə  də onu 

təəccübləndirən, marağını cəlb edən Nemət olmuşdu. Zaur bir 

qədər kəskin tonla: 

—Niyə məhz Avstriya, İsveçrə, məsələn Kamboca yox? — 

dedi. 

—Kamboca? — deyə Nemət təkrar etdi və  xəyalında 



xəritəni canlandırmağa çalışdı. — Yadımda deyil Kamboca 

dənizin sahilindədir, ya yox. O, Avstriya və  İsveçrə deyirdi, 

çünki bu ölkələrin dənizə  çıxışı yoxdur. O deyirdi ki, yuxu 

görməkdən məhrum adamlar dənizdən məhrum ölkələr kimidir. 

Avstriya, İsveçrə, daha hansı ölkələr dənizsizdir? 

Təhminənin təəccübü açıldı: 

—Aaa, o mənada... 

Sükut çökdü, Zaur cibindən daraq çıxarıb, bir qədər  əsəbi 

hərəkətlə saçlarını daramağa başladı. Nemət: 

—Yaxşı, — dedi, — bağışlayın, söhbətinizə mane oldum. 

—"Görəsən bütün günü belə  gəzəcək, düymələrini 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə