Roman, povestlər



Yüklə 3 Mb.
səhifə10/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   6   7   8   9   10   11   12   13   ...   158

 35 

almışdı. Həm də müvəqqəti almışdı. 

Köynəyinin yaxası  həmişə      çirkdən   qartmaq bağlayırdı. 

Ayıq vaxtlarında savadlı korrektor idi. Bütün aldığını içkiyə 

verirdi. Arvaddan, oğul-uşaqdan da heç kəsi yox idi. Özü 

deyərdi ki, bir həsirəm, bir də Məmməd Nəsir. 

Onu idarədə Dadaş saxlatdırırdı. Dadaş olmasaydı, yəqin 

içməyin ucbatından çoxdan qovulmuşdu. Bir vaxtlar, 30-35 il 

bundan qabaq bərk dost imişlər. Can bir qəlb.  İndi bu 

dostluqdan  əsər-əlamət qalmamışdı. Amma hər halda Dadaş 

həmişə onu müdafiə edirdi: "İşiniz yoxdur, dəyməyin, yola 

verin getsin, bədbəxt adamdır". 

Məmməd Nəsirdən ucuz şirin çaxır iyi gəlirdi. 

—Ömər Xəyyam deyir ki: 

 

Bər xaki fikəndi meyi qulqun məra  

Xakəm bədəhən məgər to məsti rəbbi! 

 

Yəni mən içmişəm, ay fələk, sən nöş piyansan? Farsların 



yaxşı bir sözü var: rus demişkən, aslan yest aslan. Bir həsirəm, 

bir Məmməd Nəsir. Bir gün mənəm, Hüseyn Sərrafdır, bir də 

Səlim  Şeyda vardı,  şair-qəzəlxan idi, şair deyirəm e sənə, 

indikilərdən yox, əsl  şair, görürsən dayanıb səninlə danışır, 

birdən susur, gedir özünə, fikirləşir, bəli bir az keçir, bir qəzəl! 

Nədi, təbi gəlib, elə bil ağzından dürr tökür. 

 

Bülbülü Şeydanın halın sorma nasehdən, fəqir,  

Hər tikəndə qanı vardır, könlünü güldən soruş. 

 

Hə, onu deyirəm axı, həmin bu Səlim Şeydadır, mənəm, bir 



də  Sərraf, mömin kişilərdən biri idi. Gündüz mollalıq edirdi, 

axşamlar  Əsli Kərəm oxuyurdu. Hə, üçümüzük — Məmməd 

Nəsir  əlini boğazına çəkdi, — bax bura qədər içmişik, nuş 

olmuşuq. Amma indi gərək paxmellənək. Di gəl bir qara qəpik 

pulumuz qalmayıb. Bir də gördük Sisyanov küçəsiylə 



 36 

Bandelninin tinindən  Əhməd Fani gəlir. Getdik tutduq onu

dedik bəs Mirzə, sən bilirsən ki, biz sənin dostunuq. Dedi, bəli, 

bilirəm. Niyə  də bilməyim, axı? Dedim: bəs bilirsən ki, biz 

ölmüşük. Dedi: xeyr. Bunu bilmirdim, çünki bu gün hələ 

qəzetlərə baxmamışam. Yəqin nekroloqdan-zaddan çıxmamış 

olmaz. Dedim: bəs qəzeti görsən inanarsan? Dedi: bəli, 

inanaram, Dedim: Hüseyn Sərraf, cum bir qəzet al. Dedi: 

köhnəsini, təzəsini? Dedim: hansından tapsan. Bəli, aldı 

gətirdi. Dedim sər bura. Sərdi Əhməd Faninin ayağının altına. 

Dedim: bəs, Mirzə, üçümüz burda uzanıb qalsaq, inanarsan ki, 

ölmüşük? Dedi: bəli, indi inandım. Çıxartdı bir qızıl Nikolay 

onluğu verdi. Onluq deyirəm sənə, onluq, qızıl onluq... Bəli, 

getdik, bir həftə kefin istəyən içdik. Bir-birimizi səhər tapdıq, 

axşam itirdik. İndi pulumuz qurtarıb, gərək paxmel olaq. 

Neyləyək? Üçümüzük. Mənəm, Səlim Şeydadır, bir də Hüseyn 

Sərraf. Gedirik Tarqovıynan... 

Nemət gördü ki, canını asanlıqla qurtaran deyil. 

—Məmməd Nəsir, — dedi, — de görüm Krasnovodska 

haçan gedirik e? 

Məmməd Nəsir bir an söhbətinə ara verdi. Nemətin sözlərini 

dərk etmək istədi. Döyükdü. Sonra birdən başa düşdü. 

—Krasnovodska? Hə, hə, bildim. Haçan istəyirsən. Sənin 

könlün haçan istəsə, Məmməd Nəsir qulluğunda hazır. 

Nemət bura təzə  işə girəndə bir gün Məmməd Nəsir onu 

tutdu ki, gəl minək gəmiyə gedək Krasnovodska. 

Nemət təəccübləndi. 

—Krasnovodskda nə var? 

—Heç nə. Elə-belə.  İndi  şənbədir. Minək gəmiyə gedək. 

Çaxır götürək, bala-bala vuraq özümüzçün. Dənizin seyrinə 

dalaq, külək də bala-bala üzümüzə vursun. Düşək 

Krasnovodskda bir yaxşı xudmani yer tapaq. Oturaq bir balaca 

vuraq. Sonra yenə minək gəmiyə, bala-bala vura-vura qayıdaq 

geri. Səhər də beçə xoruz kimi çıxaq işə. Necədir səninçün? 

Nemət: 



 37 

—Yox, — dedi, — bu işdə bir məna görmürəm. 

Məmməd Nəsir kəhrəba təsbehini pencəyinin sürtülmüş 

qoluna keçirtdi: 

—Oğul, — dedi, — hər şeydə bir məna olsaydı, həyatın bir 

mənası olmazdı. 

Çıxıb getdi. Sonralar işçilər Nemətə dedilər ki, Məmməd 

Nəsir bu təklifi hamıya eləyir.  İndiyəcən heç kəs də razı 

olmayıb. 

"Krasnovodsk! Barı bir səfalı yer ola. Deyirlər, nə su var, nə 

də bir kölgəlik". 

Məmməd Nəsirin dumanlı yorğun gözlərində  nə isə bir 

həvəs qığılcımı oyandı: 

—Bu gün şənbədir, verək özümüzü sübh obaşdannan. Mən 

bu gün özümə əməlli maya qoymuşam. Amma səniynən yenə 

içərəm. 


—Gələn  şənbə, Məmməd Nəsir. Allah qoysa, gələn  şənbə 

mütləq gedərik. 

—Eh, — deyə Məmməd Nəsir əlini yelləyib getdi. Nə qədər 

sərxoş olsa da, başa düşdü ki, nisyə söhbətdir. 

İdarənin çöl qapısının ağzında anqutboğaz bir oğlan Nemətə 

müraciət etdi: 

—Nəşriyyat buradır? 

Nemət bu oğlanı ilk dəfə görürdü. Qoltuğunda iri bir qovluq 

vardı. 

—Sizə kim lazımdır? 



Oğlan boğazını arıtladı. 

—Mənə, — deyə kəkələdi, — burda kitablara kim baxır? 

—Kitablara? 

—Hə, kitab çap eləmək işinə. 

Nemət: "Yəqin cavan yazıçıdır, aman allah" — deyə 

düşündü. 

—Kitab yazmısan? 

—Bəli. 


—Nədəndir? 


 38 

—Bizim müasir cəmiyyətin həyatından. 

—Hekayədir, romandır, poemadır? 

—Hamısı var. Hekayə  də,  şer də. Altı ildir yazıram. 

Apardım jurnala, dedilər nəşriyyata aparsan yaxşıdır. Birbaşa 

kitabın çıxar. Dedilər, onlar belə şeylər axtarırlar. 

Bir an içində kinolent kimi səhnələr Nemətin gözü 

qarşısından keçdi. Bu nataraz gəncin ömrünün epizodları: 

oxuduğu kitablar, izlədiyi mətbuat, yazmaq meyli, qaraladığı 

səhifələr. Müxtəlif redaksiyaların daş qapıları. Qarşılarındakı 

adamın cızmaqaraçı olduğunu təyin edən, şəbədə üçün obyekt 

axtaran bəzi redaksiya işçilərinin nabələd adamçün aydın 

olmayan dolamaq priyomları. Nəzakət pərdəsiylə örtülmüş 

istehza, rişxənd, lağ. Yaxa qurtarmağın yetmiş iki müxtəlif 

fəndi. Sanki bütün bunları Nemət öz gözüylə görmüşdü. Daha 

doğrusu, görmüşdü də.  

Bu və buna bənzər yüzlərcə hədər həvəs...  

Bütün bunlar Nemətə  nə  qədər tanış idi! Öz başına 

gəlməmişdisə  də, onda elə bir duyğu vardı ki, guya bütün bu 

işlərdən özü keçib. Hər halda o bu gəncə  nə  qədər acı  və 

kədərli, mütləq lazımlı söz deyə bilər, həyat dərsi verə bilərdi. 

Birdən-birə Nemət istədi ki, qayıdıb Məmməd Nəsiri, məhz 

Məmməd Nəsiri, ayrı adamı yox, tapsın, bu gənci də götürsün, 

gedib xudmani yerdə otursunlar, bala-bala içsinlər, içib səmimi 

olsunlar, bala-bala söhbət eləsinlər, ürəklərini boşaltsınlar, 

çünki Məmməd Nəsir demişkən, qarnını doldurmasan, ürəyini 

boşalda bilməzsən. Düz deyir. Ayıq vaxtı ürəyinin dibində pas 

atıb qalanları, çürüyüb ürəyində itənləri üzə  çıxarıb özgəsinə 

açmaq olmur. Onlar da qalır, kif atır, çürüyüb ürəyini də 

çürüdür, ömrünü də. 

İçəndən sonra Nemət bu anqutboğaz, bu yöndəmsiz 

geyinmiş oğlana deyərdi ki, bala, mənə qulaq as. İnan, hələ gec 

deyil. Mənim dayım, allah ona rəhmət eləsin, allah bütün 

ölənlərinizə  rəhmət eləsin, mənim dayım demişkən,  İlyas 

Nizami deyilsənsə, vaz keç, boşla, girişmə bu işə. Özüvə peşə 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə