Roman, povestlər


NƏRGİZİN XORUZ BABAYA MƏKTUBU



Yüklə 3 Mb.
səhifə12/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   8   9   10   11   12   13   14   15   ...   158

 43 

 

NƏRGİZİN XORUZ BABAYA MƏKTUBU 

 

Salam, Xoruz baba! 

Xoruz baba, mənim adım Nərgizdir. Xoruz baba, mənim 

doqquz yaşım var. Xoruz baba, mən bu məktubumda sizin 

tapşırdığınız quş adlarını yazıram. Quş adları: göyərçin, 

qaranquş, sərçə, sığırçın, bildirçin, qarğa, ağacdələn

sağsağan, qartal, şanapipik, qaraquş, tovuz quşu, turac, laçın, 

qırqovul, cüllüt, dolaşa, durna, bayquş, kəklik. Ev quşları: 

toyuq, xoruz, ördək, hind toyuğu, qaz. İyirmi altı quş. 

Xoruz baba, mənim Rəhilə yoldaşım var. Rəhilə yaxşı 

oxuduğu üçün müəllimə onu sinifkom seçib. Onların 

maqnitofonları var. Xoruz baba, ora sizin səsinizi yazıblar. Sən 

Rəhilənin adını radioda demisən. Rəhilənin atası  səni yazıb 

maqnitofona, sən deyirsən Rəhilə  Həsənova mənə  məktub 

yazıb. Xoruz baba, mən də  sənə  məktub yazmışdım. Xoruz 

baba, atam bizə  də maqnitofon alacaq. Xoruz baba, mənim 

adımı da radioda de. Atam maqnitofon alanda mən deyərəm 

səni maqnitofona yazsın. Maqnitofon almağı Karmenlə Cilda 

istəyir. Atam onlarçun alacaq. Atam dedi ki, dərslərimi yaxşı 

oxusan, Xoruz baba sənin də adını çəkər. Rəhilə deyir ki, Xoruz 

baba sənin adını deməz, sən hesabdan üç almısan. Xoruz baba, 

mən hesabdan beş alacam. Xoruz baba, mən yaxşı  qızam. 

Xoruz baba, mən ailəmizdə kiçik yaşlı olduğum üçün, atam, 

anam, nənəm və bacılarım mənə hörmət bəsləyirlər. Mən 

anamın sözünə qulaq asıram. Nənəmə kömək eləyirəm. Mənim 

nənəm mənə çoxlu nağıllar danışır. Xoruz baba, mən çoxlu 

nağıllar, mahnılar,  şerlər bilirəm. Mən pianinoda "Kukla" 

mahnısını çala bilirəm. Xoruz baba, mən həmişə radioda sənin 

bizim üçün verdiyin nağıllara qulaq asıram. Xoruz baba, sabah 

radioda mənim də adımı de. Xoruz baba, mən yaxşı  qızam. 

Mənimçün "Telefon" mahnısını çaldır. 

 

İmza: Sizin kiçik nəvəniz 




 44 

Namazova Nərgiz Nemət qızı 

 

İKİ-BİR 

Fələk iki bir atdı  

Bəxtimin nərdi kimi  

 

Zaur bilirdi ki, axır Təhminəni razı salacaq, çünki bu elə bir 



təklif idi ki, ilk dəqiqədən həqarətlə  rədd olunmamışdısa, 

deməli, gec-tez qəbul olunacaqdı. 

—Axı niyə mütləq plyaja getmək istəyirsən? 

—Yadında, mən "Moskviç"imi alanda sən dedin ki, yaxşı 

oldu, yayda bizi plyaja apararsan. 

—Mən deyirdim bütün şöbəynən gedərik, demirdim ki, 

ikimiz... 

—Bütün  şöbə? — Zaur rişxəndlə sadalamağa başladı.— 

Dadaş, Nemət, Qurban... 

Təhminə uğunub getdi. 

—Axı, Zaur, başa düş, eşidən-bilən nə deyər, mənim ərim... 

—Biz nə günah işlədirik ki... ərin Bakıda olsaydı... amma 

indi burda yoxdur... gedək çimək, iki saata qayıdarıq. 

—İki saata? Yəqin? ....    

"Vəssalam!". 

—Lap yəqin. Söz verirəm. 

Təhminə alt dodağını dişləri arasına alıb, başını yana əydi. 

Saçları çiyninə axdı. 

—Gedim qarajdan maşını götürüm, iyirmi dəqiqədən 

gəlirəm evinizin qabağına. 

—Yox, yox, evin qabağına gəlmə. Evimizin yanında bağ var 

e, onun sol tərəfində gözlə. 

—Oldu. Çox gözəl. 

Zaur üçüncü mərtəbəyə  dırmaşmağa başladı. Pillələri beş-

beş atılır, bığaltı gülümsünür, zümzümə edirdi. Uçmağa qanadı 

çatmırdı. 

Pilləkənin başında Məmməd Nəsirlə toqquşdu. Tünd çaxır 



 45 

iyi Zaurun burnunu çaldı. 

Məmməd Nəsir onun qolundan yapışdı. 

—Mən ölüm, — dedi. — Gedək bir nərd ataq. 

—Məmnuniyyətlə, Məmməd Nəsir, gələn səfər. İndi yaman 

tələsirəm. 

Dartınıb çıxmaq istədi. 

Məmməd Nəsir: 

—Bircə tas, — dedi, — sən mənim canım. 

—Ay kişi, dedim də, tələsirəm...  

Məmməd Nəsir: 

—Yeddi dəfə orfoqrafiyanı  dəyişdilər, — dedi. — Amma 

məni işdən xaric eləyə bilmədilər. Hər dəfə qaydaları 

əzbərləyirəm. Qoy gəlsin sənin cavan korrektorların. Görək 

hansımız yaxşıyıq. Əski  əlifbanı da bilirəm, latını da, indikini 

də. 


—Yaxşı, a kişi, burax qolumu... 

—Yox, dayan, sən cavansan, görməmisən. Kişilər vardı, 

kişilər. Kişi deyirəm e sənə. Kişi. Bax həmin bu yerdə Teymur 

Mahmudov məni tutdu. Deyir: "Nə olub, Məmməd Nəsir, 

gözümə bir az turş  dəyirsən?" Dedim: "Yox, sağ oluz

yaxşıyam". Eh kişilər vardı. Hər birisi bir şiri-nər, aslan, bəbir. 

Zaur qolunu qopardıb götürüldü. 

Məmməd Nəsir onun dalınca baxıb, baxıb, başını buladı. 

Öz-özüylə danışa-danışa pilləkəni enməyə başladı. 

—Deyirəm,  əmim Türkiyəyə gedib, mənim nə  təqsirim? 

Niyə daş eləyib ayağıma bağlayırsız... Deyirlər, yox, ot kökü 

üstə bitər. Deyirəm,  əşi, o vaxt mən uşaqdım. Nikolay vaxtı 

çıxıb gedib. Özü də  Əliqulu kişi hardan mənim köküm oldu? 

Üzünü də görməmişəm. Deyirlər yox ki, yox, yox oğlu yox. 

Niyə gizlətmisən ki, əmin xaricdədir? Çıxardırıq səni işdən. — 

Pilləkəni qalxan qızlara salam verdi: — Salaməleyküm, xanım 

qızlar, hər vaxtınız xeyir. — Qızlar pıqqıldayıb gülüşdülər. 

Məmməd Nəsir onlara fikir verməyib öz-özünə danışmağını 

davam etdirdi: — Çıxarırsız çıxarın, neynək.  İndi də viqovor 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə