Rövşən Yerfi



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix27.10.2018
ölçüsü0,86 Mb.
#75800
1   2   3   4   5   6   7   8   9   10   11

11 

 -Həzrət  Babadan!..  Elə  ki,  qurban  olduğumun  üstünə  - 

dəniz səviyyəsindən üç min altı yüz metrdən çox yüksək olan 

zirvəyə  səhər  erkən  qalxırsan,  dayanıb  Günəşin  doğmasına, 

səhərin açılmasına tamaşa edirsən. Nə hisslər keçirirsən, söz-

lə ifadə etmək mümkün deyil, gərək o möhtəşəm mənzərəni 

gözlə  görəsən.  Hələ  gecə  Ay  işığında  topa-topa  ulduzlara 

baxdıqca səma adama elə yaxın görünür ki, sanki əlini uzat-

san  catacaq...  Bura  bildiyimə  görə  ölkəmizdə  ən  yüksək  zir-

vədə  olan  etiqad  yeri,  müqəddəs  məkandır.  Zirvədə  Həzrət 

Babanın  və  anasının  qəbri  var.  Həzrət  Babanın  mövcudluğu 

deyilənə  görə,  islamdan  xeyli  əvvələ  -  Musa  peyğəmbərin 

vaxtına gedib çıxır. Həmin ərazidə Musa bulağı, Babanın xır-

man yeri var. 

 -O  yüksəklikdə  xırman  yeri  olar?  –  Dostlar  təəccüblən-

dilər: - Yəqin rəvayətdi... 

Bu dəfəki görüşdə Dəyanət yox idi. Şamil ilə Səfər həmi-

şəki kimi yenə onun danışdıqlarına etinasız qalmayıb acgöz-

lüklə qulaq kəsilmişdilər. Saleh davam elədi: 

-Rəvayət  də  olsa  əsrlərdən  nəsillərə  ötürülüb.  Bir  həqi-

qət var ki, Babanın yaşadığı dövrü dəqiq kimsə bilmir. Bəlkə 

onun zamanında iqlim imkan verib həmin yüksəklikdə məh-

sul götürməyə. Gəlin xalqın inamı ilə mübahisə etməyək. Hə, 

Həzrət Babaya çatmamış Əriştəlik adlanan bir yer var. Orada 

eyni  ölçülü,  xırda  -  əriştə  kimi  kəsilmiş  daşlar  doludur.  Ca-

maatda belə inam var ki, o daşlardan bərəkət adına götürdü-

yünü evdə un qabına atırsan ki, heç vaxt çörəyin əskilməsin. 

Yolda qəbir hesab edilən böyük daş topası var. Nağıl edirlər 

ki,  dünya  müharibəsinə  gedən  bir  cavan  əhd  eləyib  ki,  mü-

haribədən  salamat  gəlsin,  zirvə  yaxınlığında  dünyasını  də-

yişsin. Əhdi qəbul olub. O cavan əynində əsgər paltarı  mü-

haribədən  qayıdıb  həmin  yerdə  keçinmişdir.  Adətə  görə  zi-




12 

yarətə gələnlərin hər biri onun qəbri üstünə bir kiçik daş qo-

yurlar ki, qəbir itməsin... Hə, nə deyirsiz, tək də olsa, necə var 

bu  yay  ziyarətə  gedəcəyəm.  İlin  doqquz  ayından  çoxu  qarla 

örtüldüyündən  ora  yalnız  yay  aylarında  getmək  mümkün-

dür.  Deyirəm  bəlkə  üzümüzə  gələn  yay  vaxt  təyin  edək,  yı-

ğışaq dördümüz  də bir yerdə gedək. Həm o gözəllikləri gö-

rək, həm də Babanı ziyarət edək. Ruhumuz  təmizlənsin, üs-

tündəki qarın paklığından bizə də bir pay düşsün...  

          -Avazın pis gəlmir, - Şamil inamsız danışdı, - oxu-

duğun Quran olsa. Kefdən danışırsan, bu yaşda, bu köklükdə 

bizdən dağa qalxan olar? Gedək yarı yolda leşimiz çıxsın bia-

bır olaq camaatın içində... 

 -Düz deyirsən, piyada getmək çətin olar. Mən özüm də 

bilmirəm,  yolun  çətinliyinə  axıracan  tab  gətirərəm,  yoxsa 

yox.  Cavanlığımda  iki  dəfə  ayaqla  zirvəyədək  qalxmışam. 

Mən  o  yola  bələdəm. Heyf,  o  günlərimdən... Amma  çarəsini 

tapmışam,  atla  gedəcəyik.  Atları  kimdən  alacağımı  müəy-

yənləşdirmişəm, at yoluna da bələdəm. Minirsən atın tərkinə, 

iki-üç  sərt  yerdə  ehtiyat  üçün  atdan  düşürsən,  vəssalam.  At 

səni  aparacaq  düz  qurban  olduğumun  üstünə.  Qayıdanbaş 

yəhərdə oturmaqdan azca yanınız ağrıyacaq, o da bir-iki gü-

nə düzəlib gedəcək. 

 -Ay Səfər, nə susmusan, - Şamil bayaqdan dinməyən hə-

kimə gileyləndi, - bu müəllim nə danışır? Sən bir həkim kimi 

fikrini bildir, bizdən at minən çıxar? Sən axırıncı dəfə nə vaxt 

at minmisən? Şəxsən mən iyirmi il olar at minməmişəm. Ötən 

il bir dəfə keçmiş dostlarla, o “skaçka” deyilən cıdır meyda-

nına  getmişdim.  Həvəsləndirdilər  ki,  gəl  ata  min.  Bir  güclə 

köməkləşib mindim. At elə dörd-beş addım atmışdı, gördüm 

ay  aman,  özümü  saxlaya  bilmirəm,  ləngər  vururam,  yıxılıb 



13 

qol-qıçımı sındıracağam. Tez haray saldım, saxladılar atı. Sa-

lamat ikən atıldım yerə. Dedim, qardaş, at mənlik deyil... 

Şamil danışdıqca Səfər gülməkdən uğunurdu: 

 -Əşşi, lap şücaət göstərmisən ki... 

 Səfərə  qoşulub  qəhqəhə  çəkən  Saleh  Şamilə  ürək-dirək 

verdi: 

  -Şamil, bu atlar sən görən atlardan olmayacaq. Qəti na-



rahat olma. Sən minən at cıdır üçündür. Bu atlar isə fağır, sa-

kit  atlardır.  Qaçağan  deyillər,  harda  “dur”  deyib  yüyənini 

çəksən  dinməzcə  duracaq.  Baba  yoluna  vərdiş,  öyrəncəli  at-

lardır, heç ruhunu da incitməyəcəklər. 

-Belə əminliklə haradan bilirsən? 

-Gedib-gələndən maraqlanıb öyrənmişəm. Nə qərara gə-

lirsiz? Birgə getsək əla olar, elə deyilmi? 

 -Mən etiraz etmirəm, - Səfər razılıq verdi, - məncə bu zi-

yarətdən  heç  nə  itirmərik.  Əksinə,  qazanarıq,  özümüzdəki 

mənəvi gücə tapınarıq. 

 -Sən, cənab vəkil, - Saleh Şamilə xüsusi müraciət etdi, - 

razısan?  Yoldaşlığımız  möhkələnər,  dünyaya,  həyata  baxış-

larımız zənginləşər, haqlıyammı? 

 O, tərəddüd keçirsə də etiraz etməyə çəkindi: 

 -Nə bilim. Daha sizin xətrinizə necə çətin olsa da gərək 

gedəm. Mən də razı.  

 -Qaldı  Dəyanət,  onun  da  razılığını  alaram,  -  Saleh  se-

vindi, - yol üçün lazım olan xırda-para şeyləri də özüm təşkil 

edəcəyəm.  Allah  qoysa,  özünüzə  də  ləzzət  verəcək  –  bir  az 

əzablı  ləzzət!..  Peşman  olmazsız.  Sizə  ziyarətə  gedənlərdən 

birinin  başına  gələn  bir  maraqlı  hadisəni  danışım.  Bir  nəfər 

zirvənin  şimal  tərəfindən  zyarətə  gəlir.  Zirvədən  qayıdanda 

yorğun  olduğu  üçün  ləngiyir,  yol  yoldaşlarından  geri  qalır. 

Gecə vaxtı olduğundan bir cığıra düşüb qayıdır. Səhərə yaxın 




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə