Rövşən Yerfi



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix27.10.2018
ölçüsü0,86 Mb.
#75800
1   2   3   4   5   6   7   8   9   10   11

25 

Atlılar  söhbəti  eşitsələr  də  gülümsəyib  özlərini  eşitməz-

liyə  vurdular.  Qadınlardan  sonra  diqqətlərini  yeniyetmələ-

rin hamısından öndə gedən cavan oğlanla qızın mehribanca-

sına  əl-ələ  verib  getməkləpi  cəlb  etdi.  Dik  yoxuşda  qız    üç-

dörd addmdan bir nəfəsini dərmək üçün ayaq saxlayır, qolu-

nu  oğlanın belinə  dolayaraq,  az qala  özünü  onun  üstünə  yı-

xırdı.”Yox,  bunlar  bacı  qardaşa  oxşamırlar,  -  dostlar  düşün-

dülər,  -  bacı  qardaşa  bu  qədər  sarılmaz.  Bəlkə,  nişanlıdılar? 

Baş açıq, qollar çiyinədək açıq, əynindəki ətəyi dizdən kəsilən 

şalvar  –  cins  “şortik”  darlıqdan  partlayacaq  sanki...  Belə  də 

pirə  ziyarətə  getmək  olar?  Elə  bil  bulvara  gəzməyə  çıxıblar. 

Xeyr,  bunlar  heç  nişanlıya  da  oxşamırlar.  Nə  qədər  qeyrət-

sizləşəsən  ki,  nişanlının  bütün  əzalarının  çöldə  qalmasına 

əhəmiyyət verməyəsən. Özünün vicdanı, isməti olmadığı hal-

da  kiməsə  nəsə  demək,  ağıl  vermək  olar?  Allah  başa  sal-

sın...” 

Dəyanət yanaşı getdiyi Səfərə sarı pıçıldadı: 

-Bəzi  xoşqeyrətlər  adamın  üzünə  dururlar  ki,  şalvar  mi-

ni,  dar  yubkadan  abırlıdır.  Daha  beləsi  yox  də,  paltarlı  çıl-

paqlıqdır bu... 

-Mən  qadında  günah  görmürəm.  Hər  şey  kişidən  asılı-

dır... 

-Bilirsən, mənim nəzərimcə açıq-saçıqlıqla və ya dar pal-



tarla özgə kişilərdə ehtiras oyatmağa çalışan qadınların ürək-

lərinin sultanı yoxdur. Belələri ərləri, gəzdikləri olsa da daim 

qəlblərinin kişisinin axtarışındadırlar. Qəlbinin kişisini tapan 

qadın bədənini heç vaxt çöldə qoymaz. 

-Haqlısan...  

Onlar oğlan və qızdan baxışlarını ikrahla döndərib, yan-

larından  ötərək  növbəti  zirvəyə  tərəf  yol  aldılar.  Hava  get-



26 

dikcə qaralırdı, çox keçməyəcəkdi ətraf tamamilə qaranlıqla-

şacaqdı. 

 -Müəllim, yolu yarı etmişik, yoxsa yox? – Şamil yenə da-

rıxqanlıqla soruşdu.  

 -İrəlidə  cığır  hamar,  sal  daşlara  çatacaq.  Ora  yolun  ke-

çilməsi  çətin  sayılan  yerlərindən  biridir.  Həmin  yeri  keçsək 

yolu yarılacayıq. 

Saleh  ürəyində  arzulayırdı  ki,  kaş  tam  qaranlıq  düşənə-

cən bu ağır keçidi - sərt yoxuşlu daşlıq qayanı keçsinlər. Qa-

ranlıqda daşların üzərində cığırı ayırd etmək çətin olur. Belə 

olanda adamın azması, atların sal daşların üzərində müvazi-

nətini saxlaya bilməyib sürüşməsi ehtimalları artırdı. 

Otuz-qırx  metr  getmişdilər,  yarımqaranlıqda  ağarıb  işıl-

dayan sal daşları görən Saleh sevinclə çığırdı: 

-Çatmışıq,  dediyim  daş qayalığa çatmışıq!..  Düşün  daha 

atlardan. Bu keçiddən atla keçmək qorxuludur, məsləhət de-

yil. Atın ayağı sürüşərsə, atqarışıq üzüaşağı yuvarlana bilər-

siz.  Gəlin  dalımca,  atın  yüyənindən  tutub  arxanızca  çəkin. 

Qaranlıq oturuşana qədər  bu daşlıq qayanı keçməlıyik. 

Hamı atlardan düşdü. 

-Gəzməyimiz yaxşıdır, oturmaqdan yanımız ağrıyır, - Sə-

fər atının yüyənindən çəkib, Salehin atının ardınca qayaya sa-

rı yollandı. 

-Heyf əziyyətimə, güclə minmişdim, - Şamil heyfsiləndi, 

-  əşşi,  bəsdi  də  otladın,  -  ata  çımxırdı,  -  gəl  görək,  daşların 

arasında da gözünü otdan çəkmir... 

O, axıra qalmamaq üçün Dəyanətdən önə keçdi. 

-Daşların  üstü  ilə  ehtiyatla  yeriyin,  atları  çox  qısnama-

yın, onlar cığırlara bələddilər, keçəcəklər, - Saleh irəlidə gedə-

gedə xəbərdarlıqlarını davam etdirirdi. Yol əvvəlcə sola, son-

ra sərt yoxuşla sağa dönürdü. Arxası sıldırım yüksəkliyin üs-




27 

tü ilə keçən yol boyu ensiz cığırlar ayaq altından qaçan xırda 

daşlarla  dolu  idi.  Elə  bil  bu  daşları  incəliklə  kəsib  doğramış 

mişarın dişləri qayanın sinəsində naxışlar vurmuşdu. Dönüb 

yana  baxdıqda  dərənin  dibi  çətinliklə  seçilirdi.  Sıldırım  göz 

işlədikcə uzanırdı. Adam yuxarıdan aşağıya baxanda vahimə 

bürüyür, başı hərlənirdi. Odur ki, yolu qalxdıqca cığırdan kə-

nara baxmaq qorxulu idi. 

Qayanın üstünə qalxanların yoxuşun dikliyindən dizləri 

ağrıyır, nəfəsləri  çiyinlərindən  çıxırdı.  Bir neçə  dəqiqə  daya-

nıb  ayaqüstü  dinclərini  aldılar.  Sonra  yenə  nəfəsləri  təntiyə-

nədək yüyənləri çəkə-çəkə üzüyuxarı addımladılar. Xoşbəxt-

likdən  daş  qayanın  üstünə  qalxan  yol  yüz  metrdən  çox  ol-

mazdı, yoxsa daim oturaq işə vərdiş dostların taqətləri kəsi-

ləcəkdi. 

Hamıdan irəlidə gedən Saleh aşırımın üstünə təzəcə çat-

mışdı ki, üzü tutulmuş səmadan yağan yağışın onları haqla-

dığını duydu: 

-Yoldaşlar,  cəld  olun,  yağış  başladı.  Nə  qədər  yer  islan-

mayıb tez tərpənin. Yer islansa ayağınızın altı sürüşəcək. Çat-

mısız, tez gəlin birgə yağışdan qorunaq... 

Yağışın  qorxusundan  diribaşlaşan  dostlar  iki-üç  dəqiqə-

nin  ərzində  aşırımın  üstünə,  qayanın  iri  daşlarının  arasında 

daldanacağa yığışdılar. 

-İslanmamaq üçün götürülən salafanlar kimin heybəsin-

dədir?  –  Dəyanət  yağışın  canına  yaydığı  soyuqdan  əsə-əsə 

qışqırdı: - Kimdədirsə ləngimədən çıxarıb paylasın, çəkək üs-

tümüzə. 


Bir-birinə baxıb  salafanların  kimdə  olduğunu  xatırlama-

ğa çalışdılar. 

-Məndədir, mənim heybəmdədir, - Səfər əl-ayağa düşdü. 

Bir göz qirpımında bükülü salafanları heybədən çıxarıb pay-




28 

ladı.  Amma,  yalnız  başlarına  və  çiyinlərinə  çatan  örtük  kö-

nüllərincə olmadı. 

-Gərək daha böyüyünü götürəydik, ya da bir böyük plaş 

olsaydı, hamımız altına yığışardıq, - Şamil heyfsiləndi. 

-Günorta  elə  isti,  günəşli  hava  idi,  adamın  ağlına  gələr-

dimi yağış yağar? Nə yaxşı ki, bu salafanı da ehtiyat üçün gö-

türmüşük. Yəqin ki, ötəri buluddur, çox  keçməz yağış daya-

nar,  yolumuza  davam  edərik,  -  Saleh  yüyəni  əllərindən  bu-

raxmadan,  əsən  küləyin  soyuğundan  böyük  sal  qaya  parça-

sının  külək  tutmazında  çöməlib,  bir-birinə  qısılan  dostlarını 

ürəkləndirdi.  

Hava  daha  qaranlıqlaşmışdı.  Göyün  üzü  qaramtıl  bu-

ludlarla örtüldüyündən nə Ay, nə də ulduzlar görünmürdü. 

Ancaq, çox uzaqdan – onlardan geri aşağılarda, həm də irəli-

də,  yoxuşlarda  parıldayan  xırda,  nöqtəvari  işıqlar  görünür-

dü.  Bu  ziyarətə  gələnlər  və  qayıdanların  əllərindəki  fanarla-

rın işıqları idi. 

-Görəsən saat neçədir? – Dəyanət qısılıb oturmaqdan da-

rıxdı. 


-Doqquz  tamam, ona işləyib, - birisi cavab verdi. 

-Müəllimin deməsinə görə burada yolu yarı etmişik. Al-

lah  eləsin  yağış  tez  kəssin,  yolumuzdan  qalmayaq,    “Aman 

evinə” yetişək, dincəlib yemək yeyək, - Şamil əlini-əlinə sür-

tüb dilləndi. 

-Sən də elə yeməyin dərdindəsən, - Səfər ona sözünü bi-

tirməyə imkan vermədi, - yağışa dözərik, əsas odu ki, külək 

dayansın. Külək dayanmasa vay halımıza, soyuq bizi birtəhər 

edəcək. 

-Əşşi,  qorxmayın,  bu  yol  bəzən  belə  də  olur,  daha  artıq 

əzablı-əziyyətli...  Mən  hələ  eşitməmişəm  ki,  kimsə  ziyarətin 

yolunda  soyuğa,  yağışa  düşsün,  sonra  da  ağır  xəstələnsin. 




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə