Sahibkarliğa və bazar iQTİsadiyyatinin iNKİŞafina yardim fondu



Yüklə 319,74 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix04.04.2018
ölçüsü319,74 Kb.
#35882
1   ...   4   5   6   7   8   9   10   11   12

21 

 

”böyük dövlət” təbii olaraq vergilərin həcminin artırılmasını ehtiva etdiyi üçün.  xalq 



tərəfindən  daha  böyük  müqavimətlə  qarşılaşır.  Ona  görədə,  dövlətin    gəlirləri  ilə  

xərcləri arasında  balansın daha kəskin pozulmasının qarşısının alınması üçün müxtəlif 

tədbirlər  görməlidir.  Burada  isə  mümkün  olan  bir  neçə  variant  tədbirlər  arasında, 

(faktiki  dövlət  xərclərinin  uçotunda  manipulyasiyalar,  o  cümlədən  xərclərin 

əksmərkəzləşdirilməsi, büdcədən kənar xərcləmələr, borclanma və s.), mahiyyət etibarı 

ilə  məqbul  hesab  ediləcək  üsullar-xidmətlərin  azaldılması  və  ya  məhsuldarlığın 

yüksəldilməsi ola bilər. Lakin aydındır ki, xidmətlərin azaldılması ictimayyətdə və o 

sahədə  çalışanlarda  buna  qarşı  müqavimətlər  yaradır.  Ona  görədə  daha  yaxşı  yol, 

məhsuldarlığım artırılmasıdır.  Dünya təcrübəsinə görə məhsuldarlığın artırılmasının 

ən yaxşı yolu özəlləşdirmə hesab edilir. Beləki, ekspertlərin fikrincə,  özəl mülkiyyət 

hüquqları,  bazar  qüvvələri  və  rəqabətlə  birgə  vəsaitlərdən  daha  səmərəli  istifadəni 

şərtləndirir.    E.A.Savaşın  dediyi  kimi,  “Govern”  (hökm  vermə)-  Dövlət  (hökumət) 

anlayışı,yunan  sözü  ”kuybern”lə  (idarə  etmək),  eyni  köklüdür.  Ona  görədə  demək 

olarki, Dövlətin əsas  vəzifəsi  və funksiyası “avar çəkmə” mahiyyəti daşıyan xidmət 

göstərmə deyil, idarə etmədir. Bütövlükdə özəlləşdirməni zəruri edən, aktuallaşdıran 

və  təşviq  edən  əsas  səbəblərin  hamısı  dövlətin  davam  edən  böyüməsindən 

qaynaqlanan təhdidlərdən yaranır.  

Hər  hansı  dövlətin  “böyüklük”  dərəcəsi,  ölçüləri  üç  parametrlə  qiymətləndirilir: 

dövlətin xərcləri, dövlət sektorunda çalışanların sayı və dövlət strukturlarının sayı.   

Dövlətin  davamlı böyüməsinə təsir edən amilləri də 3 qrupa  ayırmaq olar:  



Cari  və  potensial  xidmət  istehlakçıları  tərəfindən  dövlət  xidmətlərinə  artan  təlabat.  Belə 

təlabatın artmasının səbəbləri isə, ümumiyyətlə-demoqrafik dəyişiklər, gəlirin artımı, 

büdcə  vasitəsi  ilə  yenidən  bölüşdürülən  gəlirin  artması,  sosial  təminat,o  cümlədən 

sosial  infrastruktur  təminatı,  risklərdən  qaçma  istəyi,  sosial-  mədəni  xərclərdən 

faydalanma istəyi, maliyyə resuslarının bolluğunun artması və mövcud proqramların 

davam  etdirilməsi  istəyi  və  s.  kmi  amillər  hesab  edilir.  Lakin  aydındır  ki,  ayrı-ayrı 

ölkələrdə belə amillərin sayı və tərkibi dəyişə bilər. 

Xidmət  istehsalçıları  tərəfindən  dövlət  xidmətlərinin  artan  təklifi.  Bu,  mahiyyət  etibarı  ilə, 

istehsalçıların istehsalın həcmini artırmaqla, xidmətlərə “genişləndirici” təsir  göstərək, 

hökumət  strukturlarının,  səsindən  asılı  olduqları  istehlakçıların  rəğbətini  qazanmaq 

səylərinə yönələn təsir amillərini əhatə edir. Belə amillərin başqa bir qrupunu isə”büdcə 

ekspansiyası” təşkil edir. Təcrübələr göstərir ki, büdcənin böyüməsinin səbəbi dövlət 

strukturlarının böyüməklə, öz fəaliyyətlərinin səmərəliliyini artırmaq istəyinin aparıcı 

qüvvəyə  çevirilməsindədir.Dövlət  xidmətlərinin  artmasın  şərtləndirən  amillərə, 

cəmiyyətin  inkişafı prosesində yaranan ictimai bəlaların qarşısını almaq məqsədi  ilə, 

yeni  və  zəruri  fəaliyyət  həlqələrini  təklif  edən  ziyalılar  təbəqəsi  də  aid  edilir.  Belə 

ziyalılar    təbəqəsi,  adətən  dövlət  strukturunda  çalışmağa  üstünlük  verməklə, 

cəmiyyətdə  dövlətin  sağlamlaşdırıcı  funksiyanın  yeganə  daşıyıcısı  olması  fikrini 

aşılayır.  Növbəti  amil  hökumət  strukturlarının    rəvan  inkişaf  sayəsində  xidmət 

sahələrində  tədricən  inhisarçı  mövqeyə  nail  olmasındadır.Təbii  ki,  belə  inhisarçılıq 

xərclərin  azalmasına  qarşı  son  dərəcə  dayanıqlıdır.  Dövlət  xidmətlərinin  artımını 




22 

 

şərtləndirən  digər  bir  mühüm  istiqamət,  “məqsədyönlü  ətalətlilik”  istiqamətidir.  



“Siyasətçilər  qərar  verməməyi  qərar  verməkdən,  gəlirlərin  avtomatik  artımını,  

nəzarətli  artımdan,  mütamadi  artımı  islahatçı  artımdan,  ümumiyyətlə  ətalətli 

davranışın bütün digər aspektlərini daha üstün tuturlar. Bu isə gəlirlər sisteminin çox 

zaman  və  çox  yerdə  avtomatik,  pilot  rejimində  idarə  edilməsi  deməkdir.  İqtisadi 

böyümə və inflyasiya gəlir gətirir və hökumət tərəfindən xərclənir, yalnız bəzi hallarda 

sistemə ciddi təhdidlər yarandıqda kompensasiya edici məsələlər qaldırılır.” 



Eyni  növ  xidmətlərin  təmin  edilməsində  kadr  heyyəti  və  xərclərin  artması  ilə  nəticələnən 

səmərəsizliyinin artması. Dövlətin böyüməsinin 3-cü əsas amili xərclərin səmərəsizliyinin 

artmasıdır. Hökumətin fəaliyyətinin  səmərəsizliyi  məhdudlaşdırılmadıqda, getdikcə 

azalan  məhsuldarlıq və səmərəsizliyin artmasıonun  böyüməsini şərtləndirir. Dövlətin 

böyüməsinə  səbəb  olan  üç  faktor  -istehlakçı  tələbləri,  istehsalçı  təzyiqləri  və 

səmərəsizlik,  bir  biri  ilə  bağlı  olması  səbəbindən  xərcləmə  koalisiyaları  yaranır. 

Proqramın yaradılması, inkişaf etdirilməsi və təşviq edilməsi məqsədi ilə formalaşan 

belə  koalisiyalar  adətən  4  qrupdan  ibarətdir:  faydalanalar,xidməti  təşkil  edənlər, 

hökumət inzibaçıları və siyasi fəallar.  Belə koalisiyanın üzvləri qarşılıqlı əlaqədə olur 

və  tərəfdarlarının  sayı  daima  artır.    Nəticədə  isə    səmərəsizliyin  yaranmasına  və 

dərinləşməsinə əlverişli imkanlar yaranır. 

Özəlləşdirmə mərminin zərəsizləşdirilməsinə bənzəyir, o, çox düşünülmüş və səliqəli 

formada  aparılmalıdır.  Çünki  nəzərə  almaq  vacibdir  ki,  düzgün  olmayan  qərarların 

dəhşətli  nəticələri  ola  bilər:  aradan  qaldırılmalı  çətinliklər,  təkzib  olunmalı  dəlillər, 

səfərbər  edilməli  tərəfdarlar,  müqavimət  göstərilməli  rəqiblər  mövcuddur. 

Özəlləşdirmə  sadəcə  idarəetmə  üçün  bir  alət  deyil,  o  ictimai  idarəçiliyin  əsas 

strategiyasıdır. Özəlləşdirmə bir vasitədir, son deyil, son isə daha yaxşı dövlət və daha 

yaxşı cəmiyyətdir. 

Qərb  iqtisadi  ədəbiyyatında  özəlləşdirmə  probleminə  metodoloji  yanaşma  bir  çox 

hallarda  keçid  iqtisadiyyatı  şəraitində    mülkiyyət  münasibətləri  və  dövlət 

tənzimlənməsi  konsepsiyaları  ilə  bağlı  olmuşdur.  Hər  şeydən  əvvəl  iqtisadiyyatda 

məşhur  "yeni  iqtisadi  institutsionalizm"  və    ya  "transaksion  iqtisadiyyat"  məktəbinə 

bağlı  olan  mülkiyyət  hüququ  nəzəriyyələri  (A.Alçyan,  O.Vilyamson,  Q.Demsets, 

R.Kouz, D.Nort, A.Onore, S.Peyoviç, R.Pozner, C.Uollis və başqaları) qeyd edilməlidir. 

İqtisadi  nəzəriyyənin  bu  istiqamətinin  başlıca  vəzifəsi  bir  qayda  olaraq  iqtisadi 

agentlərin  fərdi  davranışları  ilə  reallaşdırılan  iqtisadi  və  hüquqi  sisteimin  qarşılıqlı 

fəaliyyətinin  təhlili  ilə  bağlıdır.  Burda  başlıca  məqsəd  agentləri  fəaliyyətlərinin 

nəticələrinə    görə    elə  haqlarla  və  mükafatlarla  qiymətləndirməkdən  ibarətdir  ki, 

mülkiyyətin  yenidən  restruktrizasiyası  iqtisadi    stimullar  sistemini  hərəkətə  gətirib 

çıxara  bilsin.  Bu  hərəkətlərə  reaksiya  iqtisadi  agentlərin  davranışının  dəyişməsi  ilə 

nəticələnir.  Mikroiqtisadi  səviyyədə  mülkiyyət  hüququnun  bölüşdürülməsi  firmanın 

modifikasiyasının və menecerin davranışının dəyişilməsini şərtləndirır. 

Ayrı-ayrı  ölkələrdə  özəlləşdirmə  strategiyası  və  metodlarının  bir-birindən  əsaslı 

fərqlənməsinin  səbəbləri,  ilk  növbədə  inkişaf  səviyyəsinin  tələbləri  və  məqsədlərdən 

asılıdır. Məsələn,  Britaniyada özəlləşdirmə ilk dəfə olaraq geniş miqyasda deyil, fərdi 




Yüklə 319,74 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə