Sahibkarliğa və bazar iQTİsadiyyatinin iNKİŞafina yardim fondu



Yüklə 319,74 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix04.04.2018
ölçüsü319,74 Kb.
#35882
1   ...   4   5   6   7   8   9   10   11   12

23 

 

qaydada Liberalların hakimiyyəti dövründə start götürmüşdür. Həmin dövrdə, hətta 



dünyanın  məşhur  və  aparıcı  neft  şirkətlərindən  olan  vəbu  gün  Xəzərin  Azərbaycan 

hövzəsində  konsorsium çərçivəsində neft hasilatı ilə  məşğul olan "Britiş petroleum"un 

5  faizlik  səhmləri  276  milyon  funt  sterliniqə,  təxminən  450  milyon  ABŞ  dollarına 

satılmışdır.  Ümumiyyətlə,  yalnız  80-cı  illərdə  Böyük  Britaniyanın  51  iri  dövlət 

şirkətindən 16-sı özəlləşdirilmiş, bunun nəticəsi olaraq dövlət bölməsində çalışanların 

sayı  1,3  milyon  nəfər  azalaraq,  cəmi  məşğul  əhalinin  2,8  faizini  təşkil  etmiş  və    ən 

başlıcası ötən əsrin 90-cı ilinin əvvəlinə özəlləşdirmədən əldə edilən gəlir 33 milyard 

funt  sterlinqdən  çox  olmuşdur.    Əgər  Böyük  Britaniyada  yalnız  1988-ci  ilin  əvvəlinə  

qədər  dəyəri  20  milyard  funt  sterlinqdən  çox  olan,  ümumi  yekunda  xüsusi  çəkisi  40 

faizə bərabər dövlət əmlakı özəlləşdirilmişdisə, eləcədə  Fransada qısa müddət ərzində, 

cəmi 14 aya qarşıya qoyulan plan üzrə özəlləşdirmənin üçdə biri həyata keçirilmiş və 

ondan  71  milyard  frank  gəlir  əldə  edilmişdirsə,  İtaliya  hökuməti  1980-1987-ci  illər 

ərzində ildə orta hesabla 4-5 dövlət müəssisəsini və başqa sözlə desək 100 min iş yerini 

özəl bölməyə  güzəştə getmiş və  nəticədə  bütün dövr üzrə bu fəaliyyətdən 7 trilyon 

italyan  lirəsi  vəsait  qazanmışdır.  AFR-dəisə1984-1987-ci  illər  ərzində  dəyəri  5  mlrd. 

markadan  çox  olan  50-dən  artıq  dövlət  müəssisəsinin  səhmləri  bütövlükdə  və  ya 

qismən satılmışdır. 1986-cı ilin sonuna qədər özəlləşdirməyə  start veriləndən ötən 10 il 

ərzində İspaniyada 245-dən çox şirkət yenidən qurulmuş və özəlləşdirilmişdir. Hətta 

Hollandiyada çox da iri olmayan, hamısının birlikdə  aktivlərinin dəyəri 60 mln dollar 

təşkil  edən  36  dövlət  şirkəti  və  dövlətin  KLM-dəki  (Avropanın  aparıcı 

aviaşirkətlərindən  biri)  307  mln.  dollar  dəyərində  23  faizlik  səhm  payı 

özəlləşdirilmişdir. 

Dövlət bölməsinin qarışıq iqtisadiyyatda rolu və onun qiymətləndirilməsi üsulları hələ 

də    dərin  elmi  araşdırmaların  tədqiqat  obyekti  olaraq  qalır.  Bu  istiqamətdə  müxtəlif 

araşdırmalar  aparmış  Fransanın  sosial  tədqiqatlar  və  proqnozlar  mərkəzi,  dövlət 

bölməsinin təsirindən asılı olaraq, iqtisadiyyatda dövlətin ənənəvi müdaxiləsinə məruz 

qalan sahələri 4 qrupda təsnifləşdirir: energetika, nəqliyyat, rabitə və emaledici sənaye. 

Bu  mərkəz  tərəfindən  aparılmış  digər  tədqiqatlar  əsasında  dünyanın  bir  çox  ölkələri 

üzrə əhalinin məşğulluğu və məcmu satışın həcminin orta çəkili kəmiyyətinin nisbəti 

bazasında dövlətin iqtisadiyyata təsir indeksi müəyyənləşdirilmişdir. Ötən əsrin 80-ci 

illərinin  əvvəlinə,  özəlləşdirmə  siyasətinin  aparılmasınadək  olan  dövrdə  bu 

göstəricinin inkişaf etmiş dövlətlər üzrə ardıcıllıqla belə  dəyişirdi: Böyük Britaniya-84, 

İtaliya-83, Fransa-80, İsveç-72, Niderland-66, İsveçrə-65, İspaniya-60, AFR-59, Belçika-

50, Avstraliya-52, Yaponiya-30, ABŞ-15. Bu göstəricilər tam olmasa da, həmin dövr üzrə  

dövlətin  təsərrüfatçı  rolunu  qiymətləndirmək  üçün  kifayət  qədər  dolğun  mənzərə 

formalaşdırmağa  imkan verir.  Məsələn, inkişaf etmiş ölkələr üzrə dövlət xərclərinin 

ÜDM-də payının orta gostəricisi 1980-ci ildə 42 faizə qarşı artaraq 1996-cı ildə 47,3 faiz 

təşkil etmişdir. Dövlət xərclərinin artım meyili, bir sıra belə ölkələrdə iqtisadi inkişafın 

getdikcə    güclənən  sosial  orientasiyası  ilə  izah  edilə    bilər.  Lakin,  Niderland,  Böyük 

Britaniya və İrlandiya kimi ölkələrdə isə bu dövrdə  dövlət xərclərinin ÜDM-də  xüsusi 

çəkisi  azalmışdır.  Ekspert  qiymətləndirmələrinə  görə,  bu  azalma  tendensiyasında 

özəlləşdirmənin rolu həlledici  olmüşdur.  




24 

 

Müasir  dövrdə,  ümumbəşəri  xarakter  almış,  geniş  coğrafiyaya  malik  mükiyyətin 



dövlətsizləşdirilməsi prosesinin, sənayecə inkişaf etmiş dövlətlərdəki təcrübədən çıxış 

edərək,  Azərbaycanda  özəlləşdirmə  prosesinin  perspektivinə  mövcud  iqtisadi 

reallıqlar  çərçivəsində  müsbət  təsir  göstərmək  imkanına  malik  olan  xüsusiyyətlərə 

diqqət yetirilməsini vacib hesab edirik. Nəzərə almaq lazımdır ki, inkişaf etmiş bir sıra 

Avropa  ölkələrində    özəlləşdirmə  üzrə    kifayət  qədər  təcrübə  toplansa  da,  onun 

Azərbaycanda  bir başa  tətbiqi məqsədə uyğun hesab edilmir. Əvvəla, Azərbaycanda 

həmin  dövlətlərdə  olduğu  kimi  səhmlərin  real  məzənnəsini  müəyyənləşdirən  fond 

birjaları  və  ona  tələbin  formalaşmasında  mühüm  rol  oynaya  biləcək  sərbəst  kapital 

bazarı yoxdur. İkincisi, özəlləşdirmənin gedişində xüsusi rol oynamaq imkanına malik 

investisiya  mühiti  və  onun  təminatı  məsələləri  bizim  ölkəmizdə  külli  miqdarda 

maliyyə  vəsaitlərinin  səfərbərliyə  alınmasını  tələb  edir  və  onun  həcmi  ilə  nəticənin 

səmərəliliyi  arasındakı  mütənasiblik  xüsusi  əhəmiyyət  kəsb  edir.  Qərb  dövlətlərinin 

özəlləşdirmə  təcrübəsi  onu  da  sübut  etdi  ki,  müəssisələrin  fəaliyyətinin  iqtisadi 

effektliyi mülkiyyət hüquqlarından çox rəqabətdən asılıdır. Çünki, özəlləşdirmə heç də 

birdən-birə, proses başa çatan kimi avtomatik surətdə ictimai istehsalda xərclərin aşağı 

düşməsi  mexanizmi  yarada  bilməz.  Belə  olan  halda  da  nəticədə  bu  prosesdən  qısa 

müddət ərzində daha çox ölkə vətəndaşının uda bilməsi şübhəli görünür. Bu məqsədə 

tez nail olmaq dərəcəsi özəlləşdirmədən sonrakı dövrdə       mülkiyyət hüquqlarının 

yenidən bölgüsü, investisiya mühitinin əlverişli əsaslarla qərarlaşması və bu istiqamətli 

çoxsaylı amilərdən asılıdır. 

 

 

5.  ƏSAS NƏTİCƏ VƏ TÖVSİYYƏLƏR 



 

Mövzu   üzrə   tədqiqatların  və  əldə olunmuş  nəticələrin  mahiyyətini    aşağıdakı  kimi  

icmallaşdırmaq olar: 

 



Azərbaycanda yeni müstəqillik dövründə aparılmış iqtisadi quruculuq, inkişaf 

strategiyası və müvafiq dövlət siyasətinin  ilkin mərhələdə əsas vəzifələri bütövlük və 

tamlıq  xüsusiyyətlərinə  malik  iqtisadi  sistemin  formalaşdırılması;  direktiv  idarəetmə 

prinsipi üzrə, böyük iqtisadi sistemin ərazi “alt hissəsi” kimi formalaşmış iqtisadiyyatın 

bazar münasibətlərinə əsaslanan təsərüfatçılıq sisteminə transformasiyası; yeni şəraitdə 

milli  iqtisadi  inkişfın  təmin  edilməsinin  resurs  bazasının  tapılmasından  ibarət 

olmuşdur. Əldə olunmuş iqtisadi inkişafın nəticələrinə əsasən, Dövlət müstəqilliyinin 

bərpasından  ötən  25  ili,  Azərbaycanda  milli  dövlətçiliyin  yeni  erasının    “iqtisadi 

təşəkkül”  mərhələsi  adlandırmaq  olar.  Bu  zaman  kəsimində  milli  iqtisadi  sistemin  

təşəkkülünün əsas  hədəfi, Dövlətin siyasi müstəqilliyini yaşatmağa qadir olan, liberal 

təsərrüfatçılıq modelinə malik, daha böyük və sürətlə dəyişən dünya miqyaslı iqtisadi 

münasibətlər sistemində, identikliyini təmin edən sistemin formalaşdırılması vəzifələri 

ümumən həll edilmişdir.  Uğurlu neft kontraktları və yeni əsrin ilk 10-14  ilində dünya 

neft bazarının əlverişli konyunkturası, keçid dövrünün ağır iqtisadi  irsi və  xarici hərbi 

müdaxilənin  problemlərini həll edilməsi üçün əhəmiyyətli maddi baza yaratmışdır.  



Yüklə 319,74 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə