Sairler indd



Yüklə 240 Kb.
Pdf görüntüsü
səhifə5/21
tarix25.06.2018
ölçüsü240 Kb.
#51145
1   2   3   4   5   6   7   8   9   ...   21

SƏS... SÖZ... RƏNG...
18
Aşiq oldur ki, ya Məcnun kimi səhradə gəzə,
Ya da dağları külünglə çapa Fərhad kimi...
Kim ki aşiqliyi əla bacarırsa, söylər:
- Bunu Dəşti mənə öyrətdi, bir ustad kimi...
***
Vahid, ömrün boyu sən sakini-meyxanə idin,
Qəmi-eşq ilə həmişə gözü məstanə idin.
Çöhrəsində görünür surəti gül üzlülərin,
Bu səbəbdəndi ki, sən aşiqi-peymanə idin.
Sənə bica yerə məskən deyil Odlar Yurdu,
Çünki eşq atəşinə şövq ilə pərvanə idin...
Ey özü sadə, sözü sadə olan ustadım,
Çatmaz hər kəs o qəliz əqlinə, fərzanə idin.
Hər sözün indi də, Vahid, dilimiz əzbəridir,
Sağlığında necə ki, dillərə əfsanə idin...
Vahida, Dəşti sənin hər sözünün valehidir,
Hər sözün ayrı dəlil oldu ki, bir danə idin...


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
19
GÜLBALA DADAŞ
(Gülbala Adil oğlu Musayev) –
1984-cü ildə Bakıda doğulub. BSU-nun 
Yaradıcılıq fakultəsinin məzunudur.
2004-cü ildən Vahid Poeziya Məclisinin 
üzvüdür. Şeirləri dövri ədəbi nəşrlərdə yayınla-
nan Gülbalanın, çağdaş özbək  ədəbiyyatından 
maraqlı  ədəbi çevirmələr də var.
       
                                         ***
Tutub ONA üzünü,
İtirəsən özünü;
Çıxarıb sol gözünü,
Sağ gözünü yumasan...
Qaçır zaman özündən,
Qorxur insan özündən.
Çıxıb bir  an özündən,
Öz üstünə cumasan...
Verib süküta səsi,
Almayasan nəfəsi...
Tənha qoyub hər kəsi,
Sonra təklik umasan...
*** 
Yetmək üçün sənə, bir an belə yatmamışam, 
Tükənib ömrüm, hələ yarı yola çatmamışam.
Qəlb evimdə hər nə vardırsa, söküb tullamışam, 
Tək səni saxlamışam orda, səni atmamışam...
Hamını aldadıram, başda özüm olmaqla, 
Amma bir dəfə də olsun səni aldatmamışam.
En yerə, al məni, qaldır göyə, sən – öz yanına, 
Nə qədər yoxluğumu varlığıma satmamışam...


SƏS... SÖZ... RƏNG...
20
Zərrədən də kiçik etdim Günəş ikən özümü, 
Çox heyif ki, yox olub səndə itib-batmamışam.
Kiminə pis, kiminə yaxşıyam, ancaq ki, Dadaş, 
Özümü heç birinin cərgəsinə qatmamışam.
*** 
Mənə təb ver, İlahi, ver, çıxım özüm-özümdən,
Doğula fikir canımdan, yarana sözüm özümdən.
Dözürəm mən hər cəfaya, edirəm şükür Xudaya,
Bilirəm deyildi çünki, bu qədər dözüm özümdən...
Ölərəm hacansa mən də, elə iş görüm ki, indi,
Gələcək nəsillər üçün, qala bir izim özümdən...
Səni mən unutdum, amma ki, qalıb gözümdə əksin,
Demə, etibarli imiş, gözəlim, gözüm özümdən...
Dadaşın yamandı halı, qapılıb özündə qalmış,
Mənə təb ver, ey İlahi, ver, çıxım özüm-özümdən...


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
21
GÜLNARƏ SADİQ
(Gülnarə Ələkbər qızı Qasımova) –
1985-ci ildə Gəncədə doğulub. Gəncə Dövlət 
Universitetində (GDU) təhsil alıb(2006-2000). 
Yazıları “Məhəbbət işığında”, “Gəncliyin 
Səsi”, “Dörd Mevsim” almanaxlarında, bir sıra 
qəzet və dərgilərdə dərc olunub. “Yuxuların günahı 
olmur” (şeirlər), “Paralanmış ürək” (hekayə  və 
povestlər) adlı kitabların müəllifidir. 
Gileyliyəm
Taleyimin nə suçu var?
Mən bəxtimə gileyliyəm.
Xəyanətin min üzü var,
Mən ürəyə gileyliyəm.
Həsrət ağlar harda, yarım?
Hər ümidi yarda, yarım...
Zaman doğrar yarım-yarım,
Mən diləyə gileyliyəm...
Dünya deyər, gör əzabı,
Sıx, qəlbinə hör əzabı...
Dünya kimi sür əzabı,
Mən kələyə gileyliyəm.


SƏS... SÖZ... RƏNG...
22
GÜLNAR SƏMA
(Gülnar Vaqif qızı Qasımlı)
1986-cı ildə Tovuzun Don darquşçu kəndində do-
ğulub. 2004-cü ildə  BDU-nun  Fi lo logiya  fakultə sinə 
daxil olub. 2009, 2014-cü il lərdə  Don dar  quşçu kənd 
bələdiy yəsinin üzvü se çilib. Magistr təhsilini  Azər-
baycan Müəllimlər  İn stitu tu nda  alıb. 2014-cü ildə 
isə AMEA-nın Nizami ad. Ədəbiyyat  İnstitutunun 
Ədəbi Tənqid şöbəsinə dok toranturaya qəbul olunub. 
2001-ci ildə “Mən sehrli səmayam”, 2011-ci ildə 
“İçimdəki söh bətlər” kitabı işıq üzü görüb. Hazırda 
“Hədəf” hazırlıq kurslarında çalışır. 2015-ci ildə 2 fevral – Gənclər Günü 
münasibətilə  Gənclər-İdman Nazirliyinin ödülünü alıb. Azər baycan  Prezidenti 
Təqaüd Fondunun təqa üd çüsüdür.
Günlərin bir günü
 
Sən mənim ömrümə gələndən bəri,
Mən sənin ömründən-günündən keçdim.
Sən mənim qarşıma çıxandan bəri,
Görmədin, mən sənin önündən keçdim.
Keçdim günah kimi ömründən sənin,
Keçmə günahımdan, önə keçmə sən...
Mən sənin günahın olmaqdan qaçdım,
Qaçma günahımdan, önə qaçma sən...
Nəyimiz vardı ki, arxada qoyaq,
Ayrılıq gələndə qabağa düşdük.
Biz necə bir ömrə sahib olmuşuq, –
Günlərin bir günü özümüz çaşdıq...


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
23
Qıydım
Gedin, deyin Xançobana,
Mən də batdım nahaqq qana.
Öz içimdəki zindana
Düşmək üçün cana qıydım.
Canlar alır Muğan çölü,
İndi yaxamdadır əli,
Saranı aparan seli,
Keçmək üçün cana qıydım.
Ac ölüməm toxluğumdan,
Parçalandım çoxluğumdan.
Varlığımı yoxluğumdan,
Seçmək üçün cana qıydım.
Çobanaldadan
Çobanaldadan yağış,
qoy qoyunlar otlasın.
Bir az özünə yığış,
mən piyada, atlı sən...
Çobanaldadan yağış,
oynama hisslərimlə.
Tanrı xətrinə, barış
taledən küslərimlə...
Çobanaldadan yağış,
nə yağansan, nə kəsən.
Gözümdən yol salınca
gözlərimi tökəsən...


Yüklə 240 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə