Sairler indd



Yüklə 240 Kb.
Pdf görüntüsü
səhifə6/21
tarix25.06.2018
ölçüsü240 Kb.
#51145
1   2   3   4   5   6   7   8   9   ...   21

SƏS... SÖZ... RƏNG...
24
GÜLSADƏ İBRAHİMLİ
1986-cı ildə Naxçıvan Muxtar Respub 
li-
kasının Culfa rayonunun Dizə kəndində do ğulub.  
Naxçıvan Universitetinin Filologiya fa kültəsini 
bitirib. 4 şeir kitabı  nəşr olunub. AYB üzvü, 
Pre zidentin  Təqaüd Fondunun tə qaüdçüsüdür 
(2015). 
Culfa şəhər 3 saylı orta məktəbdə Azərbaycan 
dili və Ədəbiyyatı müəllimi işləyir. 
Sərçə məhəbbəti
Fəsillər boyu gizlənirəm,
Özümü-özümüdə sıxıram.
Təbiətin ən duyğulu anı kimi,
Payızda üzə çıxıram.
Ağlamağı xatırlayıram,
Yadıma düşür 
Mənim olmayacaq 
Ən gözəl yaşanmışlar.
Rəngini dəyişir duyğularım,
Sis qoxan səma kimi.
Dəyişirəm ətrimi –
Artıq xəzəl qoxuram,
payızda üzə çıxıram.
Köç edir yaz sevgiləri,
Başqa Günəşə uçursan,
Quşlar təki...
Yeni yazlar axtarır
Başqa ürəklərin qışında...
Mənsə sərçə məhəbbətin
payızına, qışına inad,
Ürəyimə sıxıram...
Mən sərçə sevgisiyəm –
Payızda üzə çıxıram...


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
25
Abzas
Sevgilim, toxunma mənə, 
Yanaram,
 külüm qalar ovuclarında.
Yasaq olan hər şey bizim,
sevgimizin...
Yağış altda alışmağa çalışan
Ocaq kimiyik, sönəcəyik...
Yasaq olan hər şey bizim
Bu nə istək?
Bu nə sevgi?
Gücüm yetmir ürəyimi susdurmağa
Olmaz...
...yox, olmaz belə.
Dustağıyıq bir talenin.
Qəfəsim var
Sevgim yetməz o qəfəsi tərk etməyə.
Ağlım dözməz...
Başqa bədənlərdə ölsək,
başqa gecələrdə basdırsaq
ruhumuzu...
Səhərin işığında həbs etsək
Bizi,
Sevgimizi...
Sevsək,
Sevişsək...
Bir-birimizdə ölsək,
dirilsək...
Və günəş tərk etmədən,
Gecəni oğurlamış
Oğru aşiqlər kimi
Öz evimizə dönsək...


SƏS... SÖZ... RƏNG...
26
İSA HƏSƏNOĞLU 
(İsa Həsən oğlu Əliyev) –
1993-cü ildə Naxçıvan Muxtar Respublikasının 
Culfa  şəhərində doğulub. 1999-cu ildə Culfa 
şəhər 2 saylı orta məktəbin birinci sinfinə  qədəm 
qoyub. Orta məktəbi 2010-cu ildə bitirib və  həmin 
il BDU-nun “Komputer elmləri” ixtisası üzrə 
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil 
olub. Hahazırda BDU-nun II kurs magistrantıdır.
2012-ci ildə gün üzü görən “Könül dəryası” 
ad lı  şeirlər kitabı oxucularla ilk görüşüdür.
2014-cü ildə Azərbaycan Gənclər Fondunun maliyyələşdirdiyi, DGTYB tə-
rəfindən hə yata  keçirilən Layihə çərçivəsində çıxan “Bölgələrdən səslər” ki ta-
bında şeirləri yer alıb. DGTYB-nin üzvüdür.
 
Mən səni görəndə...
Gözümə dəymirsən uzun zamandı,
Ölüb-qalmağından xəbər də yoxdu;
Bu həsrət bilmədim nə imtahandı..?
Könlüm sən gedəndən hər şeyə toxdu.
Zaman da qoşulub səninlə getdi, 
Ruhum bədənimdən öncə qocaldı... 
Sənsizlik canımı sardı... bitirdi,
İllər sevincimi əlimdən aldı...
Mən səni görəndə uşaqlaşardım
Tez-tez kövrələrdim, tez-tez gülərdim.
Var olan dünyadan uzaqlaşardım,
Səndə yaşayardım, səndə ölərdim...
Mən səni görəndə gözüm dolardı, 
Üzünə davamlı baxa bilməzdim.
Əllərim titrərdi... nəsə olardı,
Qəlbimin sözündən çıxa bilməzdim.


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
27
...Mən səni görəndə... mən... mən olmazdım,
Özüm də bilmədən başqalaşardım...
Sənli saatlarda qəmgin olmazdım,
Hər kəsə, hər şeyə doğmalaşardım...
...Bir də qarşılaşsaq, uşaqlaşsaqmı?
Yenə bir kövrəlib, bir gülsəkmi bir?..
Var olan dünyadan uzaqlaşsaqmı,
Birlikdə yaşasaq,bir ölsəkmi... bir?!.
Qəzəl
Yenə məhzundu könül sənsiz, ey afət, bu gecə,
Bürüyüb qəlb evimi qəmli təravət bu gecə.
Qulağımdan asılan incə, məlahətli səsin,
Gözlərimdən yuxumu eylədi qarət bu gecə.
Hər dikildikcə ötən xatirələr göz önümə,
Tükənir get-gedə canımda mətanət bu gecə.
Bəmbəyaz nuru ilə sanki döyür pəncərəmi,
Yoxluğundan eləyir Ay da şikayət bu gecə.
...İsa, həsrət ki səni səylə salır haldan hala,
Sabahı görməyinə yoxdu zəmanət bu gecə.


SƏS... SÖZ... RƏNG...
28
                            
  LAMİYƏ İSAZADƏ
(Lamiyə Ədalət qızı İsayeva) –
12 may 1989-cu ildə Gəncədə doğulub.
Gəncə Humanitar Kollecində oxuyub.
İnsan ömrü…
Çatlamış saxsıda suya bənzəyir,
inanın həyatı, həyatın özü...
İçsək də tükənir, heç içməsək də,
rüzgar kimi keçir, insanın ömrü.
Gün əgər ötürsə göz qırpımında,
niyə düşünmürük ömürdən gedir..?
Saatın əqrəbi daşa dönübsə,
yenə deyinirik: yaman ləng gedir...
Dəyərini bilək hər anımızın,
bir dəfə verilir bu həyat bizə...
Baxaq təbəssümlə bu dünyaya ki, 
həyat özü gülsün qoy üzümüzə.
Həyat
Həyat açılmayan pünhan bir sirrdir,
sabah nə olacaq hələ bilmirik...
Həyat həm gözəldir, həm də çirkindir,
Onu olduğutək qəbul etmirik...
 
Tutmaq olmur heç vaxt onun nəbzini,
doğrulur, dolanır, dəyişir həyat...
Demə, qaçaraqdı, demə, durğundu,
qarışır, barışır, öcəşir həyat... 


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
29
Acımı? – acıdır, şirinmi? – şirin,
sabaha boylanıb, yaşamaq gərək..!
Nə küsüm, nə küssün, həyat həyatsa,
bir addım qalxmaqçün basamaq gərək.
Həyat imtahandır, bizsə tələbə,
eh, nə qədər sual cavabsız qalıb...
Elə yaşayaqki biz ömrümüzü,
deməyək, bugünüm savabsız qalıb...
E-hey, bu həyatda məna axtaran,
həyatın mənası yaşamaqdadır..!
Aldığın nəfəsçün şükür eylə hər an,
hər aldığın nəfəs yaşamaq dadır...


Yüklə 240 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə