Şamaxi soyqirimi 1918 shamakhi genocide



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix11.03.2018
ölçüsü0,7 Mb.
#31236
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

24 

 

xalqına  müraciəti  çap  olunmuşdu.  Müraciətde  deyilirdi:  “Bu  bədbəxtlər 



ağlagəlməz  ehtiyac  içindədirlər.  Onlar  o  dərəcədə  mərhumiyyətlərə  düçar 

olmuşlar  ki,  hətta  kömək  istəmək  gücündə  də  deyillər.  Lakin  kənardan  kömək 

olmazsa  onları  qarşısı  alınmaz  fəlakət  gözləyir.  Əsasən  taxıl  əkinçiliyi  ilə 

məşğul olan əhali işlək mal-qaradan, əmək alətlərindən və səpin üçün toxumdan 

məhrum  olmuşlar.  Elə  kəndlər  var  ki,  bir  dənə  inəyi,  bir  dənə  toyuğu  belə 

yoxdur... Aclıq və soyuqdan əmələ gələn xəstəliklər hər gün onlarla insanı məhv 

edir.  Şübhəsiz,  proqramında  xalqın  rifahının  yaxşılaşdırılmasını  əsas  götürən 

bizim  hökumətimiz  daha  çox  ziyan  çəkmiş,  bədbəxtliyə  düçar  olmuş  Şamaxı 

qəzasının  əhalisinə  kömək edəcək. Lakin bu kömək  hər bir vətəndaşı,  xüsusilə 

də  hər  bir  müsəlmanı  ölüm  təhlükəsi  ilə  üzləşmiş  tarixi  ənənəsi  olan  Şirvan 

əhalisinə  kömək  əlini  uzatmaq  kimi  mənəvi  borcdan  və  vətəndaş 

öhdəliklərindən  azad  etmir.  Müsəlman  vətəndaşlar,  Şirvanın  ölüm  təhlükəsi 

altında olan əhalisini xilas edin!” 

Bu müraciətdən sonra vəziyyətin ağır olmasına baxmayaraq, hökumətlə 

yanaşı  Azərbaycanın  müxtəlif  bölgələrinin  Şamaxı  əhalisinə  diqqət  və  qayğısı 

artmışdı. 

Əlamətdar  hal  ondan  ibarətdir  ki,  1918-ci  il  hadisələri  bədii 

ədəbiyyatda da öz əksini tapmışdır. Üzeyir Hacıbəyov, Məhəmməd Hadi, Mirzə 

Bala Məhəmmədzadə, İbrahim Xəlil və digər sənətkarlar bu mövzuda  müxtəlif 

əsərlər yazmışdılar. Bu əsərlər içərisində Cəfər Cabbarlının şamaxılı iki gəncin 

faciəsindən  bəhs  edən  “Əhməd  və  Qumru”  hekayəsi  diqqəti  özünə  cəlb  edir. 

Hekayə  şamaxılı  iki  gəncin-Əhməd  və  Qumrunun  saf  və  ülvi  məhəbbətindən, 

mart  faciəsinin  bu  günahsız  şəxslərə  gətirdiyi  müsibətlərdən  bəhs  edir.  Əsərdə 

valideynləri  erməni  quldurları  tərəfindən  qətlə  yetirilmiş,  evləri  dağıdılmış 

Əhməd  və  Qumru  “Böyük  pəncərələri  qara  kömürlərə  dönmüş,  altun  divarları 

matəmlərə  bürünmüş”,  “əti  tökülmüş  baş  skeletinə  bənzəyən  möhtəşəm” 

İsmailiyyə  binasının  önündə  dilənçi  vəziyyətində  qarşılaşırlar.  Faciə  və 

məhrumiyyətlərin  məngənəsində  tanınmaz  hala  düşmüş,  “Yaralıyam,  şikəstəm, 

Şamaxı  əsiriyəm”,-  yalvarışlarından  bir-birini  çətinliklə  tanıyan  iki  sevgili 

görüşlərinə  sevinsələr  də,  bir-birini  qucaqlamırlar,  daha  doğrusu,  qucaqlaya 

bilmirlər.  Çünki  erməni  vəhşilər  onların  qollarını  kəsmişdilər.  (44)  Fövqəladə 

İstintaq  Komissiyası  Şamaxı  şəhərində  törədilən  cinayətlərdə  əslən  Şamaxıdan 

olub  Bakı  şəhərində  yaşayan  Stepan  Lalayevin,  Şamaxı  şəhərinin  sakinləri 

Qavril  Karaoğlanovun,  Arşak  Gülbəndiyanın,  Mixail  Arzumanovun,  Karapet 

Karamanovun,  Armenak  Martirosyantsın,  Aleksandr  Xaçaturovun,  Mixail 

Xaçaturovun  və  başqalarının,  cəmi  31  nəfərin  Şamaxı  qırğınlarının  başlıca 

caniləri olduqlarını faktlarla sübut etmişdi.  

Komissiyanın  Şamaxı  şəhəri  və  ona  qonşu  olan  kəndlərdə  ermənilər 

tərəfindən törədilən soyqırım hadisələri haqqında topladığı 7 cild, 925 səhifədən 

ibarət  araşdırma  materialları  ermənilərin  cinayətlərinin  ifşasında  mühüm 

əhəmiyyət kəsb edir. 



25 

 

Fövqəladə İstintaq Komissiyası Şamaxı ilə yanaşı Kürdəmir və Göyçay 



qəzasının  Cəngi,  Qaravəlli,  Qarabucaq,  Musafalı,  Xəlil-Qasımbəy,  Ərəb-

Mehdibəyli  kəndlərində,  Sultanov  və  Sadalı  malikanələrində  ermənilərin 

törətdikləri  vəhşilikləri  də  tədqiq  etmişdir.  Tədqiqatlar  nəticəsində  məlum 

olmuşdur  ki,  ermənilər  Kürdəmirdə  56  evi,  127  ayrıca  malikanəni,  2  məscidi, 

“Quran”ın təfsirinə dair zəngin kitabxananı yandırmışlar. (45) 

Azərbaycan  nümayəndə  heyəti  Paris  sülh  konfransında  Fövqəladə 

İstintaq Komissiyasının materiallarının bir hissəsindən istifadə etmişdir. Bundan 

başqa  Komissiyanın  materiallarının  bir  qismi  1919-cu  ildə,  İstanbulda  73 

səhifəlik  “Müsəlman  əhaliyə  qarşı  erməni  vəhşiliyi  haqqında  sənədlər” 

məcmuəsində  fransız  dilində  nəşr  olunmuşdur.  Bütün  bunlar  baş  vermiş 

cinayətlərin  beynəlxalq  aləmə  çatdırmasında  ilk  cəhdlər  olsa  da  o  zaman  üçün 

böyük əhəmiyyət kəsb edirdi. 

Paris  Sülh  konfransında  Azərbaycan  nümayəndə  heyətinin  rəhbəri  Ə. 

Topçubaşov ABŞ prezidenti V. Vilsona 28 may 1919-cu il tarixli müraciətində 

ona digər sənədlərlə yanaşı, Fövqəladə İstintaq Komissiyasının materiallarını da 

təqdim  etmişdi.  Bundan  sonra  obyektiv  informasiya  toplamaq  üçün  Cənubi 

Qafqaza  ABŞ  nümayəndə  heyətinin  göndərilməsi  məqsədəuyğun  sayılmışdı. 

1919-cu  ilin  yayında  ABŞ  tərəfindən  Bakıya  göndərilən  general  Harbord 

hadisələr  barədə  obyektiv  məlumatlar  toplamaq  üçün  müxtəlif  şəxslərlə 

görüşmüşdü.  Ermənilərin  nümayəndəsi  yepiskop  Baqrat  riyakarlıq  edərərək 

ermənilərin  mart  hadisələrində  iştirakını  inkar  etməyə  cəhd  etmişdir. 

Ümumiyyətlə,  Bakıda  fəaliyyət  göstərən  rus  və  erməni  təşkilatları  Fövqəladə 

İstintaq Komissiyasının normal işinə müxtəlif manelər törətməklə yanaşı təzyiq 

kampaniyaları  da  təşkil  etmişlər.  Lakin  bütün  çətinliklərə  baxmayaraq, 

komissiya qısa müddətdə çox böyük işlər görə bilmişdi. 

Fövqəladə İstintaq Komissiyasının fəaliyyət göstərdiyi il yarım ərzində 

müxtəlif  siyasi  və  millətçi  partiyaların  bayrağı  altında  fəaliyyət  göstərən 

ermənilər  tərəfindən  Cənubi  Qafqaz  ərazisində  müsəlman  əhaliyə  qarşı 

törədilmiş  cinayətlər  barədə  35  cildlik,  3500  səhifəlik  materiallar  toplanmışdı. 

Bunların  əsasında  128  məruzə  hazırlanmış  və  194  nəfər  barədə  cinayət  işi 

qaldırılmış,  bundan  əlavə  minlərlə  cinayətkarın  adları  dəqiqləşdirilmişdi. 

Komissiya  həmçinin  Parisdəki  Azərbaycan  nümayəndə  heyətinə  göndərmək 

üçün  95  foto  şəkildən  ibarət  6  cildlik  əlavə  material  və  80  diapozitiv 

hazırlamışdı. 

Lakin təəssüf ki, Azərbaycanın müstəqilliyinin de-fakto tanınmasından 

(11 yanvar 1920-ci il) dərhal sonra qərb ölkələrinin təzyiqi ilə Azərbaycan Xalq 

Cümhuriyyəti  Parlamentinin  2  fevral  1920-ci  il  tarixdə  qəbul  etdiyi  aministiya 

haqqında qanun 1918-ci il soyqırım hadisəsi ilə bağlı məsuliyyətə cəlb olunmuş 

cinayətkarların  cəzalandırılmasının  qarşısını  aldı.  Qanunun  2-ci  maddəsi  ilə 

“milli  düşmənçilik  zəminində  baş  vermiş  cinayətlərə  görə  məsulyyətə  cəlb 

olunanlar” təqibdən və cəzadan azad olunur, 10-cu maddəyə görə isə Fövqəladə 

İstintaq  Komissiyasının  araşdırması  nəticəsində  qaldırılmış  bütün  cinayət 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə