Şamaxi soyqirimi 1918 shamakhi genocide



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix11.03.2018
ölçüsü0,7 Mb.
#31236
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

26 

 

işlərinə  həmişəlik  xitam  verilirdi.  Fövqəladə  İstintaq  Komissiyası  çox  böyük 



çətinliklər bahasına cinayətkarların cüzi hissəsi, 194 nəfərinə cinayət işi qaldırsa 

da, amnistiya qanununun qəbulundan sonra onların hamısı sərbəst buraxılmışdı. 

Pul  kompensasiyası  ilə  zaminə  buraxılmışların  hətta  pulları  da  geri 

qaytarılmışdı.  Lakin  Şamaxıda  qanlı  cinayətlərə  başçılıq  etmiş  Stepan  Lalayev 

cəzadan  qurtara  bilməmiş,  öz  əcəli  ilə  olsa  da  həbsxana  divarları  arasında 

ölmüşdü. (46) 

Şamaxı  soyqırımı  ilə  bağlı  faktlar  beynəlxalq  aləmdə  terrorizmə  qarşı 

mübarizə aparıldığı hazırki vaxtda mühüm aktuallıq kəsb edir. Buna görə də bu 

faktlar  obyektiv  şəkildə  yenidən  araşdırılmalı  və  Şamaxı  soyqırımı  ilə  bağlı 

həqiqətlər beynəlxalq aləmə çatdırılmalıdır. 




27 

 

Nəticə 

 

Hazırda 1918-ci il soyqırımının tədqiqi və beynəlxalq aləmə çatdırılması 



sahəsində  mühüm  işlər  görülməkdədir.  Bəzi  erməni  və  rus  müəlliflərinin  öz 

yazılarında (47) azərbaycanlılara qarşı törədilmiş 1918-ci il soyqırım hadisələrini 

saxtalaşdırmağa, beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhdlər etməsi bu işin daim 

diqqət  mərkəzində  saxlanılmasını  zəruri  edir.  Rus  müəllifləri  tarixi 

saxtalaşdırmaq  üçün,  Kiyev  Rus  dövlətinin  knyazı  ilə  Şamaxı  hökmdarının  qızı 

arsında məhəbbətdən bəhs edən, uydurma “Üç pəhləvan və Şamaxı çariçası” kimi 

cizgi filmləri çəkməkdən belə çəkinmirlər. Təəssüfləndirici hal ondan ibarətdir ki, 

1918-ci  il  hadisələrinə  dövlət  səviyyəsində  siyasi  qiymət  verildikdən  sonra  belə 

özünü  kommunist  adlandıran  bəzi  üzdəniraq  şəxslər  1918-1920-ci  illərdə 

düşmənə  xidmət  göstərmiş  sələflərinin  səhvlərini  təkrar  etməklə  düşmənin 

dəyirmanına su tökməkdə davam edirlər. Onlar  “1917-ci il və  Azərbaycan” adlı 

kitab  yazmaqla,  www.kommunist.az  veb  saytına  müxtəlif  saxta  materiallar 

qoymaqla  ictimai  rəyi  çaşdırmağa  çalışırlar.  Bu  şəxslər  1918-ci  il  hadisələri  ilə 

bağlı sovet dövründə yazılan saxta fikirləri yenidən gündəmə gətirməyə, minlərlə 

dinc azərbaycanlını qətlə yetirmiş cinayətkarları müdafiə etməyə uğursuz cəhdlər 

edirlər.  Onlar  bununla  mənsub  olduqları  xalqa  xəyanət  ediklərinin  fərqinə  belə 

varmırlar. 

Beynəlxalq aləmdə bu cür cəhdlərin olması 1918-ci il hadisələri ilə bağlı 

araşdırma işlərinin daha da genişləndirilməsini zəruri edir. 

Son  illərin  tədqiqatları  nəticəsində  bu  sahədə  yeni  faktların  ortaya 

çıxması  cinayətkarların  ifşasında  mühüm  əhəmiyyətə  malikdir.  Bu  cür  yeni 

faktlara misal olaraq Quba şəhərində 2007-ci ildə şəhər stadionunda tikinti işləri 

aparılarkən  təsadüfən  1918-ci  ilə  aid  kütləvi  məzarlığın  aşkara  çıxarılmasını 

göstərmək olar. Şamaxı ərazisində də bu cür kütləvi məzarlıqların olması etimalı 

böyükdür. Zəngin tarixə malik Şamaxı ərazisində əsasən sovet dövründə arxeoloji 

qazmtılar  aparılmış,  bu  qazmtıların  istiqaməti  fərqli  olduğundan  və  1918-ci  il 

soyqırımına  aid  faktların  toplanması  kommunust  rejiminin  siyasəti  ilə  ziddiyyət 

təşkil  etdiyindən  o  dövrə  aid  mənbələrdə  belə  məzarlıqların  olması  haqqında 

məlumata  rast  gəlinmir.  Buna  görə  də  1918-ci  il  erməni  vəhşiliklərinə  aid  yeni 

tarixi  faktlar  əldə  etmək  üçün  müasir  dövrdə  keçmiş  Şamaxı  qəzası  ərazisində 

arxeoloji  qazmtıların  genişləndirilməsinə  ciddi  ehtiyac  var.  Bəzi  mülahizələrə 

görə, 1918-ci ildə erməni yaraqlıları tərəfindən qətlə  yetirilmiş Şamaxı sakinləri 

Kələxana və Süleyman dərələrində dəfn edilib, gələcəkdə bu ərazilərdə arxeoloji 

qazıntılar zamanı yeni kütləvi məzarlıqların tapılması istisna deyil. 

Müasir dövr tədqiqatları sübut edir ki, 1918-ci il qırğınlarında ermənilər 

müsəlman əhali ilə yanaşı, yəhudilərə, almanlara və digər milli azlıqlara qarşı da 

cinayətlər  törətmişlər.  Bu  dövrdə  ermənilər  tərəfindən  3  minə  qədər  yəhudinin 

həyatına  son qoyulub. Quba  Rayon İcra Hakimiyyətinin Qırmızı qəsəbə inzibati 

ərazi  vahidliyi  üzrə  nümayəndəsi  yəhudi  İsakov  Pisax  Davidoviç  1918-ci  ildə 



28 

 

ermənilərin  Azərbaycanın  müxtəlif  bölgələrində  qırğınlar  və  talanlar  törədərkən 



qətlə  yetirdikləri  dağ  yəhudilərindən  104  nəfərinin,  o  cümlədən  Qırmızı  qəsəbə 

sakinləri olan 18 nəfər yəhudinin siyahısını prokurorluğa təqdim edib. O zaman 

erməni  Amazaspın  rəhbərliyi  ilə  qətlə  yetirilən  yəhudilər  Şimi,  dərəsinə 

atılmışlar. (48) 

1918-ci ildə Qafqaz bölgəsində olan alman qüvvələrinin baş komandanı 

baron  Qres  Kremsenştaynın  “Mənim  Qafqaz  missiyam”  adlı  kitabındakı 

xatirələrindən  məlum  olur  ki,  1918-ci  ilin  dekabrında  ermənilər  Borçalıdakı 

Yekaterinfeld  kəndi  ərazisində  400-dək  dinc  alman  əhalini  də  heç  bir  səbəb 

olmadan öldürüb və kəndin qırağındakı quyuda basdırıblar. (49) 

Hazırda  Respublikanın  əksər  yaşayış  məntəqələrində,  o  cümlədən 

Şamaxıda  1918-ci  il  soyqırım  abidələrinin  qoyulması  və  bu  sahədə  təbliğat 

işlərinin  aparılması  müsbət  qiymətləndirilməlidir.  Türkiyənin  nüfuzlu  “A” 

telekanalı  1918-ci  ilin  mart  günlərində  bolşevik-erməni  qoşun  birləşmələrinin 

Azərbaycanda  həyata  keçirdiyi  soyqırımına  dair  3  bölümdən  ibarət  filmin 

çəkilişinə başlaması da görülən müsbət işlərdəndir. (50) Lakin bu sahədə  işlərin 

daha da gücləndirilməsinə ehtiyac var. 

Tədqiqatlar  sübut  edir  ki,  1918-ci  ildə  Azərbaycanın  demək  olar  ki, 

əksər bölgələrində ermənilər qırğınlar törətmişlər. Bunların bir hissəsi araşdırılsa 

da  bir  çoxu  hələ  də  öyrənilməmişdir.  Buna  görə  də  gələcəkdə  Bakı,  Şamaxı, 

Quba,  Zəngəzur,  Qarabağ,  Naxçıvanla  yanaşı  Kürdəmir,  Göyçay,  Hacıqabul, 

Salyan,  Neftçala  kimi  nisbətən  az  tədqiq  olunmuş  və  ümumiyyətlə  tədqiq 

olunmamış  ərazilərdə  ermənilərin  törətdiyi  cinayətlərin  araşdırılmasına  ciddi 

ehtiyac  var.  Soyqırıma  məruz  qalan,  lakin  tədqiq  olunmayan  ərazilərə  misal 

olaraq  Neftçala  rayonunun  Tataraməhəllə,  Uzunbabalı,  Qaramanlı,  Xıllı,  Bankə 

və s. kəndlərini göstərmək olar. (51) 

Sual oluna bilər ki, 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində nə 

qədər əhali soyqırımın qurbanı olmuşdur? Soyqırıma məruz qalanların dəqiq sayı 

barədə məlumatlar varmı? 

Britaniya  briqada  generalı  R.  Qortonun  8  dekabr  1918-ci  il  Londona 

göndərdiyi  sənəddə  20  min,  R. Mustafazadənin  kitabında  20 min,  A. Balayevin 

kitabında  30  min,  Fövqəladə  İstintaq  Komissiyasının  sənədlərində  30  min, 

Azərbaycan Respublikası Milli Məclisinin nəşr etdiyi kitabda isə 50 mindən çox 

müsəlmanın  1918-ci  ildə  soyqırıma  məruz  qaldığı  göstərilir.  (52)  Lakin  faktlar 

sübut  edir  ki,  gələcəkdə  tədqiqatlar  davam  etdirilməklə  daha  çox  insanın 

soyqırıma məruz qaldığını üzə çıxarmaq olar. 

Ermənilərin  bütün  dövrlərdə,  o  cümlədən  1918-ci  ildə  azərbaycanlılara 

qarşı  törətdikləri  cinayətlər  yəhudilərə  qarşı  1933-1945-ci  illərdə  törədilmiş 

Xolokost  cinayəti  ilə  eyniyyət  təşkil  edir.  Ukraynadakı  Xolokost  Tarixini 

Araşdırma  Mərkəzinin  direktoru  Anatoli  Podolski  azərbaycanlıların  məruz 

qaldığı 1918-ci il soyqırımı haqqında demişdir: “Bu hadisələr ermənilərin əli ilə 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə