Şamaxi soyqirimi 1918 shamakhi genocide



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix11.03.2018
ölçüsü0,7 Mb.
#31236
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

22 

 

müqaviləsinə  əlavə  sazişin  imzalaması  bunu  sübut  edir.  Həmin  müqavilənin 



Qafqazla əlaqədar IV hissəsində aşağıdakı şərtlər irəli sürülmüşdü: 

1)

 



Rusiya almanların müstəqil Gürcüstanı tanıması ilə razılaşacaqlar; 

2)

 



Almaniya  Gürcüstan  ərazisindən  kənarda  və  Türkiyənin  Brest-

Litovsk  müqaviləsi  ilə  müəyyənləşdirilmiş  sərhədlərində  üçüncü  bir  dövlətə 

hərbi yardım etməyəcəkdi; 

3)

 



Almaniya hər hansı bir üçüncü dövlətin Şamaxı və Bakı qəzalarının 

sərhədlərini keçəcəyi təqdirdə ölçü götürəcəkdi

4)

 

Rusiya Almaniyaya ya Bakıdan çıxarılan neftin dörddə bir hissəsini, 



ya da xüsusi aylıq faiz göndərəcəkdi. (37) 

Lakin  bütün  bu  çətinliklərə  baxmayaraq  1918-ci  ilin  6  iyun-20  iyul 

tarixlərində  Ucar,  Müsüslü,  Kürdəmir,  Göyçay,  Qaraməryəm,  Ağsu 

istiqamətlərində  gedən  qanlı  döyüşlərdən  sonra  Şamaxı  düşməndən  azad 

olunmuşdu.  İyulun  19-da  güclü  yağış  yağmasına  baxmayaraq  Qafqaz  İslam 

Ordusunun  13-cü  piyada  taqımı  hücuma  keçərək  20  iyul  səhər  saat  6-00  da 

Göylər, Çuxanlı, Məlik Çobanlı, Mərəz kəndlərini azad etdikdən sonra Şamaxını 

düşməndən  təmizləmişlər.  Çuxanlı  və  Məlik  Çobanlı  kəndlərində  düşmənin  1 

topu, 2 pulemyotu, 1 yük və 1 zirehli avtomobili qənimət olaraq ələ keçirilmişdi. 

Əsirlərin arasında 1 zabit və 4 əsgər olmaqla 5 ingilis hərbiçisinin olması sübut 

edir  ki,  hələ  Sentrokaspi  diktaturası  qurulmamışdan  və  ingilislər  Bakıya 

gəlməmişdən  əvvəl  ingilis  hərbiçiləri  Qafqaz  İslam  Ordusuna  qarşı  döyüşlərdə 

bolşevik-erməni qüvvələrinə gizli şəkildə hərbi yardımlar etmişlər. (38) 

1918-ci ilin avqust-sentyabr aylarında qardaş Türkiyənin Qafqaz İslam 

Ordusunun  Azərbaycan  hərbi  qüvvələri  ilə  birlikdə  Bakıya  yaxınlaşmasından 

təşvişə  düşən  bolşevik  komissarlar  və  Sentrokaspi  diktaturasının  rəhbərləri 

qaçarkən  Bakı  bankından  özlərinə  məxsus  olmayan  milyonlarla  manat  pul 

götürsələr  də,  əhalidən  qarət  etdikləri  səkkiz  qutu  və  iki  torbada  olan  ziynət 

əşyalarını  aparmağa  macal  tapmamışlar.  Bunları  müsadirə  edən  Azərbaycan 

Hökuməti  ciddi  ehiyac  içində  olmasına  baxmayaraq  1918-ci  ildə  quldurların 

əhalidən  qarət  etdiyi  bu  zinət  əşyalarını  sahiblərinə  qaytarmaq  üçün  komissiya 

təşkil etmişdir. (39) 

Bakı  azad  olunduqdan  sonra  1918-ci  il  sentyabrın  17-də  Azərbaycan 

hökuməti  əhaliyə  müraciət  etmişdi.  Hökumətin  başçısı  F.  Xoyski  muraciətlə 

bağlı  demişdi:  “Burada  müsəlmanlar  qırılmış,  namusuna,  canına  təcavüz 

edilmiş, əlindən ixtiyarı qoparılmış,... üç gün davadan sonra şəhər alınmış, əhali 

və  qoşun  şəhərə  acıqlı  girmiş  idi...  hökumət  üç  gündən  sonra  Bakıya  girdi.  O 

vaxtadək nə olmuşsa da hökümət gəldikdən sonra Azərbaycan hökuməti adından 

Bakıya  və  onun  ətrafı  əhalisinə  məlumatla  müraciət  etdi.  Bu  məlumatda 

millətindən, 

dilindən,  asılı  olmayaraq  Azərbaycanda  yaşayan  bütün 

vətəndaşların  bərabər  hüquqa  malik  olduğu,  onların  həyatı,  əmlakı  və 

hüquqlarının qorunacağı, ictimai qayda-qanunu pozanların müharibə qaydası ilə 

cəzalandrılacağı göstərilirdi.” (40) 




23 

 

Hökumətin bu müraciəti Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik - 



daşnak  rejimindən  fərqli  olaraq  sivil,  hüquqi  dövlət  olduğunu  bir  daha  sübut 

edir. 


N.Nərimanov Şamaxı qırğını haqqında yazırdı: “Şamaxıdan  ayıdandan 

sonra...  M.Əzizbəyov  göz  yaşı  içində  şahidi  olduğu  faciəni  mənə  danışdı.  T. 

Əmirovun və S.Lalayevin əvvəllər Bakıda olan silahlı dəstələri yaşına və cinsinə 

məhəl  qoymadan  bütün  azərbaycanlıları  öldürdülər;  onlar  hələ  dünyada 

görünməmiş bir cinayət törətdilər, uşaqları süngü və qılıncdan keçirir, adamları 

məscidə toplayıb kerosin töküb yadırırdılar. Mənim üçün aydın oldu ki, Bakıda 

Sovet  hakimiyyəti  daşnaklardan,  asılıdır.  Bu  da  aydındır  ki,  erməni  bandaları 

tərəfindən  azərbaycanlı  əhaliyə  edilən  bu  qədər  zülmdən  sonra  Azərbaycan 

proletariatının  Sovet  hakimiyyətindən  üz  döndərməyə  öz  burjuaziyasının 

hamiliyi altına keçərək, ondan və Türkiyədən kömək gözləməyə haqqı var idi”. 

(41) 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (may 1918-aprel 1920) 1919 



və  1920-ci  il  martın  31-i  Milli  Matəm  günü  kimi  qeyd  edilib.  Bu  dövrdə  nəşr 

olunan  “Azərbaycan”  qəzetinin  səhifələrində  azərbaycanlılara  qarşı  ermənilərin 

törətdikləri  vəhşiliklərə  aid  çoxlu  sayda  tükürpədici  faktlar  yazılmışdı.  Həmin 

dəhşətli günlərin şahidi olmuş alman A.Y.Kluqe 1918-ci il hadisələri haqqında 

yazırdı ki, ermənilər  müsəlman (azərbaycanlı)  məhəllələrinə soxularaq hər  kəsi 

öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə 

gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları 

kəsilmiş,  qarınları  yırtılmış,  cinsiyyət  orqanları  doğranmışdır.  Ermənilər 

uşaqlara  acımadıqları  kimi,  yaşlılara  da  rəhm  etməmişdilər.  M.Ə.Rəsulzadə 

A.Y.Kluqeyə istinadən yazırdı:  “Kluqenin, digər əcnəbilərin o günlərin xatirəsi 

olmaq  üzrə  almış  olduqları  və  bu  gün  əllərdə  mövcud  olan  fotolar  çox  faciəli 

mənzərələri  əks  etdirir.  Bir  yığın  qızlı-erkəkli  cocuq  ölüləri  üzərində  qocaman 

çoban  köpəkləri  bu  məsum  yavruları  gəmirir...  Çılpaq  bir  qadın  yerə  sərilmiş, 

ölmüş... bu ölü vücudun qurumuş məməsini canlı bir yavru əmməkdədir...” 

Bu  kimi  faktların  yer  aldığı  M.Ə.Rəsulzadənin  redaktorluğu  ilə 

Münhen şəhərində nəşr olunan “İstiqlal” qəzetinin 1933-cü il 1 aprel tarixli 31-

ci sayı demək olar, bütünlüklə 1918-ci il qırğınlarının 15 illiyinə həsr edilmişdi. 

(42) 


M.  Ə.  Rəsulzadə  Şamaxı  faciəsi  barədə  yazırdı:  “Əski  Şirvanşahların 

bu  qədim  paytaxtı  bir  həmlədə  atəşə  verilib  məşhur  tarixi  cameyə  varıncaya 

qədər  yaxıldı...  Şamaxının  düçar  olduğu  təcavüzə  Lənkəran,  Salyan,  Quba, 

Nəvahi  və  Kürdəmir  kimi  qəza,  şəhər  və  qəsəbələr  dəxi  məruz  qaldı.  Bu 

təcavüzlər  əsnasında  yaxılan  xanımanların,  qıyılan  ərz  və  namusların,  kəsilən 

qarı qocaların, yağmaya gedən mal və məvaşinin təsviri qeyri-qabili-təsəvvür bir 

faciə təşkil edir. (43) 

Mart hadisələrinin ildönümündə “Azərbaycan” qəzetinin 31 mart 1919-

cu  il  tarixli  sayında  Fövqəladə  İstintaq  Komissiyasının  sədri  Ələkbər  bəy 

Xasməmmədovun  ağır  vəziyyətdə  olan  şamaxılılara  kömək  üçün  Azərbaycan 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə