Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə93/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   89   90   91   92   93   94   95   96   ...   145

 
213
– Incimək nədi, a Fəttah dayı? – dedi və yanında dayanmış Mürşüdün qıvrım 
saçlarını qatışdırıb başını sinəsinə  tərəf sıxdı. – Yadında saxla atanın bu sözlərini. 
Hikmətdi bunlar... 
Fəttah dayı dedi: 
– Atasının sözləri yox, elin-obanın sözüdü bunlar. Milyon-milyon mənim kimi 
Fəttah dayılar gəlib, Fəttah dayılar gedib, Süleymana qalmayan dünyadı... Elin 
sözüsə qalıb... – Fəttah dayı baltanı yenə başının üstünə qaldırdı  və: – Dərslərini 
yaxşı oxusunlar, özlərinə bir gün qazansınlar, vaxt gələcək bu sözlər öz-özünə gəlib 
düşəcək yadlarına – deyib zərbəni vurdu; kötüyün üstündəki yoğun odun yenə bir 
zərbəyə ikiyə bölündü. 
Balaca qız gəlib onların yanında dayandı və maraqla tanımadığı əmiyə baxdı. 
Gündüz Kərimbəyli soruşdu: 
– Sənin adın nədi? 
Qız cavab vermədi. 
– Dilin yoxdu sənin, hə? 
Qız dilini çıxarıb göstərdi. 
– Varıymış ki!.. – Və yalnız bundan sonra Gündüz Kərimbəyli uşağın sol 
qolunun bədəninə sarıldığına fikir verdi. 
– Bu qızın qoluna nə olub belə? 
Güldəstə başındakı şalı düzəldə-düzəldə: 
– Solaxaydı, – dedi. – Bağlamışam ki, sağ əlini işlətsin.  
Qız anasına tərəf baxdı, sonra üzünü qonağa tutub bağlı əlini tərpətdi və sübh 
tezdən düşdüyü bu bəladan xilas olmaq üçün ondan imdad istədi: 
– Mən istəyirəm ki, sağ əlim bu olsun. – Yenə sol əlini tərpətdi. 
Gündüz Kərimbəyli güldü. Güldəstə  də gülümsəyib başını buladı, yəni ki, 
bunun belə balacalığına baxmayın, şeytana papış tikər.  
Fəttah dayı dedi: 
– Gör bir nə istəyir ha! – və o da güldü, sonra üzünü qonağa tutub soruşdu: 
– Əl-üzünü yumusanmı? 
– Şüşəbənddəki əlüzyuyanda yudum. 
– Əşşi, o yuyunmaq deyil ki... Mürşüd, yeri su tök, əmin üzünü yusun. 
Mürşüd birinci mərtəbədəki otağa girib bir dolça su gətirdi və elə  həyətin 
ortasındaca Gündüz Kərimbəylinin  əlinə tökdü. Gündüz Kərimbəyli suyu üz-
gözündə şappıldada-şappıldada: 
– Bu lap qiyamət iş oldu!.. Borclu borclunun sağlığını istər, a Fəttah dayı! – 
dedi. 
Fəttah dayı da sırıqlısının döş cibindən çıxartdığı  qəlyanı ağzına qoyub: 
– Borc almaq başlanan yerdə dostluq pozular, – dedi. – Nə borc? Öz evin bil 
buranı. Nə  qədər ki, buradasan, gözümüz üstə yerin var. Özünü möhkəm tutasan 
gərək, vaxtında yeyib-içəsən. Işin sənin ağır işdi... 
VIII 


 
214
Prokuror Dadaşlı sobanın qarşısında  əyilib maşa ilə ocaqda yanan odunları 
yerbəyer elədi. Isti dəydikcə onun ətli sifəti daha da pörtür, qızarırdı; sonra maşanı 
sobaya söykəyib belini düzəltdi və hər dəfə adamın heyrət etdiyi yüngül addımlarla 
mizin arxasına keçib əyləşdi. 
Gündüz Kərimbəyli kürkünü dizlərinin üstünə salıb yumşaq kürsüdə oturmuşdu 
və  Fəttah dayının bankaları da öz işini görmüşdü; mühüm işlər müstəntiqinin 
görkəmi indi yenə sağlamlıqdan və cavanlıqdan xəbər verirdi.  
Cinayət axtarışı üzrə baş inspektor, kapitan Cabbarov arıq, uzun kişi idi, yuxarı 
başı prokurorun mizinin tən ortasına söykədilmiş uzun stolun arxasında oturmuşdu 
və qarşısındakı qovluğun içindəki kağızlara baxırdı. Sonra o, araya çökmüş sükutu 
pozdu: 
– Altı ildi mən bu rayonda işləyirəm. Elə bilirdim ki, bura, dünyanın ən sakit 
guşəsidi. Oğurluq olub, dava-dalaş olub, alver olub, amma ölüm hadisəsi olmayıb. 
Balaca rayondu, adamlar bir-birini tanıyır, mehribandı... Birdən-birə bu cür 
soyğunçuluq... 
Gündüz Kərimbəyli ayağa qalxıb kürkü kürsünün üstünə atdı və: 
– Bunları eşitmişəm! – dedi, sonra pəncərəyə tərəf yaxınlaşıb dayandı. 
Yenə yavaş-yavaş sulu qar yağırdı  və bir dəstə  uşaq bunun fərqinə varmayıb 
suya, palçığa bata-bata futbol oynayırdı. 
Gündüz Kərimbəyli gözlərini futbol oynayan uşaqlardan çəkməyərək dedi: 
– Soyğunçuluğa oxşamır bu... 
Araya sükut çökdü və kapitan Cabbarov gözlərini qovluqdakı kağızlardan çəkib 
prokurora baxdı. Prokuror Dadaşlı mizə dirsəklənib  ətli çənəsini hər iki ovcuna 
söykədi və altdan-yuxarı mühüm işlər müstəntiqinə baxdı. 
Küçədən bir yük maşını keçib səkiyə  çıxmış  uşaqların üst-başını, üz-gözünü 
tamam lığ elədi. Uşaqlar maşının ardınca əllərini-qollarını oynada-oynada yəqin ki, 
sürücünün qarasına deyindilər və sonra yenə  də küçənin ortasına düşüb oynamağa 
başladılar. 
Gündüz Kərimbəyli pəncərədən aralanıb kapitan Cabbarovla üzbəüz oturdu: 
– Mən Mahmud Qəmərlinskinin soyğunçuluq məqsədilə öldürülməsini tamam 
inkar etmirəm. Hər  şey ola bilər... Amma bir məsələ  məni çox düşündürür. O, 
nəfəsini dərməmiş  nə üçün evdən çıxıb, özü də  tək? Ürəyi qısılıb? Ola bilər. Bəs, 
niyə həyətdə, evin qabağında gəzişməyib, gəldiyi yolla düz geri qayıdıb? Deyirsiniz 
ki, Mahmud Qəmərlinski gəzməyə çıxıb. Şübhə edirəm buna. Fazil müəllimin evi ilə 
hadisə baş verən yer arasında xeyli məsafə var. Palçıqlı, sulu bir yoldu. Arada isə, 
Fazil müəllimgilin evlərinin yaxınlığında, lap yolun üstündə parkdı. Niyə orada 
gəzişməyib? Palçıq yox, su yox... Vağzala qayıdırmış? Nə üçün? Bakıya qayıtmaq 
istəyirmiş?  
Kapitan Cabbarov dedi: 
– Gecə vaxtı burdan Bakıya gedən qatar yoxdu. 
Gündüz Kərimbəyli onun sözlərini təsdiq etdi: 
– Elədir, mən də yoxladım bunu. Ikincisi, bu cür tələsik Bakıya qayıtmaq üçün 
bir səbəb olmalı idi. Nə ola bilərdi? Nəvəsi ilə sözləşib? Belə tezliklə? Bəlkə Fazil 
müəllim düz demir? 
Prokuror Dadaşlı  nəyəsə etiraz etmək istədi. Gündüz Kərimbəyli ona macal 
vermədi: 


 
215
– Bütün bunların hamısı rəvayətlərdir, yoldaş prokuror. Əgər Fazil müəllim düz 
demirsə, daha məntiqli bir yalan uydurmaq olmazdı? Olardı... Özü də Fazil müəllim 
küt adama oxşamır... Bu saat, mənim fikrimcə, ən əsas məsələ budu: Qəmərlinski nə 
üçün tələsik evdən çıxıb, nə üçün birbaş vağzala tərəf qayıdıb, yəni nə üçün gəldiyi 
yolla da geri qayıdıb? 
Prokuror Dadaşlı mizin orta gözünü çəkib siqaret çıxartdı  və Gündüz 
Kərimbəyliyə təklif etdi.  
Gündüz Kərimbəyli: 
– Çox sağ olun, – dedi. – Çəkən deyiləm. 
Prokuror Dadaşlı siqareti yenidən mizin üstünə qoyub: 
– Mən də  çəkən deyiləm, – dedi və ayağa qalxıb sobaya yaxınlaşdı, yenə 
maşanı götürüb ocağın közünü qarışdırdı, sonra belini düzəldib mühüm işlər 
müstəntiqinə baxdı. – Deməli, Qəmərlinski başqa bir məqsədlə öldürülüb. Izi də 
yayındırmaqdan ötrü cibindən saatını, portmanatını çıxarıblar... 
Bir müddət yenə araya sükut çökdü. Prokuror Dadaşlının sözlərindəki rişxəndi 
sezmək üçün Tarix - Nadiri yarısına kimi oxumaq lazım deyildi. Sükutu Dadaşlının 
özü pozdu: 
– Bu ki, lap standart oldu, yoldaş mühüm işlər müstəntiqi... 
 Gündüz Kərimbəyli prokuror Dadaşlının pörtmüş sifətinə baxıb gülümsədi: 
– Standart nədi? Standart da, şablon da, trafet də gündə gördüyümüz, gündə 
təsadüf etdiyimiz şeylərdi, elə deyil? 
Prokuror Dadaşlı mühüm işlər müstəntiqinin sualına cavab vermədi; pərtliyi 
hələ keçib getməmişdi və o, həmişəki yüngül və ahəstə addımları ilə öz mizinə tərəf 
gələ-gələ: 
–  Əlbəttə, – dedi, – sizin «nə üçün?» – sualınızda bir həqiqət var. Bunun 
üstündən elə-belə keçmək olmaz. Amma, axı, bu tərəfdən də bir «nə üçün?» – çıxır. 
Oğru Imaşın ki, bu işlərdə bir barmağı yoxdu, niyə danır ki, vağzalda olub? Bir 
səbəb var ki, danır də... 
Prokuror Dadaşlı iki əlini də mizə söykəyib mühüm işlər müstəntiqinə  tərəf 
əyildi və bu dəfə rəsmi yox, yana-yana dedi: 
– Adamtanıyanam mən! Imaş kimilərini yaxşı tanıyıram, dabbaqda gönlərinə 
bələdəm bu köpəkuşağının! Bağışlayın... Canavar ac olanda kəndin, rayonun 
həndəvərində dolanar... Gəlib sümsünüb vağzalda, görüb ki, Bakıdan gələn adamdı, 
qolunda da qızıl saat, nə bilsin ki, kişi pensiya ilə dolanandı, portmanatında da otuz 
manat pul... Qaralayır onu, özü də bilirsiniz, o fikirlə yox ki, bu saat öldürəcək bunu, 
var-dövlətinə sahib olacaq, yox, elə-belə, necə deyim, sövq-təbii... Kişinin evdə 
ürəyi qısılıb... Sizin  «nə üçün?»ünüz burada başlayır. Hər halda, Qəmərlinski evdən 
çıxıb. Oğru Imaş soyuqdan büzüşə-büzüşə, cibində siçanlar oynaya-oynaya
öyrəncəli  əlləri də gicişə-gicişə yenə onunla rastlaşır. Bəlkə elə söhbətə başlayır 
onunla, dünyanın dərdindən-sərindən danışır... Sonra da bitirir kişinin işini! Ola bilər 
bu cür, vicdan haqqı ola bilər! Mən yaxşı tanıyıram bu... – Prokuror Dadaşlı demək 
istədiyi açıq-aşkar yağlı bir sözü udub soruşdu. – Ola bilməz belə, hə? 
Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli gülümsədi və: 
– Bütün bunlar hamısı rəvayətlərdir, – dedi. – Sizin söylədikləriniz də, mənim 
mülahizələrim də... – Sonra ayağa qalxıb telefon aparatına yaxınlaşdı. – Buradan 
Bakını avtomatla yığmaq olur? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə