Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   38   39   40   41   42   43   44   45   ...   97

quberniyasının Cavad qəzası  İranın  Şahsevən quldurlaının köməyi ilə üsyana 
hazırlaşir köməyi general Səlimovdan alırdı. 
Sonrakı ittihamlardan məlum olur ki, niyə məhz general Səlimovu, Naxçıvan 
hərbi komissarını onun vəzifəsinə, sənətinə heç bir dəxli olmayan ticarət malı 
gətirməyə İrana göndərmişlər. Bunların hamısı mərd general Həbib bəy Səlimovu 
həbs etmək üçün hazırlıq idi. 
Bir ay yarım həbsxanada üzünə oxunan yalançı ittihamları  və üzləşmələri 
yazılı şəkildə rədd edən milli ordu generalı Həbib bəy Səlimovu güllələmək üçün 
“İran məsələsi” bolşeviklərin əlində daha əsaslı fakt olub. 
1920-ci il oktyabrın 15-də agent məlumat verir ki, general Həbib bəy 
Səlimovun təşkilatı ilə bağlı aşağıdakılar öyrənə bildim: 
“General keçmiş rus ordusunda polkovnik rütbəsində xidmət edib. Baş 
Qərargah Akademiyasının məzunudur. Azərbaycan hökuməti onu general-mayor 
rütbəsilə  təltif edib. Təşkil etdiyi əksinqilabi dəstəni ingilislər maliyyələşdirir. 
Dəstənin fəaliyyət dairəsi Araz çayının sahilləridir. Onun əksinqilabi dəstəsinin 
üzvləri quldur ağqvardiyaçıların və  şahsevənlərin qalıqlarından təşkil olunub. 
Komandir heyəti ağqvardiyaçı zabitlərdən, gürcü və ermənilərdən ibarətdir. Təşkil 
olunmuş  dəstənin məqsədi:  əgər gürcülər və ermənilər hücuma keçərlərsə, Bakı-
Tiflis yolunu onların köməyi ilə bağlamaq.  Ənvər paşa ilə  hələ heç bir əlaqələri 
yoxdur. General Həbib bəy Səlimov Müsavat hökuməti vaxtı  Xəlil paşa ilə 
apardığı münaqişəyə  və yaramaz hərəkətlərinə görə müsəlman  əhalisi arasında 
hörmətə malik deyil”. 
General-mayor Həbib bəy Səlimova məxsus 1920-ci il 19 dekabr tarixli 
istintaq işinin doxsan doqquzuncu səhifəsindən üçlüyün çıxarışı: 
“Əksinqilabi fəaliyyətdə günahladırılan sabiq general-mayor Həbib bəy 
Yusif oğlu Səlimovun 1241 saylı  işinə baxıldı. Onun günahları  aşağıdakıların 
ibarətdir. 
1. Sovet hökumətinə qarşı əksinqilabi mübarizəsi, Müsavat ordusunu döyüş 
hazırlığında saxlaması və rəhbərliyi. 
2. Gəncə üsyanı zamanı Sovet Azərbaycanından qaçmaqda və  İrandan 
gəlmiş qiyamçı dəstələrin Muğanda Qızıl orduya qarşı döyüşlərə rəhbərlikdə. 
3.  1919-cü üdə Muğanda inqilabçı kəndliləri tərksilah etməkdə və qarətdə 
günahlandırılır.  Səlimova qarşı yürüdülən ittihamlar və bir sıra başqa cinayətlər 
istintaq zamanı  təsdiq olunmuşdur. Qərara alındı: Sovet hökumətinə qarşı  çıxan 
Həbib bəy Yusifoğlu Səlimov güllələnsin. Ondan əmlak müsadirə olunsun və 
respublikanın gəlirinə keçirilsin. Cinayət işi və aktlar arxivə təhvil verilsin. 
Əslini imzaladı: XI Ordunun xüsusi söbə rəisi Pankratov və böyük müstəntiq 
Qubin”. 
Naxçıvan Mərkəzi Dövlət Arxivində saxlanılan səksən iki nömrəli protokol 
isə cəsur general haqqında ağ yalanla doludur. 1920-ci il avqustun iyirmi ikisində 
Naxçıvan komyaçeykasının iclasında hərbi komissar Starovun sədrliyi və 
Fyodorovun katibliyi ilə yeddi nəfər bolşevik müsavat generalı  Həbib bəy 
Səlimovun “fəaliyyəti barədə  işə baxıblar. Lakin cəmi üç nəfər – “troika” 
dindirilmişdir. 


Birinci  şəxs  Şaxtaxtmski: “General Səlimov zəhmətkeş xalqın satqındır, 
səbatsızdır. O, Bakıdan İrana qaçdı və oradan Naxçıvana gəlib camaatı dilə tutdu 
ki, əhali razılıq versin, onun polku 600 əsgər, 10 ədəd top və bir neçə pulemyotla 
Naxçıvana gəlsin. O, Sovet hökuməti  əleyhinə  təbliğat aparırdı. Lakin indiki 
hökumətə qarşı günahını boynuna almır. Alayın silahlarını  İranda satıb 
mənimsəmişdir”. 
İkinci  şəxs Rüstəmov: “Mən  Şaxtaxtinskinin dediklərini təsdiq edirəm və 
əlavə olaraq bildirirəm ki, general Səlimov yerli əhalini başa salırdı ki, onun 
başçılığı ilə Naxçıvana yeni alay toplasın və bolşeviklər əleyhinə vuruşsunlar. O, 
həqiqətən Sovet hökuməti əleyhinə təbliğat aparırdı...” 
Üçüncü  şəxs Xəlilbəy: “Daşnaklar  Şuşaya hücum edəndə (1920-ci il mart 
ayında - S.N.) Azərbaycan hökuməti korpus təşkil edib Səlimovun başçılığı ilə 
cəbhəyə daşnaklarla vurusmağa göndərdi. Lakin Səlimovun təcrübəsizliyi və 
korpusa başçılıq edə bilmədiyindən, xeyli yaralı  və ölüm hadisələri olmuşdur. 
Lakin mən qarışandan sonra döyüş müvəffəqiyyətlə basa çatdı və daşnak hücumu 
darınadağın edildi  ”. 
Bütün bunlardan sonra Azərbaycan hökuməti ona 242-ci polka və üçüncü 
kavpolka başçılıq etməyi tapşırdı. O vaxtkı qırmızılar Bakıya yaxınlaşırdı, mən ona 
təklif etdim ki, qırmızıları müdafiə etsin. O, söz versə də, sözünü yerinə yetirınədi, 
satqınlıq elədi. Sovet hökuməti əleyhinə təbliğat aparınağa basladı”. 
Yekunda: yoldaş Startov təklif etdi ki, general Həbib bəy Səlimovu həbs 
edib XI ordunun hərbi sovetmin sərəncamına göndərınək.  
Bütün bu yalançı ittihamlardan sonra bolşeviklər general Həbib bəy 
Səlimovu 1920-ci  il dekabrın 30-da, saat 10.30 dəqiqədə güllələdilər. İstintaq 
işində Həbib bəyə yürüdülən ittihamlardan biri də onun əmlakının müsadirə 
olunmasıdır. Bəs nəyi vardı Həbib bəy Səlimovun? Sənədlərdə göstərilir ki
subaydır, 39 yaşı var. Qardaşı ilə birgə yaşayır, iki desyatin torpağı və üç desyatin 
dədə-baba bağ sahəsi... Vəssalam  
 
 
DAŞINAN SƏNƏDLƏR 
(General İbrahim ağa Vəkilovun raport və məktubları) 
 
 
ДОНЕСЕНИЕ ГЯНДЖИНСКОГО ГУБЕРНАТОРА 
МУСАВАТСКОМУ МИНИСТРУ ВНУТРЕННИХ ДЕЛ 
О НЕОБХОДИМОСТИ ПОСЫЛКИ ВОИНСКИХ ЧАСТЕЙ ДЛЯ 
БОРЬБЫ С ОТРЯДОМ КЕРБАЛАЯ АСКЕР 
12 ноября 1918 г. 
 
В  допалнение  представления  моего  от 10 сего  ноября  за  № 7459 и 
телеграммы  от 11 числа  сего  же  месяца  за  № 7482 , донашу  вашему 
высокопревосходительству,  что  с  появлением  в  Дезгамском  районе 
Ганджинского  уезда  разбойничьей  шайки  под  предводительством  Кербалая 
Аскера  и  Рустама,  полажение  там  стало  весьма  серьезным  и  если  против 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə