Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   37   38   39   40   41   42   43   44   ...   97

 
 
Dünənki döyüş göstərdi ki, ermənilər bütün vasitələrdən istifadə ediblər. 
Əsgəran cəbhəsində Dilicandan gəlmiş,  əla təlim edilmiş  və çox gözəl döyüş 
aparan Dəli Qazarın partizanları bir yerə  cəmləşiblər.  İndiki partizanlara ümid 
bəsləmək olmaz. Onlara kəsərli söz, xalqa çoxlu pul və bütün başqa vasitələrlə 
köməklik göstərınək lazımdır ki, onlar Vətənə daha böyük həvəslə xidmət etsinlər. 
Təkrar edirəm, məsələ çox ciddidir, artıq Ermənistan və Azərbaycan arasında 
Qarabağda gizli müharibə gedir. Hər tərəfdən patronlar tələb edirlər. Onların 
neçəyə olursaolsun, alınıb gətirilməsi vacibdir. Hazırda dövlətm ehtiyatları 
Gəncədən Araza qədər ərazidəki cəbhə üçün düşmən üçün müqayisədə həddindən 
artıq azdır. Ancaq etibarlı  və yaxşı  təşkil olunmuş partizanları müvəqqəti sizin 
tərəfə yönəldə bilərlər. 
 
General Həbib bəy SƏLİMOV,  
31 mart 1920-ci il.” 
 
 
 
“Hərb nazirinə 
 
...Bu vəziyyət yerli əhali arasında çaxnaşma yaratdı. Onlar bizim Ağbulaq 
yaxınlığında dayanan alayımızı  xəbərdar etmədən çaxnaşma sahr və qaçırlar. 
Abdal kəndində olan əsgərlərin bir hissəsini də arxalarınca aparırlar. 
Bütün bunlar aralarında iki minə yaxın silahlı şəxslər olan Ağdam əhalisinin 
gözləri qarşısmda baş verirdi. 
Bir nəfər belə gülablıların köməyinə gəlmədi,  əksinə, iki-üç yüz erməninin 
Gülablıda görünməsi onları çaxnaşmaya saldı,  əlbəttə, onlar səs-küyə salaraq 
mərkəzə teleqram vurdular və Bakı da tez onların köməyinə gəldi. 
Mən Qarabağa baş verən hadisələrdən xəbərdaram və şəraitə   görə mümkün 
olan bütün tədbirlərdən istifadə edirəm. Lakin, Abdllıların, Gülablıların, Xaçinki 
kənd əhalisinin arzusu ilə qoşunu bilmirəm. Ayın on doqquzunda səhər saat 10-da 
mən özüm Ağdamda oldum, partizanlar üçün məhkəmə qurdum, lazım olan 
tədbirləri gördüm. Nəticədə biz Güləbird kəndini, “Qızıl” hündürlüyünü tutmuşuq, 
Abdal kəndinə hücumu davam etdiririk. 
Mənə inanın ki, mən özüm qorumuram, şəxsən olduğum və komandirlik 
etdiyim yerlərdə düşmənin qəflətən yaxalanmasına yol verməyəcəyəm. 
Tatar alayının dərhal Cəbrayıla gəlməsinin böyük əhəmiyyətı olar çünki bu 
alayın əksəriyyətmi ləzgilər təşkil edir, bu da Quba qəzasında az fayda verə bilər. 
 
General Həbib bəy SƏLİMOV, 
10 aprel 1920-ci il, Şuşa.” 
 
 
“Bakı, general-leytenant Əliağa Şıxlinskiyə 
 


Dronun (Qarabağ  ərazisində döyüşən erməni-daşnak silahlı birləşmələrinin 
komandiri - Ş.N.) qüvvələrinin hücumu zamanı  Şuşa  şəhərinin vəziyyətmin nə 
dərəcə  ağır ola biləcəyini nəzərə alaraq, ermənilərə Cavad qəzası süvari 
qoşunlarının köməyi ilə  Cəbrayıl qəzası  tərəfindən güclü təzyiq göstərilməsini 
lazım bilirəm. Eyni zamanda İran  şahsevənləri Zəngəzur qəzasına soxulsaydılar, 
daha yaxşı olardı. Geniş hücum əməliyyatı aparmaq üçün tək Cöbrayıl qəzasının 
vəsaiti kifayət deyildir. 
 
ADR-in Qarabağ ərazi 
qoşunlarının komandanı, 
general Həbib bəy SƏLIMOV, 
31 mart 1920-ci il.” 
  
    “...Bizimkilərin geriyə qaçmalarının qarşısını özüm rəhbərlik etdiyim yüz 
nəfərlik parlament mühafizə  dəstəsi ilə aldım. Artilleriya, xüsusilə podpolkovnik 
Nəbibəyovun batareyası  əla atışırdı, lakin təssüf ki, batareya komandiri hissə 
qapılıb batareya ilə  həmləyə keçdi. Hal-hazırda ermənilər  Əsgəranı, Xanabad 
kəndini, 3360-cı yüksəkliyi, Daşbaşı kəndini tuturlar. 
Ümumiyyətlə, biz döyüşərək erməniləri iki verst geri çəkilməyə  məcbur 
etmişik. Aşağıdakı itkiləri vermişik: alayın... praporşik Nəcəfəliyev və on altı əsgər 
öldürülüb. Parlamentin mühafizə  dəstəsindən podporuçik Dauşvili, praporşik 
Əsgərov, Ərəbov yaralıdırlar. Əsgərlərdən yeddi nəfər ölmüş və on beşi yaralıdır. 
Döyüşçülərin əhval-ruhiyyəsi yaxşıdır. Düşmən çox böyük itkilər vermişdir, 
tək Xaramutda 60-a qədər düşmən cəsədi sayılmışdır. 
 
General Həbib bəy Səlimov  
1 aprel 1920-ci il, Ağdam.” 
  
 
* * * 
 
1918-20-ci illərdə Milli Azərbaycan Ordusunun yaranmasında  əvəzsiz 
xidmətləri olan general Həbib bəy Səlimov 1881-ci ildə Naxçıvanda anadan olub. 
Cümhuriyyət dövrünün ən görkəmli sərkərdələrindən biri, general-mayor 
Həbib bəy Hacı Yusif oğlu Səlimov 1918-ci il martın 4-də Petroqradda Baş 
Qərargah Akademiyasını bitirib. 
Baş Qərargah rəisi kimi mühüm vəzifəyə təyin olunan Həbib bəy nə kabinet, 
nə də məiyyət generalı olmamışdır. Milli ordumuzun ilyarımlıq fəaliyyətində daim 
ön cəbhədə olmuş, fitri hərbi istedadı ilə Azərbaycanın müstəqilliyinə  təcavüz 
etmək istəyən silahlı düşməni məhv etmişdir. Təəsüf ki, bu şöhrətm ömrü uzun 
çəkmədi. Həmin ilin aprelində ölkəmizə basqın edən bolşevik-daşnak qüvvələri 
mərd və yenilməz general Həbib bəy Səlimovu məhv etmək üçün min bir 
fəndkirliyə əl atdılar. 
Respublika Milli Təhlükəsizlik Nazirliyinin arxiv sənədlərindən öyrənirik ki, 
may ayında Həbib bəy Səlimov Naxçıvana hərbi komissar təyin olunur. 1920-ci il 


iyulun 19-da Naxçıvan  şəhər general-qubernatorunun 3402 saylı möhürlü rəsmi 
sənədi ilə  Təbriz  şəhərinə ticarət məsələləri ilə  məşğul olmaq üçün on dörd 
günlüyə ezam olunur. 
Avqustun 26-da Naxçıvan İnqilab komitəsinin sədri XI ordunun xüsusi şöbə 
rəisi, cəllad Pankrotova yazılı məlumat verir kı, Həbib bəy Səlimov iyunun 30-da 
qayıtdı. Qızıl ordunun ehtiyacı olduğu ticarət məhsullarından kifayət qədər gətirə 
bilmişdir. 
Sentyabırın 1-də  həbs olunan general Həbib bəy Səlimov üçün 2017 saylı 
həbs vərəqəsi yazılır. Yalançı ittihamların “bayramı” başlayır. Adamın varlığını 
sarsıdan odur ki, Qubin soyadlı rusdan başqa yalançı ittihamların əksər müəllifləri 
öz dindaşlarımızdır. Onlar çalışır ki, general Həbib bəyin yuxarıda xatırladığımız  
Əsgəran, Muğan və  Lənkəran döyüşlərində  əvəzolunmaz xidmətilərini dansınlar. 
Alınmır, ağ yalan belə igid generalın hərbi fəaliyyətinə  ləkə sala bilmir. Onda 
naxələflər başqa fəndə əl atırlar. Devirlər ki, 1918-ci ildə türk generalı Nuru paşa 
Azərbaycana gələndə  Həbib bəy Səlimov onun ordusunda bolşeviklərə qarşı 
döyüşlər aparmışdır. 
Bu tarixi fakt həqiqətən olmuşdur. Gəncədən sonra cəbhəni iki yerə - şimal 
və cənub qruplarına ayıran Nuru paşa cənub qrupunun komandiri polkovnik Həbib 
bəy Səlimovu təyin etmişdi. 
Hətta sonralar vətəni Türkiyədə “Böyük hərbdə Bakı yollarında 5-ci Qafqaz 
piyada firqəsi” adlı kitab yazan türk polkovniki Rüştü bəy Həbib bəy Səlimovu 
əsərində igid bir sərgərdə kimi xatırlayır: “Cəsur, döyüş texnikasını gözəl bilən 
türk ordusunun vüksək rütbəli zabitləri tərəfindən layiqincə qiymətləndirilən 
polkovnik Həbib bəy rus ordusunda yetişmiş azərbaycanlı zabitlərdəndir”. Qəribə 
burasıdır ki, bolşeviklərə quyruq bulayıb Həbib bəy Səlimov haqqında iftira, 
ittihamlar verən dindaşımız rotmistrin özü də türklərlə birgə döyüşlərdə  iştirak 
etmişdi. Milli Təhlükəsizlik Nazirliyinin arxiv sənədlərindən öyrənə bildim ki, 
rotmistri (nüfuzlu nəslinə hörmətim olduğuna görə rotmistrin adını, soyadını 
çəkmək istəmirəm) 1926-cı ildə bolşevik ÇK-sı Solevetsk adalarına ömürlük 
sürgünə göndərib. Atalar demişkən, özgəyə quyu qazanın özü də düşər. 
Yuxarıda xatırlatdım ki, general Həbib bəy Səlimovun milli orduda vəzifəsi 
Baş  Qərargah rəisi idi. Peşəkar hərbçilər yaxşı bilirlər ki, qərargah ordunu idarə 
edən ağıl, beyin deməkdir. Məgər dünya şöhrətli sərkərdə, hərbiyyə naziri Səməd 
bəy Mehmandarov və onun müavini “artilleriyanın allahı”  Əliağa  Şıxlinski kimi 
peşəkar hərbçilər, bolşeviklərə quyruq bulayan rotmistrin zəif komandir zənn 
etdiyi Həbib bəy Səlimovu Baş  Qərargah rəisi kimi məsul vəzifəyə  təyin 
edərdilərıni? 1919-cu il fevralın 26-da otuz bir saylı  əmrlə polkovnik Həbib bəy 
Səlimova general-mayor rütbəsi verərdilərmi? Əlbəttə yox! 
General Həbib bəy Səlimov 1918-20-ci illərdə milli ordumuzda xidmət 
edən, milliyyətcə Litva tatarı olan general-leytenant Məmməd bəy Sulkeviçdən 
sonra ikinci generaldır ki, ali hərbi təhsili vardı. 
General Həbib bəy Səlimovun ittihamlarında göstərilir ki, Tifilisdə  və 
Bakıda təşkilat fəaliyyət göstərir. Onlar üsyana hazirlaşırlar. Tiflis və Batumda 
əksinqilabçılara general Vrangel general Səlimov vasitəsilə silah göndərir. Bakı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə