ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   62   63   64   65   66   67   68   69   ...   157

kimi qəbul edirəm. Müsəlman süvari döyüşçülərinin misilsiz şücaəti qarşısında 
mənim dərin heyrətimi qəbul etmənizi xahiş edirəm”. 
Görkəmli şairimiz Məhəmməd Hadi azərbaycanlılardan ibarət alaylarla birgə 
Polşada, Lvovda, Stanislavda, Karpatlarda, Qaliç və Qorodinka şəhərləri uğrunda 
gedən döyüşlərdə üç il cəbhə həyatı keçirmişdir. Həmyerlilərimizin 
qəhrəmanlığından ruhlanan böyük şair bu mövzuda silsilə şerlər yazmışdır. O, 
cəbhədə Azərbaycan alayının imamı olmuşdur. 1917-ci ildə Gəncədə əsgərlər 
qarşısında çıxış edən Məhəmməd Hadi demişdir: 
- Əziz vətəndaşlarım! Alayımızı təşkil edən Azərbaycan türklərinin 
göstərdikləri hərbi qabiliyyəti və yapdıqları qəhrəmanlıqları söyləməklə bitməz. 
Ancaq mən burada bir hadisə üzərində dayanacağam. Hərb şiddətlə davam edirdi. 
General Samsonovun komandasındakı rus ordusu ilə alman qüvvələri şiddətlə 
çarpışırdı. Samsonovun sağ cinahını “Dikaya diviziya” (Müsəlman diviziyası -
Ş.N.) qorumaqda idi. Almanlar çəmbəri daraldarkən ətrafla əlaqəsi kəsilən alay 
komandanımızın verdiyi əmrlə Alman çəmbərinə hücum edərək, çəmbəri yardı və 
alayı ikiyə böldü. Yarılan çəmbərin sağ və solunu sıxışdırmağa başladı. Beş 
alaydan ibarət olan Qafqaziya qardaşları rusları alman çəmbərindən qurtardı. Bu 
mühüm hadisə həftələrcə rus mətbuatını işğal etdi. Rus çarı bizim alayın bayrağına 
ən böyük nişan verdi. 
Cəbhədə ruhani kimi öz vəzifəsini icra edən şair Məhəmməd Hadi 
əsərlərində el oğlularımızın igidliyini də vəsf etmişdir: 
 
Bu ağır yük çəkilməz
Bu ağular içilməz. 
Sənsiz, a parlaq dilək, 
Qaranlıqlar keçilməz. 
 
Məyus olma amandır, 
Məyus olmaq yamandır. 
Qorxaq diləksiz yaşar, 
Millətim qəhrəmandır. 
 
“Hadi doğma Azərbaycandan minlərlə kilometr uzaqda, Karpat damarında, 
müharibə alovları içində də Vətənin taleyini düşünməyi, onun təbii gözəlliklərini 
və gələcək xoşbəxtliyini tərənnüm etməyi çoxsevirdi”. (Ə.Mirəhmədov, 
“Məhəmməd Hadi” kitabı, Bakı, 1962-ci il, səh.183) 
İmperiya darılıb, “Dikaya diviziya” buraxılandan sonra Azərbaycanda “Tatar 
alayı”na kim başçılıq etmişdir? Tiflisdə general-leytenant Əliağa Şıxlinski, 
Gəncədə polkovnik Süleyman bəy Əfəndiyev (1919-cu ildə general-mayor olub, 
həmin ili də tif xəstəliyindən vəfat edib), Bakıda isə milyonçu Şəmsi 
Əsədullayevin oğlu Əli 
Əsədullayev Azərbaycan Demokratik hökuməti qurulana qədər “Tatar alayı”nın 
ayrı-ayrı dəstələrinə başçılıq və himayədarlıq etmişlər. Bu dövrdə Gəncə Milli 
Komitəsinin üzvü Adilxan Ziyadxanovun və Ərəş mahalının bəylərbəyisi Əşrəf 
bəy Qarxunlunun başçılığı ilə “Tatar alayı” Gəncə və Şamaxıdakı rus əsgərlərinin 


silah anbarını dağıtdı, Şəmkirin Dəllər stansiyasında Qars və Sarıqamışdan qayıdan 
rusların hərbi eşalonunu tərksilah etdi. Bakıda erməni-bolşevik qoşunu ilə döyüşlər 
apardı... 
1917-ci ilin sonunda könüllülərdən yaranan Milli Azərbaycan korpusunda 
döyüş və təlim görmüş nizami hissə birinci Azərbaycan süvari alayı idi. “Dikaya 
diviziya”nın ikinci alayından təşkil edilmiş bu süvarilərə 1918-20-ci illərdə 
“Tatarski polk” da deyirdilər. Həmin illərdə Milli Ordumuzda döyüş qabiliyyəti ilə 
fərqlənən ən yaxşı əsgər və zabitlər də bu alayda vuruşurdu. Məşhur sərkərdə 
Cəmşidxan Naxçıvanski, poruçik Osman ağa Gülməmmədov, praporşik Lütvəli 
bəy Vəkilov, poruçik Məhəmməd bəy Aslanbəyov, praporşik Paşa bəy 
Rüstəmov, Sayad bəy Zeynalov və bir çoxları Birinci Cahan savaşında 
göstərdikləri  igidliyə görə imperiyanın ən ali “Müqəddəs Georgi Xaçı” ilə təltif 
olunmuşlar. 
 
* * * 
  
O vaxt Gəncədə rusların 219 saylı tibb xidməti alayı yerləşirdi. Bu alay Birinci 
Dünya muharibəsi illərində yaralıları müalicə edib, yenidən cəbhəyə göndərirdi. 
İmperiya dağılsada, on minə yaxın əsgər və zabiti olan rus alayı hələ də 
fəaliyyətini davam etdirirdi. Erməni məhəlləsində yerləşən bu rus alayına 
ermənilər xüsusi qayğı göstərir, onlara ərzaq və silah verir, özlərinin xilaskarı kimi 
himayədarlıq edirdilər.  
Gəncə Milli Komitəsi uzun mübahisədən sonra onların silahlarını alıb 
döyüşsüz, davasız Rusiyaya yola saldı. 
Qafqaz-Türk cəbhəsində sülh bağlandıqdan sonra 1917-ci ilin noyabr 
ayından başlayaraq, bolşevik əhval-ruhiyyəli rus əsgərləri geri, Rusiyaya qayıdırdı. 
Yeni yaranan Milli Ordumuza silah lazım idi. İmperiya dağılandan sonra Tiflisdəki 
silah anbarından biz müsəlmanlara heç bir pay verilməmişdi. Lakin gürcülər hərbi 
korpus yaratmaq üçün silah paylarını almışdı. Hətta, ermənilər külli miqdarda 
silahı daşıyıb İrəvana aparmışdılar. 
Gəncədəki Müsəlman Milli Komitəsi Qafqaz-Türk cəbhəsindən qayıdan rus 
hərbi eşelonlarının Azərbaycan ərazisindən gəlib keçəcəyi vaxtı öyrənib həmin 
günü -1918-ci il yanvarın doqquzunu “döyüş günü” elan etmişdi. Məqsəd onlardan 
silah almaq idi.  
 Milli Komitənin başçıları Adil xan Ziyadxanov, Nəsib bəy Usubbəyli, Xəlil 
bəy Xasməmmədov, Xudadat bəy Rəfibəyov, Aslan bəy Səfikürdski və başqaları 
gürcü menşeviklərindən aldıqları zirehli qatarla və Gəncədəki  Azərbaycan 
alayının (bu alay keçmiş “Dikaya diviziya”nın “Tatar alayı”nın əsgər və 
zabitlərindən ibarət idi - Ş.N.) qüvvəsilə rus hərbi eşalonunun qabağını Gəncənin 
otuz kilometrliyində - Şəmkir və Dəllər stansiyaları arasında kəsdilər. Zirehli 
qatara general-mayor knyaz Maqalov (300 nəfər gürcü əsgər və zabiti ilə birgə), 
“Azərbaycan-Tatar alayı”na isə polkovnik Süleyman bəy Əfəndiyev komandirlik 
edirdi. Bu qabaqkəsmədə Gürcüstan menşevi hökumətinin də silah təmənnası 
vardı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə