ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   60   61   62   63   64   65   66   67   ...   157

Sonrakı tarixi hadisələr də göstərdi ki, Azərbaycan xalqının Türkiyə və türk 
ordusundan başqa ikinci bir arxası, xilaskarı olmamışdır. 
Türkçülüyə dərin ehtiram, sonsuz məhəbbət bəsləyən gənc bir şairə yaşayırdı 
Bakıda. 1918-ci il sentyabrın 15-də türk qoşunları ilə birgə qalib kimi Bakıya varid 
olan Azərbaycan əsgərlərini Ümmügülsüm “Ey türk oğlu” şerilə alqışlamışdı: 
 
Ey türk, sən ey qəhrəman, 
igid oğlu türklərin, 
Şanlı, ulu babanın öyüdünü unutma! 
Sən   də   yürü   o   yolu,   ad   çıxarsın 
əsgərin, 
Ulular ardınca get,  başqa bir yolu 
tutma! 
 
Yüz illərcə əzildin, 
ayaqlandın yetər, keç, 
Yüz illərcə ağladın, 
eşidilmədi səsin. 
Yüz illərcə dərd-sərin duyulmadı 
nədən heç, 
Sən şimdi oyan, hayqır, 
bitməmişkən nəfəsin! 
 
Əsrin əvvəllərində istiqlalımız uğrunda dönmədən mübarizə aparan on doqquz 
yaşlı Ümmügülsüm böyük öndərimiz Məmmədəmin Rəsulzadənin əmisi qızı idi. 
“Azərbaycan xalqının öz ruhundan doğan ümummilli bir hərəkat və hadisədən 
(M.Ə.Rəsulzadə)” sonra başı bəlalar çəkən şairə Ümmügülsüm cəmi qırx beş illik 
ömrünün çoxusunu Vətəndən uzaqlarda, Mordoviyada sürgündə keçirmişdir. Bu 
nəcib və vəfadar şairə görkəmli yazıçımız, otuz yeddinci ilin günahsız 
qurbanlarından biri olan Seyid Hüseynin həyat yoldaşı idi. 
Hələ 1919-cu ildə müstəqilliyimizə qəsd etmək istəyən daşnak-bolşevik 
 qəsbkarlarının təhlükəsindən qəzəblənən Ümmügülsüm yazırdı: 
 
Ey buzlu Şimaldan qopan ruzigar, 
Toxunma qəlbimə, atəşim parlar. 
Sakın, gəlmə, nəfəsim boğar, 
Dəf ol, Vətənimdə görməm səni! 
 
Sən ey murdar çöhrə, ey mənhus sima, 
Gözümə görünmə, qarşımda durma! 
Nifrətim var sənə, mənə yaxlaşma
Kinlərim məhv edər yaxın gələni! 
 
 
TÜRKİYƏNİN HƏRBİYYƏ NAZİRİ ƏNVƏR PAŞANIN 


BAKININ XİLASI HAQQINDA 1918-Cİ İL 
SENTYABRIN 16-DA ŞƏRQ ORDULAR QRUPUNUN 
KOMANDANI  XƏLİL PAŞAYA 
TƏBRİK TELEQRAMI 
 
Bakıdakı uğurlarınıza görə sizin gözlərinizdən öpür və təbrik edirəm. 
Bakının xilasından sonra Azərbaycanda hələlik bir diviziya saxlayaraq, qalan 
qoşunları doqquzuncu ordunun sərəncamına vermək istəyirəm. Nuru paşaya 
Dərbənd, Petrovsk şəhərlərinin ələ keçirilməsi üçün Şimali Qafqaza bir alay, iki 
batareya və bir pulemyot dəstəsindən ibarət qoşun göndərməyi tapşırdım. Digər 
tərəfdən, Ənzəli və Rəşt şəhərlərinin işğalı üçün qoşunların Cənuba 
göndərilməsinə sərəncam verdim və Təbriz - Qəzvin istiqamətində irəliləyən qoşun 
dəstəsinin Kiçik xana
39
 yardım etməsini və bu məsələ ilə əlaqədar Sizinlə 
görüşməsini tövsiyyə etdim. Tapşırıqların qısa bir vaxtda yerinə yetirilməsini rica 
edirəm. 
Nuru paşa öz qüvvələrini toplayaraq, yalnız bolşeviklərin irəliləməsinin 
qarşısını almaqla kifayətlənməlidir. 
 
 
 
“DİKAYA DİVİZİYA”,  yoxsa... 
 
Azərbaycanlılar hərbçilik istedadına, 
sönməz daxili ruhi zənginliyə malikdirlər. 
Belə xalq həmişə qalib gələr. 
 
Alfons RABBE, 
fransız tarixçisi. 
 
1930-cu il martın üçündə Zaqafqaziya Dövlət Siyasi idarəsinin qərarı ilə 
güllələnən Qarxunlu mərdi Əşrəf bəyi müstəntiqlər ən çox 1918-ci ildə “dinc 
erməni əhalisi”ni qırdığına və həmin ildə Ərəş mahalında döyüşən əsgəri qüvvə 
təşkil etdiyinə görə günahlandırmışlar. Bu könüllü hərbi qüvvələrin əksəriyyəti o 
vaxt Birinci Dünya müharibəsindən qayıdan “Tatar süvari alayı”nın əsgər və 
zabitləri idi. Əşrəf bəy Qarxunlunun özü də 1918-ci ilin iyun-sentyabr aylarında 
həmin alayın tərkibində Göyçayı, Müsüslünü, Bərgüşadı, Şamaxını və Bakını 
düşmənlərdən təmizləmək üçün igidliklə vuruşmuşdur. 
  
* * * 
 
                                                 
39
 Кiçik Хаn Мirzə (1881-1921) - Cənubi Аzərbаycаnın siyаsi хаdimi. Rəşt, Ənzəli вə Gilаn şəhərlərində şаh 
hаkimiyyətinə qаrşı inqilаbi çıхışlаrın rəhbəri. 1921-ci il mаyın 8-də yаrаdılmış Gilаn Rеspublikаsı yеni 
hökumətinin - Inqilаb Коmitəsinin sədri оlub. 1921-ci ilin nоyаbrındа bоlşеviklərin əlilə Таlış dаğlаrındа öldürülüb 
- müəl. 
 


Bu gün hamını haqlı bir sual düşündürür: 1918-ci ildə müstəqilliyini elan 
edən Azərbaycan hərbi qüvvələri necə və nəyin əsasında yaranıb? Axı, deyilənlərə 
görə, bu tarixdən əvvəl azərbaycanlılar əsgəri xidmətə çağırılmırdı... 
Bu suallar qarşısında uzun müddət düşünməli olursan. Ona görə ki, bəzi 
tarixçilərimiz ordunun yaranmasını alqışlayır, digəri onun komandirlərinə tənqidi 
yanaşır, başqa birisi də yazır ki, 1918-ci ildə ordumuz “könüllülərdən” yaranıb. 
Mətləb isə açılmır, bu “könüllülər” yerli mülki əhalidən ibarət idi, yoxsa kənardan 
gətirilmişdi? 
Amma ordunun yaranmasında ilkin mənbə kimi bir faktda var ki, tarixçilər 
ona da ötəri toxunurlar və bu mənbəyə tənqidi münasibət bəsləyirlər. O da Birinci 
Dünya müharibəsində iştirak edən “Dikaya diviziya”nın azərbaycanlılardan ibarət 
nizami “Tatar alayı”nın əsgəri qüvvələridir. 1920-ci ildən ta bu günlərimizə qədər 
sovet rejimində də “Dikaya diviziya”nın fəaliyyətinə tarixçi alimlərimiz tənqidi 
yanaşıblar. Açılan arxiv qovluqlarında isə bunların tam əksinin şahidi oluruq. 
Sənədlərlə tanış olanda düşünürsən ki, 1914-cü ildən 1917-ci ilə qədər rus 
imperiyasını almanlardan, 1918-20-ci illərdə isə Azərbaycanı daşnak-bolşevik 
əsgəri qüvvələrindən qoruyan və torpağımızın bütövlüyü uğrunda silaha sarılan 
“Vəhşi diviziya”nın Tatar-Azərbaycan alayı həm bizim, həm də rus hərb 
tədqiqatçılarının niyə tənqid obyekti olub. Guya sabəbi də ondan ibarətdir ki, 
“Vəhşi diviziya” 1914-17-ci illərdə çara, 1918-20-çi illərdə isə Azərbaycan 
Demokratik hökumətinə xidmət edib. Faktlar göstərir ki, Nuru paşanın ordusu 
1918-ci ilin iyun-sentyabr aylarında Bakını düşmənlərdən təmizləyəndə onlarla 
çiyin-çiyinə vuruşan min nəfərdən çox könüllünün əksəriyyəti “Tatar süvari 
alayı”nın əsgər və zabitlərindən təşkil olunmuşdu. Bəs süvari alayının o vaxtlarda 
qoruduğu, uğrunda vuruşduğu torpaqlar bizim deyilidmi? 
Bəli, bitib-tükənməyən bu suallara cavab tapmağın vaxtı çatıb. Bunu 
bugünkü müstəqil Azərbaycan və onun yenidən yazılan hərb tarixi tələb edir. Bəzi 
məqalə müəllifləri ağızdolusu yazırlar ki, Birinci Dünya müharibəsi illərində 
şovinist ruslar Qafqaz müsəlmanlarından təşkil olunmuş diviziyaya “Vəhşi” adını 
təhqir mənasında veriblər. Əvvəla, diviziyanın döyüş yolunu təsvir edən sənədlərdə 
belə fakta rast gəlmək qeyri-mümkündür. Bütün rəsmi sənədlərdə diviziyanın adı 
belədir: “Kavkazskaya tuzemnaya diviziya” - yəni Qafqazın yerli əhalisindən təşkil 
olunmuş diviziya, “Vəhşi” ayaması isə cəbhədaşları tərəfindən diviziyaya qeyri-
rəsmi verilib. Müharibənin ilk günlərindən diviziyanın apardığı döyüş 
əməliyyatları uğurla nəticələnmişdir. Diviziya bütün müharibə boyu məğlubiyyətin 
nə olduğunu bilməyib, hücumları həmişə zəfərlə bitib. Onların döyüş amalı belə 
idi: “Nə bir addım geri çəkilməli, nə də əsir düşməli”. Ona görə də döyüşlərin ən 
çətin məqamında düşmən mühasirəsini yarmaq üçün bu diviziyanın təcrübəsindən 
və gücündən istifadə olunurdu. 
Tutaq ki, bizdə bəzi məqalə müəlliflərinin dediyi kimi, diviziyaya 
 təhqir mənasında “vəhşi” adı verilmişdir. Bəs, Koroğlu igidlərinə və Dədə Qorqud 
qəhrəmanlarına “dəli” ayamasının verilməsi necə, onlar həqiqətənmi “dəli” idilər? 
Əlbəttə yox! 
Hər iki ifadədə incə yumor, sevgi, nəvaziş çalarları var. Niyə uzağa gedirik. 
Bizim müasirimiz, dünya şöhrətli sərkərdə Əliağa Şıxlinski aydan-arı, sudan-duru 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə