ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   61   62   63   64   65   66   67   68   ...   157

olan “Xatirələrim” kitabında yazır ki, bizim nəsil öz cəngavərliyi, tündməcazlıqı 
ilə qəzada tanınırdı. Qəzada bizi “dəli qazaxlı” adlandırırdılar. Əli Qazaxoğlu 
içərisində birinci savadlı adam mənim atam idi. 
Sual olunur: hərfi mənada başa düşsək, “dəli” olan bir nəsil “artilleriyanın 
Allahı” kimi oğul yetirə bilərdimi? Onu da unutmaq lazım deyil ki, Şıxlinskilər 
nəsli Azərbaycan maarifinə, ədəbiyyatına və hərb tarixinə bütöv, sağlam ziyalı 
nəsil bəxş etmişdir. 
Sonralar (1917-ci ilin noyabrından - Ş.N.) həmin diviziyanın Tatar 
(Azərbaycan - Ş.N.) süvari alayının əsgərlərindən ibarət ilk dəfə 600 nəfərlik 
“Müsəlman korpusu” təşkil olundu. 1918-ci ildə müstəqilliyini elan edən 
Azərbaycan Zaqafqaziya Seymindən çıxdı. Bu dövrdə ölkədə siyasi durum çox 
qarışıq və mürəkkəb idi. Bolşevik - daşnak silahlı qüvvələri tərəfindən güclü 
təhlükə yaranmışdı. Məhz Tatar-Azərbaycan alayının qüvvəsinə arxalanıb, əlavə 
könüllülər toplamaqla həmin il iyunun 26-da “Əlahiddə Azərbaycan korpusu” 
yaratmaqla Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov Milli ordunun təməl 
daşını qoydular. 
  
“...Birləşməyə belə bir ad qoşulanda onun məna mərkəzində müsbət bir 
münasibət dayanırdı və bununla da “Dikaya diviziya”nın məğlubedilməzliyinə 
işarə ifadə olunurdu. Xüsusən, daşnak və ifrat bolşevik elementləri “Dikaya 
diviziya”dan danışarkən heç də bu sözü həmin diviziyanın şücaətinə olan 
heyranlırına görə işlətmirdilər. Belə münasibət elə sovet tarixşünaslığının özündə 
də mövcuddur. Bir sıra müəlliflər “Dikaya diviziya”dan danışarkən bu ifadənin 
nəzərdə tutulan mənasını deyil, məhz “dikiy” sözünün leksik mənasını qabartmağa 
çalışmışlar. Bununla da həmin birləşmənin hissələrinin hərbi keyfiyyətlərinə, 
Cümhuriyyət Ordusunun özülünü təşkil etmiş qoşun hissələrinin nizam-intizamına 
bir istehza ifadə olunmuşdur. Həmin diviziya 1917-ci ildə ləğv edilmiş və bununla 
da onun mövcudluğuna son qoyulmuşdur. Diviziya ləğv edildikdən sonra 
azərbaycanlılardan və çeçenlərdən təşkil olunmuş Tatar süvari alayının qalıqları 
Azərbaycana qayıtmış və onun bazasında Müsəlman korpusunun ikinci süvari alayı 
yaradılmışdı” (M.Süleymanov, “Azərbaycanda “Dikaya diviziya” olubmu?” 
məqaləsi, “Hərbi bilik”jurnalı, 1998-ci il, №4). Və bu hərbi qüvvələrin özəyi 
əsasında da 1920-ci ilə kimi Azərbaycan Demokratik Cümhuriyyətinin tərkibi 40 
minə yaxın olan Milli ordusu yarandı. Əliağa Şıxlinski və Səməd bəy 
Mehmandarov kimi iliyinə qədər hərbçi olan generallar ordunun təməl daşının 
“dəlilər”dən olmasına razı olardımı? 
“Müsəlman milli korpusu”nun əsasında Petroqraddan köçürülən “Vəhşi 
diviziya”nın “Tatar süvari alayı” dayanırdı. 
 General Əliağa Şıxlinski ümumi komandanlığı qəbul etdi. Tərxis edilmiş rus 
ordusunun zabitləri də həmin qoşun birləşmələrinə götürüldü. Bu zaman 
müsəlmanlara üstünlük verilirdi. Bundan əlavə, 1917-ci il çevrilişindən sonra 
Bakıdakı kadet məktəbində yerli zabit kadrlarının hazırlanmasına da başlandı”
40

Ayrı-ayrı sənədlər şahidlik edir ki, Birinci Dünya müharibəsi cəbhələrində 
üç mindən çox sıravi və kiçik rütbəli azərbaycanlı döyüşürdü. Bunlar müharibə 
                                                 
40
 Т.Свјаtочевсki, "Rusiyа Аzərbаycаnı. 1905-1920-ci illər" məqаləsi. 


başlananda səfərbər olanlar idi. Lakin imperiya qoşunlarının tərkibində yüksək 
rütbəli zabit və generallarımız da az deyildi. Tam artilleriya generalı Səməd bəy 
Mehmandarov, general-leytenant Əliağa Şıxlinski, süvari generalı Hüseyn xan 
Naxçıvanski, general Məmmədsadıq bəy Ağabəyzadə, Əsəd bəy və 
MirkazımxanTalışxanovlar, rotmistr Teymurbəy Novruzov, təyyarəçi Fərrux ağa 
Qayıbov, praporşik Sayad Zeynalov və onlarla başqa oğullarımız cəbhədə ad-san 
qazanmışdılar. 
1918-ci ildə ölkəmiz ağır və təhlükəli günlərini yaşayırdı. Həmin ilin yanvar 
ayında Türkiyəyə hərbi yardım üçün gedən Azərbaycan hökumətinin əks-kəşfiyyat 
idarəsinin rəisi Nağı bəy Şeyxzamanlı Türkiyənin hərbi naziri Ənvər paşa ilə 
görüşəndə demişdir: 
- Paşam, Birinci Dünya müharibəsidə biz azərilərdən dörd general rus 
ordusunda ordu komandiri olmuşdular. Qonşularımız erməni və gürcülərdən ordu 
komandiri çıxmamışdır. Yalnız bir gürcü generalı hərbi korpus komandiri ola 
bilmişdir. Azərilərdən ordu komandiri Səməd bəy Mehmandarlı rus-yapon 
müharibəsində hərbi korpus komandiri olaraq rus ordusunun ən yüksəg ordenini 
almışdır. İkinci general Əliağa Şıxlinskidir. Rus ordusunun topçu baş inspektoru 
idi. Üçüncü general Hüseyn xan Naxçıvanskidir. Dördüncüsü isə Xan İrəvanskidir. 
(N.Şeyxzamanlı, “Azərbaycan istiqlal mücadiləsi xatirələri” kitabı, 1997-ci il, 
səh.73). 
1914-cü ildə Gəncədə, Şuşada və başqa qəzalarda alaylar təşkil olundu. 
Şuşalılardan “Tatar süvari alayı”, gəncəlilərdən isə “İkinci Gəncə süvari müsəlman 
alayı” yaradıldı. Bunların hamısı “Qafqazın yerli əhalisindən təşkil olunmuş süvari 
diviziyası”nın
41
 tərkibinə daxil oldu. 
Diviziya üç briqadadan və üç süvari alayından ibarət idi: birinci alay 
Kabardin və dağıstanlılardan, ikinci alay tatar (Azərbaycan - Ş.N.) və çeçenlərdən, 
üçüncü alay inquş və çərkəzlərdən təşkil olunmuşdu. Bundan başqa, osetinlərdən 
ibarət piyadalar briqadası və Don kazaklarından səkkizinci artilleriya divizionu 
yaradılmışdı. 
Diviziyanın baş komandanı imperator II Nikolayın qardaşı, böyük knyaz 
Mixail Aleksandroviç Romanov, rəisi isə general-leytenant, knyaz D.P.Baqrationi 
idi. 
Sıravi əsgərləri (aşağı rütbəliləri) “süvari”, bəzən də “atlı” deyə çağırırdılar. 
Zabitlər ayda 25 manat maaş alırdı. Onlardan əksəriyyəti ruslardan və Qafqazın 
xan, bəy və ağa oğullarından ibarət idi. 
  
Diviziya əsgərlərinin yaxşı təlimi, əla döyüş qabiliyyəti vardı. Bunu “Gəncə 
alayı”nın komandiri podpolkovnik Polovtsovun 1915-ci il iyulun on birində Gəncə 
qubernatoru Kovalyovun adına göndərdiyi teleqram da təsdiq edir: 
“Qafqazın yerli əhalisindən təşkil olunmuş “diviziya”nın alayları arasında 
Gəncə süvari alayı birinci olaraq öz komandirinə “Müqəddəs Georgi xaçı” ilə təltif 
olunmaq şərəfi nəsib etdi. Bu yuksək mükafatla fəxr edərək onu tatar (Azərbaycan 
- Ş.A) süvarilərinin yüksək döyüş bacarığı və fədakar qəhrəmanlığının qiyməti 
                                                 
41
 Bundаn sоnrа "Vəhşi diviziyа"nın аdı sənədlərdə оlduğu kimi yаzılаcаq - müəl. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə