ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   58   59   60   61   62   63   64   65   ...   157

Ənvərlə o tay-bu taya keçərdik. Mən Ənvərə çata bilməyəndə hirsimdən 
ağlayırdım, qardaşım məni bağrına basıb toxdadardı. İndi harda belə əzəmətli çay 
görürəmsə, elə bilirəm  onda  qolumun  gücü,  qəlbimin məhəbbəti var. 
Əşrəf bəy məhəbbət dolu nəzərlərlə ona baxıb gülümsündü: 
- Böyük Füzuli, - dedi, - sağ olaydı, sizin bu qeyri-adi, qəribə məhəbbətinizi 
tarixə salardı. 
- Bu dan üzünün saflığında nə yaxşı elədin aydan arı, sudan duru Füzuli 
babamızı xatırladın. Bəy, mənə elə gəlir, hər bir türk oğlu ilk məhəbbətilə yanaşı, 
qəlbində Füzuli babamızın da sevgisini yaşadır. 
-  Paşam, xəbəriniz var, Füzuli İraqın Kərbəla şəhərində doğulsa da, atası   
müfti Süleyman əfəndi bizim Ərəşlidir. Hətta bəzi məlumatlara görə, şairin oğlu 
Fəzli atasının ölümündən sonra bizim Ərəş mahalına qayıdıb, qohumlarının 
yanında yaşamışdır. 
Nuru paşa Əşrəf bəyin çiynini qucaqlayıb iri, yorğun gözlərini təəccüblə açdı. 
- Bu, rəvayətdir, yoxsa özün elə indicə uydurdun. Sırağa gün məclisdə də 
gördüm, müğənniləriniz elə hey Füzulidən oxudu, Sən də babamız Füzulidən 
böyük şövqlə şerlər deyirdin. 
- Paşam, mən sözümün əvvəlində dedim ki, bəzi məlumatlara görə... Bizim 
Ağdaşda Çələbilər nəsli var. Bu nəslin qocaları deyir gi, Fəzli onların məhəlləsində 
yaşayıb. Bir də ki, paşam, narahat olmağa dəyməz, böyük Məhəmməd Füzuli nə 
sizindir, nə də bizim. O, bütün türk dünyasında şer-sənət soltanıdır. 
- Bax, bu fəhminə əhsən, bunu gözəl dedin, bəy. Füzuli böyük türk 
dünyasının şer-sənət soltanıdır. 
Kefi durulan paşa dostunun dirsəyinə toxundu. Aşağı, çaya düşmək işarəsi 
verdi. Yarğanı enib çaya çatana kimi üç - dörd dəfə: “Füzuli şer-sənət soltanıdır” 
deyə öz-özünə təkrar etdi. 
Dostunun onun sözlərinə qiymət verməsindən məmnun olan Əşröf bəy: 
- Amma bir məsələ də var, - dedi. Bizdən bir az əvvəlki və bizim nəsil gün 
çıxandan gün batana kimi olan türk dünyasını qoruya bilmədik. 
- Bunu nə mənada deyirsən, Əşrəf bəy? 
  
- O mənada ki, görün bir nə gündəyik. Bizi yüz iyirmi il əvvəl sarı ruslar 
parçalayıb. Yarımız o tayda - İranda, - daha nə bilim haralarda. Bu saat elə siz də 
bizim günümüzdəsiniz. Sultan Türkiyəsi Antanta dövlətlərinin əlində fağır bir 
ölkəyə çevrilib. Deyilənə görə, Sultan Türkiyəsinin Şərq vilayətlərini Rusiya almaq 
iştahındadır. Suriya tərəfləri Fransa, Mesopatomiya, İzmir və Aydın dəmir 
yollarının keçdiyi ərazini ingilislər, Anadoluya isə almanlar göz dikib. Bəs bizim 
taleyimiz necə olacaq? Əgər o boyda Türkiyənin taleyi belə acı olsa, parçalansa, 
görün biz Azəri türkləri nə günə düşəcəyik. Paşam, bizim ümidimiz, nicatımız 
sizədir. Siz də ki, bu gündə... 
  
- Sən lap qardaşım Ənvər paşa kimi yana-yana danışırsan. Onun ən böyük 
arzusu türkçülük, turançılıq uğrunda mübarizə aparmaqdır. İnşallah, vaxt gələr, 
səni onunla tanış edərəm. Siz qardaşımla eyni fikirdəsiniz, eyni zindana 
döyürsünüz. 
-  Hər bir türk oğlunun borcudur ki, birlik uğrunda eyni zindana çəkic 
vursun. 


- Dərd də bundadır ki, bizim yeni padşah olan Sultan Vahidəddin belə 
düşünmür. Əşrəf bəy, siyasət söhbəti başımızı qatdı, çimməyi unutduq, - deyib 
paşa suya atıldı... Beş-on dəfə qol atıb üzə-üzə geriyə döndü.  - Çıxanda babamız  
Füzulidən sənə bir məktub oxuyacağam, - dedi. - Yadıma salarsan. 
  
Yarğanın qaşında on iki yaşında bir oğlan uşağı “ata, ata”, - deyə qışqırıb əl 
eləyirdi. Bu, Əşrəf bəyin kiçig oğlu Məhəmmədəli idi. 
- Nə olub? - deyə ata aşaqıdan yuxarı qışqırdı. 
- Gəncədən  qonağımız  gəlib,  sizi istəyirlər - dedi. 
Sudan çıxan Nuru paşa: 
- Gedək, - dedi, -  yarğanı çıxana kimi məktubu da sənə oxuyaram. 
- Onda tələsmə,  əl-ayağını qurula, məktubu da tap, oxuya-oxuya yarğanı 
çıxarıq. 
Nuru paşa gülümsünüb: 
- Məktub-zad    axtarmayacaqam, o burdadır, - deyib    əlilə    başını 
göstərdi. 
-  Yaddaşındadır? 
-  Bəli, necə bəyəm, ola bilməz? 
-  Əhsən sənin yaddaşına, qardaş. 
- Sən arada  siyasi “dərddən” danışdın.   Mənim   isə   hüsni-xəyalım hələ də 
babamız Füzulidən ayrılmayıb. Sən Çələbi dedin,  Füzulinin Bəyazid Çələbiyə 
yazdığı məktubu xatırladım. Oğlu Fəzli Ərəşə qayıdıb, Çələbilər məhəlləsində   
yaşayıbsa, burda  bir qanuna uyğunluq var. Kim bilir, bəlkə də Füzuli bu nəsillə 
qohum imiş. Allah onun torpağını pak, yerini behişt eləsin. 
- Paşam, çələbilərin dediyinə görə Füzulinin gəlini, Fəzlinin arvadı bu 
nəsildən imiş. 
- Bəy, onda qulaq as, məktubu oxuyum. Füzuli Sultan Süleymanın oğlu 
şahzadə Bəyazid Çələbiyə yazır: 
“Mənə bir məktub, bəlkə çiçəkli bir bağça gəldi. Onun işıqları gözümün 
nurunu artırdı. O, ən lətif lövhələr üzərinə diqqətlə təsvir edilmiş gözəl bir şəklə 
bənzəyir. Onun sətirləri, işarələri ulduzlu səmaya oxşayır. Yazıları budaqlar, 
ibarələri çiçəklər kimidir. O, mərifət fənlərini əhatə edən bir səhifə, nemət 
budaqları yetişdirən bir bağçadır. Onun gəlişi göz baqçasını çiçəkləndirdi...” 
Əşrəf bəylə Nuru paşa mülkə dönəndə, bir qədər sükut içərisində 
addımladılar. Buna sükut demək olmazdı. İçlərində lal bir haray vardı. Füzuli 
harayı idi bu: türk qardaşlarım, çiçəkli bağçamızın viranəliyə çevrilməsinə imkan 
verməyin! 
Və onlar sanki bu harayın təsiri ilə addımlarını yeyinlətdilər... 
 
* * * 
 
Türk qoşunları Azərbaycana ilk dəfə iki qrup halında gəlmişdir. General 
Nuru paşanın təşkil etdiyi birinci qrup 1918-ci il iyunun 7-də, ikinci qrup isə bir 
gün sonra Qazağa və iyunun 9-da Gəncəyə çatmışdı. Hər iki qrup üçüncü türk 
ordusunun beşinci Qafqaz diviziyasından seçilmişdi. Gümrü və Qazax 
istiqamətində hərəkət edən birinci qrupa onuncu Qafqaz alayı, doqquzuncu və on 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə