ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   55   56   57   58   59   60   61   62   ...   157

Nuru paşa izdihama göz gəzdirib bir anlıq sakitcə dayandı. Əlini məxmər 
kimi yumşaq Şirvan xalçasının üstündə gəzdirdi. İnsan axını həyəcanla onun 
dinməsini gözləyirdi. Hiss olunurdu ki, təntənəli qarşılama, alqışlar Nuru paşanı 
kövrəldib. 
- Mənim qan qardaşlarım, - dedi, - şəfəqlərindən nur daman Azərbaycana 
gəldiyim üçün özümü xoşbəxt sanıram. Osmanlı torpağından tərpənən gündən 
dayanmadan, durmadan irəliləmişik. Biz yaxşı bilirik ki, sizin bizdən başqa 
ümidiniz yoxdur. Məstəvsiz erməni xalqınıza qənim kəsilib. Biz sizə köməyə 
gəlmişik. Bizə ən əvvəl sursat daşımağa at və araba ilə kömək edin, qalanı ilə işiniz 
olmasın. Əsgəri qüvvəmiz kifayət qədər var. Hələ üç ay bundan öncə mən Gəncəyə 
üç yüzə yaxın yaxşı təlim görmüş zabit heyəti göndərmişdim. Onlar dostum Əliağa 
Şıxlinskinin və polkovnik Süleyman bəy Əfəndiyevin rəhbərliyi ilə zabit məktəbi 
açmışlar. Bu günlərdə həmin məktəbin ilk buraxılışı olmalıdır. Bayaq dostum 
Əşrəf bəy qeyd elədi ki, sizdən də əsgər toplanmalıdır. Həqiqətən də əsgəri 
olmayan xalq kimə və nəyə gərəkdir.  Əlbəttə, bizim bir türk bölüyünün, heç 
olmasa, on-on beş qara papaq əsgəri sizdən olmalıdır. Çünki onlar öz torpağının 
hər dağına, cığır və yoluna bələddirlər. 
Mənim din və dilbir qardaşlarım, imkanı olanlar əlindən nə gəlirsə, Allah 
tərəfindən verilən zəkat köməyini də əsirgəməsin. Çünki siz başqasına yox, sizi 
qoruyana kömək edirsiniz. Mən və mənim əsgərlərim bura düşmənlə döyüşməyə, 
gavurları silib bu torpaqdan atmağa gəldik. Biz dönməyə yox, ölməyə gəldik. 
Sayca az olsada, sizin Azörbaycan Əlahiddə Korpusunda döyüş havasına alışmış 
komandirləriniz var. Adını, şöhrətini hələ ötən il Qarsda ikən eşitdiyim general 
Əliaqa Şıxlinski ilə, podpolkovnik Həbib bəy Səlimovla Gəncədə görüşümdən çox 
məmnun qaldım. Sizin sevincinizi mən yaxşı duyur və buna qəlbən sevinirəm. 
“Bizim Türk ordusunu Qazaxda sizin azərilər tarixdə görünməmiş bir sevinc və 
səmimiyyətlə qarşıladı”
36

Gəncədə, Qarabağda bu səmimiyyətin, sevincin təntənəsi daha çox idi. 
Gəncə camaatı bir nəfər kimi Artilleriya meydanına - bizim görüşümüzə gəlmişdi. 
Ötən müharibədə, bilirsiniz ki, ruslar Türkiyənin şərq vilayətlərini işqal etmişdi. O 
vaxt Gəncənin “Cəmiyyəti-Xeyriyyə”si qardaşlıq naminə o ərazidə sahibsiz qalan 
uşaqları yığıb gətiribmiş. Hömin uşaqlar da meydanda idilər. Onlar əsgərlərə 
yanaşır, əl-ayaqlarına sarılır ve haralı olduqlarını soruşurdular. Birdən bərk qışqırıq 
və ağlaşma qopdu. Doqquz yaşında Sarıqamışlı bir oğlan bizim əsgərlərdən olan 
atasını tanımışdı. Ətrafdakılar dözə bilməyib sevinc yaşı axıdırdılar. Biz bu 
yaxşılığı heç vaxt unuda bilmərik. Bu təsirli səhnə indi də gözümün önündən 
silinmir. 
Yenə deyirəm, arxayın ola bilərsiniz, kifayət qədər hərbi gücümüz var. Sizin 
qarşınızda and içib deyirəm ki, Bakını hücumla alacaq, oranı rus-erməni və 
sentrokaspi qüvvələrindən təmizləyəcəyik. 
  
  
                                                 
36
 Sitаt türk  pоdpоlkоvniki Rüşdü bəyin "Bаkı yоllаrındа" hərbi məcmuəsindən götürülüb, 1934-cü il, Istаnbul,  
səh.  24-25 
 


NURU PAŞA HAQQINDA 
BİR NEÇƏ SÖZ 
 
Azərbaycan xalqı, ziyalılar, xüsusilə 
bəy və ağalar Türkiyə ordusunu, onun komandanı 
general-leytenant Fəriq Nuru Paşanı Gəncə və 
Yevlaxda böyuk sevinclə, mehmannəvazlıqla, 
duz-çörəklə qarşıladılar. Onun gəlişinə 
təntənəli nitqlər söylədilər. Məmməd Əmin 
Rəsulzadənin etirafına görə, musavat əks- 
kəşfiyyatı Nuru paşanı “göydən enmiş xilaskar- 
mələk” kimi qarşıladı. 
 
Süvari podpolkovniki Mustafa Nuru paşa 1889-cu ildə İstanbulda hərbçi 
Əhməd Tofiqin ailəsində anadan olub. Onun atası Əhməd paşa əslən Rumelidən 
idi. İlk hərbi təhsil almaq üçün Nuru paşa 1906-cı ilin noyabr ayında Quru 
qoşunları hərbi məktəbinə girib. 1909-cu il avqustun iyirmi altısında Quru 
qoşunları hərbi məktəbini leytenant rütbəsində bitirib və xidmət üçün üçüncü ordu 
komandanlığına göndərilib. 1910-cu il yanvarın doqquzunda padşaha məxsus 
piyada bölüyünə təyin edilib. 
1912-ci il oktyabrın on doqquzunda Nuru paşa birinci korpusun altıncı 
alayının birinci taburunun üçüncü bölüyündə baş leytenant rütbəsində qulluq edib. 
O, 1913-cü il noyabrın iyirmi altısında kapitan rütbəsinə yüksəlib. 1914-cü il 
iyulun on beşində Türkiyənin Vyana səfirliyinin Attaşeliyinə və həmin il avqustun 
on beşində hərbi Attaşenin yavərliyinə təyin edilib. 
Trablusqərbdə
37
 italyanlara qarşı aparılan müharibələrdə göstərdiyi qeyrətli 
çalışmalara görə padşahın əmrilə 1916-cı il sentyabrın iyirmi dördündə mayor 
rütbəsilə təltif olunub. Yenə də Trablusqərbdə italyanlara qarşı apardığı 
müharibələrdə göstərdiyi qeyrətli çalışmalar və oradakı hərbi bölmələri məharətlə 
idarə etdiyinə görə, 1918-ci il martın üçündə padşahın əmrilə ona podpolkovnik 
rütbəsi verilib. Qərbi Afrika qrupları komandanlığının mərkəzi olan Mistratada 
xidmət edən podpolkovnik Nuru bəy Trablusqərbə göndərilmək üçün İstanbula 
gəlib. 
Ənvər paşa Azərbaycanı və Dağıstanı xilas etmək üçün qörargah təşkil 
edəndə, Qafqaz İslam Ordusu Komandanlığına podpolkovnik Nuru bəyi dəvət 
elədi. Padşah, yavəri Nuru bəyə növbədənkənar genaral-mayor rütbəsi verdi. 
Nuru paşa 1918-ci il martın iyirmi beşində Mosula gəldi. Altıncı ordudan 
təşkil olunan zabitlərlə birlikdə 1918-ci il aprelin səkkizində Azərbaycana getmək 
üçün Mosuldan yola düşdülər. Həmin il mayın iyirmi beşində Qafqaz İslam 
Ordusunu yaratmağa başladı. 1918-ci il iyulun on yeddisindən sentyabrın on 
                                                 
37
 Аntаntа dövlətlərilə sultаn Тürkiyəsi аrаsındа imzаlаnаn Моndrоs bаrışığındаn sоnrа Тürkiyə silаhı dərhаl yеrə 
qоymаlı вə öz tаlеyini qаlib dövlətlərin - Аntаntаnın iхtiyаrınа vеrməli оldu. Bundаn sоnrа Аntаntаnın оyncаğınа 
çеvrilən sultаn Тürkiyəsinin bir çох hissəsini ingilislər, frаnsızlаr işğаl еtdilər. Тürkiyə pаrçаlаnmаq təhlükəсində 
qаldı. - müəl. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə