ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   57   58   59   60   61   62   63   64   ...   157

mənimlə eyni fikirdə oldu. Mən Bakıya geri qayıtdıqdan dörd gün sonra Nuru paşa 
ilə Bakıda görüşdük”. 
Türkiyənin Quru qoşunlarının hərbi arxivindən aldığımız rəsmi sənəddə igid 
sərkərdə Fəriq Mustafa Nuru paşanın ümumtürk dünyasında göstərdiyi 
xidmətlərinə    görə   təltif    olunduğu orden və medallar da göstərilmişdir. 
1. 1916-cı il, iyulun iyirmi doqquzunda Almaniya    imperatorluğu    
tərəfindən “Dəmir Salib” medalı ilə; 
2. 1916-cı il noyabrın iyirmi ikisində Trablusqərbdəki qeyrətli döyüşlərinə 
görə “Altın Ləyaqət” medalı ilə; 
3. 1917-ci  il  martın  on  ikisində padşahın qərarı ilə Trablusqərbdəki  
qeyrətli   döyüşlərinə   görə   vaxtından əvvəl hərbi rütbə verilmişdir. 
4. 1917-ci il aprelin üçündə Qərbi Afrika hərbi qruplarına komandanlıq 
etdiyinə görə Avstriya-Macarıstan dövləti tərəfindən üçüncü dərəcəli fəxri əsgəri 
fərqlənmə nişanı verilmişdir. 
5. 1917-ci il iyunun iyirmi beşində Trablusqərbdəki döyüş xidmətlarinə və 
hərbi birliklərə əla komandanlıq etdiyinə görə padşahın qərarı ilə “Altın-imtiyaz” 
medalı ilə mükafatlandırılmışdır. 
6. 1918-ci il fevralın altısında üçüncü dərəcəli “Osmani” ordeni ilə 
(qılıncla birgə) təltif olunmuşdur. 
7. 1918-ci il avqustun altısında birinci dərəcəli “Məcidiyyə” ordeni ilə 
(qılıncla birgə) təltif olunmuşdur. 
8. Sarıqamış hücumunda könüllü olaraq on ikinci diviziyaya komandanlıq 
etdiyinə görə  1929-cu il yanvarın on altısında 15260 saylı “İstiqlal” medalı ilə 
təltif olunmuşdur. 
 
* * * 
 
1918-ci ilin noyabr ayında podpraporşiklər məktəbinin ilk buraxılış 
təntənəsində Azərbaycan hökumətinin nümayəndələri ilə birgə Qafqaz müsəlman 
ordusunun baş komandanı Nuru paşanın atası Hacı Əhməd paşa da iştirak etmişdir. 
O vaxt həmin təntənədə çıxış edən Azərbaycan xalq təhsili naziri Nəsib bəy 
Usubbəyov Hacı Əhməd paşaya müraciət edərək demişdir: 
- Zati-aliləri! Sizin şanlı oğullarınız Ənvər paşa və Nuru paşanın adları 
nəinki təkcə Azərbaycanın, eyni zamanda bütün Türk xalqlarının yaddaşında 
həmişəlik qalacaqdır. Belə qəhrəmanların atasının  başını  dik tutmağa və xoşbəxt 
olmağa haqqı var. Sizin kimi atalar azdır. Allah Sizi və oğullarınızı hifz eləsin və  
Sizin illər boyu köməyiniz olsun. 
Türklərin köməyi ilə açılan Gəncə podpraporşiklər məktəbinin buraxılışı 
günündə on dördüncü Çanaqqala diviziyasının komandiri, polkovnik Nazim bəy də 
çıxış edib üç ay müddətində azərbaycanlı gənclərin qazandıqları müvəffəqiyyətə 
görə xalqımıza öz sevincini bildirmişdir: 
- Cənablar, Azərbaycanın həyatında bu gün ən xoşbəxt gündür. Biz - sizin 
uzaqdan gəlmiş qardaşlarınız sizin istedadınız qarşısında baş əyirik və sizi bu 
günkü ana görə yox, ən çox əldə edilmiş parlaq gələcəyinizə görə təbrik edirik. 
Mən şəxsən müharibə tərəfdarı deyiləm, amma belə bir söz var: “Əgər sülh   


istəyirsənsə, müharibəyə hazırlaş”. Ona görə ki, əgər ölkə güclüdürsə və 
müharibəyə  hazırdırsa,  onda heç  kəs cürət edib onun üzərinə hücuma keçə 
bilməz. Cənablar, mən çox şadam ki, siz hərbi işi öyrənmisiniz və əminəm ki
Azərbaycanın şanlı və zəhmətsevər zabitləri olacaqsınız, lazım gəldikdə öz    
ölkəmizin mənafeyini qorumağı bacaracaqsınız. Bunun üçün güclü ordu lazımdır   
və ümid edirəm ki, onun yaranmasında siz öz gücünüzü əsirgəməyəcəgsiniz. Mən 
ölkəni bir də ilk buraxılış münasibətilə təbrik edirəm və inanıram ki, gələcəkdə siz 
Vətənin iftixarı olacaqsınız (hər iki çıxış “Azərbaycan” qəzetinin (rusca) 8 noyabr 
1918-ci il tarixli sayından götürülüb). 
 
* * * 
 
Nuru paşa ikinci gün idi ki, general Əliağa Şıxlinski ilə Göyçaya getmişdi. 
Müsüslü, Bərgüşad və Göyçay uğrunda döyüşlər gedirdi. Onuncu Qafqaz alayının 
komandiri Osman bəydən həyəcanlı xəbər alınmışdı. İyunun on yeddisində 
Göyçayın qərbində vuruşan alay iki yüz nəfərdən çox itki vermişdi. Günah 
döyüşçülərdə deyildi. Şamaxı və Ağsudan enib gələn bolşeviklərin hərbi 
qüvvəsinin qəfil zərbəsinə məruz qalmışdılar. General Şıxlinskinin təklifilə dörd 
yüz nəfərlik Azərbaycan süvarisi və Ərəş alayından bir vzvod Osman bəyə köməyə 
göndərildi. Nuru paşa gecədən xeyli keçmiş Yevlaxa qayıtdı. Məqsədi sabah 
axşam üstü Gəncəyə getmək idi. 
Dan üzü ağarar-ağarmaz avtomobil Əşrəf bəyin Qarxundakı həyətinə çatdı. 
Küləfirəngidə yatan bəy maşının səsini eşidib dərhal yataqdan qalxdı, geyinib aşağı 
düşdü. 
- Sabahın xeyir, paşa. Cəbhədə vəziyyət necədir? 
- Yaxşıdır, narahat olmağa dəyməz. 
- Keçin evə, bir az istirahət edin, yol gəlmisiniz. 
Nuru paşa geriyə - Kürə tərəf boylandı, Baxışlarını bir xeyli oradan çəkmədi. 
Əşrəf bəy də Kürə tərəf baxdı, amma ins-cins görmədi. 
Nuru paşa yorğun-yorğun: 
  
- Bəy,  - dedi,  - yol boyu yaxşıca mürgüləmişəm. İki gündü Şirvanın tozu-
torpağı canıma hopub. 
Əşrəf bəy dərhal onun fikrini başa düşdü. Darvazanın yanında dayanan oğlu 
Knyazı çağırıb nəsə dedi. Üzünü Nuru paşaya tutub: 
- Biz gedək, paşam, - dedi, uşaq da dalımızca gəlib özünü bizə yetirər. 
Yarı yolda onları haqlayan Knyaz iki can dəsmalını atasına verib qayıtdı. 
Yarğanın başına çatanda hər ikisi dayandı. Gah sağa, gah da sola dönüb çay 
boyunca baxan Nuru paşa köksünü ötürdü. 
- Nə qılınc çalmalı sudur. 
- O nə deməkdir, paşam. Suya qəzəbin var? 
- Yox, suya hirslənmirəm. Belə dərin çaylara məhəbbətim var. Bu ağır nəhri 
gördüm, uşaqlığım yadıma düşdü. Bilirsən, atam Əhməd bəy biz qardaşlara balaca   
olanda qılınc çalmağı suda öyrədib. Özü sahildə dayanar, bizi isə dizə qədər suya 
salıb, əlimizə də qılınc verərdi, əlbəttə, qılınc balaca olardı. Sağı-solu və qarşını 
döyəcləyə-döyəcləyə “düşmənə” qılınc çalmağı öyrənərdik. Kəl belində, at üstündə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə