ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   59   60   61   62   63   64   65   66   ...   157

üçüncü Qafqaz alayına mənsub iyirmi altıncı batalyon, topçu dar batalyonu
istehkam bölüyü, rabitə vzvodu daxil idi. Bu qrupda yüz qırx zabit və iki min 
səkkiz yüz on iki əsgəri qüvvə vardı. 
Lori nahiyəsi boyunca üzüaşarı gələn ikinci türk hərbi qüvvələrinin yolu 
Cəlaloğlu şəhərindən sonra Sadaxlı, Körpülü, Kəmərli və Aslanbəyli kəndlərindən 
keçərək Qazağa iyunun 12-də çatmışdır. On üçüncü Qafqaz alayından təşkil olunan 
bu qrupda güclü dağ topçu batalyonu, yüz on zabit və iki min yeddi yüz altmış üç 
əsgəri qüvvə daxil idi. 
Türk qoşunlarının gəlişini Lenin və Stalina bildirən daşnak Şaumyan 
həyəcanla Bakıdan yazırdı: “Türklər Qarakilsədən, Dilicandan keçib Ağstafaya 
çatıblar. Oradan da birbaşa Bakıya yeriyəcəklər. Bağlanan sülh müqaviləsinə 
əsasən türklər dəmir yolu ilə qoşunlarını Bakıya və Culfaya daşıyacaqlar. Xəbər 
verirəm: “Hücum başlanmışdır”. 
Türklərin gəlişindən bərk qorxuya düşən ermənilər 1918-ci il iyunun 30-da 
azsaylı rus hərbi qüvvələrinə arxalanaraq qəfildən Göyçaya basqın etdilər, Həmin 
hadisəyə görə türklərə otuz səkkizinci alaydan ibarət yeni qüvvə göndərildi. 
Alayda altmış beş zabit, iki min dörd yüz yetmiş beş əsgəri qüvvə, dörd güclü dağ 
topu və bir güclü dağ batareyası vardı. 
İyulun doqquzunda ehtiyatda olan üçüncü türk ordusundan üç yüz əlli əsgəri 
qüvvə seçilib Bərgüşad və Göyçay uğrunda gedən döyüşlərə göndərildi. Beşinci 
qrup isə polkovnik Nazim bəyin komandanlığı ilə birbaşa Bakı döyüşlərinə 
çatdırılmışdı. Azərbaycan Əlahiddə korpusu, yerli əhalidən təşkil olunmuş könüllü 
dəstələr də türk ordusu ilə çiyin-çiyinə vuruşurdu. 
Cənub qrupuna azərbaycanlı polkovnik Həbib bəy Səlimov, Şimal qrupuna 
isə türk polkovniki Osman bəy komandanlıq edirdi. 
“Azərbaycan -Türkiyə qüvvələrinin əks hücuma keçməsi bolşevikləri təşvişə 
saldı. Bakı Soveti iyulun 12-də hərbi səfərbərlik elan etməyə məcbur oldu. Lakin 
bu tədbir onları məğlubiyyətdən xilas edə bilmədi. Göyçay ətrafındakı şiddətli 
döyüşlərdə Azərbaycan - Türkiyə birgə qoşunları parlaq qələbə qazanmışdı. 
Biçeraxovların, avetisovların Qırmızı Orduya köməyə gəlişi zəfər yürüşünün 
qarşısını ala bilmədi. Göyçaydan sonra Şamaxını yadellilərdən təmizləyən ordu 
sürətlə Bakıya yaxınlaşırdı” (A.Rüstəmli, “Azərbaycan ordusu” məqaləsi, 
“Həqiqət” qəzeti, 2 dekabr 1992-ci il). 
Həmin döyüşlərin iştirakçısı, türk ordusunun podpolkovniki Rüştü bəy 1934-
cü ildə İstanbulda nəşr etdirdiyi “Böyük hərbdə, Bakı yollarında beşinci Qafqasiya 
piyada firqəsi” adlı memuarında verdiyi məlumata görə, türk hərbi qüvvələrinin 
ümumi sayı on min nəfər olmuşdur. O yazır: “Şamaxının zəbtindən sonra Bakıya 
yaxınlaşan ordu avqustun 5-də Bakı şəhərinə yapdığı müvəffəqiyyətsiz bir hücum 
üzərinə on beşinci firqənin kamilən Azərbaycana göndərilməsi üçün müraciət 
edilmiş və ingilislərin Bakıya İran tərəfindən yardım göndərmələrini nəzərə alaraq 
Qarakilsədən Bakıya min iki yüz hərbçi, mövcud firqə qərargahı ilə əlli altı və yüz 
altıncı piyada alayları da gəlmişdi. Bundan başqa, cəbhədə min nəfərlik bir 
Azərbaycan qüvvəsi, iyirmi makinalı tüfəng, altı top və bir zirehli qatar Hərb 
edirdi. Əlavə olaraq artan Türkiyə qüvvəlörilə bərabər, Azərbaycan qüvvələri də 
artmış, Qazax, Gəncə, Şəki, Zaqatala, Cavanşir, Ağdaş, Ağdam, Quba, Səlyan, 


Göyçay və Bakı ətrafında süvari milis təşkilatı, silahlı könüllü qrupları vücuda 
gəlmişdi”. 
  
Bu dövrdə Azərbaycan türklərinin vəziyyəti çox ağır idi. İrəvanda, Zəngəzur 
və Göyçayda rus hərbi qüvvələrinə arxalanan daşnaklar xalqı qılıncdan keçirir, 
tonqalda yandırır,  daşqalaq edirdi. Yüzlərlə kəndi yerlə-yeksan etmişdilər. Bakıda 
bolşeviklərin və daşnakların fitvası ilə mart qırğını törədilmişdi. Bu qırğında on 
beş minə yaxın azərbaycanlı öldürülmüşdü. Ölkədə anarxiya, başıpozuqluluq hökm 
sürürdü. 
Martın 20-də Zaqafqaziya seyminin iclasında çıxış edən musavat lideri 
Aslan bəy Səfikürdski bütün qafqazlıları bolşeviklərə qarşı mübarizəyə səsləyirdi: 
“Biz Zaqafqaziya hökumətindən xahiş edirik, bolşevizmi məhv etmək üçün 
özünümüdafiə şurası yaratsın. Biz müsəlman sosialist bloku adından xəbərdarlıq 
edirik ki, həmişə bolşevizmə qarşı mübarizə etmişik və bu gün də ona hazırıq. 
Əgər bu barədə ölçü götürülməsə, biz özümüz bolşevizmi məhv edəcəyik... Bizim 
tarixdə çox qanlar axıdılıb. Tariximiz başdan-ayağa qanla yazılıb. Biz bolşevizmi 
əzməklə yenə də tariximizi qanlı hərflərlə yazacağıq”. 
Musavat hökumətinin nümayəndələri türklərin qardaş köməyinə 
arxalanmaqdan başqa yol görmədiklərini açıqdan-açığa bildirirdilər. 
Azərbaycan Xalq Cümhuriyyəti elan olunan gün Tiflisdəki “Oriant” 
mehmanxanasında Zaqafqaziya Seyminin üzvlərindən biri Fətəli xan Xoyskidən 
soruşmuşdu: 
   
- Siz Bakıya döyüşə-döyüşə gedəcəksinizmi? 
-  Bəli, gedəcəyik. 
- Siz döyüşlə Bakıya getsəniz, onda bu imperializm üzərinə ilk hücum 
olacaq. Amma siz o yürüşü təkbaşına edə bilməzsiniz. Siz Türkiyənin və türk 
qoşunlarının köməyi ilə Bakını düşmənlərdən azad edə bilərsiniz. 
“1918-ci ilin iyun-iyul aylarında erməni hərbi hissələri iki istiqamətdə - 
Göyçay-Ərəş-Nuxa istiqamətində və Kürdəmir-Yevlax-Gəncə istiqamətlərində 
irəliləməyə başladılar. Lakin daşnak quldur dəstələrinin Yevlağı ələ keçirmək 
planları baş tutmadı. Ermənilər burada yerli əhalidən təşkil olunmuş könüllü 
dəstələrin güclü müqaviməti ilə üz-üzə gəldilər. 
Daşnakların qarşısının alınmasında o zaman öz igidliyi ilə Qarabağda ad 
çıxarmış M.Ə.Rəsulzadənin yaxın dostu və məsləkdaşı Qaramanlı Qamboy ağanın, 
Qarxunlu Əşrəf bəyin, Bərdəli Sarıtel Aslanın misilsiz xidmətləri və 
qəhrəmanlıqları olmuşdur. Yaranmış real təhlükəni vaxtında dərk edən Qamboy 
ağa və Əşrəf bəy öz silahdaşları ilə ətraf kəndlərdən qısa müddətdə minlərlə 
könüllü yığaraq onları silah, sursat, paltar, ərzaq, at-araba və digər ən zəruri 
şeylərlə təmin edirlər. Az vaxtda Yevlax ərazisində xeyli könüllü və beş min 
nəfərdən çox süvari dəstə toplanır ki, bu da sonralar Azərbaycan Xalq 
Cümhuriyyətinin ilk süvari dəstələrinə çevrilmişdir” (V.İsayev, “Haradan gəlir 
bu köç” kitabı, Azərnəşr, 1995-ci il, səh. 50-51). 
 
* * * 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə