ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   56   57   58   59   60   61   62   63   ...   157

dördünədək bir sıra uğurlu döyüş əməliyyatı apararaq işğal altında olan 
Azərbaycan torpaqlarını azad etdi. Həmin il sentyabrın on beşində Nuru paşanın 
qoşunları Bakını aldı. 
1918-ci il oktyabrın otuzunda imzalanan Mondros barışığından sonra 
Osmanlı qüvvələri Azərbaycandan çıxarıldı.
38
 
Nuru paşa istiqlal savaşında Şərq cəbhəsindəki on beşinci nizami ordudan on 
ikinci diviziyanı yaratdı. İstiqlal savaşından sonra 1923-cü il oktyabrın dördündə 
Nuru paşa təqaüdə çıxdı. Savaşın sonunda İstanbulda yaşamış və cümhuriyyət 
dövründə sənaye sahəsində çalışmışdır. O, İstanbul yaxınlığında poladəritmə 
zavoduna rəhbərlik etmişdir. 
İkinci Dünya müharibəsi illərində İstanbulda ordu üçün minaatan və əl 
qumbarası  istehsalı  ilə  məşğul  olmuşdur. Nuru paşa 1949-cu ildə zavodda baş 
verən partlayışdan həlak olmuşdur. 
Xalqımızın xilaskarı Nuru paşa çətin və əzablı hərbçi ömrü yaşamışdır. İgid 
sərkərdə qeyri-adi bacarığına görə iyirmi doqquz yaşında general-leytenant kimi 
fəxri rütbəyə layiq görülüb. Bu yaşda, belə yüksək rütbə hərb aləmində nadir 
adamlara qismət olur. Döyüşən ordu general-leytenantı Nuru paşanın qəlbi həmişə 
Azərbaycanla döyünmüş, din və dilbir qardaşlarını bolşevik-daşnak istilasından 
xilas etmək üçün əzmlə çalışmışdır. Nuru paşa 1920-ci ilin aprelində bolşevik 
orduları Azərbaycanı işğal edəndə bir qrup türk zabiti ilə Dağıstandan keçərək 
Şuşaya gəlib, Qarabağda bolşeviklərə qarşı döyüşlər aparıb. O, Tərtər, Ağdam, 
Bərdə və Zaqatalada xalqı istilaçılara qarşı üsyana qaldırıb. 
  
General Nuru paşanın Qafqaza qısa müddətli hərbi yürüşü onun ömründə 
yaxşılı-yamanlı izlər qoyub. 
Azərbaycan Mərkəzi Dövlət Arxivində “tamamilə məxfidir” qrifilə saxlanan 
bir sənəd var. Bu teleqram-sənəd 1919-cu ildə Yevlax Cəmiyyətinin üzvləri 
tərəfindən Azərbaycan Cümhuriyyətinin Parlamentinə vurulub. Teleqramdan 
məlum olur ki, Azərbaycanı sidq ürəklə sevən, onun xilası və azadlığı uğrunda 
yorulmadan çalışan general Nuru paşa Mondros sülh bağlanışından sonra da 
Azərbaycanı tərk etməmişdir. Qafqazın ayrı-ayrı bölgələrində gizlin də olsa 
çalışmışdır. Teleqramda deyilir: “Keçən il anarxiya nəticəsində baş vermiş ağır 
günlərdə Nuru paşa Azərbaycanda peyda olmuşdur. O, özünün ədalətli və bacarıqlı 
hərəkətləri ilə böyük təhlükənin qarşısını ala bilmişdir. 
Yalnız onun bu ədaləti və bacarığı sayasində millətlər arasındakı milli 
müharibə dayandırıldı. Biz azad nəfəs almağa başladıq. 
Lakin bizə çatan kədərli məlumata görə sevgi və təşəkkürə layiq olan bizim 
xilaskarımız xəbis adamların yaydıqları iftiralar nəticəsində həbs olunmuşdur. 
Vətənimizin sülh şəraitində yaşaması belə nadürüstləri qane etmir. 
Biz Yevlax Cəmiyyətinin üzvləri, Parlamentdən xahiş edirik ki, general 
Nuru paşa təcili olaraq həbsdən azad edilsin. Bununla da qəhrəmanımız Nuru 
paşanın qəlbi edilən qəsdlərdən xilas olsun. 
                                                 
38
 Аzərbаycаn Rеspublikаsının 1918-20-ci illərdə Bаtum şəhərindəki bаş kоnsulu Маhmud bəy Əfəndiyеv - müəl. 
 


Hörmətlə: Yevlax Cəmiyyətinin üzvləri: Molla Əli Musazadə, İsa bəy 
Qarabəyov, Əşrəf bəy Tağıyev-Qarxunlu, İsfəndiyar İsmayılov, Aslanov, Qamboy 
ağa Quliyev-Qaramanlı, cəmisi 27 imza”. 
Tarixi sənədlərdən və Cümhuriyyətin görkəmli şəxsiyyətlərinin xatirələrin-
dən məlum olur ki, general Nuru paşa Azərbaycan uğrunda həyatı bahasına 
mübarizə aparmışdır. 1918-20-ci illərdə Azərbaycan əks-kəşfiyyat idarəsinin rəisi 
Nağı bəy Şeyxzamanlı “Azərbaycan istiqlal mücadiləsi xatirələri” kitabının 85-ci 
səhifəsində bu barədə geniş məlumat verir. O yazır: 
“Günlərin bir günü Gəncədə idim. Eşitdim ki, ingilislər Nuru paşanı tutub 
Batuma gətiriblər. Orada ingilis hərbi tribunalına verəcəklər. Buna səbəb də guya 
Bakının azad olunması vaxtı erməni qırğını törədilməsi idi. Tez Bakı ilə telefon 
danışığı apardım və xəbərin doğru olduğunu öyrəndim. Gəncə ermənilərindən bir 
arayış almaq lazım idi ki, Nuru paşanın Gəncəyə gəlişində ermənilərə heç bir pislik 
etmədiyi kimi, erməniləri mühasirədən qurtarıb hürriyyət verdiyini, həyatlarını 
təhlükəsizlik altına aldığını, bu yaxşılığa qarşı ermənilərin bir heyət göndərərək 
Nuru paşaya təşəkkür etdiklərini isbat etmək mümkün olsun. Arayışın alınması 
üçün Gəncənin görkəmli ziyalıları ilə bərabər erməni milli təşkilatına müraciət 
etdim. Arayışı alacağıma qəti şəkildə inanırdım, çünki həqiqət barədə arayış 
istəyirdim. Ancaq ermənilər xahişimizi rədd etdilər və dedilər: “Biz uşaq deyilik. 
Çox yaxşı bilirik ki, əgər Gəncədə erməni qırğını törədilsəydi, Bakının tutulması 
vaxtı orada bir nəfər erməni belə qalmayacaq idi. O gözlədi ki, Bakını tutub 
oradakı qırğını bitirsin və ondan sonra bizi qırsın. Ancaq mütarikə (barışıq - Ş.N.) 
oldu, Osmanlı ordusu qırğına vaxt tapa bilmədi”. 
Biz əliboş geri qayıtdıq. Bakıya gəldim, mərhum Nəsib bəylə (Usubbəyov -
Ş.N.) görüşərək arayışı almadığımı və çox kədərli olduğumu söylədim. Nəsib bəy 
dedi: “Bəli, mən səni heç bu qədər kədərli görməmişdim”. Mən də dedim: “Nəsib 
bəy, ermənilər çox naşükürlük etdilər. Nuru paşa üçün haqlı olan arayışı mənə 
vermədilər”. Nəsib bəy gülərək dedi: “Üzülmə, Nuru paşanın azad olunmasının 
daha asan yolu var. Batumdan xəbər aldım. Hopa bəyləri plan hazırlayıblar. Nuru 
paşanı basqın ilə qurtaracaqlar. Ancaq pula ehtiyacları var. Sən iki min manat pul 
götürüb Batuma get”. “Əmr et, pul versinlər, axşam yola düşüm”, - sevinərək 
dedim. Pulu alıb Batuma gəldim. Azərbaycan konsulu doktor Mahmud bəylə 
görüşdüm. Məsələni ona anlatdım və soruşdum. Doktor dedi ki, imkan yoxdur. 
Ancaq Mürsəl paşa ilə görüşə bilərsən. İngilis komandanlığında nəzarət altındadır. 
Mən tez gedib Mürsəl paşa ilə görüşdüm. Mürsəl paşa dedi: “Aman, mənə bir şey 
etməyəcəklər. Ancaq Nuru paşanı edam edəcəklər. Onun qaçırılmasının yolunu 
tapın”. Mürsəl paşa gizli saxladığı bir kağızı mənə verdi. Aldım, oxudum. Bu 
bəyannaməni Almaniyadan göndərmişdilər. Paşa dedi: “Bunu çoxaldıb İslam 
dünyasına dağıtmaq. İslam dünyasını böyük cihada çağırmaq. Qurtuluş bundadır, 
başqa çıxış yolu yoxdur”. Onu dinlədikdən sonra dedim: “Ay paşam, bu, bir 
mərsiyədir. Çox təsirli yazılıb, bu yanıqlı sözlərə ancaq göz yaşı ilə cavab verilir. 
İslam dünyasında birlik yox, qüvvə yox və olmayacaq. Olsa da bir şey çıxmayacaq. 
Allahıma inandığım kimi inanıram ki, Türkiyənin bir türk kəndində olan qeyrət, 
iman, Vətənə, dinə bağlılıq müraciət etdiyimiz İslam dünyasında yoxdur. Bu, boş 
işdir. Varlıq, qüvvə yalnız milli imandır”. Bəyannaməni kimə oxudumsa, hamısı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə