SəQƏleyn iKİ AĞir yüK “quran və ƏHLİ-beyt” HƏDİSİNİN ŞƏRHİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə46/51
tarix17.08.2023
ölçüsü0,79 Mb.
#120662
1   ...   43   44   45   46   47   48   49   50   51
SƏQƏLEYN - İKİ AĞIR YÜK “QURAN VƏ ƏHLİ-BEYT” HƏDİSİNİN ŞƏRHİ

4. Abdullah ibn Əbi Yafur: 
Bu şərəbxor ravi də digər 
həmkarları kimi şiələrin ən dəyərli ravilərindən sayılır. Şiələr İmam 
Cəfərin onun haqqında belə dediyini rəvayət edirlər: “Bir nəfərdən 
– Abdullah ibn Əbi Yafurdan başqa mənim sözümü qəbul edib mənə 
itaət edən olmadı...” (Ricalul-Kəşşi səh.215, Tənqihul-məqal 2/166, 
Cəmiur-ruvat 1/467)
Ey şiələr! Harada qaldı sizin ağız dolusu iddialarınız? 
Haradadır Cəfərin iddia etdiyiniz yüzminlərlə sadiq tələbəsi? 
Haradadır sizin imama tabe olan keçmiş salehləriniz? İmamın 
sözünü dinləyib, ona itaət edən bir şiəniz tapıldı, o da şərabxor 
çıxdı. Onun şərabxor olduğunu isbat edən şiənin rical kitabları: 
Ricalul-Kəşşi səh.214, Tənqihul-məqal 2/166, Mucəmu ricəlil-hədis 
10/98. 
Kutubul-ərba`ada bu cür ravilərdən rəvayət olunmuş 
hədislərin sayı 
398
-dir. Görün, Əhli-beytin hədislərini kimlər 
rəvayət edib! 
Altıncısı – Məçhul şiə raviləri:
 
Bütün bu qəribə ravilərdən 
əlavə şiə kitablarında, adı zikr olunmayan və kimliyi də bilinməyən 
naməlum ravilərdən çox sayda hədislər rəvayət olunmuşdur. 
Məsələn:
“Bəzi küfəlilərdən nəql olunduğuna görə...” (Usulu-Kəfi 
2/352); 


49 
“Bəzi iraqlılardan nəql olunduğuna görə...” (Usulu-Kəfi 2/78); 
“Bizim məzhəbdən olan bəzi kəslərdən...” (Usulu-Kəfi 2/13); 
“Filankəsdən nəql olunduğuna görə...” (Usulu-Kəfi 1/86); 
“Bir kişidən nəql olunduğuna görə...” və s. 
Hədis elmində bu cür rəvayətlər məqbul sayılmır. Çünki 
bilinmir ki, 
o küfəli
və ya 
o iraqlı
kimdir? 
O filankəs
və ya 
o bir kişi
kimdir? Bəlkə o hədis uyduran olub və ya lənətlənmiş bir ravi olub 
və ya heç belə bir şəxs ümumiyyətlə olmayıb. Hədislərin məqbul 
sayılması üçün o hədisi rəvayət edən ravilərin kimliyi mütləq 
bilinməlidir. Buna görə İslam dinində hədislərin səhih-zəifliyini bir-
birindən ayırd edən 
hədis elmi
vardır. 
(Bu barədə növbəti 
bölümlərdə ətraflı məlumat veriləcəkdir.

Şiə məzhəbinin ən güclü hədis kitabı əl-Kəfinin demək olar ki, 
yarısı bu cür məçhul ravilərin hədisləri ilə doludur.

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə