SəQƏleyn iKİ AĞir yüK “quran və ƏHLİ-beyt” HƏDİSİNİN ŞƏRHİ


Yeddincisi – Uzunqulaq ravilər



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə48/51
tarix17.08.2023
ölçüsü0,79 Mb.
#120662
1   ...   43   44   45   46   47   48   49   50   51
SƏQƏLEYN - İKİ AĞIR YÜK “QURAN VƏ ƏHLİ-BEYT” HƏDİSİNİN ŞƏRHİ

Yeddincisi – Uzunqulaq ravilər:

Usulu-kəfi” də olan bu 
hədisə diqqət yetirin! 
Peyğəmbərin (salləllahu aleyhi və səlləm) uzunqulağı Ufeyr 
ona deyir: 
“Atam-anam sənə fəda olsun, ey Peyğəmbər! Atam mənə 
dedi, o da öz atasından rəvayət etdi, o da babasından, o da öz 
atasından eşitdi ki, o, Nuh peyğəmbər ilə birlikdə gəmidə idi. Nuh 
əlini onun belinə çəkib, dedi: Bu uzunqulağın zürriyyətindən bir 
uzunqulaq gələcək, sonuncu peyğəmbər onu minəcək...” 
( “Usulu-
Kəfi 1/237). 
 
Sənədin ərəbcəsi: 
...
َأ ْنَع يِنَثَّدَح يِبَأ َّنِإ يِ مُأ َو َتْنَأ يِبَأِب َلاَقَف
ِ ٍحوُن َعَم َناَك ُهَّنَأ ِهيِبَأ ْنَع ِهِ دَج ْنَع ِهيِب
Kuleyni bu hədisi yaxşı ki isnad ilə (yəni sənədlə) gətirir. Bu 
yaxşı bir haldır. Çünki hər bir hədisin sənədi olmalıdır. Ancaq 
təəssüflər olsun ki, bu hədisin sənədində olan ravilər 
uzunqulaqlardır. Hədis uzunqulaqlar silsiləsi ilə nəql olunmuşdur. 
Ancaq mən bu hədisi qəbul etməyə bir az tərəddüd edirəm. Çünki 
bu hədisi rəvayət edən uzunqulaq ravilər məçhul ravilərdir. Mən 
bilmirəm bu ravilər siqadır (etibarlıdır), yoxsa kəzzab (yalançı). Bu 
ravilərin tərcümeyi-halını tapmaqda da çətinlik çəkirəm. 
Bəlkə 
şiələr özlərinin rical kitablarında bu ravilərin bioqrafiyalarına rast 
gəliblər? 
 
 
 
 
 
 
 


52 
ŞİƏ MƏZHƏBİNDƏ HƏDİS ELMİ 
Ümumiyyətlə, şiə məzhəbində hədis elmi olmayıb. Onlar, 
hədislərin ağına-bozuna baxmadan, hədisin ravilərini araşdırmadan, 
necə gəldi qəbul ediblər. Şübhəsiz ki, bu elm, Əhli-sünnətə məxsus 
bir elmdir. Daha sonra onlar, Əhli-sünnətə baxaraq bu elmə 
girişdilər və nəticədə də onların bütün hədisləri zəif və uydurma 
çıxdı. 
Şiənin ən məhşur və ən qabaqcıl mühəddislərindən biri olan 
Hurr əl-Amili demişdir: “Yeni istilahlar (yəni hədisləri “səhih” və 
“zəif” kimi növlərə ayırmaq) Əhli-sünnətin etiqadına və qaydalarına 
müvafiqdir. Hətta bu elm onların kitablarından götürülmüşdür.” 
(“Vəsailuş-şiə” 20/100 və ya 30/260). 
Həmçinin, o demişdir: “Məlum olduğu kimi, bu istilahlar 
Alləmənin (yəni ibn Mutahhar əl-Hillinin) və ya onun şeyxi Əhməd 
ibn Tavusun zamanında ortaya çıxmışdır.” (“Vəsailuş-şiə” 20/102 
və ya 30/262) 
Yusuf əl-Bəhrani də bunu təstiqləmişdir ki, hədisləri “səhih” 
və “zəif” kimi növlərə ayıran ilk şiə alimləri İbn Mutahhar və onun 
ustadı ibn Tavus olmuşdur. (“əl-Hədaiqun-Nədira”1/53) 
Şiələr, hədisləri növlərə ayırmağı Əhli-sünnətin kitablarından 
öyrəndiyi kimi hədislərdən hökm çıxarmaq qaydalarını da Əhli-
sünnətdən öyrənmişdir. 
Şiə alimi əl-Hairi demişdir: “Heç bir şübhə yeri olmadan 
məlumdur ki, bizim alimlərimizdən Şəhidus-sənidən qabaq 
dirayətul-hədisə (hədisdən hökm çıxarmağın qaydalarından bəhs 
edən bir elmdir) dair kitab yazan olmayıb. Bu elm də Əhli-sünnətin 
elmlərindəndir.” (“Muqtəbisul-əsər” 3/73) 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə